Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 7,28 Mb.
Pdf görüntüsü
səhifə49/155
tarix02.01.2022
ölçüsü7,28 Mb.
#1179
1   ...   45   46   47   48   49   50   51   52   ...   155
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Bu sənəd dayanıqlı inkişafın əsas sahələrini qeyd etmişdir və 2003-2010-
cu illərdə su ehtiyatları, atmosfer havası, torpaq ehtiyatları, meşə, balıq eh-
tiyatları, tullantılar, elektroenergetika, tikinti, nəqliyyat, kənd təsərrüfatı, 
turizm sahələrində planlaşdırılmış tədbirlər görülmüşdür. Həmçinin
“Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın 2013-cü 
ilə kimi uzadılması ölkə iqtisadiyyatının yüksəlişi üçün - yaşıl biznesin  
inkişafına şərait yaratmış olan aşağıdakı tədbirlərin görülməsini daha da 
genişləndirmişdir. Məsələn, Qəbələdə yaradılan müasir səviyyəli turizm 
obyektləri, Qusarda Şahdağ dağ-xizək turist kompleksinin işə salınması, 
Qubada Qolf mərkəzinin yaradılması və s. bu kimi layihələr Azərbaycan 
dövlətinin şaxələndirilmiş və yaşıl iqtisadiyyata istiqamətlənmiş 
siyasətindən xəbər verir. 2008-2015-ci illərdə “Azərbaycan Respublikasın-
da yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın strate-
ji məqsədləri sırasında aşağıdakılar da vardır: 
-  makroiqtisadi sabitliyi saxlamaqla və qeyri-neft sektorunu tarazlı inkişaf 
etdirməklə davamlı iqtisadi artımın təmin edilməsi; 
-  ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin davamlı idarə olunma-
sının təmin edilməsi.
2012-ci ildə qəbul edilən “Azərbaycan 2020: Gələcəyə baxış” inki-
şaf konsepsiyası yaşıl iqtisadiyyatın inkişafına geniş imkanlar yaradır. 
Konsepsiyanın əsas hədəflərindən biri ekoloji cəhətdən dayanıqlı sosi-
al-iqtisadi inkişafa nail olmaqdır. Sənəddə göstərilib ki, biomüxtəlifliyin 
qorunması, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin 
neytrallaşdırılması, dənizin və onun akvatoriyasının çirklənməsinin ara-
dan qaldırılması və qorunması, yaşıl ərazilərin bərpası və mövcud resurs-
ların səmərəli mühafizəsi istiqamətində zəruri tədbirlər gələcəkdə də da-
vam etdiriləcəkdir. Konsepsiyanın əhatə etdiyi dövrdə Azərbaycanda orta 
hesabla bir vahid ÜDM istehsalı üçün istifadə edilən enerjinin və emissiya 
olunan karbon dioksidin miqdarı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı 
ölkələri üzrə müvafiq göstəriciyə yaxınlaşdırılacaqdır.
Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2010-cu il tarixli 
sərəncamı ilə vahid texnoloji prosesdə fəaliyyət göstərən neft-qaz emalı və 
neft-kimya sənayesinin səmərəliliyinin artırılması, bu sahədə beynəlxalq 


- 46 -

Yüklə 7,28 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin