YANIQ ZƏDƏLƏNMƏLƏRİNİN YERLİ MÜALİCƏSİ
İsti mayelərdən, alovdan, şüalardan, günəşin təsirindən əmələ
gələn lokal yanıqlar və I dərəcəli yanıqlar zamanı aşağıdakı
tədbirlər görülməlidir.
►
Termiki zədələnməni törədən agentlə zərərçəkənin kontaktını
kəsmək.
►
Paltarı və bəzək əşyalarını çıxarmaq. (C)
►
Zədələnmiş sahəni azı 20 dəq soyuq (8-15ºC) su axını ilə
soyutmaq (C), əgər mümkün deyilsə, 30-60 dəq ərzində
kriopaketlə toxuma hiperemiyasının ləğvi.
►
Ağrını kəsmək (diklofenak, ketonal, algikey və s). (C)
►
Zədələnmiş sahəni yerli olaraq anestezin, novokainlə işləmək.
►
Antiseptik məhlullarla yaş-quruducu sarğılar qoymaq.
►
Pasiyent özü ağrını tənzimləyə bilər. Müalicə – ambulatordur.
Əmək qabiliyyəti 24-48 saatdan sonra bərpa olunur.
Dostları ilə paylaş: |