Yaqub Mahmudov



Yüklə 478.47 Kb.
Pdf просмотр
səhifə1/5
tarix13.06.2017
ölçüsü478.47 Kb.
  1   2   3   4   5

 

 

 

Yaqub Mahmudov 

 

 



 

 

 



 

 

AZƏRBAYCANLILAR 

(etnik-siyasi tarixə ümumi baxış) 

 

 

AZERBAIJANIS 

(a view on ethno-political history) 

 

 

АЗЕРБАЙДЖАНЦЫ 

 (взгляд на этнополитическую историю) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

ASPOLİQRAF 

BAKI-2008 

  

 



 

 

 



AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasımn qərarı ib çap olunur 

 

 

 

 

Redaktor: 

 

   Yeganə Gözəlova 



Dosent 

 

Rus dilinə çevirənlər: 

 

 

   



Göhər Məmmədova 

tarix elmləri namizədi 

 

İlqar Niftəliyev 

 

İngilis dilinə çevirən:     

 

 

Ədilə Ağabəyova 



 

 

 

 

 

 

M 31 Y.M.Mahmudov. Azərbaycanhlar (etnik-siyasi tarixə ümumi baxış). Bakı, 

«Aspoliqraf», 2008, 64 səh. 

 

 

 



Kitabda dünya tarixində  dərin iz qoymuş  və  zəngin mədəniyyət yaratmış Azərbaycan xalqının 

etnik-siyasi tarixinə  qısa nəzər salınır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş  həmin kitabda 

dünyanın ən böyük türk xalqlarından biri olan azərbaycanlılar barədə yeni axtarışların nəticələri nəzərə 

alınmışdır. «Azərbaycanlılar» kitabı Azərbay-can xalqının tarixi ilə maraqlananlar üçün də vəsait rolu 

oynaya bilər. 

 

 



 

 

 



 © «Aspoliqraf», 2008 

  

 



 

MÜNDƏRİCAT 

 

CONTENTS 

 

СОДЕРЖАНИЕ 

OXUCUYA .................................................................................................................................... 4

 

AZƏRBAYCANLILAR (Etnik-siyasi tarixə ümumi baxış) ...................................................... 5

 

TO THE READER ...................................................................................................................... 11

 

AZERBAIJANIS (A view on ethno-political history) .............................................................. 12

 

К ЧИТАТЕЛЮ ...........................................................................................................................  18

 

АЗЕРБАЙДЖАНЦЫ (взгляд на этнополитическую историю) ....................................... 19

 


  



 



OXUCUYA 

 

Azərbaycan tarixin ən qədim dövrlərindən başlayaraq dünya tarixində  dərin iz qoymuşdur. Yer 

kürəsində həyatın baslandığı ən qədim məkanlardan biri olan Azərbaycan, həm də ən qədim sivilizasiyalar 

diyarıdır. 

Avropa ilə Asiyanın qovsağında, Şərqi Qərblə, Şimalı Cənubla əlaqələndirən çox əlverişli bir regionda 

formalaşmış Azərbaycan xalqı olduqca zəngin tarixi yaddaşın və özünəməxsııs bir mədəni irsin varisidir. 

Azərbaycanın ən qədim yerli əhalisi-aborigen xalqı olan azərbaycanlılar dünya mədəniyyətinə misilsiz 

töhfələr bəxş etmişdir. Dünya xalqlarının tarix boyu yaratdığı  hər bir mədəniyyət zirvəsində Azərbaycan 

xalqının öz payı var. 

Müxtətif sivilizasiyalar, mədəniyyətlər və dinlərin qovuşduğıı nadir məkan olan Azərbaycanda, həm də 

son dərəcə nadir, özünəməxsus və  təkrarsız bir mədəniyyət formalaşmışdır. Bıı  zəngin mədəniyyətin 

yaradıcısı və daşıyıcısı Azərbaycan xalqıdır. 

Azərbaycan tarix boyu müxtəlif xalqlar, dini-fəlsəfi sistemlər, habelə öz ölkələrində  təqib olunan 

mütərəqqi şəxsiyyətlər üçün rahat yaradıcılıq məkanı rolu oynamışdır. Bu diyarda tolerantlıq mədəniyyətinin 

də  qədim tarixi var. Sadə,  əməksevər, açıq-ürəkli və qonaqsevər Azərbaycan xalqı öz tolerantlıq 

mədəniyyətinə görə də bu gün dünyaya nümunə göstərir. 

Azərbaycan xalqının tarixi, həm də onun strateji əhəmiyyətli və  zəngin sərvətli torpaqlarını  ələ 

keçirməyə çalışan yadelli qəsbkarlara qarsı şanlı mübarizə tarixidir. 

İşğalçı imperiyalar, bir-birindən güclü düşmənlər tarix boyıı Böyük Azərbaycan ölkəsinin 

torpaqlarının hissə-hissə ələ keçirmişlər. XIX yüzilliyin əvvəllərində Azərbaycan ərazisi Rıısiya imperiyası ilə 

İran  şahlığı arasında iki hissəyə parçalanmış, Azərbaycan xalqına qarşı saysız-hesabsız deportasiyalar və 

soyqırımları həyata keçirilmişdir. Lakin heç bir qüvvə xalqımızın iradəsini qıra bilməmiş, onu məhv etməyə 

nail olmamışdır. 

Türk xalqları ailəsinin üzvü olan 60 milyonluq Azərbaycan xalqının övladları zaman-zaınan öz doğma 

yıırd-yuvalarını tərk etınəyə məcbıır olmuşlar. 

Bu gün azərbaycanlılar dünyanın bütün qitələrində, ölkələrində yaşayır, doğma Vətənin səsinə  səs 

verir, qloballaşma və inteqrasiya proseslərində yaxından iştirak edirlər. 

Azərbaycan xalqı bu gün öz tarixi torpaqlarının ancaq bir hissəsində - Şimali Azərbaycanda özünün 

müstəqil dövlətini yaratmışdır. Xalqımız müstəqil yaşadığı qısa tarixi dövr ərzində özünün qurub-yaratmaq 

dühasını yenidən nümayiş etdirdi. Dahi siyasətçi Heydər  Əliyevin həyata keçirdiyi uzaqgörən islahatlar 

nəticəsində Azərbaycan xalqı öz inkişaf modelini yaratmış, Azərbaycan Respııblikası dünyanın  ən sürətə 

inkişaf edən ölkəsinə və Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir. 

Qədim və şanlı tarixinin Yeni İntibah dövrünə qədəm qoyan Azərbaycan xalqı bütün dünyada sayılıb-

seçilən lideri İlham Əliyevim ıızaqgörən və qətiyyətli siyasəti sayəsində qloballaşan dünyada öz layiqli yerini 

tutmaqdadır. 

Bu gün dünyanın hər yerində Azərbaycanla, bu diyarın tarixi keçmişi və Azərbaycan xalqının müasir 

uğurları ilə maraqlananların sayı getdikcə artmaqdadır. «Azərbaycan: etnik-siyasi tarixə ümıımi baxıs» adlı 

buı  yığcam kitab həqiqət sorağında olan oxuculara təqdim olunarkən məhz bu maraq, buı ehtiyac nəzərə 

alınmışdır. 

 

 

Müəllif 

  

 



 

AZƏRBAYCANLILAR 

(ETNİK-SİYASİ TARİXƏ ÜMUMİ BAXIŞ) 

 

Azərbaycanlılar Anadolu türklərindən sonra dünyanın ikinci böyük türk xalqıdır. Azərbaycan xalqı 



Azərbaycan Respublikasının (Şimali Azərbaycan) və Cənubi Azərbaycanın (İran İslam Respublikasının şimal-

qərb əyalətləri) əsas və ən qədim yerli əhalisidir. 

Azərbaycanlılar  Altay  xalqları  türk  qrupunun  oğuz  qoluna mənsubdurlar. Özlərini  azərbaycanlı 

adlandırırlar. Müxtəlif tarixi dövrlərdə  türk, Azərbaycan türkləri  və ya Qafqaz tatarları, azəri tatarları  da 

adlandırılmışlar. 

Cənubi Azərbaycanda və  İranın başqa bölgələrində yaşayan azərbaycanlılar indinin özündə  də özlərini 



türk adlandırırlar. 

Azərbaycanlılar Altay dil ailəsi türk qrupunun oğuz qoluna mənsub olan Azərbaycan dilində danışırlar. 



Ağ [Avropa] irqin xəzər [kaspi] tipinə aid olunurlar. Müsəlmandırlar. 

Azərbaycanlıların soyköklərində başlıca olaraq kuti, lullubi. turuk (turukku), hürri, kimmer, iskit (skit, 



skif), sak, hun, bulqar, xəzər, barsil, peçeneq, suvar, qıpçaq, habelə başqa türk və qeyri-türk etnosları iştirak 

etmiş,  oğuz türkləri (ağqoyunlular, qaraqoyunlular, səlcuqlar  və b.) bu prosesdə  həlledici rol oynamışlar. 

Azərbaycanlıların sayı  təqribən 60 milyondur: o cümlədən Azərbaycan Respublikasında - 8 milyondan çox, 

Cənubi Azərbaycanda və İranın digər bölgələrində - təqribən 35 milyon. 

Azərbaycan  ərazisinin Avropanı Asiya ilə, Rusiyanı Yaxın və Orta Şərqlə  əlaqələndirən çox mühüm 

hərbi-strateji mövqedə yerləşməsi, həm də  zəngin yeraltı  və yerüstü sərvətlərə malik olması Azərbaycan 

xalqının tarixi müqəddəratında dərin iz buraxmışdır. Ayrı-ayrı tarixi dövrlərdə Azərbaycan torpaqlarını  işğal 

etməyə və burada möhkəmlənməyə çalışan böyük dövlətlərin (İran-Əhəməni dövləti, İran-Sasani dövləti, Bizans 

imperiyası, Ərəb xilafəti, Rusiya imperiyası, SSRİ və b.) azərbaycanlıları assimilyasiyaya uğradıb yox etmək və 

Qafqazı azərbaycanlılardan «təmizləmək» siyasəti nəticəsində daim təqiblərə, repressiyalara, sürgünlərə, 

soyqırımlarına məruz qalan azərbaycanlılar müxtəlif dövrlərdə doğma yurdlarını  tərk etməyə  məcbur olmuş

dünyanın müxtəlif ölkələrinə səpələnmişlər. 

Hazırda azərbaycanlılar doğma vətənləri olan Azərbaycan Respublikası (Şimali Azərbaycan) və Cənubi 

Azərbaycanla  yanaşı, aborigen əhali kimi toplu halda, ən qədim zamanlardan başlayaraq  İranın müxtəlif 

bölgələrində, Iraq, Şərqi Anadolu, Gürcüstan (əsasən ölkənin cənub-şərqindəki tarixi Borçalı mahalı ərazisində), 

Dağıstan və başqa yerlərdə də yaşayırlar. 

XIX  əsrin  əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqazda apardığı  işğalçılıq müharibələri və 

müstəmləkəçilik siyasəti nəticəsində azərbaycanlılar öz ata-baba torpaqlarından - Türkiyə və İran ilə həmsərhəd 

olan Qərbi Azərbaycan torpaqlarından zorla sürgün olunmuş, həmin  ərazidə 1828-ci ildə «Erməni vilayəti», 

1918-ci ildə isə erməni dövləti yaradılmışdır. 

Müxtəlif tarixi dövrlərdə doğma Vətəndən didərgin salınmış azərbaycanlılar, həmçinin Türkiyə, Rusiya 

Federasiyası, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Ukrayna, Belarus, Litva, Latviya, 

Estoniya və başqa ölkələrdə də yaşayırlar. Ayrı-seçkilik siyasəti və ağır təqiblər nəticəsində Cənubi Azərbaycan 

və  İranın digər bölgələrində yaşayan azərbaycanlılar daha böyük kütlələrlə Avropa, Amerika, Yaxın və Orta 

Şərq ölkələrinə, habelə müxtəlif Afrika ölkələrinə və Avstraliyaya mühacirət etməyə məcbur olmuşlar. Hazırda 

bir çox Avropa, Asiya və Amerika ölkələrində çoxsaylı azərbaycanlı diasporları fəaliyyət göstərir. 

Azərbaycanlıların vahid xalq kimi formalaşması prosesi şimaldan Baş Qafqaz dağları, cənubdan 

Sultaniyyə - Zəncan - Həmədan hüdudları, qərbdən  Şərqi Anadolu və Göyçə gölü hövzəsi də daxil olmaqla 

Alagöz dağ silsiləsi, şərqdən isə Xəzər dənizi ilə əhatə olunan tarixi Azərbaycan torpaqlarında baş vermişdir. 

Azərbaycan  ərazisi, bu diyarın dünyanın  ən qədim insan məskənlərindən biri olduğunu sübut edən 

arxeoloji abidələrlə son dərəcə  zəngindir. Azıx, Tağlar, Damcdı, Daşsalahlı, Qazma, Tamtama, Buzeyir 

mağaralannda, habelə  Şimali və  Cənubi Azərbaycanın başqa çoxsaylı arxeoloji abidələrində  aşkar olunan 

qiymətli tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış  Aşöl dövrünə aid qədim insanın  (Azıx 



adamı və ya Azıxantrop) çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu 

sübut edir. Bu nadir tapıntıya görə Azərbaycan  ərazisi «Avropanın  ən qədim sakinləri» xəritəsinə daxil 

edilmişdir. 

Dünyanın  ən qədim insan məskənlərindən biri olan Azərbaycanın  əhalisi hələ  Qədim daş dövründən 



(paleolit)  başlayaraq yüksək mədəniyyət yaratmışdır.  Orta daş dövrü (mezolit)  və  Yeni daş dövrlərində 

(neolit) Azərbaycan əhalisi artıq oturaq həyata keçmiş, əkinçilik, maldarlıq, müxtəlif sənət növləri ilə məşğul 

olmağa başlamışdır. Arxeoloji qazıntılar zamanı  Şimali və  Cənubi Azərbaycanda tapılmış  zəngin maddi 

mədəniyyət nümunələri, xüsusilə taxıl qalıqları,  əkinçiliklə bağlı  əmək alətləri və  məişət avadanlığı, müxtəlif 


  

 



növ sənətkarlıq məhsulları azərbaycanlıların dünyanın ən qədim oturaq mədəniyyət yaratmış xalqlarından biri 

olduğunu göstərir. 

Azərbaycanlılar dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Azərbaycan xalqı 

təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan  ərazisində ilk tayfa birlikləri, dövlət qurumları 

hələ e.ə. IV minilliyin sonu - III minilliyin əvvəllərində yaranmışdır. Eramızdan  əvvəl I minillikdə  və bizim 

eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarmda Manna, İskit (Skit, Skif) və Massaget şahlıqları, 



Albaniya  və  Atropatena  kimi qüvvətli dövlətlər mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanın etnik-siyasi 

tarixində, ölkə ərazisində vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar. 

III  əsrdə Azərbaycanı Sasani-İran imperiyası, VII əsrdə isə  Ərəb xilafəti işğal etdi. Ərəb mənbələrinin 

məlumatları «Azərbaycanın qədimdən türklər ölkəsi olduğunu» təsdiq edir. Bu məlumatlar, eyni zamanda, 

Azərbaycan xalqının qəhrəmanlıq eposu olan «Kitabi-Dədə Qorqud» dastanların-akı tarixi faktlarla da üst-üstə 

düşür. Çünki hələ  ərəb işğallarından  əvvəl, «Peyğəmbərin zamanına yaxın» Dədə Qorqud dastanları bütün 

Azərbaycan torpaqlarında yayılmaqda idi. 

Sasani-İran və ərəb işğalçıları III-VII əsrlərdə Azərbaycana İranın və Ərəbistanın içərilərindən çoxlu İran 

və  ərəb mənşəli  əhali köçürüb gətirdilər. Gəlmə  əhali ölkənin mühüm hərbi-strateji  əhəmiyyətə malik olan 

məntəqələrində  və  ən münbit torpaqlarında yerləşdirildi. Yadellilər Azərbaycanın yerli əhalisini  əridib yox 

etmək siyasəti yeritdilər. Lakin, təqribən 600 il davam etmiş İran və ərəb ağalığı Azərbaycan xalqının təşəkkülü 

prosesini dayandıra bilmədi.  İşğalçıların yerli əhalini assimilyasiyaya uğratmaq siyasəti yeritməsinə 

baxmayaraq, uzun tarixi dövr ərzində Azərbaycanın,  şimallı-cənublu, bütöv halda həmin imperiyaların 

tərkibində olması  nəticəsində, ölkənin bütün bölgələri arasında daxili əlaqələr, ilk növbədə ticarət  əlaqələri 

genişləndi. Azərbaycanın  şimal və  cənub,  şərq və  qərb bölgələri arasında etnik-siyasi və  mədəni birliyin 

yaranması yolunda mühüm irəliləyiş baş verdi. Bununla yanaşı, İran və ərəb işğalçılarına qarşı uzun sürən birgə 

azadlıq mübarizəsi də ölkənin türk və qeyri-türk əhalisini daha sıx birləşdirdi, onların qaynayıb-qarışmasına 

müsbət təsir göstərdi. Vahid xalqın yaranması prosesi sürətləndi. 

Bizim eranın ilk yüzilliklərində ölkə  əhalisinin  əksəriyyətini təşkil edən və  hərbi-siyasi cəhətdən daha 

mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid xalqın təşəkkülü prosesində mühüm rol oynayırdılar. 

Azərbaycanın türk etnosları içərisində  oğuz türkləri üstünlük təşkil edirdilər. Qədim türklər, o cümlədən ilk 

oğuzlar ümumtürk məkanının tərkib hissəsi olan Cənubi Qafqaza, o cümlədən Azərbaycan  ərazisinə  qədim 

türklərin «Dəmir qapı» adlandırdıqları  Dərbənd keçidi vasitəsilə, habelə Böyük Qafqazın başqa dağ 

aşırımlarından keçərək yayılmışdılar. Oğuz müqəddəsi Dədə Qorqudun qəbrinin Dərbənddə olması barədə ilk 

mənbələrin məlumatları, Dərbəndin qala qapılarından birinin Dədə Qorqudun mənsub olduğu Bayat elinin (oğuz 

tayfası  bayatların)  adı ilə  «Bayat qapısı»  adlanması bunu sübut edir. Qədim türklər, o cümlədən oğuzlar 

ümumtürk məkanının şimalı ilə cənubunu, yəni Qıpçaq düzü ilə Cənubi Qafqazı əlaqələndirən bu mühüm keçidi 

- «Dəmir qapını» daim öz əllərində saxlamağa çalışırdılar. Çox sonralar, İran-Sasani işğallarından sonra (indinin 

özündə  də) yadellilərin «Dərbənd» adlandırdıqları bu keçidin qədim türk adını Azərbaycan xalqı öz şifahi 

ədəbiyyatında - nağıllarında, dastanlarında, bayatılarında «Dəmir qapı – Dərbənd» kimi qoruyub saxlamışdır. 

Oğuz türklərindən olan ağqoyunluların ən qüdrətli hökmdarı Uzun Həsənin (1453-1478) hökmü ilə Əbu 

Bəkr  əl-Tehrani  əl-İsfahaninin yazdığı «Kitabi-Diyarbəkriyyə» adlanan oğuznamədə verilən faktlar da oğuz 

türklərinin, o cümlədən xalqımızın soykökündə duran ağqoyunlu və qaraqoyunluların Azərbaycanın, həmçinin 

Cənubi Qafqazın və Ön Asiyanın  ən qədim sakinlərindən biri olduğunu sübut edir. Göstərilən müəllif Uzun 

Həsənin böyük babası - Ağqoyunlu dövlətinin banisi Qara Yuluk Osman bəyin nəsil  şəcərəsini bir-bir 

araşdıraraq, nəhayət, Oğuz xaqana çatdırır. Oğuz xaqanın başçılıq etdiyi böyük türk dövlətinin tərkibinə daxil 

olan  əraziləri sadalayır və bütün oğuz türklərinin kökündə duran bu böyük hökmdarın, yəni Oğuz xaqanın 

Göyçə dənizi ətrafında vəfat etdiyini göstərir. 

Azərbaycanın Oğuz xaqanın başçılıq etdiyi dövlətin tərkibinə daxil olması və böyük xaqanın özünün də 

burada - Göyçə

  dənizi  ətrafında vəfat etməsi bu diyarın  ən qədim oğuz məskənlərindən biri olduğunu sübut 



edir. 

«Kitabi-Diyarbəkriyyə»nin müəllifi Oğuzun nəvəsi xanlar xanı Bayandır xaqanın da «Qarabağ qışlağı və 

Göyçə dənizi yaylaqlarında ömür sürdüyünü», burada «böyük bir qurultay çağırıb, məmləkəti oğlanları arasında 

qabiliyyətlərinə görə bölüşdürdükdən sonra Allahın dəvətini qəbul edərək vəfat etdiyini» yazır. 

Əbu Bəkr  əl-Tehrani  əl-İsfahani təsdiq edirdi ki, Qara Yuluk Osman bəyin 20-ci babası Sunqur bəy 

Məhəmməd peyğəmbərin müasiri idi. O, Alagöz və Göyçə  dənizi yaylaq-ları  tərəfdəki sərhədlərdə ölkəyə 

basqın edən yadellilərə qarşı müharibələr aparmış və döyüşlərdən birində həlak olmuşdu. Qara Yuluk Osman 

bəyin 14-cü babası Şəktur xan isə Əlincə qalası uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş, onu düşmənlərin 

                                                 

 



Hazırda Ermənistan Respüblikasının ərazisində olan Göyçə dənizinin adını ermənilər dəyişdirərək «Sevan» adlandırmışlar.

 


  

 



əlindən geri almışdı. Xəlifə Harun ər-Rəşidin müasiri olan Qıpçaq xan da Əlincə qalasına hücum edən 

yadellilərlə müharibələr aparmış, onları məğlubiyyətə uğradaraq qalanı azad etmişdi. 



Beləliklə, «Kitabi-Dədə Qorqud» dastanları ilə səsləşən, Məhəmməd peyğəmbərin zamanına yaxın, 

onun dövründə  və Xilafət işğalları zamanı  cərəyan edən hadisələrlə, həmçinin  ərəb mənbələrinin 

məlumatları ilə üst-üstə düşən bu faktlar real tarixi həqiqəti əks etdirir. 

Türk tayfaları, başqa xalqlar və etnik qruplardan fərqli olaraq, Azərbaycanın bütün ərazisinə - həm 

şimalına, həm də  cənubuna yayılmışdılar və çoxluq təşkil edirdilər. Buna görə  də türk dili Azərbaycan 

ərazisində yaşayan azsaylı xalqlar və etnik qruplar arasında başlıca ünsiyyət vasitəsinə çevrilməkdə idi. Türk 

dili, həm də Azərbaycanın şimal və cənub torpaqları arasında birləşdirici, əlaqələndirici rol oynayırdı. Bu amilin 

o zaman vahid xalqın təşəkkülü prosesində çox mühüm rolu vardı. Çünki bəhs olunan dövrdə bütün Azərbaycan 

ərazisini əhatə edən vahid dini görüş - təkallahlı din hələ yox idi. Zərdüştlük, atəşpərəstlik, Günəşə, Aya, Göyə, 

ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə idi. Qədim türklərin tək Allahı olan Tanrıya sitayiş - 



tanrıçılıq hələ başqa dini görüşləri sıxışdırıb tamamilə aradan qaldıra bilməmişdi. Ölkənin şimalında - Albaniya 

ərazisinin bəzi yerlərində xristianlıq yayılmaqda idi. Lakin müstəqil Alban kilsəsi öz təsirlərini Azərbaycanın 

şimal torpaqlarına yaymağa çalışan erməni-qriqorian missionerlərinə və gürcü kilsəsinə qarşı kəskin mübarizə 

şəraitində fəaliyyət göstərirdi. 

VII  əsrdə Azərbaycanda  İslam dininin qəbul olunması vahid xalqın və dilin təşəkkülünə güclü təkan 

verdi, bu prosesin sürətlənməsinə  həlledici təsir göstərdi. Türk və qeyri-türk etnosları arasında dini birliyin 

yaranması onların yayıldığı bütün Azərbaycan  ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qohumluq 

əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə səbəb oldu. 

İslam dini, eyni zamanda, onu qəbul etmiş bütün türk və qeyri-türk etnoslarını  Cənubi Qafqazı bütöv 

halda xristianlığın təsir dairəsinə salmağa çalışan Bizans imperiyasına, habelə onun himayə etdiyi erməni - 

qriqorian missionerləri və gürcü feodallarına qarşı vahid türk-islam bayrağı altında birləşdirdi. 

Bununla belə, təkallahlı dinlərə sitayiş edənləri müsəlmanlaşdırmaq  İslamın prinsiplərinə zidd olduğu 

üçün  ərəb işğalları dövründə  Şimali Azərbaycanın (Albaniyanın) qərb-dağlıq rayonlarında yaşayan xristian 

əhalinin bir qismi İslam dininin təsir dairəsindən kənarda qaldı. Beləliklə, ölkədə dini ayrılıq baş verdi: çoxluq 



təskil edən və ölkənin bütün ərazisinə yayılmış olan müsəlman əhali; bir də azlıq təşkil edən və əsasən Şimali 

Azərbaycanın qərb sərhədlərində  (əsasən dağlıq və dağətəyi bölgələrdə) yaşayan  xristian albanlar. Elə bu 

vaxtdan da erməni-qriqorian missionerlərinin və gürcü kilsəsinin Albaniyanın qərbində yaşayan xristian əhalini 

öz dini-siyasi təsir dairələrinə salmaq uğrunda mübarizəsi daha da gücləndi. Azərbaycan islamla xristianlıq 

arasında ən kəskin qarşıdurma məntəqəsinə çevrildi. Zaman keçdikcə, Şimali Azərbaycanın qərb bölgələrinin, o 

cümlədən Qarabağın dağlıq bölgələrinin xristian əhalisi qriqorianlaşdırılmağa və erməniləşdirilməyə başladı. 

Tiflisə qədər uzanıb gedən  Şimal-Qərbi Azərbaycan torpaqlarının alban-xristian əhalisini isə  gürcü  kilsəsi öz 

təsir dairəsinə salmağa çalışırdı. 

Xilafət tənəzzülə  uğradıqdan sonra - IX əsrin ortalarından başlayaraq Azərbaycanın qədim dövlətçilik 

ənənələri yenidən dirçəldi. Azərbaycanda yeni siyasi dirçəliş başlandı:  Sacilər,  Şirvanşahlar, Salarilər, 

Rəvvadilər, Şəddadilər və Şəki hakimliyi kimi yerli dövlətlər yarandı. Azərbaycan türk dili bütün ölkə ərazisində 

əsas ünsiyyət vasitəsinə çevrildi. 

IX əsrin 70-ci illərinin sonlarından başlayaraq yarım əsrdən çox davam edən bir tarixi dövr ərzində (879-

941) Azərbaycan torpaqlarının hamısının vahid Azərbaycan türk dövlətinin - Sacilər  dövlətinin tərkibində 

olması bütün ölkə miqyasında iqtisadi və  mədəni  əlaqələrin daha da dərinləşməsinə, etnik fərqlərin aradan 

qalxmasına və vahid Azərbaycan türk xalqının formalaşması prosesinin sürətlənməsinə müsbət təsir göstərdi. 

Sacilər dövləti özünün ən qüdrətli çağlarında Zəncandan Dərbəndə, Xəzər sahillərindən Ani və Dəbil şəhərlərinə 

qədər geniş əraziləri əhatə edirdi. Bütün Azərbaycan torpaqları Sacilər dövlətinin tərkibinə daxil idi. Sacilərin 

Bizans imperiyası tərəfindən himayə olunan və şərqə - Azərbaycana doğru istiqamətləndirilən erməni və gürcü 

feodallarını  məğlub edərək özlərindən asılı hala salmaları Azərbaycanın  ərazi bütövlüyünün, dövlətçiliyinin 

qorunub saxlanılmasında, ölkə ərazisində etnik-siyasi birliyin daha da möhkəmlənməsində mühüm rol oynadı. 

Məhz bu dövrdə Azərbaycan və ümumtürk ədəbiyyatının  şah  əsəri olan «Kitabi-Dədə Qorqud» dastanlarının, 

demək olar ki, bütün Azərbaycan torpaqlarında yayılması prosesi başa çatdı. 

Beləliklə, 600 ilə  qədər davam edən Sasani-İran və  ərəb  əsarətindən sonra yerli dövlətlərin (Sacilər, 

Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimliyi) yaranması, bütün ölkə ərazisində İslam dininin 

rəsmi dövlət dini olması Azərbaycan xalqının etnik təkamülündə, vahid dilin və  mədəniyyətin təşəkkülündə 

mühüm rol oynadı. 

İslam dini, eyni zamanda, Azərbaycanı idarə edən ayn-ayrı feodal sülalələrinin tez-tez bir-birini əvəz 

etdiyi şəraitdə, bütün Azərbaycan əhalisinin - həm xalqımızın təşəkkülündə başlıca rol oynayan müxtəlif türk 

tayfalarının, həm də onlarla qaynayıb-qarışmaqda olan qeyri-türk etnoslarının yadelli qəsbkarlara qarşı vahid 

qüvvə halında birləşməsində də mütərəqqi rol oynadı. Məhz bunun nəticəsində Ərəb xilafətinin zəifləməsindən 


  

 



istifadə edən Bizans imperiyası və onun havadarlıq etdiyi erməni-gürcü təcavüzkarlarından ibarət vahid xristian 

qüvvələrinin Azərbaycan torpaqlarını işğal etmək planları puça çıxdı. Xəzər dənizi vasitəsilə tez-tez basqınlar 

edən slavyan-rus müdaxiləçiləri də Azərbaycanda möhkəmlənə bilmədilər. Ümumi düşmənlərə qarşı 

mübarizədə sıx birləşməyin zəruriliyi, vahid dinin - İslam dininin qaynayıb-qarışmaya, qohumlaşmaya, ümumi 

adət və mərasimlərə yol açması etnik-siyasi birliyi daha da möhkəmləndirdi. 

Bununla belə, Ərəb xilafətinin tənəzzülündən sonra yaranmış Azərbaycan dövlətlərindən heç birinin uzun 

tarixi dövr ərzində ölkənin bütün ərazisini  əhatə edən vahid, davamlı  və qüdrətli dövlətə çevrilə bilməməsi 

nəticəsində ölkədə uzun sürən siyasi sabitlik də yaranmadı. Nəticədə, bu zaman Xilafətin zəifləməsindən 

istifadə edərək  İslama qarşı vahid cəbhədə birləşib hücuma keçən Bizans imperiyası  və onun müdafiə etdiyi 

erməni - gürcü feodallarından ibarət vahid xristian bloku özünün bütün zərbəsini Azərbaycana qarşı çevirdi. 

Azərbaycan xalqı ağır tarixi sınaq qarşısında qaldı. Məhz bu dövrdə - XI əsrin ortalarında Yaxın və Orta Şərq 

tarixində mühüm dönüş dövrü başlandı. Orta Asiyadan Aralıq dənizi sahillərinə  və  Dərbənd keçidindən  İran 

körfəzinə qədər geniş əraziləri əhatə edən Böyük Səlcuq imperatorluğu yarandı. Azərbaycan növbəti oğuz-türk 

dövlətinin - Böyük Səlcuq imperatorluğunun tərkibinə daxil edildi. 

Səlcuq dövrü Azərbaycanın və Azərbaycan xalqının tarixi müqəddəratında həlledici rol oynadı. Sultan 

Alp Arslanın Məlazgird vuruşmasında (26 avqust 1071-ci il) Bizans imperiyasının hərbi qüvvələrini darmadağın 

etməsilə türk-islam birliyi Azərbaycanı ələ keçirməyə çalışan Bizans imperiyası və onun müdafiə etdiyi erməni-

gürcü feodallan üzərində qəti qələbə çaldı. Bizans imperiyasının Cənubi Qafqazda möhkəmlənmək siyasəti və 

bu xristian dövlətinə arxalanaraq Azərbaycanın qərb torpaqlarını  ələ keçirməyə çalışan erməni və gürcü 

feodallarının qəsbkarlıq planları puça çıxdı. Cənubi Qafqazı bütünlüklə xristianlığın təsir dairəsinə salmaq planı 

baş tutmadı. Xristian amili, ümumiyyətlə, Cənubi Qafqazda tənəzzülə uğradı. 

Səlcuq axınları nəticəsində oğuz-türk tayfaları, qəti olaraq, bütün Cənubi Qafqazda və Ön Asiyada başlıca 

etnik-siyasi amilə çevrildilər. Türk-islam amili bütün Yaxın və Orta Şərqin, o cümlədən Qafqazın bundan 

sonrakı tarixində uzun müddət müəyyənedici rol oynadı. 

Səlcuq axınları zamanı oğuz türklərinin yeni-yeni toplumları Azərbaycanda məskən saldılar. Eyni kökdən 

olan və  İslamı  qəbul etmiş  oğuz-səlcuq türkləri ilə Azərbaycan türkləri tez bir zamanda qaynayıb qarışdılar. 

Azərbaycan xalqının təşəkkülü prosesi başa çatdı. Azərbaycan türk dili bütün Cənubi Qafqazda, o cümlədən 

Azərbaycan ərazisində başlıca ünsiyyət vasitəsinə çevrildi. Sadə və tez anlaşılan Azərbaycan türk dili məhdud 

dairədə  fəaliyyət göstərən xırda-məhəlli dilləri, həmçinin  ərəb və fars dillərini sıxışdıraraq bütün ölkə 

miqyasında canlı ümumxalq dilinə çevrildi. El sənətkarlarının - ozanların (aşıqların) oba-oba, oymaq-oymaq 

gəzib yaydıqları şifahi xalq yaradıcılığı nümunələri, çox keçmədən, hamının başa düşdüyü doğma Azərbaycan 

türk dilində nadir ədəbi nümunələrin meydana gəlməsi üçün zəmin yaratdı. 

Böyük Səlcuq imperatorluğunun süqutundan sonra dirçələn və qüvvətlənən yerli Azərbaycan dövlətləri - 

Şirvanşahlar və Eldənizlər  (Atabəylər)  dövlətləri Azərbaycan xalqının dövlətçilik  ənənələrinin davam 

etdirilməsində mühüm rol oynadılar. 

Yaxın və Orta Şərqin ən qüdrətli dövlətinə çevrilən Azərbaycan Eldənizlər dövləti Azərbaycan xalqının 

etnik-siyasi tarixində, Azərbaycan dilinin təsir dairəsinin daha da genişlənməsində xüsusilə böyük rol oynadı. 

Azərbaycan türklərinin, Azərbaycan türk dili və mədəniyyətinin yayıldığı ərazi daha da genişləndi. 

Beləliklə, Ərəb xilafətinin tənəzzülündən sonra - IX əsrin ortalarından başlayaraq Qafqazda, habelə bütün 

Yaxın və Orta Şərqdə türk-islam dövlətlərinin (Sacilər,  Şirvanşahlar, Salarilər, Rəvvadilər,  Şəddadilər,  Şəki 



hakimliyi, Səlcuqlar, Eldənizlər, Monqollar, Elxanilər (Hülakular), Teymurilər, Osmanlılar, 

Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər,  Əfşarlar, Qacarlar və s.) rolu artdı. Azərbaycan uzun zaman bu 

dövlətlərin əksəriyyətinin mərkəzi vilayəti, Təbriz isə paytaxtı oldu. 

XV-XVIII əsrlərdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və Əfşar imperiyaları bilavasitə 

Azərbaycan-türk sülalələri tərəfindən idarə olunurdu. XVIII əsrin sonlarından etibarən  İranı da Azərbaycan 

sülaləsi olan Qacarlar idarə etməyə başladılar. Bu mühüm amil Azərbaycanın daxili və beynəlxalq əlaqələrinə 

müsbət təsir göstərir, azərbaycanlıların hərbi-siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını 

genişləndirir, Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin tərəqqisinə əlverişli şərait yaradırdı. 

XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə - xanlıqlara parçalandı. Ölkənin hərbi-siyasi tənəzzül 

dövrü başladı. Bundan istifadə edən  Qacarlar  İranı  və  Rusiya  imperiyası Azərbaycanı öz aralarında qanlı 

müharibələr meydanına çevirdilər. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan 

iki imperiya arasında bölüşdürüldü: Ölkənin  şimalı  (Şimali Azərbaycan)  Rusiyaya, cənubu  (Cənubi 

Azərbaycan) isə Qacarlar İranına qatıldı. Bununla Azərbaycan torpaqları kimi, Azərbaycan xalqı da iki hissəyə 

parçalandı. Nəticədə Azərbaycan xalqının şimalda ruslaşdırılması, cənubda isə farslaşdırılması dövrü başlandı. 

Xalq həm şimalda, həm də cənubda işğalçılara qarşı azadlıq mübarizəsi tarixinə qədəm qoydu. 

Rusiya imperiyası Türkmənçay müqaviləsindən (1828) sonra Şərqə doğru daha da irəliləmək, isti 

dənizlərə yol açmaq üçün azərbaycanlıları Qafqazdan sıxışdırıb çıxarmaq siyasəti yeritməyə başladı. Bunun 


  

 



üçün ilk növbədə Cənubi Qafqazın xristian əhalisinə - Azərbaycandakı xristian albanlara və gürcülərə arxalandı. 

İşğalçılar Azərbaycanda möhkəmlənmək üçün ölkənin xristian-alban əhalisindən istifadə etdi. 

Beləliklə, Cənubi Qafqazda, İslam dininin yayılmasından təqribən 1200 il keçdikdən sonra xristian amili 

yenidən dirçəldildi. Rusiyadan Azərbaycan  ərazisinə xristian əhalinin köçürülüb gətirilməsinə cəhd göstərildi. 

İlk zamanlar bu siyasət baş tutmadıqda Rusiya Cənubi Qafqazda özünə dayaq yaratmaq üçün işğal etdiyi 

Azərbaycan torpaqlarına, xüsusən Qarabağın dağlıq rayonlarına, keçmiş  İrəvan və Naxçıvan xanhqlarının 

ərazisinə qonşu ölkələrdən kütləvi sur erməni  əhalisi köçürdü. Türkiyə  və  İran ilə  həmsərhəd olan Qərbi 

Azərbaycan torpaqlarında - keçmiş  İrəvan və Naxçıvan xanlıqlarının  ərazisində «Erməni vilayəti» yaradıldı 

(1828). Bununla Azərbaycan torpaqlarında gələcək erməni dövlətinin əsası qoyuldu. 

Rusiya, yuxarıda göstərilənlərlə yanaşı, 1836-cı ildə müstəqil Alban kilsəsini də ləğv etdi və onu erməni 

qriqorian kilsəsinin tabeçiliyinə verdi. Bununla Azərbaycanın qədim  əhalisi olan xristian albanların 

qriqorianlaşdırılmasına və erməniləşdirilməsinə daha əlverişli şərait yaradıldı. 

Rusiya imperiyasının məqsədli surətdə  həyata keçirdiyi bu tədbirlər nəticəsində ermənilərin 

azərbaycanlılara qarşı yeni ərazi iddialarının əsası qoyuldu. Bütün bunlarla kifayətlənməyən çar Rusiyası daha 

çirkin siyasətə də əl atdı: ermənilər silahlandırılaraq türk-müsəlman əhali üzərinə qaldırıldı və azərbaycanlılara 

qarşı kütləvi soyqırımları törədilməsinə başlandı. Eyni zamanda, Rusiyadan Azərbaycana xristian əhalisinin 

köçürülməsi prosesi də sürətləndirildi. 

Mahiyyətcə eyni cür siyasət Qacarlar İranı tərəfindən Azərbaycanın cənubunda da həyata keçirilirdi. 

Nəticədə Azərbaycan xalqının həm  şimalda, həm də  cənubda azadlıq mübarizəsi gücləndi.  Əvvəllər 

Azərbaycana yiyələnmək üçün öz aralarında qanlı müharibələr aparmış tarixi düşmənlər olan Rusiya və  İran 

dövlətləri azərbaycanlıların azadlıq mübarizəsinə qarşı bir-birinin etibarlı müttəfiqinə çevrildilər. Bütün bunlara 

baxmayaraq Azərbaycan xalqı Rusiya və  İran işğalçılarına qarşı istiqlal mücadiləsini dayandırmadı, özünün 

müstəqil dövlətini dirçəltmək üçün dəfələrlə üsyan qaldırdı, şəhidlər dalınca şəhidlər verdi. 

Birinci Dünya müharibəsi dövründə (1914-1918) azərbaycanlılar həm şimalda, həm də cənubda öz milli 

dövlətçilik  ənənələrini dirçəltmək üçün ayağa qalxdılar.  Şimali Azərbaycanda azadlıq mübarizəsi misli 

görünməmiş faciələrlə  nəticələndi. Bakıda hakimiyyəti  ələ keçirən S.Şaumyanın daşnak-bolşevik hökuməti 

1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı  dəhşətli soyqırımı  həyata keçirdi. Qardaş Türkiyə 

Azərbaycana kömək  əlini yetirdi. Azadlıq hərəkatı qalib gəldi. 1918-ci il mayın 28-də  Şimali Azərbaycanda 

Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Cənubi Azərbaycanda isə 

müstəqil Azadıstan dövləti quruldu. Lakin bolşevik Rusiyası  və  İran





Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə