3. Suallara cavab verin: a) Nə üçün çoxhüceyrəli orqanizmlərin hüceyrələri birhüceyrəlilərlə müqayisədə daha
sadə quruluşa malikdir?
b) İnsan orqanizmi misalında çoxhüceyrəli orqanizmin hüceyrə toplusu deyil, tam bir
sistem olduğunu sübut edin.
Həzm sisteminə malik heterotrof orqanizmlərin qidalanması holozoy yolla baş verir. Holozoy qidalanmanın əsas xüsusiyyəti qidanın tutulması, udul-
ması, onun həzm olunması və bədənə sorulmasıdır. Holozoy qidalananlar
əgər bitki mənşəli qida ilə qidalanarsa – bitkiyeyən, heyvanlarla qidalanarsa
– yırtıcı, həm heyvan, həm də bitki ilə qidalanarsa – hərşeyyeyən adlanır.