müvafiq elmi müəssisə və təşkilatlar və ali təhsil müəssisələri” sözləri ilə əvəz edilmişdir.
21 9 mart 2004-cü il tarixli 603-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 202) ilə 14-cü maddənin ikinci
hissəsindən "yerli büdcələrin," sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
“Yanğın təhlükəsizliyi sahəsində elmi-texniki araşdırmalar dövlət büdcəsinin, yerli büdcələrin,
müəssisələrin və yanğın təhlükəsizliyi fondlarının vəsaiti, habelə digər maliyyələşdirmə mənbələri
hesabına maliyyələşdirilir”.
22 28 aprel 2009-cu il tarixli 802-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 4 iyul 2009-cu il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 398) ilə 14-cü maddənin ikinci hissəsində «habelə» sözündən sonra «qanuna zidd olmayan» sözləri əlavə edilmişdir, «maliyyələşdirmə» sözü «maliyyə» sözü ilə, üçüncü hissəsində «orqanı və onun bölmələri» sözləri «orqanının müvafiq qurumları» sözləri ilə əvəz edilmişdir.
23 31 oktyabr 2017-ci il tarixli 836-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 17 dekabr 2017-ci il, № 279, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2204) ilə 14-cü maddənin dördüncü hissəsində
“əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına həvalə edilir”
sözləri “əlaqələndirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat həyata keçirir” sözləri ilə əvəz edilmişdir.
24 28 aprel 2009-cu il tarixli 802-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti 4 iyul 2009-cu il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,