Ярябов Рафиг Байрам оьлу



Yüklə 5.01 Kb.

səhifə1/6
tarix18.12.2016
ölçüsü5.01 Kb.
  1   2   3   4   5   6

 
 
Ярябов Рафиг Байрам оьлу 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
1
 
 
Ярябов Рафиг Байрам оьлу 
 
 
 
 
 
 
Техники  дизайн 
вя 
ергономика 
 
 
Техники ихтисасларын тялябяляри цчцн дярс вясаити 
 
 
 
 
Азярбайъан Республикасы Тящсил Назирлийинин 
17.04.13-ъу ил 582 сайлы ямри иля 
дярс вясаити кими тясдиг олунмуш 
 
 
 
 
 
 
 
 
 
Бакы – 2013 

 
2
 
УТОЧ 621.314 
 
 
 
Р.Б.Ярябов. Техники дизайн вя ергономика. Техники ихтисасларын 
тялябяляри цчцн дярс вясаити. Бакы, 2013, 111 с. 
 
 
 
Елми редактор 
АДНА-нын «Машынларын динамикасы вя 
мющкямлийи» кафедрасынын досенти, т.е.н. 
Орхан Яли-Яшряф оьлу Мяммяд-задя 
 
 
Ряйчиляр: 
АДНА-нын «Машынгайырма вя метал емалы» 
кафедрасынын профессору, т.е.д. Ъащид Яли оьлу 
Кяримов 
 
 
 
«Нефтин, газын эеотехноложи проблемляри вя 
кимйа» елми тядгигат институтунун профессору, 
т.е.д. Наиб Ейнал оьлу Зейналов  
 
 
 
«Бакы Нефт-мядян аваданлыглары заводу» 
АСЪ-нын техники шюбясинин ряиси, т.е.н. Адыл 
Дахыл оьлу Нябийев 
 
 
 
АДНА-нын «Машынларын динамикасы вя 
мющкямлийи» кафедрасынын досенти, т.е.н. 
Севда Йагуб гызы Ялийева 
 
 
 
 
 
 
 
 
 
 
                                         ©   Ярябов Р.Б. E-mail: arbo55@mail.ru 
 
 
 
 
 
 
 
 

 
3
Мцндяриъат 
 
1. KURSUN  PREDMETI VƏ MAHIYYƏTI 5 
2. TEXNIKI  LAYIHƏLƏNDIRMƏ 6 
3. KONSTRUKSIYAETMƏ VƏ PLANLAŞDIRMA 8 
4. PLANLAŞDIRMA 10 
5. ESTETIKA 
16 
6. TEXNIKANIN INKIŞAF QANUNAUYĞUNLUQLARI.  
İNSAN VƏ MAŞININ QARŞILIQLI MÜNASIBƏTLƏRI 
19 
 
7. TEXNIKADA MƏZMUN VƏ XARICI FORMA 
 
21 
8. KOMPOZISIYANIN ƏSASLARI 24 
9. HARMONIKA 
31 
10. TƏNASÜB VƏ MÜTƏNASIBLIK 32 
11. MIQYAS 
44 
12. SIMMETRIYA VƏ ASIMMETRIYA 
47 
13. STATIKLIK VƏ DINAMIKLIK 
51 
14. METRIK VƏ RITMIK TƏKRARLANAN SIRALAR 
53 
15. KONTRAST VƏ NÜANS 
57 
16. STANDART VƏ ESTETIKA 
60 
17. RƏNG VƏ IŞIQ 64 
18 RƏNG 64 
19. RƏNGLƏRIN QARIŞDIRILMASI 71 
20. İŞIQ 74 
21. MAŞINQAYIRMADA RƏNG VƏ FUNKSIONAL 
BOYAMA 
78 
 
22. İSTEHSAL BINALARININ INTERYERLƏRININ 
IŞIQLANDIRILMASI VƏ BOYANILMASI 
 
 
79 
 
 

 
4
23. ERQONOMIKA 
80 
24. ANTROPOMETRIK TƏLABAT 81 
25. FIZIOLOJI VƏ ESTETIK TƏLƏBLƏR 88 
26. GÖRMƏ 92 
27. EŞITMƏ 95 
28.  QOXU 
96 
29. SƏS 96 
30. ƏMƏYIN ELMI TƏŞKILI, ISTEHSAL 
MƏDƏNIYYƏTI VƏ ESTETIKA 
98 
 
31. IŞ YERLƏRININ TƏŞKILI 
 
101 
32. MÜHƏNDIS PSIXOLOGIYASI 
106 
33. BIONIKA 
107 
ƏDƏBİYYAT 112 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
5
1. KURSUN  PREDMETI VƏ MAHIYYƏTI 
 
Hal-hazırda dizayn elminin tətbiqinə və varlığına müxtəlif fikirli 
baxışlar vardır. Rəssamların fikrincə dizayn incəsənət növüdür. 
Arxitektorlara görə bədii arxitektura növüdür. Mühəndislərin fikrincə 
dizayn texnika elminə aid edilir. Bütün hallarda məqsəd birdir: insanı 
əhatə edən elmi-texniki, bədii-estetik elmin sintezini edərək, material, 
əşya aləminin mədəniyyətini artırmaq üçündür. Min illərdən bəri 
arxitektura və texnikada əldə olunmuş inkişafı, təbiətin inkişafına 
uyğun tətbiq etmək lazım gəlmişdir. Texniki dizayn XX əsrin 50-ci 
illərində Çex Petra Turni tərəfindən irəli sürülmüş  və  cəmiyyət 
tərəfindən qəbul olunmuşdur.  
Texniki estetika – dizaynın nəzəriyyəsidir. Dizayn və texniki 
estetika istahsalatın effektivliyini artırmaqla harmonik olaraq, 
estetikanın  əmək qabiliyyəti ilə  sıx  əlaqədə olmalıdır. Bədii 
konstruksiyaetmə - sənaye istehsalının layihələndirilməsinin yeni 
yaradıcılıq metodu ilə yanaşılmasıdır. Məqsəd, yüksək keyfiyyətli 
məhsul  əldə etməkdir. Bunun spesifik (özünəməxsus)  əsasını utilitar 
və estetik prinsiplər təşkil edir. Utilitar dedikdə – lazımlı, rahat 
istifadəli, texnoloji və ekonomik məhsul başa düşülür. Estetik dedikdə 
isə – gözəllik, cazibədarlıq, seçilən obrazlılıq başa düşülür. Bu iki 
anlayış çox sıx şəkildə qarşılıqlı asılıdır. 
 
 

 
6
Əvvəllər bədii mədəniyyət dedikdə teatr, kino, rəsm  əsərləri, 
ədəbiyyat və başqa incəsənət növləri başa düşülürdü. Xalqın inkişafı 
üçün insanın  əmək qabiliyyəti ilə  əmələ  gətirdiyi qiymətli bədii və 
materiallar birləşməsinin nəticəsi lazımdır. Hal-hazırda dünyada 
dizayn sözü qəbul olunmuşdur. Dizaynla məşğul olan insanlara 
dizayner və ya rəssam-konstruktor deyilir. Dizayn termini avropada 
XV  əsrdən istifadə olunur. İngilis dilində dizayn sözünün çox geniş 
mənası vardır. Bura layihələndirmə, konstruksiya etmə, fikirləşmək, 
tədbir tökmək, məqsəd güdmək, layihə, cizgi, rəsm,  şəkil və s. 
daxildir. Texniki ədəbiyyatda dizayner dedikdə layihəçi-mühəndis və 
rəssam – konstruktor nəzərdə tutulur.       
  
 
 
2. TEXNIKI  LAYIHƏLƏNDIRMƏ 
 
Əvvəllər sənayenin inkişafını texnikanın mənimsənilməsi dövrü 
kimi qəbul edirdilər. Maşınların texniki və estetik xarakteristikası 
yüksək deyildi. Buna görə layihəçilərdən texniki məsələlərin dizayn 
həlli üçün yüksək tələbkarlıq tələb olunurdu. İnsanların imkanları 
nəzərə alınmırdı  və  nəticədə insan maşınlara uyğunlaşmalı olurdu. 
Zaman keçdikcə istehsalat məhsulları yüksək texniki dizaynla, 
keyfiyyətlə hazırlanmağa başlandı  və maşınlar insana uyğun 
hazırlandı. Hal-hazırda mühəndis, maşın və ya başqa qurğunu 
layihələndirdikdə yalnız texniki məsələləri yox anotomiyani, 
psixologiyani, dekorativ incəsənəti, sosial bazanı, mühiti, işıqlanma 
texnikasını və s. nəzərə almalıdır.     
Deməli, texniki estetikanın  əsasını bunlar təşkil edir. Texniki 
estetika və dizayn sosioloji, ekonomiki və elmi texnikanın inkişafının 
nəticəsindən qaynaqlanır. Hal-hazırda bir məhsulu layihələndirmək 
üçün aşağıdakı üç əsas prinsipi gözləmək lazımdır.  
1. Bədii   layihələndirmə. 
2. Texnikanın  son  nailiyyətlərini  nəzərə  almaq. 

 
7
3. Estetik  görünüşü  daha  gözəl  etmək. 
Mühəndis layihələndirilməsində  əsas konstruktiv və texnoloji 
tələblər nəzərə alınır. Texniki-ekonomiki göstəricilərin optimal 
variantı axtarılır. Diqqət mərkəzində  hər an məhsul, obyekt və ya 
texnoloji proses olur. İnsan faktoru isə mühəndis axtarışında nəzərə 
alınmır və  nəticədə rahatlıq, gözəllik və s. layihəçinin diqqət 
mərkəzindən uzaq olur.  
Bədii layihələndirmə zamanı bədii layihəçinin diqqət mərkəzində 
layihələndirmə boyu insan faktoru durur. Texniki estetikanı  hərdən 
insanın qayğısına qalan elm adlandırırlar və bu bədii 
layihələndirmənin  əsasını  təşgil edir. Hər hansı yeni obyekt layihə 
edilən zaman dizayner insan faktorunu nəzərə almalıdır. Bu halda 
dizayner istismarçının nümayəndəsi kimi olur. İstismarçının marağını 
və istehsalçının imkanını  nəzərə almaq dizaynerin mütəxəssis 
borcudur. 
Bədii layihələndirmə bütün layihələndirmə prosesinin ayrılmaz 
hissəsidir. Bədii layihələndirmə  və mühəndis layihələndirməsi bütün 
layihələndirmə prosesini tamamlayır. 
Bütün failiyyətlər eteplarla həyata keçirilir (Şəkil 1). Giriş etapı 
təlabatın öyrənilməsi ilə başlayır. Proqnozlaşdırma təlabatı  həyata 
keçirməklə əmələ gəlir.  
Proqramlaşdırma proqnozlaşdırmanın  əsasında həyata keçirilir. 
Planlaşdırmanın  əsasını isə proqramlaşdırma təşgil edir, sonrakı etap 
isə layihələndirmədir yəni – layihələndirmə planlaşdırmadan material 
halına keçir. Layihənin  əsasında istehsal başlayır, yəni  – nümunə 
hazırlanır və texnologiya işlənir.  Əgər ekspertizadan sonra nəticə 
müsbət olarsa nümunənin çoxalması başlayır. Bundan sonra paylanma 
və istismar prosesi başlayır.  İstehsal olunan məhsul işlədikcə yeni 
tələbatlar meydana çıxır və bu tələbatlara görə proses təkrarlanır.   
 

 
8
 
 
Şəkil 1. Mühəndis layihələndirməsinin etapları. 
 
 
 
3. KONSTRUKSIYAETMƏ VƏ PLANLAŞDIRMA 
 
Müasir konstruktor və layihəçi praktikasında utilitar yanaşmanı 
qısa olaraq bu düstur ilə izah etmək olar: 
Fayda   +  Rahatlıq  +  Gözəllik  =  Utilitar 
                                          U = F + R + G 
Bu düsturun hər üzvü müxtəlif faktorların cəmindən ibarətdir. 
1. Texniki-ekonomik. 
2. Erqonomik. 
3. Estetik. 

 
9
Buna görə bədii konstruksiyaetmədə tam müsbət nəticəni yalnız 
dizaynerin, mühəndis-konstruktorun, texnoloqun, erqonomistin və s. 
birlikdə qarşılıqlı anlaşma şəraitində işləməsi zamanı almaq olar. 
Konkret olaraq, əhatə mühitini nəzərə alan bir neçə hala baxaq. 
Konstruksiyaetmə  və planlaşdırma üçün şəhəriçi və  şəhərlərarası 
avtobus nəqliyyatını analiz edək. Avtobuslar müxtəlif məsafələrə 
müxtəlif şəraitdə işlədiyi üçün müxtəlif yanaşmalar labüddür.  
1.  Şəhəriçi nəqliyyat üçün daxildə boş yer saxlamaq lazımdır. 
(Bu oturacaq yerlərinin sayını azaltmaqla alınır). Amma giriş və çıxış 
qapıları hökmən olmalıdır.  Şəhərlərarası avtobuslarda isə 
oturacaqların sayı çox olmalıdır. Amma bir qapının olması şərtdir. 
2. Şimal və cənub ölkələr üçün layihə edilən maşınlara müxtəlif 
tələblər qoyulur (kondisioner, istilik sistemi, kavrolit). 
3. Kombinə edilmiş uşaq arabası mini kuza ilə təchiz edilməlidir:                   
a) yatmaq üçün;          b) gəzinti üçün.  
İstehsal olunan məhsulları  bədii konstruksiyasına görə qruplara 
ayırmaq lazımdır. Bütün istehsalat məhsulları  təyinatına görə 4 yerə 
bölünür: 

 
İnsana xidmət edən məhsullar: məişət əşyaları və s. 

 
İnsana xidmət edən və texniki funksiyanı yerinə yetirən: 
Məişət   avadanlıqları – televizor, soyuducu, ət maşını və sairə. 

 
İşçi funksiyanı yerinə yetirən və qismən insana xidmət edən 
istehsal məhsulları: dəzgahlar, qurğular və nəqliyyat vasitələri. 

 
Yalnız işçi funksiyaları yerinə yetirən istehsal məhsulları: 
avtomatlaşdırılmış sistemlər, avtomat xətlər, konveyerlər, maşınların 
düzgün mexanizmləri.  
Bütün mərhələlərin həllində  bədii konstruksiyaetmənin  əsasını 
qrafiki işlər təşkil edir. Beləliklə, bədii konstruksiyaetmənin birinci 
mərhələsində çertyojların hazırlanması, eskiz layihəsinin rəsmləri və 
maketin hazırlanması lazımdır. Bu mərhələdə layihənin açıqlanması 

 
10
yazılı olaraq təqdim edilir. Ekonomik göstərici başda olmaqla qısa 
olaraq bütün əsas göstəricilər, qəbul olunan qərarlar verilməlidir.     
Layihələndirmənin ikinci mərhələsində  işçi model və  işçi 
çertyojların hazırlanması  durur.  Buna  məhsulun ümümi görünüşü, 
konstruktiv kəsikləri, düyünlərin və hissələrin çertyoju, yəni – istehsal 
olunacaq məhsulun bütün layihə materialı aiddir. Bəzi hallarda ikinci 
mərhələnin sonu eksperimental nümunənin hazırlanması ilə başa çatır. 
Eksperimental nümunə  sınaqdan çıxandan sonra, əgər nəticə müsbət 
olarsa, çertiyojlar kütləvi istehsal üçün istehsalata təqdim olunur. 
Konstruksiyaetmə  mərhələlərinin ardıcıllığını  1962-ci ildə 
A.Əzimov belə ifadə etmişdir: 
1.
 
Konstruksiyaetmənin mümkünlüyünün qiymətləndirilməsi. 
Buraya konsepsiyaları  həyata keçirə bilən komplekslərin axtarılması 
daxildir (fikrin yaranması və həyata keçirilməsinin mümkünlüyü). 
2.
 
Eskiz layihələndirilməsi (Optimal konstruksiyanın 
seçilməsi və işlənməsi-yəni, məsələnin prinsipcə həlli). 
3.
 
İşçi konstruksiyaetmə. 
4.
 
İşçi layihələndirmə (Konstruksiyanın mühəndislik 
baxımından ifadə olunması). 
 
4. PLANLAŞDIRMA 
 
Əsas konsepsiyanın təhlili, texnologiyanın uyğun dəyişdirilməsi, 
satışı, istismarı  və köhnəlmiş konstruksiyanın ləğvi kimi bir çox 
mürəkkəb problemlərin həlli onları daha sadə quruluşlara 
(elementlərə) ayırmaqla, sadələşdirib həll etməklə mümkündür.  Bir-
biri ilə müəyyən rabitələrlə  əlaqədə olan iki elementin qarışıq və 
nizamlı yerləşməsi bu sistemi dərk etməyə imkan verir. 
 

 
11
 
 
Şəkil 2. Elementlərin nizamsız yerləşməsi. 
 
 
 
Şəkil 3. Elementlərin nizamlı yerləşməsi. 

 
12
Şəkil 2-də elementlərin nizamsız yerləşməsi,  şəkil 3-də isə 
nizamlı yereləşməsi göstərilmişdir. 
Bu analogiya Ptolomeyin Yer sisteminin, Kopernikin Günəş 
sisteminin müqayisəsində özünü göstərir. 
Yeni konstruksiyaların yaradılması bir çox amillərdən asılıdır. 
Burada ictimai təlabat  əsas hərəkətverici qüvvədir.  İctimai təlabatın 
reallaşdırılması isə elm və texnikanın inkişaf səviyyəsindən, elmi və 
texniki kadrlardan, material və enerji mənbələrindən, ekoloji 
problemlər və digər amillərdən (siyasi, iqtisadi, hərbi və.s) asılıdır 
(Şəkil 4). 
Konstruksiyanın yaradılmasının  əsas mənbələrini aşağıdakı 
kimmi göstərmək olar  (Şəkil 5).  
 
 
 
Şəkil 4. Yeni konstruksiyaların yaradılmasına təsir  
edən əsas amillər
 
Yeni ideyanın meydana çıxması və onun cəmiyyətin inkişafında 
çox böyük rolu vardır. Qədim zamanlardan insanlar əl  əməyini 
yüngülləşdirmək və  həyat  şəraitini yaxşılaşdırmaq üçün daim 
fikirləşmiş, mövcud alətlərin təkmilləşdirilməsi və yenilərinin 
yaradılması haqqında fikirləşmişlər.  İnsanların düzəltdiyi bir çox 

 
13
alətlərin protatipləri bilavasitə  təbiətdə mövcud olmuş  və insanlar 
bunun  əsasda yeni alət, konstruksiya və tikililər düzəltmişlər. 
Məsələn: gəmi, təyyarə, qayıq və s. uyğun olaraq balıq və quşun 
protatipidir. Lakin insan təfəkkürünün məhsulu olan elə ixtiralar da 
vardır ki, onların protatipi yoxdur. Buna misal olaraq təkəri göstərmək 
olar.  
 
 
 
Şəkil 5. Konstruksiyanın yaradılmasının ardıcıllığı. 
 
Təkərin müəllifi məlum deyildir. Bu insan həyatnın  ən böyük 
kəşfi sayıla bilər. Təkər vasitəsilə irəliləmə  hərəkətini, fırlanma 
hərəkətinə  və  əksinə çevirmək mümkün olmuşdur. Hazırda bütün 
maşınların  əsas hissələrindən biri təkərdir və onsuz texniki tərəqqini 
təsəvvür etmək mümkün deyil. Deməli, cəmiyyət tarixində elə kəşflər 
vardır ki, bunlar bütövlükdə insan cəmiyyətinin taleyini, onun həyat 
tərzini müəyyən edir. Ona görə  də insanların yaradıcı  təkliflərinə 
münasibət bütün dövrlərdə diqqət mərkəzində olmuş  və bu ictimai 

 
14
təlabatın ödənilməsinin  əsas atributlarından biridir. Hazırda bütün 
inkişaf etmiş ölkələrdə  vətəndaşların intellektual fəaliyyətinin 
nəticəsinə hər bir ölkənin milli sərvəti kimi baxılır. Bir çox ölkələrin o 
cümlədən Yaponiyanın belə yüksək inkişaf səviyyəsinə çatmasının 
əsas səbəblərindən biri onlarda dünya miqyasında patent işi analizinin 
təşkilinin yüksək səviyyədə aparılmasıdır. Müasir elmi-texniki 
inqilabın əsas xüsusiyyətləri bu dövrü xarakterizə edən elmi kəşflərlə 
müəyyən edilir.  

 
Müasir elektron hesablayıcı maşınların kəşfi 

 
Kosmosun kəşfi 

 
Atom enerjisindən istifadə 
Bu üç özülün üzərində qurulan müasir dünya sivilizasiyası 
özünün uğurları  və inkişafına görə  bədbəxtlik və faciələrinə görə 
məhz insan zəkasının məhsulu olan yeni ideyalara bağlıdır. Elm artıq 
ayrı-ayrı alimlərin fərdi fəaliyyətinə deyil bütöv bir elm ordusunun 
mütəşəkkil fəaliyyətinə çevrilmişdir. Lakin, bu işdə ayrı-ayrı  fərdi 
istedadların fəaliyyəti də nəzərə alınır. 
Elmin potensialları aşağıdakı amillərlə müəyyən edilir: 

 
Elmi kadrlar. 

 
Texniki təminat. 

 
İnformasiya təminatı. 

 
Elmin idarə olunması.       
 
Şəkil 6. Elmi potensiala təsir edən amillər. 

 
15
1. Elmi kadrlar 
 
Elmi kadrlar hazırlıq və yaş  səviyyələri ilə  səciyyələnirlər. 
İ.Nyuton 5 əsas elmi kəşflərini 23-25 yaşlarında kəşf etmişdir. 
Kəşflərin ümumi miqdarı 25......35 yaş arasına uyğun gəlir (Şəkil 7).     
 
2. Elmin texniki təminatı 
 
Elmi ideyaların texniki təminatı olmasa bir çox ideyalar arzu 
olaraq qalar.   Siolkovskinin raket və yerin peykləri haqqında öz 
dövründə verdiyi təkliflər o zamanlar bir fərziyyə kimi qəbul edilirdi. 
Onların texniki reallaşması isə onun ölümündən sonra 60-cı illərdə 
mümkün oldu. Atom silahı yaratmaq məqsədi qarşıya qoyulanda, o 
zamanın görkəmli alimi Kapiça Stalinə demişdir ki, bunun üçün  
bütün ölkənin sənaye texnologiyasını yeni səviyyəyə yüksəltmək 
lazımdır. Hal-hazırda Xəzər dənizi neft mədənlərinin istismarı, texniki 
təminatla bilavasitə  əlaqədar olduğuna görə inkişaf etmiş xarici 
dövlətlərin imkanlarından istifadə etmək lazımdır.       
 
3. İnformasiya təminatı 
 
Elmi texniki ədəbiyyat, ekspress informasiyalar, sərgi, konfrans, 
konqress və s. təşkili, elmi əsərlərin nəşri və vaxtında ekspress 
informsiyanın mütəxəssislərə çatdırılması, onların elmi təşkili və 
sürəti informasiya təminatının tərkib hissələridir. 
 
4. Elmin idarə olunması 
 
Elmin idarə olunması dövlət səviyyəsində  həll olunmalıdır. 
Filosoflardan soruşduqda ki, nəyə görə filosoflar hökmdarların 
ayağına gedir, amma hökmdarlar filosofların ayağına getmir. 

 
16
Filosoflar cavab verir ki, filosoflar hökmdarlardan nə istədiklərini bilir 
amma hökmdarlar filosoflardan nə istədiklərini bilmirlər. 
 
 
 
Şəkil 7. Elmi kəşflərin sayının yaş səviyyəsindən asılılığı. 
 
 
 
5. ESTETIKA 
 
Estetika - yunan sözü olub (aistetikos) duyan, həssas mənasını 
verir. 
Estetika gözəllik qanunlarına, incəsənətin gərçəkliyə 
münasibətini onun növ və janrlarının bədii  şüurun qanunauyğun 
inkişafının spesifik xüsusiyyətlərini, bədii yaradıcılıq metodunu 
öyrənən fəlsəfi elmdir. Estetika insanın gerçəkliyi estetik 
mənimsəməsinin müxtəlif cəhətlərini tədqiq edir. Estetika əsasən 
aşağıda göstərilən cəhətlərə ayrılır. 
 

 
17
    1. Estetik prinsip                                  4. Estetik qavrayış 
    2. Estetik hissiyyat                               5. Estetik zövq 
    3. Estetik tərbiyə                                  6. Estetik ideya 
 
İnsanın gerçəkliyə estetik münasibəti  şəxsiyyət, cəmiyyət və 
təbiət arasındakı münasibətlərin üzvü hissəsidir.  İnsanların uzun 
müddət gözəllikdən həzz almaq meyli estetikanın gözəllik haqqında 
elm adlandırılmasına səbəb olmuşdur. Gerçəkliyin estetik 
mənimsənilməsi, idrak prosesi, elmi biliklər, ictimai münasibətlər və 
şəxsiyyətlərin inkişaf səviyyəsi ilə  sıx bağlıdır. Bədii estetikanın 
mənimsənilməsinin  ən yüksək forması incəsənətidir. Estetika 
terminini elmə XVIII əsrdə A.Baumqarten gətirmişdir. Lakin, estetik 
fikirlər 2500 il əvvəl quldarlıq dövründə Misirdə, Babilistanda, Çində 
və s. yerlərdə yaranmışdır. 
Estetik prinsip -  dedikdə gözəllik, qəşənglik, obrazlılıq və s. 
nəzərdə tutulur.  
Estetik hissiyyat -  forma gözəlliyini, rəngi, səs ahəngini, ritmi, 
mütənasibliyi və ölçülərin uyğunluğunu hiss etmək deməkdir. Estetik 
hissiyyat dedikdə insanın yaradıcı  fəaliyyəti prosesində  və  ətraf 
mühitin estetik dərk olunmasında, onda təzahür edən dərin emosional 
vəziyyət nəzərdə tutlur.  
Estetik tərbiyə  -  dedikdə insanla gözəlliyi, həyatda yüksəkliyi 
və incəsənəti qəbul etmək, düzgün anlamaq, qiymətləndirmək və 
yaratmağa yönəlmiş  tədbirlər sistemi nəzərdə tutulur. Estetik 
tərbiyənin məqsədi cəmiyyətin üzvlərində  hər tərəfi  əqli, siyasi, 
mənəvi və fiziki inkişafı  təmin etmək, onlarda gözəllik hissini 
təkmilləşdirmək və gözəllik qanunları  əsasında yaradıcılıq meylləri 
aşılamaqdır.  
Estetik tərbiyə müəyyən estetik münasibətləri inkişaf 
etdirməlidir. Bu insan, təbiət, ictimai istehsal məhsulları, ictimai həyat 
münasibətlərində özünü göstərməlidir.  

 
18
 
 
Şəkil 8. İnsan və təbiət münasibətləri. 
 
Bədii layihələndirmə  işinin  əsasını XIX əsrdə ingilis yazıçısı, 
rəssamı və arxitektoru U.Marris qoymuşdur. O, göstərmişdir ki, əmək 
insanın yaradıcı fəaliyyətinin nəticəsidir və bu incəsənətdən uzaq olsa 
onun məhsulu da yəqin ki,eybəcər olacaqdır.  
 
Almaniyada 1907-ci ildə  sənaye işçilərinin bədii ittifaqı 
“Verkbund” adlı bir quruluş yaradılmış  və onun fəaliyyəti sənaye 
məhsullarının keyfiyyətinin xeyli artmasına səbəb olmuşdur. Bunu 
görən digər qərb ölkələri, xüsusən ABŞ  sənaye məhsullarının xarici 
kosmetikasına xüsusi fikir verməyə başlamışdır.  Əksər hallarda süni 
gözəllik yaratmaqla malları tez satmağa çalışırlar. Bu istiqamət stilizm 
və ya staylinq  ( styling )  adlanır.  
Texniki estetikanın  əsası Almaniyada ötən  əsrin 20-ci illərində 
Bauxauz məktəbini yaratmaqla qoyulmuşdur. Bu məktəbin tələbələri 
sənaye müəssisələri və  həmkarlar təşkilatları ilə birlikdə müxtəlif 
sifarişlər yerinə yetirməklə  məşğul olmuşlar.Bu məktəb  Şiller və 
Gotenin vətəni olan Vaymar şəhərində  təsis edilmiş  və dizayn işinin 
inkişafında böyük rol oynamışdır. Faşistlər qəzəblənib 1933-cü ildə bu 

 
19
məktəbi bağlavsikfh. ABŞ-da dizayn 1930-cu ildə, digər ölkələrdə isə 
II Dünya müharibəsindən sonra yaranmışdır. 1957-ci ildə isə  bədii 
konstruksiyaetmənin beynəlxalq cəmiyyətinin  şurası yaradılmışdır 
(İKSİD). 
 
 
6. TEXNIKANIN INKIŞAF QANUNAUYĞUNLUQLARI.  
İNSAN VƏ MAŞININ QARŞILIQLI MÜNASIBƏTLƏRI 
 
Texnika  –  termini yunan sözündən  əmələ  gəlmiş  və texniki 
incəsənət deməkdir. 
Texnika sözünün mənası istehsalın inkişaf mərhələsini keçərək 
təkmilləşmişdir.Quldarlıq qövründə texnika fərdi sənətkarlığı, sənət 
öyrənməni xarakterizə edirdi. Orta əsirlərdə texnologiya – dəmirçilik, 
duluzçuluq, zərgərlik  məzmununu daşımışdır. Müasir dövrdə isə - 
istehsal prosesini aparmaq üçün lazım olan maddi şəraitə  və  əmək 
alətlərinə deyilir.  Texnikanın 4 əsas cəhətini qeyd etmək lazımdır: 
 1. İstehsal üsulu ilə müəyyən olunan ictimai qurluşun inkişafının 
iqtisadi qanunları ilə  şərtlənməsi yəni, öz dövründə  həyata keçirilə 
biləcək ideyalar. Misal kimi, Pozlunovun  buxar maşınını, Leonardo 
da Vinçinin vertolyotu və paraşütü və s. kəşf etməsini göstərmək olar. 
2. Bir quruluş digəri ilə  əvəz olunduqda texnika qalır və yeni 
ictimai quruluşa xidmət edir. 
3. Texnika təbiət qanununlarına uyğun olaraq inkişaf edir. 
Məsələn, kosmosun fəthi və s. 
4. Texnika sıçrayışla inkişaf edir. Bu inqilabi dəyişikliklər və 
kəşflərlə əlaqədardır.Alim, mühəndis və dizaynerlər köhnə texnikanın 
mənəvi qocalmasını gözləməli deyil, sıçrayış baş verməmiş onu 
görməli və qabaqlamalıdır: məs. daxili yanma mühərrikli 
təyyarələrindən reaktiv təyyarələrə keçid.    

 
20
Elm və texnika, texniki vasitlər, ehtiyyat mənbələri, təlabat və 
yaradıcılıq bir-biri ilə üzvi sürətdə bağlıdır. Bunların  əlaqəsini 
aşağıdakı kimi göstərmək olar: (Şəkil 9). 
Texnika illərlə  təkmilləşərək insanı  ağır  əl  əməyindən xilas 
etməyə xidmət etmişdir. Bu proses aşağıdakı tarixi mərhələlərlə 
nəzərə çarpır. 
1.  İnsan sadə  əmək alətləri ilə bilavasitə  əmək məhsuluna təsir 
edir.  
 
 
 



  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə