Yardım göstərməkdən ibarətdir



Yüklə 301.38 Kb.
PDF просмотр
səhifə1/5
tarix26.07.2017
ölçüsü301.38 Kb.
  1   2   3   4   5



ÖN SÖZ

İnsan  və  uşaq  hüquqları  universal  xarakter  daşıyır.  Bütün  ölkələr  bu  sahədə 

maarifləndirici fəaliyyət aparmalı və bu hüquqları tətbiq və onlara riayət etməlidirlər. 

Beynəlxalq  təşkilatların  rolu  müxtəlif  proqramlar  vasitəsilə  insan  və  uşaq 

hüquqlarının həyata keçirilməsi üzrə öhdəliklərinin yerinə yetirilməsində dövlətlərə 

yardım göstərməkdən ibarətdir.

Son  on  il  ərzində  insan  hüquqları  sahəsində  təhsilin  istiqamətləndirilməsi  nəzəri, 

tədqiqat  işi,  siyasi  və  təcrübi  baxımdan  əsas  müzakirə  mövzusuna  çevrilmişdir. 

2005-ci ildə Birləşmiş Millətlər Təşkilatı “İnsan hüquqları sahəsində Ümumdünya 

təhsil proqramı”nı bəyan etmiş, Avropa İttifaqı “Demokratiya və İnsan hüquqları 

üzrə  Avropa  Təşəbbüsü”nü  təqdim  etmiş,  Avropa  Şurası  isə  “Təhsil  vasitəsilə 

Avropa vətəndaşlığı ili”ni açıq elan etmişdir. Sizin ölkənin də üzv olduğu Avropada 

Təhlükəsizlik  və  Əməkdaşlıq  Təşkilatı  (ATƏT)  2003-cü  il  tarixli  “XXI  əsrdə 

təhlükəsizlik və sabitliyə qarşı təhdidlərə müqavimət üzrə ATƏT-in Strategiyası”nda 

müəyyən olunmuş öhdəliklərə malikdir:

“ATƏT-in  səyləri,  xüsusilə  gənclərdə  dözümlülük,  o  cümlədən  barışıq  və  sülh 

şəraitində  birgəyaşayışın  vacibliyinin  tərbiyə  edilməsi  məqsədinə  yönələcəkdir. 

Gənclərin dünya görüşü və onların gələcək haqqında düşüncələri həlledici əhəmiyyət 

daşıyır.  Bu  səbəbdən  ATƏT  müvafiq  hallarda  təhsil  sahəsində  daha  vacib  rol 

oynayacaqdır. İnsan hüquqlarının təbliğatı kimi istiqamət xüsusi diqqətə layiqdir”.

2005-ci ildə ATƏT-də sədrlik edən Sloveniya bu öhdəliklərin yerinə yetirilməsinə 

töhfə vermək məqsədilə ATƏT üzvü olan dövlətlərdə pilot layihə həyata keçirmək 

arzusundadır. Sizin bu layihədə iştirak etməyə qərar verməyinizə çox şad olardıq.

Dünya  dövlətlərinin  çoxu  tərəfindən  qəbul  olunmuş  Uşaq  hüquqları  haqqında 

Konvensiyadan  çıxış  edərək,  eləcə  də  Sloveniya  məktəblərində  bərqərar  olmuş 

tədris praktikasına əsasında, biz Sizə 10-12 yaşında olan uşaqlara “uşaq hüquqları” 

mövzusunun tədris olunması üçün faydalı ola biləcək material təklif etmək istərdik.

Sözügedən material Sloveniyada həm şagird, həm də müəllimlərdə böyük maraq 

doğurmuşdur.  2004-2005-ci  illərdə  Təhsil  sahəsində  tədqiqatlar  üzrə  Lyublyana 

İnstitutu (təqdim olunmuş anketə müəllimlər tərəfindən verilmiş cavablar əsasında) 

sözügedən proqramın nəzərdən keçirilməsi və qiymətləndirilməsi üzrə iş aparmış və 

insan hüquqları anlayışında əhəmiyyətli dəyişiklikləri qeyd etmişdir. Xüsusilə, aşkar 




edilmişdir ki, məktəblilər gündəlik ünsiyyət zamanı onların hüquqlarının pozulması 

faktlarını daha yaxşı müəyyən edir və uşaq hüquqları problematikasına daha çox 

diqqət yetirirlər. Bununla yanaşı, müəllimlərin böyük qismi belə qənaətə gəlmişdir 

ki,  onlar  bu  layihədə  iştirak  etməklə,  insan  və  uşaq  hüquqlarına  aid  olan  bu  cür 

gələcək layihələrdə iştirak etmək imkanı yaradan əlavə biliklər əldə etmişlər.

ATƏT-in pilot layihəsi çərçivəsində təklif olunan tədris materialı uşaq hüquqlarına 

dair sadə mətnləri ehtiva edən kartlar və onlar üçün albomdan ibarətdir. Layihənin 

əvvəlində  məşğələlərin  keçirilməsindən  əvvəl  uşaqlara  boş  albomlar  paylanılır. 

Bundan  sonra  hər  dərs  bir  kart  müzakirə  olunur.  Kursun  sonunda  şagirdlər  öz 

albomlarında kartların tam komplektini yığırlar.

Bu  məlumat  broşürü  müəllimlər  üçün  nəzərdə  tutulmuşdur.  Broşür  kartlarda  əks 

olunmuş mövzularla iş modellərindən ibarətdir və müəllimlərə mövzuların müzakirə 

edilməsində  və  müvafiq  fəaliyyətin  stimullaşdırılmasında  yardım  göstərmək 

üçün  hazırlanmışdır.  Bura,  həmçinin  qruplarda  mümkün  iş  üsullarının  siyahısı 

da  əlavə  olunmuşdur.  Hər  bir  insan  və  uşağın  əsas  hüquqlarına  riayət  olunması 

baxımından, bu tədris materialı sizə daha münasib olan yanaşmanı tapmaqda yardım 

göstərəcəkdir. Mümkün yanaşmalardan biri, gündəlik məktəb və məktəbdən kənar 

həyatdan nümunələr gətirməklə hüquqlara münasibətdə məsuliyyət haqqında söhbət 

aparmaqdır.

Bu  broşürdə  siz,  həmçinin  Uşaq  hüquqları  haqqında  Konvensiyadan  sitatlar  və 

gələcəkdə insan və uşaq hüquqları mövzusuna müraciət edərkən yararlı ola biləcək 

mənbələrə faydalı istinadlar tapacaqsınız. İnsan hüquqları mövzusu çox vacib və 

ciddi məsələdir və sözügedən tədris materialı onun bütün aspektlərini və ona bütün 

yanaşmaları əhatə edə bilməz. Bununla əlaqədar olaraq, biz bu broşürə, gələcəkdə 

sizin müraciət edə biləcəyiniz mövcud nəşr mənbələri (kitablar, dərs ləvazimatları 

və  s.),  eləcə  də  internet  səhifələrinə  istinadlar  haqqında  məlumat  daxil  etmişik. 

Broşür beynəlxalq və qeyri-hökumət təşkilatları tərəfindən təqdim olunan ən faydalı 

və geniş istifadə olunan məlumatı ehtiva edir. 

Bizim üçün iştirak etdiyiniz bu pilot layihədən sonra sizin təcrübəniz haqqında rəyin 

alınması çox maraqlı olardı və buna görə də biz materiallara kiçik anket daxil etmişik. 

Beləliklə, biz müəllimlər tərəfindən qazanılmış təcrübə haqqında məlumat və insan 

hüquqları sahəsində təklif olunan təhsil metodikası ilə bağlı qeydlərini almaq istərdik. 

Bu, gələcək nəsillər üçün təhsil metodları və vəsaitlərinin genişləndirməsinə imkan 

yaradacaqdır. 




Sizə,  mövcud  olan  metodika  və  vəsaitlərə  əlavə  kimi  və  yaxud  da  ümumi  qəbul 

edilmiş  məktəb  proqramından  tam  fərqli  olan  yeni  yanaşma  kimi  istifadə  edə 

biləcəyiniz sadə didaktik material təqdim olunub. Bu pilot layihə, bu yaş qrupu üçün 

insan hüquqlarının tədrisi sahəsində fəaliyyət aparılmayan ölkələrdə insan hüquqları 

sahəsində təhsil prosesinə təkan verə bilər. 

Ümid edirik ki, layihə bu mərhələdə qəbul olunsa və ATƏT regionunda uğurla həyata 

keçirilsə  o,  gələcəkdə  təkmilləşdiriləcək  və  davam  etdiriləcəkdir.  İnsan  və  uşaq 

hüquqları sahəsində maarifləndirmə işinin aparılması yalnız öhdəliyimiz deyildir. 

Bu, gəncliyin sağlam inkişafına yardım etdiyi üçün bizə zövq verməlidir. Biz əminik 

ki, «insan hüquqları» mövzusunda təhsil, bizim gələcək nəsillərin – yetkinlik yaşına 

çatmamış  insanların  tərbiyəsi  işinə  birgə  uğurlu  töhfəmiz  hesab  oluna  bilər.  Biz 

səmimi qəlbdən ümid edirik ki, layihədə iştirak sizə zövq verəcəkdir.




METODOLOGİYA

TÖVSİYƏ OLUNAN VASİTƏLƏR

QRUPLARDA İŞ

SÖHBƏT

Söhbət  şagird  və  müəllimlərə  müzakirə  olunan  mövzulara  münasibət  bildirmək 

üçün  əla  imkan  yaradır.  “İnsan  hüquqları”  mövzusunun  tədrisi  prosesində  bu 

çox  vacibdir,  belə  ki,  bu  proses  zamanı  iştirakçılara  nəinki  tematik  materiallara 

sahib olmaq, həmçinin onları sərbəst şəkildə analiz etmək lazımdır. Son hadisələr 

haqqında  informasiya,  plakatlar  və  əşyaların  nəzərdən  keçirilməsi  -  müzakirənin 

stimullaşdırılması  üçün  səmərəli  vasitələrdir.  Söhbəti  “Bəs  siz  .......  haqda  nə 

düşünürsünüz?” sualı ilə başlamaq tövsiyə olunur. 



CÜTLÜKLƏRƏ AYRILMA

Bütün qrupla müzakirələr zamanı ideyaları yaratmaq mümkün olmadıqda bu metod 

özünü doğruldur. İştirakçılara qruplara bölünərək mövzunu bir-iki dəqiqə müzakirə 

etməyi, daha sonra isə hamı ilə öz fikirlərini bölüşməyi təklif edin. Tezliklə məlum 

olacaq ki, auditoriya “uğuldayır”, ideyalar isə “aşıb-daşır”!

KİÇİK QRUPLARA AYRILMA

Kiçik  qruplara  bölünmə  bütün  qrupla  işləməyə  alternativ  variantdır.  Bu  metod 

hamını  müzakirələrə  cəlb  etməyə  imkan  verir  və  komanda  əməkdaşlığını  inkişaf 

etdirməyə kömək edir. Qrupların sayı konkret şəraitdən asılıdır – nə qədər iştirakçı 

işlə  məşğuldur  və  auditoriyanın  imkanları  hansı  səviyyədədir.  Kiçik  qruplar  2-3 

nəfərdən ibarət ola bilərlər, lakin qrupda 6-8 iştirakçı olanda qrup daha yaxşı işləyir. 

Belə qrupların iş müddəti verilmiş tapşırıqdan asılı olaraq 15 dəqiqə, bir saat və ya 

bütün gün davam edə bilər.

İştirakçılara sadəcə olaraq “müəyyən bir mövzunu müzakirə etməyi” tapşıranda çox 

az hallarda nəticə əldə etmək mümkündür. Müzakirə mövzusundan asılı olmayaraq, 

tapşırığı dəqiq müəyyənləşdirmək və iştirakçıları əsas qrupa müraciət etməyə vadar 

edən müəyyən bir məqsədə nail olmağa yönəltmək lazımdır. Məsələn, tapşırığı, həlli 

tələb olunan problem və ya cavabı verilməli olan sual şəklində vermək lazımdır. 

TƏSVİRİ VASİTƏLƏR – ŞƏKİLLƏR,

KOLLAJLAR, KOMİKSLƏR, FOTOŞƏKİLLƏR

“Şəkil sözdən daha çox məna verə bilər”. Təsvir - həm informasiyanın verilməsi, 

həm də marağın yaradılması üçün güclü vasitədir. Eyni zamanda yadda saxlamaq 

lazımdır ki, şəkil çəkmək təkcə düşüncə tələb edən işlərə meylli olanlar üçün deyil, 





hətta  şifahi  ünsiyyət  vasitələrindən  o  qədər  də  yaxşı  istifadə  etməyi  bacarmayan 

insanlar üçün özünü ifadə etməyin və kommunikasiyanın vacib alətidir. 

KİV: QƏZETLƏR, RADİO, TELEVİZİYA, İNTERNET

KİV - müzakirə materialı üçün əvəzedilməz mənbədir. Materialın məzmununu və 

onun necə təqdim edildiyini müzakirə etmək, həmçinin əvvəlcədən yaranmış rəyi və 

stereotipləri müzakirə etmək hər zaman maraqlıdır. 



FİLMLƏR, VİDEO, RADİOVERİLİŞLƏR 

Filmlər, video və radioverilişləri – “insan hüquqları” mövzusunun tədrisi zamanı 

təsirli  vasitədir  və  gənclər  arasında  çox  populyardır.  Baxılmış  film  üzrə  söhbət 

sonrakı iş üçün dayaq nöqtəsi ola bilər. İştirakçıların filmə ilk reaksiyası, onun nə 

qədər “həyati” olması, əsas obrazların real ifa olunub-olunmaması və ya hər hansı 

siyasi və yaxud etik mövqeyi təbliğ etməyə çağırıldıqlarını müzakirə etmək olar. 



“BEYİN HÜCUMU” 

“Beyin  hücumu”  –  qısa  müddət  ərzində  yeni  əşyanı  təqdim  etmək,  yaradıcılığı 

stimullaşdırmaq və çoxlu ideyalar əldə etmək üçün vasitədir. 

Tövsiyələr: 

• 

“Hücum etmək” niyyətində olduğunuz mövzunu müəyyənləşdirin 



və onu bir neçə cavabı olan sual şəklinə salın;

• 

Sualı elə yazın ki, onu hamı görə bilsin;



• 

İştirakçılardan xahiş edin ki, öz fikirlərini elə yazsınlar ki, onları 

hamı görə bilsin – ayrı-ayrı sözlər və ya qısa cümlələr şəklində;

• 

İdeyalar bitdikdə “hücumu” dayandırın



• 

və təklifləri ümumiləşdirərək onların şərh edilməsini təklif edin.

Aşağıdakı qaydalara riayət etmək lazımdır:

• 

HƏR yeni təklifi yazın. Ən «yaradıcı» təkliflər 



daha faydalı və maraqlı olur!

• 

«Hücum» qurtarmamış yazılarla bağlı şərhlərə və müzakirələrə, 



həmçinin səslənmiş fikirlərin təkrarlanmasına yol verilməməlidir.

• 

İşə hamını və hərkəsi cəlb etməyə çalışın.



• 

Yalnız qrupu «ölü nöqtədən» tərpətmək lazım 

olan halda öz fikirlərinizi ifadə edin. 

• 

Əgər təklif kifayət qədər aydın ifadə olunmayıb, 



aydınlaşdırmağa nail olun. 



DİVARÜSTÜ PLAKAT

Bu «beyin hücumunun» bir formasıdır. İştirakçılar öz fikirlərini kiçik vərəqələrdə 

(posterlərdə) yazıb divara yapışdırırlar. Bu metodun üstünlüyü ondan ibarətdir ki, 

oxuyanlar öz yerlərində qalıb, başqalarının fikirlərinin təsirinə düşməyərək sakitcə 

müstəqil fikirləşə bilərlər, posterlər isə elə yerləşdirilə bilər ki, ifadə olunan fikirlərin 

qruplaşdırılması mümkün olsun. 



ROL OYUNLARI

Rol  oyunu  –  iştirakçılar  arasında  oynanılan  qısa  tamaşadır.  Baxmayaraq  ki, 

iştirakçılar oynayarkən öz həyat təcrübələrinə əsaslanır, oyun əhəmiyyətli dərəcədə 

improvizasiya  xarakteri  daşıyır.  Oyunun  məqsədi  iştirakçıların  qarşılaşmadığı 

hadisələr  və  vəziyyətləri  təqdim  etməkdir.  Rol  oyunları  vəziyyəti  daha  yaxşı 

aydınlaşdırmağa və həmin vəziyyətə düşmüş insanlara daha çox şəfqət göstərilməsinə 

kömək edir. 

• 

Rol oyunlarının tərkibində, vəziyyətin modelləşdirilməsində 



kimi, kiçik tamaşa ola bilsə də, onların axırıncılardan fərqi 

ondadır ki, onların bir qayda olaraq ssenarisi var və daha 

kiçik dərəcədə improvizasiyanı nəzərdə tuturlar.

• 

Rol oyunun dəyəri ondadır ki, o reallığı təqlid edir. Rol oyunları 



birmənalı cavabları olmayan, məsələn iştirak edən şəxslərin 

hərəkətlərinin düz və ya düz olmaması kimi suallar qaldırır. 

Rol  oyunlarını  ehtiyatla  keçirmək  lazımdır.  Birincisi,  iştirakçılara  roldan  çıxmaq 

üçün  vaxtın  saxlanılması  çox  vacibdir.  İkincisi,  ayrı-ayrı  iştirakçıların  hisslərinə 

ehtiyatla yanaşmaq və qrupun sosial strukturunu nəzərə almaq lazımdır. Məsələn, 

məhdud imkanlarla və əlilliklə bağlı rol oyunlarında qrupda bu çətinlikləri çəkən 

iştirakçıların ola biləcəyi (bu qalan iştirakçılara görünməyə də bilər) və ya onların 

tanış və ya qohumları arasında əlillərin ola biləcəyi nəzərə alınmalıdır. Belə insanları 

zədəyə  məruz  qoymaq,  ön  plana  çəkmək  və  ya  «kənara»  atmaq  olmaz.  Belə  hal 

baş verdiyi təqdirdə vəziyyətə ciddi yanaşın (üzr istəyin, deyin ki, söhbət mücərrəd 

misaldan  gedir  və  s).  Bundan  başqa  stereotipləri  yadda  saxlayın.  Rol  oyunları 

ayrı-ayrı  iştirakçıların  digərləri  haqqında,  onlara  bənzəmə  və  ya  onların  rollarını 

oynamaqla  nə  fikirləşdiklərini  açıqlayır.  Məhz  buna  görə  bu  fəaliyyət  növü  belə 

əyləndiricidir. Sizin oyundan sonra keçirdiyiniz sorğu faydalı ola bilər: «Siz necə 

düşünürsünüz – rolu oynanılmış personaj həqiqətən də belədir?» Bu vəziyyətdən, 

şagirdlərə məlumata daim tənqidi yanaşılmasını təlqin etməklə əlavə dərs çıxarmaq 

olar.  Şagirdlərdən,  həmçinin  personajlarının  obrazının  yaradılması  üçün  haradan 

məlumat götürdüklərini soruşmaq olar.  





ŞƏRAİTİN SİMULYASİYASI

Şəraitin simulyasiyasını hamının cəlb olunduğu, genişləndirilmiş rol oyunu hesab 

etmək  olar.  Bu  metod  şagirdlərə  təhlükəsizlikdə  qalmaqla,  gözlənilməz  hallardan 

keçməyə imkan verir. Şəraitin simulyasiyası emosional iştirakı nəzərdə tutur və bu 

da onu çox kəsərli vasitə edir. Şagirdlər materialı təkcə rasional və ya adət şəklində 

deyil, həmçinin “ürək”ləri vasitəsilə mənimsəyirlər. 

Sonrakı sorğu metodikanın çox əhəmiyyətli hissəsidir. İştirakçılar öz hislərini, niyə 

məhz belə hərəkətlər etdiklərini, ədalətsizlik hissinin onlarda yaranıb-yaranmamasını 

və nail olduqları qərarın nə dərəcədə qəbul edilən olduğunu müzakirə etməlidirlər. 

Şagirdlərə  yaşadıqları  ilə  dünyadakı  həqiqi  şərait  arasında  müqayisə  aparmaqda 



yardım göstərmək lazımdır.

* İş metodları barədə daha ətraflı məlumatı Avropa Şurasının “Kompas” nəşrində 

tapmaq olar – broşürün ikinci hissəsi, “uşaq hüquqları və insan haqları mövzusu 

üzrə məlumat mənbələri” bölməsindəki istinada bax.



Uşaq  hüquqları  haqqında  Birləşmiş  Millətlər  Təşkilatının  Konvensiyasında  göstərildiyi 

kimi, uşaq yetkinlik yaşına çatmayan hər hansı insan varlığı hesab olunur. Biz, uşaqların, 

hüquqlarımızın nə olduğunu bilməyə hüququmuz var. Bizim dövlətlərimiz hüquqlarımızın 

həyata keçirilməsini təmin etməyə və uzunmüddətli maraqlarımızı qorumağa borcludurlar.

Əlavə məlumat: (Uşaq hüquqları haqqında Konvensiyanın 1-ci maddəsi)

Müəllim şagirdlərə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş Uşaq hüquqları 

haqqında Konvensiyanı təqdim edir. Müəllimə uzunmüddətli marağa-insan hüquqlarına 

möhkəm vətəndaş sadiqliyinin formalaşdırılmasına diqqət yetirmək tövsiyə olunur. 

İş üslubu: müzakirə və insan hüquqları haqqında plakatın hazırlanması.

• 

“İnsan olmaq” nə deməkdir?

• 

Norma və qanunlar niyə lazımdır?

• 

Uşaqlara fərdi olaraq onların hüquqlarını qoruyan xüsusi sənəd niyə lazımdır?

• 

Uşaq hüquqları haqqında Konvensiya hansı hüquqları təmin edir? (qruplara 

bölünən uşaqlar onlara məlum olan hüquqları sadalayırlar; qrupların 

hesabatlarından sonra uşaq hüquqları haqqında plakat hazırlana bilər)

• 

Bu hüquqlar haqqında biz haradan öyrənmişik?

• 

Hüquqlarımız haqqında daha çox haradan və necə öyrənə bilərik?

• 

Bizim uzunmüddətli maraqlarımız hansılardır? (uşaqlar öz 

maraqlarını sadalayır, onları müqayisə edirlər).



Biz, uşaqların yaşamaq və inkişaf hüququmuz var. Kifayət miqdarda qida və 

təmiz suya olan hüquqlarımız var.

Əlavə məlumat: (Uşaq hüquqları haqqında Konvensiyanın 6 və 27-ci maddələri)

Bu  xüsusilə  vacib  əhəmiyyətli  hüquqdur  və  BMT  Baş  Assambleyası  ona  xüsusi 

diqqət yetirir. Müəllim bu hüquqların təminatı ilə əlaqədar dövlət işçiləri və rəsmi 

orqanların məsuliyyətini xüsusilə vurğulaya bilər. 

İş üslubu: divar plakatı, söhbət

• 

Uşağın inkişafı üçün nə lazımdır (təhlükəsizlik, qida, su, təhsil və s.)

• 

“Qida və təmiz suyun kifayət miqdarı” nədir?

• 

Niyə bu hüquqlar belə vacibdir?

• 

Siz, bu sahədə hüquqlarına riayət edilməyən 

uşaqlar tanıyırsınızmı (hansı ölkələrdə)?

• 

Onlara kim kömək etməlidir və onlara biz necə kömək edə bilərik?

0

Harada  doğulmağımızdan  asılı  olmayaraq,  anadan  olduğumuz  andan  ad  və 

vətəndaşlıq hüququ alırıq.

Əlavə məlumat: (Uşaq hüquqları haqqında Konvensiyanın 7 və 8-ci maddələri)

Müəllim insanın adının vacibliyini, onun fərdiliyinin bir hissəsi kimi müzakirə edə 

bilər.  Regionda  yayılmış  adların  müzakirəsindən  sonra  dünyada  qəbul  olunmuş 

adlar, eləcə də müxtəlif vətəndaşlıqları müzakirə etmək olar.

İş üslubu: dünya xəritəsinin yanında söhbət; 55 dövləti əhatə edən ATƏT məkanını 

göstərən müəllim hər yerdə uşaq hüquqlarını (bizim hamımızın ad və vətəndaşlığa 

olan hüquqlarımız var) öyrənən uşaqların yaşaması haqqında danışır və bir sıra 

misallar gətirir

• 

Sizin adınız hansı mənanı verir?

• 

Adı və vətəndaşlığı olmayan uşaqlar tanıyırsınızmı, doğum haqqında 

şəhadətnaməsi olmayan uşaqlar haqqında eşitmisinizmi; niyə bu pisdir?



Biz,  uşaqların  valideynlərimiz,  ailələrimiz  və  yaxud  da  bizim  daha  yaxşı 

qeydimizə qala biləcək şəxslərlə birgə yaşamaq hüququmuz vardır.

Əlavə məlumat: (Uşaq hüquqları haqqında Konvensiyanın 5, 9 və 18-ci maddələri)

Bu  hüquq  üçün  Uşaq  hüquqları  haqqında  Konvensiyanın  3-cü  maddəsində  daha 

ətraflı şəkildə baxılan, uşağa daha çox fayda prinsipini qeyd etmək olar. Uşağın 

təhlükəsizliyinin  təmin  edilməsi  və  ona  ən  maksimal  fayda  üçün,  bəzən  onun  öz 

ailəsindən, ya da qəyyumlarından kənar yaşaması məqsədəuyğundur.

İş üslubu: cütlüklərə bölünmə, söhbət

• 

Hansı növ ailələri tanıyırsınız (miqyasına görə, müxtəlif uşaqlı, 

bir valideynli, bir yerdə yaşayan bir neçə nəsil...)?

• 

“Valideynlər/qəyyumlar daha yaxşı bizim qeydimizə 

qala bilərlər” nə deməkdir? Hansı yolla?

• 

Kim sizin qeydinizə qalır?



Heç kimin, bizlərin ayrı cins, irq, milliyyət və vətəndaşlığa mənsub olmağımıza, 

ayrı dillərdə danışmağımıza, ayrı dinlərə etiqad etdiyimizə görə aramızda fərq 

qoymağa hüququ yoxdur.

Əlavə məlumat: (Uşaq hüquqları haqqında Konvensiyanın 2-ci maddəsi)

Digər bütün beynəlxalq hüquqi sənədlər kimi Uşaq hüquqları haqqında Konvensiya 

da qeyri ayrı-seçkilik prinsipinə əsaslanır. Bu Konvensiyaya görə, bütün uşaqların 

bütün hüquq və azadlıqlardan istifadə etmək hüququ vardır. 

İş üslubu: söhbət, KİV materialları istifadə oluna bilər.

• 

Müəllim uşaqları dünyadakı rəngarənglik barədə düşünməyə dəvət 

edir; hansı irq, dil, din, millət və etnik qruplar bizə məlumdur?

• 

Müzakirə bərabərliyə riayət olunmasına və rəngarəngliyə 

hörmətə, eləcə də hər yerdə çoxluqdan fərqlənən 

insanların olması faktına istiqamətlənməlidir. 

• 

Aramızdakı fərq nədən ibarətdir (sinfin nümunəsində)?

• 

Hansı yanaşmada biz eyniyik?



Bizim tədris və pulsuz ibtidai təhsil almaq hüququmuz var.

Əlavə məlumat: (Uşaq hüquqları haqqında Konvensiyanın 28 və 29-cu maddələri)

Sözügedən hüququn təmin edilməsi bərabər imkanlar prinsipinə əsaslanır.

İş üslubu: qruplara bölünmə, müzakirə

• 

Niyə təhsil vacibdir?

• 

Həmyaşıdlarınızın hamısı məktəbə gedirmi?

• 

Siz məktəbə getməyən hər hansı bir uşaq tanıyırsınızmı və 

hansı səbəbdən o məktəbə getmir (burada, xaricdə)?

• 

Dünyadakı bütün uşaqlara ibtidai təhsil almaq imkanını 

necə təmin edərdiniz; niyə bu belə vacibdir?


  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə