105
• IV fəsil •
Populyasiya. Növ
•
4
4. Təbii seçmə nəticəsində müəyyən vaxtdan
sonra əvvəlki nəsillə sonrakı nəsillər arasında
fərqlər yaranır. Belə fərqlər yüzlərlə və ya min-
lərlə nəsil ərzində davam edir və yeni növün ya-
ranmasına gətirib çıxara bilər. Fərdlər arasında
nəsildən-nəslə keçən belə dəyişkənliyə
irsi
dəyişkənlik deyilir. İrsi dəyişikliklər fərdin həyatda yaşamaq şansını artırıb-azalda
bilir. Bu xüsusiyyətlər canlıların müxtəlif mühit şəraitinə uyğunlaşmasını təmin edir.
Müasir dövrdə təkamül barədə müzakirələr hələ də davam etməkdədir. Darvinin
o vaxtlar irəli sürdüyü fikirlər indiki dövrdə də araşdırılır və fərqli fikirlər söylənilir.
1. İfadələrin hansı alimin baxışlarına uyğun olduğunu müəyyən edin və cədvəli tamamlayın.
K.Linney
J.-B.Lamark
Ç.Darvin
1) Növlər dəyişməzdir, daimidir, təkamül yoxdur.
2) Növlərin çoxşəkilliliyi müxtəlif şəraitdə baş verən təkamülün nəticəsidir.
3) Təbii seçmə təkamülün hərəkətverici qüvvəsidir.
4) Təkamülün təbiətdə əsas hərəkətverici qüvvəsi orqanizmin tərəqqiyə doğru olan meylidir.
5) İlk dəfə orqanizmlərin elmi sistematikasını yaratmışdır.
6) Heyvanların sistematikasını sadədən mürəkkəbə doğru təkamül qaydası ilə yaratmışdır.
7) İlk dəfə üzvi aləmin təkamülü barədə elmi nəzəriyyə yaratmışdır.
8) İkiqat latın adlarını elmə daxil etmişdir.
Dostları ilə paylaş: