Yaddaşin idarəolunmasi plan əməliyyat sistemlərində fiziki yaddaşın təşkili və idarə edilməsi konsepsiyası



Yüklə 37,29 Kb.
səhifə9/13
tarix07.01.2024
ölçüsü37,29 Kb.
#203263
1   ...   5   6   7   8   9   10   11   12   13
yaddash son

YADDAŞIN IDARƏOLUNMASI
Sabit bölmələrlə yaddaşın ayrılması
Yaddaşın sabit bölmələr üzrə bölüşdürülməsi
Yaddaşın idarə edilməsi alt sistemi bu halda aşağıdakı vəzifələri yerinə yetirir:

Fixed partitioning
Bu üsulla yaddaşın bölüşdürülməsini icra etmək üçün yaddaşı ölçülərinə görə eyni hissələrə ayıraq. Məsələn, tutaq ki, yaddaş 8 mb-lıq 5 hissəyə bölünüb. Əgər proses yaddaşdan istifadə etmək istədikdə bu zaman bu bölmələrdən ixtiyari birini məşğul edəcək. Çünki, hamısı eyni ölçülüdür. os prosesi dayandıra və bölməni köməkçi daşıyıcıya köçürə bilər. Proqram hər bölməyə uyğunlaşdırılmalıdır.
Məsələn, biz yaddaşı 8Mb olmala 5 hissəyə ayırmışdıq. Ancaq sistem bu cür qala bilməz, get-gedə proqramların həcmi böyüdüyündən artıq bu yaddaş ölçüsü kifayət etmir. Yaddaşı bir qədər də böyütmək lazım gəlir. İkinci problem ondan ibarətdir ki, ola bilsin bu yaddaş bölmələrində ölçüsü verilmiş ölçüdən kiçik proqramlar yerləşsin. Tutaq ki, hər bölmədə 1 MB, 3 MB, 4 MB və s. ölçüdə proqramlar yerləşir. Bu zaman isə boş qalan yaddaş hissələri istifadəsiz qalır, yəni itkilərə səbəb olur. Bu da pul, resurs itkisi deməkdir. Nəticədə biz daxili fraqmentasiya almış oluruq. O deməkdir ki, proqramlar yaddaşdan effektiv istifadə etmir. Bunun qarşısını necə almaq olar? Bunun üçün yaddaşı q/bərabər hissələrə ayıraq.
YADDAŞIN IDARƏOLUNMASI
Dəyişən bölmələr üzrə
yaddaşın ayrılması
Yaddaşı müxtəlif ölçülü 7 hissəyə böldük. İndi proqramları ölçülərinə görə bu bölmələrə yerləşdirmək olar. Nə qədər yerləşdirsək də yenə boş yerlər qalır. Yəni, yenə də daxili fraqmentasiya qalır. Hansı prosesə hansı bölməni seçmək lazımdır? Hər bir bölmənin özünün növbəsi olacaq. Deməli növbə hər bölmənin ölçüsünə görə olacaq. Burada hər bir bölmənin tutduğu prosesin strukturu müəyyən olunur, ƏS üçün əlavə olaraq bu strukturu izləmək lazımdır. Onunla işləmək lazımdır, bu strukturun məsələlərini uyğun yaddaş bölmələrinə paylamaq lazımdır və s. artıq işlər görülməlidir. Bunlardan qaçmaq üçün yeni bir yaddaşın təşkili üsulu düşünüldü – Yaddaşın Dinamik bölünməsi. Burada artıq prosesin özü tərəfindən yaddaşın ölçüsü seçilməliydi.

Yüklə 37,29 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin