Yanacağa qənaət və enerjinin mühafizəsi
Yuxarıda göstərilən verilənləri analiz etməklə, bunları qeyd etmək olar.
Təbii enerji resursları ölkələr və regionlar üzrə qeyri-bərabər paylanır, və bir
qayda olaraq ən çox istifadə olunan rayonlarla uyğun gəlmir. Belə ki, neft
ehtiyatlarının yarıdan çoxu Yaxın və Orta Şərq rayonlarında yerləşir, lakin onların
yerində istifadəsi azdır. Təbii qazın dünya ehtiyatlarının yarıdan çoxu Şərqi
Avropa və Asiyada yerləşir. Sovet İttifaqı dünyada yeganə dövlət idi ki, enerji
resurslarını idxal etmirdi. Rusiyada enerji resurslarının təxminən 80
–i Asiya
hissəsində yerləşir, əhalinin 75
–i isə Avropa hissəsində yaşayır və burada
yanacaq və enerjinin
80
–i istifadə olunur. Bu qeyri-bərabərlik yanacaq və
enerjini şərqdən qərbə nəql etməyə məcbur edir. Yanacağın qiyməti daşınmanı
nəzərə almaqla bir neçə dəfə artır.
Enerji resurslarından istifadə tempi fasiləsiz artır. Dünyanın XX əsr ərzində
ilkin enerji resurslarından ümumi istifadəsi 10 dəfədən çox artmışdır, 2000-ci ildə
12 mlrd t ş.y. –a çatmışdır. 2015-ci ildə enerjidən istifadə 20 mlrd t ş.y. –a qədər,
2050-ci illərin əvvəllərinə isə 25—30 mlrd t ş.y. –a qədər arta bilər.
Gələcək texniki tərəqqi böyük yanacaq-enerji resurslarının cəlb olunmasını
tələb edir. Lakin bu resurslar sonsuz deyil, onların ehtiyatları isə təbiət tərəfindən
yerlərinin doldurulmasına macal tapmır. Buna görə də təbii üzvi yanacaq zaman
keçdikcə daha da baha olacaq.
Yuxarıda deyilənlərə əsasən yanacaq və enerjinin qənaətlə və rasional istifadəsi
bütün ölkələrdə, o cümlədən Rusiyada birinci dərəcəli məsələdir.
Enerjiyə qənaət artıq sənayesi inkişaf etmiş ölkələrin enerji siyasətinə güclü
təsir edir. Belə ki, Texas ştatında 1990-cı illərin sonunda keçirilmiş enerjiyə qənaət
üzrə, yəni 1 kVt saat üçün 5 sent məsrəf tədbiri 10 AES –in işinə ekvivalent olan
qənaətə gətirib çıxardı. Daha effektiv soyuducu, kondisioner, elektrik su
qızdırıcılarından istifadə, yeni qənaətli lüminessensiya lampalarının, avtomatika
qurğularının (elektrik açarları) və digər enerji qoruyucu tədbirlərin tətbiqi, bir
qayda olaraq, həm ucuzdur və həm də yeni elektrik stansiyaları tikilməsi yolu ilə
gücün artırılmasından tez yerinə yetirilir.
Yüksək inkişaf etmiş ölkələrdə artıq elektrik enerji istehsalının artımı müşahidə
olunur — stabilləşmə yaranmışdır (istehsalın enerji tutumunun azalması
tədbirlərinin hesabına).
Yanacaq enerji resurslarına qənaət ən böyük istifadəçilərin olduğu sahələrdə
xüsusilə əhəmiyyətlidir. Rusiyada energetika da daxil olmaqla sənaye istifadə
olunan bütün enerji resurslarının 65
–ə qədərini, mənzil-kommunal sektoru —
19
–ni, nəqliyyat — 13 –ə qədər, kənd təsərrüfatı — 5—6
, inşaat — 2—3
–
ni sərf edir.
Müasir şəraitdə enerjiyə qənaət üçün ―intellektual‖ sistemin yaradılması
probleminin həlli böyük əhəmiyyət kəsb edir. Bu imkan verir ki, sistemin analizi
üsulundan istifadə etməklə elektrik və istilik enerjisinin emal mərhələlərində,
nəqlində, paylanması və istifadəsində itkilərin azalmasını və optimallaşdırmanı
həyata keçirsinlər.
Sənayedə, energetikada, məişətdə aşağıdakı tədbirlər aparılır:
1. sənaye sobalarının təkmilləşdirilməsi;
2. sənaye fondlarının rekonstruksiyası hesabına yanacağın xüsusi xərclərinin
azaldılması (yanacağa 10
–ə qədər qənaət etməyə imkan verir);
3. az enerji tutumlu istehsal-texnoloji proseslərin tətbiqi;
4. maşınların FİƏ –nın artırılması;
5. elektrik ötürücüləri, transformatorlar, kondensatorlar və işıq mənbələrinin
təkmilləşdirilməsi;
6. məişətdə istifadə olunan enerjiyə qənaət (hər yerdə müasir avtomatika
vasitələrindən, hesablama cihazlarından istifadə edilməsi hesabına).
Yanacaq-enerji resurslarına qənaət yollarından biri də teplofikasiyadır —
elektrik və istilik enerjisinin kombinasiya edilmiş istehsalıdır, kiçik qazanxana və
köhnəlmiş qənaətsiz avadanlığın əvəz olunmasıdır.
Rusiyada mərkəzləşdirilmiş istilik təchizatı sistemi geniş yayılmışdır. Dünyada
istilik enerjisinin mərkəzləşdirilmiş istehsalının 45
–i Rusiyanın payına düşür;
istilik şəbəkələrinin uzunluğu ikiborulu hesablamada 250 min km tərtibindədir.
İstilik enerjisinin istehsalına 260 mln t ş.y./il sərf edilir, bu isə Rusiyada istifadə
olunan bütün enerjinin
33
–ni təşkil edir.
İlkin enerjiyə qənaət və nəzərə çarpacaq effekti təkrar resurslardan istifadə verə
bilər — temperaturu T≈100
○
C
və aşağı olan alçaq potensiallı istilikdən istifadə
olunması (İES —lərın, sənaye müəssisələrinin istilik tullantıları, ventilyasiya
havalarının tullantıları və s.). Rusiyada alçaq potensiallı istilik ehtiyatları
qiymətləndirməyə görə bir neçə on milyon ton şərti yanacaq təşkil edir.
Xaricdə atmosferə atılan isti havanın istiliyinin müəyyən hissəsindən otaqların
ventilyasiyası zamanı istifadə olunan soyuq havanın qızdırılması üçün istehsal
tullantılarından istifadə etməyə imkan verən xüsusi avadanlıqlar tətbiq olunur.
Mütəxəssislərin qiymətləndirməsinə görə enerjinin qənaət edilməsi üçün həyata
keçirilən təşkilatı və texnoloji tədbirlərin dünya təcrübəsində mənimsənilməsi
2020-ci il üçün Rusiya miqyasında illik enerji resurslarının sərfini 40—45
azaltmaq qabiliyyətinə malikdir (bu isə 350—400 mln t ş.y./il təşkil edir).
Enerjiyə qənaət tədbirlərinin hamısı nəticədə təbii üzvi yanacağa (xüsusilə neft
və qaz) qənaət olunmasını təklif edir, əks təqdirdə onların əsas ehtiyatları cari
yüzillikdə tükənə bilər.