qaydada sığorta edilirlər” sözləri ilə əvəz edilmişdir.
57 19 aprel 2002-ci il tarixli 304-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 235) ilə 32-ci maddəsinin ikinci,
üçüncü və dördüncü hissələri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
“Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının və ya onun bölmələrinin
əməkdaşı xidmət vəzifələrinin icrası ilə əlaqədar həlak olduqda (vəfat etdikdə) ailəsinə, habelə öhdəsində
olanlara dövlət büdcəsinin, həmçinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının
bölmələrini yaradan müəssisələrin vəsaiti hesabına onun on illik pul təminatı məbləğində birdəfəlik
müavinət ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və ya onun bölmələrinin
əməkdaşı xidmət vəzifələrinin icrası ilə əlaqədar xidməti davam etdirməsinə imkan verməyən dərəcədə
zədələndikdə, yaralandıqda, kontuziya olduqda, xəsarət aldıqda, xəstələndikdə dövlət büdcəsinin,
həmçinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının bölmələrini yaradan
müəssisələrin vəsaiti hesabına həmin şəxsə onun beş illik pul təminatı məbləğində birdəfəlik müavinət
ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin şəxsi
heyətinin öz xidməti vəzifələrini icra etməsi ilə əlaqədar onun əmlakına dəyən ziyan dövlət büdcəsinin,
həmçinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının bölmələrini yaradan
müəssisələrin vəsaiti hesabına tam həcmdə ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur”.
58 28 aprel 2009-cu il tarixli 802-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”