[40] M a d d
ə 2 6 . Yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin planlaşdırılması Az
ərbaycan Respublikasının , şəhərlərin, rayonların və digər yaşayış məntəqələrinin, icra hakimiyyəti orqanlarının,
mü
əssisələrin iqtisadi və sosial inkişafı proqramlarında yanğın təhlükəsizliyinin təmin edilməsi, yanğından mühafizənin
bazasının inki
şaf etdirilməsi və təkmilləşdirilməsi tədbirləri nəzərdə tutulmalıdır.
M a d d
ə 2 7 . Yanğın təhlükəsizliyi sahəsində maliyyə və maddi-texniki təminat Yan
ğın təhlükəsizliyinə dair dövlət və regional proqramlar üzrə məqsədli maliyyə təminatı dövlət büdcəsində ayrıca sətirdə
göst
ərilməklə planlaşdırır və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bu vəsaitdən təyinatı üzrə istifadə edir.
[41] Az
ərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın təhlükəsizliyini həyata keçirən qurumlarının
(müqavil
ələr əsasında yaradılan bölmələrdən başqa), yanğın-texniki elmi-tədqiqat və yanğın-texniki tədris müəssisələrinin
maliyy
ələşdirilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
[42]
Az
ərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğından mühafizə xidmətini həyata keçirən qurumunun
müqavil
ə əsasında yaradılmış bölmələri onları yaradan müəssisələrin vəsaiti hesabına, zərurət olduqda isə həmçinin qanuna zidd
olmayan dig
ər maliyyələşmə mənbələri hesabına saxlanılır.
[43] Az
ərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müqavilə əsasında yaradılmış xüsusi bölmələri dövlət
büdc
əsinin vəsaiti və onları yaradan müəssisələrin vəsaiti hesabına payçılıq əsasında saxlanılır.
Dövl
ət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının
yan
ğından mühafizə xidmətini həyata keçirən qurumunun şəhər (rayon) hissələri (bölmələri) müvafiq icra hakimiyyəti orqanı
t
ərəfindən yaradılır. Yaradılacaq hissələrin (bölmələrinin) minimum sayı əhalinin hər 1000 nəfəri üçün Azərbaycan
Respublikasının müvafiq icra hakimiyy
əti orqanının yanğından mühafizə xidmətini həyata keçirən qurumunun şəxsi heyətinin
bir vahidi hesabı il
ə müəyyənləşdirilir.
Az
ərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarında maddi-texniki təminat Azərbaycan
Respublikasının müvafiq icra hakimiyy
əti orqanının müəyyən etdiyi qaydada və normada həyata keçirilir.
[44] Az
ərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində
t
əxirəsalınmaz tədbirlərin maliyyələşdirilməsi üçün, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən işlər istisna olmaqla,
dig
ər mənbələr hesabına maliyyələşdirilən bina və qurğuların (12 metr hündürlüyədək fərdi yaşayış və bağ evləri istisna olmaqla)
tikintisi, yenid
ən qurulması və genişləndirilməsi işlərinin ümumi smeta dəyərinin 0,5 faizi məbləğində müvafiq icra hakimiyyəti
orqanının hesabına m
əcburi ayırmalar ödənilir.