Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol



Yüklə 238,41 Kb.
səhifə6/46
tarix28.12.2021
ölçüsü238,41 Kb.
#9635
1   2   3   4   5   6   7   8   9   ...   46
 

Protokolun məqsədləri: 

 



Yanıqlara məruz qalmış pasiyentlərə ilkin tibbi yardım 

göstərilməsinin təkmilləşdirilməsi

 

Ağır dərəcəli yanıqların, yanıq xəstəliyinin və yanıqların 



fəsadlaşmalarının müalicə üsullarının təkmilləşdirilməsi; 

 



Yanıqlar nəticəsində ölüm və əlillik hallarının azaldılması. 

 

ÜMUMİ MÜDDƏALAR 

Yanıqlar – termiki, kimyəvi, elektrik, günəş,  şüa agentlərinin 

təsirindən orqanizmin dəri və toxumalarının zədələnməsidir. 

Gedişinin ağırlığı,  əlillik riskinin, eləcə  də letallığın (3,4%-dən 

38%-dək) yüksək səviyyəsi yanıqların, xüsusilə də geniş yayılmış və 

dərin yanıqların tibbi, sosial və iqtisadi əhəmiyyətini göstərir. 

Zədələnmənin kütləvi xarakter aldığı fövqəladə  vəziyyətlərdə 

(təbii fəlakətlər zamanı, istehsalat qəzalarında, hərbi münaqişələr 

zamanı və s.) yanıqlar xüsusi diqqət tələb edir. 

Xəstəliyin ağırlığının erkən diaqnostikası üçün daha mütərəqqi 

üsulların axtarışı, müalicə proqramlarının təkmilləşdirilməsi, 

xəstəliyin nəticəsinin proqnozlaşdırılması zədələnmişlərə düzgün və 

dəqiq işlənilmiş alqoritmik tədbirlərlə  təxirəsalınmaz yardımın 

təşkilini zəruri edir. 

 


Yüklə 238,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin