KƏSKİN YANIQ TOKSEMİYASI (KYT)
Şok dövründən sonra bədən temperaturunun yüksəlməsi anından
başlayaraq spazma məruz qalmış damarlardan mərkəzi qan
dövranına şok zamanı yığılmış metabolitlər (onların sayı 200-dən
çoxdur) daxil olmağa başlayır. Bu dövr 3-cü sutkadan başlayır və 7-
14 gün davam edir.
KYT ağırlığına görə belə bölünür:
yüngül KYT, bu zaman yanıq sahəsi 10-19% b.s., Fİ – 40
vah-ə qədər olur.
Ağır KYT – yanıq sahəsi 20-49 % b.s., Fİ – 40-60 vah.
Çox ağır KYT – yanıq sahəsi 50% və daha çox b.s., Fİ – 60
və daha çox.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
|