195
• VII fəsil •
İnsan sağlamlığına ətraf mühitin
təsiri
•
7
1. Aşağıdakı mövzulardan biri barədə radioverilişdə çıxış, yeniyetmələr üçün
jurnalda məqalə, yaxud da reklam çarxı üçün ssenari hazırlayın:
Stress nədir?
Şagird stress vəziyyətindən necə qoruna bilər?
Stress canlılara necə təsir edir?
2. “Zərərli vərdişlərin yaranmasının qarşısını almaq üçün tədbirlər siyahısını tərtib
edin” (məktəbdə, dövlətdə, Yer kürəsində).
3. Siqaret çəkməyə, alkoqollu içkilər qəbul etməyə qarşı
reklam xarakterli plakat
düzəldin.
4. Hər hansı zərərli vərdişdən qurtulmağa çalışan insanlar üçün tövsiyələr siyahısı
hazırlayın.
5. İnternetdən aşağıdakı mövzuların biri haqqında məlumat toplayın
və elektron
təqdimat formasında tərtib edin.
Daun sindromlu uşaqların adaptasiyasının bioloji və sosial aspektləri.
Müxtəlif dünya xalqlarının albinoslara münasibəti. Dünyanın müxtəlif
ölkələrində albinosların adaptasiyasının sosial aspektləri.
6. “Ailəmin genealoji ağacı”
Tapşırıq:
1. Qohumlarınızla söhbət aparın,
ailə şəkillərinə,
sənədlərinə diqqət
yetirin.
2. Aldığınız məlumatları təhlil edin və sxem şəklində nəsil ağacınızı
qurun.
3. Qohumları birləşdirən xətlərin üzərində oxşar
xarici əlamətləri,
xasiyyətləri, qabiliyyətləri və ya sağlamlıq vəziyyətlərini qeyd edin.
4. Bütün qohumlar üçün ümumi (əgər varsa) əlamətləri müəyyən edin.
Nəticələrinizi illüstrasiyalı referatlar, elektron təqdimat, plakatlar
formasında təqdim edin.
Dostları ilə paylaş: