İlkin tibbi və həkimə qədər yardım:
►
Zədələnməni törədən agentlə zərərçəkənin kontaktını kəsmək
(alovun söndürülməsi, yanğın sahəsindən kənarlaşdırma, torpaqla
söndürmə, örtüyə bürünmək və s.).
►
Paltarı kəsmək və soyundurmaq. Zərərçəkənin bəzək əşyalarını
çıxarmaq. (C)
►
Ürək fəaliyyətinin bərpası (ürəyin qapalı masajı).
►
Tənəffüs yollarının keçiriciliyinin bərpası, çənənin irəli
çəkilməsi, dilin çıxarılması, ağ ciyərlərin süni ventilyasiyası
(ağızdan-ağıza, ağızdan-buruna). Aparılan reanimasion
tədbirlərin effektliyini yoxlamaq.
►
Travmanın şokogen təsirini azaltmaq üçün analgetiklərin
vurulması, infeksion ağırlaşmaların qarşısını almaq məqsədilə
antiseptiklərlə ilkin sarğı, transport immobilizasiyası.
►
Yanıq yaralarının işlənməsi – axar su ilə yara səthinin
soyudulması, antiseptiklərlə sarğıların qoyulması. Xəstənin
nəqliyyatla göndərilməsi zamanı müvəqqəti olaraq quru
sarğıların qoyulması və ya soyuducu gellə sarğı (C) daha
məqsədəuyğundur.
►
Travmanın bilərəkdən törədildiyinə şübhə olduqda, müvafiq
hüquq mühafizə orqanlarına məlumat vermək.
►
Xəstələrin nəqliyyat immobilizasiyasından sonra daşınması.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
|