qurun və suallara cavab verin: – Fikrinizcə, cədvəldə göstərilən çirkləndirici maddələrin mənbəyi hansı müəssisələr ola
bilər?
– Volqa çayı ilə və Azərbaycan çaylarının Xəzəri çirkləndirmə nisbəti necədir?
– Xəzər dənizinin çirklənməsinin qarşısını almaq üçün hansı tədbirlər görmək olar?
Rusiyanın Volqa çayı və Azərbaycanın çayları vasitəsilə Xəzərin çirklənməsi səviyyəsi
Çirkləndiricilər
Volqa çayından
Azərbaycan çaylarından
min ton
%
min ton
%
Neft məhsulları
242,56
96,7
8,332
2,9
Fenollar
2,447
88,0
1,092
3,7
Sintetik səthi aktiv maddələr
6,72
77,0
1,225
21,3
Ağır metallar
12,644
45,97
1,213
2,2
Atmosferin çirklənməsi. Böyük istehsal sahələri olan fabrik və zavodların, neft-
kimya sənayesi sahələrinin və istilik-elektrik stansiyalarının havaya buraxdığı zə-
hərli maddələr atmosferi çirkləndirir. Zərərli qazların miqdarının artması Yeri
öldürücü ultrabənövşəyi şüaların təsirindən mühafizə edən atmosferin qoruyucu
ozon qatının dağılmasına səbəb olur. Son zamanlar atmosferə daha çox ziyan vuran
amillərdən biri sayı durmadan artan avtomobillərdən çıxan zərərli qazlardır. Bütün
bunlar insanlarda ağciyər xərçəngi, qanazlığı və bu kimi xəstəliklərin yaranması ilə
nəticələnir.