Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 7,28 Mb.
Pdf görüntüsü
səhifə58/155
tarix02.01.2022
ölçüsü7,28 Mb.
#1179
1   ...   54   55   56   57   58   59   60   61   ...   155
2.4. Enerji resurslarına çıxış  
İstənilən ölkə üçün istər AEM-ə, istərsə də ənənəvi enerji resurslarına 
çıxışhəmin ölkənin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bir çox inkişaf et-
miş dövlətlər uzunmüddətli inkişafa nail olmaq üçün ənənəvi enerji resursla-
rından tədricən qeyri-ənənəvi resurslara – bərpa olunan enerji mənbələrindən 
və nüvə enerjisindən istifadəyə keçid alırlar. Lakin 2011-ci ildə Yaponiyada 
baş vermiş zəlzələ və sunami nəticəsində Fukuşima nüvə stansiyasında radiasi-
ya sızması nüvə enerjisindən istifadənin nə qədər təhlükəli olduğunu bir daha 
sübut etdi. Bu səbəbdən də bir sıra inkişaf etmiş ölkələr, əsasən də Avropa 
dövlətləri özlərinin uzunmüddətli enerji təhlükəsizliyini məhz AEM vasitəsilə 
təmin etməyi əsas məqsəd kimi qarşılarına qoymuşlar. 
 XXI əsrdə yaşamağımıza baxmayaraq, başlıca olaraq kənd yerlərində 
məskunlaşan dünya əhalisinin əksəriyyəti hələ də müasir enerjidən istifadə 
etmək imkanına malik deyil. Bu kontekstdə, əsasən inkişaf etməkdə olan 
Asiya və Sub Sahara Afrika ölkələrinin 95%-i çağdaş enerji mənbələrinə 
çıxışdan məhrumdur. 2010-cu ildə dünya əhalisinin təxminən 20%-i elekt-
rik enerjisindən istifadə edə bilməyib
6
. Müasir enerji mənbələrinə çıxış 
əldə etmək əsasən davamlı iqtisadi inkişaf üçün önəmli olmaqla, yoxsulluq 
səviyyəsinin və kəndlə şəhər arasındakı sosial bərabərsizliyin azaldılmasında 
əhəmiyyətli rol oynayır. Təmiz və etibarlı enerji mənbələrinə çıxış insanlığın 
inkişafı üçün vacib olan sağlamlıq, ətraf mühitin təhlükəsizliyi, təhsil və gen-
5
The Federal Ministry forthe Environment, Nature Conservation and Nuclear Safety: Gross employment from
renewable energy in Germany in 2011 [pdf], 14 March 2012
6
International Energy Agency,2013. “Global status of modern energy access,“[Online]. Available at: http://
www.worldenergyoutlook.org/resources/energydevelopment/globalstatusofmodernenergyaccess/[Accessed 18
October, 2013]


- 56 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
der bərabərliyi kimi mühüm fundamental dəyərlərin qorunub saxlanılması-
nın qarantlarından hesab olunur. 

Yüklə 7,28 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin