Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu



Yüklə 68.7 Kb.
PDF просмотр
tarix22.05.2017
ölçüsü68.7 Kb.

2

26 yanvar - 1 fevral 2017-ci il



Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 

tərəfindən maliyyələşdirilən “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” layihəsi çərçivəsində çap olunub.

Çağdaş dünyada turizm ən gəlir-

li  və    cəlbedici  sahələrdən  birinə 

çevrilib.  Qloballaşma  ölkələri  və 

xalqları  bir-birinə  yaxınlaşdırıb, 

gediş-gəlişi  intensivləşdirib.  Ar-

tıq  turizm  böyük  biznes  olmaqla 

yanaşı, həm də ölkənin tanımıdır, 

onun  beynəlxalq  nüfuzudur.  Tu-

rizm  imkanları  baxımından  heç 

də hər ölkənin bəxti eyni dərəcədə 

gətirməyib. Özünün zəngin təbiə-

tinə, flora və faunasına görə Azər-

baycan  üstün  mövqelərə  malik 

olan bir ölkədir.

Azərbaycan təbiəti dünyada möv-

cud olan 11 iqlim qovşağının 9-nu 

özündə  qoruyub  saxlayır.  Bu  isə 

ölkəmizdə  turizmin  bütün  növlə-

rinin  inkişafına  imkan  verir.  Belə 

turizm  sahələrindən  biri  də  eko-

turizmdir.  Terminalogiyaya  son 

vaxtlar  daxil  olmasına  baxma-

yaraq,  ekoturizm  Azərbaycanda 

xeyli  inkişaf  yolu  keçib.  Sadəcə 

olaraq o vaxtlar bu ekoturizm yox, 

səyahət, ekskursiya və s. adlandı-

rılırdı.  İndi  elə  bir  dönəmə  gəlib 

çıxmışıq  ki,  ekoturizm  qabaqcıl 

fəaliyyət  sahəsinə  çevrilib.  Bu  is-

tiqamətdə  ölkəmizdə  indiyədək 

hansı tədbirlər görülüb, daha han-

sı zəruri addımların atılmasına eh-

tiyac vardır!

Bir  az  tarixə  ekskurs  edək.  Ötən 

əsrin  30-cu  illərində  Azərbaycan-

da ilk qoruqlar – Göygöl, Zaqatala, 

Qızılqaya, 50-ci illərin sonunda isə 

Türyançay qoruğu yaradılıb. 1959-

cu  ildə  Azərbaycan  Respublika-

sında  təbiətin  qorunması  haqqın-

da xüsusi qərar verilib və bundan 

sonra ümumi sahəsi 46,8 min hek-

tar  olan  daha  7  qoruq  yaradılıb. 

Bunlar aşağıdakılardır:

Qobustan,  Pirqulu,  Şirvan,  Qa-

rayazı, Ağgöl,  İsmayıllı  və  İstisu. 

Ötən  əsrin  90-cı  illərinin  əvvəllə-

rində respublika ərazisində 15 qo-

ruq mövcud olub. 2004-cü ildə isə 

ümumi sahəsi 194,818 min hektar, 

yəni  ölkə  ərazisinin  2,23  faizi  qə-

dər olan 13 qoruq, 4 milli park, 17 

yasaqlıq mövcud olub.

Azərbaycanın  qoruqları  nəinki 

Cənubi  Qafqazda,  hətta  bütün 

dünyada tanınır. Böyük Qafqazda 

6, Kiçik Qafqazda 3, Talış dağların-

da 1, Kür-Araz və Lənkəran ova-

lıqlarında 4 dövlət qoruğu yaradı-

lıb.  Ümumiyyətlə,  Azərbaycanda 

2  qoruq  –  Qızılağac  və  Qobustan 

beynəlxalq,  12  qoruq  regional  və 

1  qoruq  (Qaragöl)  ölkələrarası 

qoruq  hesab  olunur.  Qobustan 

qoruğu  beynəlxalq  turizm  marş-

rutlarının  tərkibinə  daxil  edilib. 

Naxçıvan Muxtar Respublikasında 

Şahbuz  Dövlət  Təbiət  Qoruğu  öz 

unikallığı  ilə  seçilir.  Burada  2899 

bitki  növləri  yayılıb.  Azərbaycan 

ərazisində  qeydə  alınmış  361  quş 

növündən  qoruqda  oxuyan  silvi, 

adi kəklik, sarıköynək, enliquyruq 

bülbül, meşə xoruzu, hop-hop və 

s. məskunlaşıb. Qoruğun ərazisin-

də, həmçinin qonur ayı, porsuq və 

vaşaqa da rast gəlinir.

Böyük  Qafqaz  sıra  dağlarının 

cənub  ətəklərində  hələ  1929-cu 

ildə 25,2 hektar ərazidə yaradılan 

Zaqatala  Dövlət  Təbiət  Qoruğu-

nun  ərazisi  dəfələrlə  dəyişdirilib. 

Qoruğun  ərazisi  hazırda  23844 

hektar təşkil edir. Burada 900-dən 

artıq bitki növü yayılıb. Qoruqda 

palıd,  vələs,  fıstıq,  qarağac,  cökə, 

göyrüş,  şabalıd,  qoz,  ayıfındığı, 

quşarmudu ağacları vardır. Hətta 

meşədə yaşı 100-250 il olan, hün-

dürlüyü  isə  30  metrə  çatan  fıstıq 

ağaclarına  da  rast  gəlmək  olar. 

Qoruqda  yayılmış  bitki  növlərin-

dən  12-si,  məməlilərdən  vaşaq 

və  kəpkəz,  quşlardan  iri  qırğı, 

bərqud,  Qafqaz  tetrası  Azərbay-

canın  «Qırmızı  kitabı»na,  yırtıcı 

quşlardan  toğlugötürən,  Qafqaz 

şahini  dünya  «Qırmızı  kitabı»na 

daxil edilib.

Başqa  bir  unikal  qoruq,  yuxarı-

da  da  qeyd  edildiyi  kimi,  1958-ci 

ildə  Ağdaş  və  Yevlax  rayonunun 

ərazisində  yaradılan  Türyançay 

qoruğudur.  Pirqulu,  Şirvan  Döv-

lət  Təbiət  Qoruqlarında  isə  30 

növ məməli, 9 növ sürünən, 6 növ 

amfibiya,  64  növ  quş  var.  Palıd 

və  fıstıq  meşələrində  qaban,  va-

şaq, qurd, çaqqal, tülkü, cüyür və 

başqa heyvanlar yaşayır.

Azərbaycanın 

şimal-qərbində, 

Ağstafa  rayonunda,  Kür  çayının 

sol hissəsində 1978-ci ildə yaradı-

lan,  Qarayazı,  Laçın  və  Ermənis-

tanın  Goruş  rayonu  sərhədində, 

dəniz  səviyyəsindən  2658  metr 

hündürlükdə yerləşən Qaragöl tə-

biət  qoruqları  flora  və  faunasının 

zənginliyi ilə diqqəti cəlb edir.

1981-ci  ildə  9,3  hektarda  Qax  ra-

yonu ərazisində, Böyük Qafqazın 

cənub  yamaclarında  İlisu  Dövlət 

Təbiət  Qoruğu  yaradılıb  və    bu-

rada  500  növ  bitki  mövcuddur. 

Qoruqda  maral,  cüyür,  dağ  kəli, 

dovşan, dələ, qarapaça və s. hey-

vanlar  məskunlaşıb.  2004-cü  il  16 

dekabr tarixində Azərbaycan Res-

publikası Prezidentinin sərəncamı 

ilə Samux rayonu ərazisində Eldar 

Şamı Dövlət Qoruğu yaradılıb və 

bu  qoruğun  yaradılmasında  əsas 

məqsəd  genetik  fondun,  bioloji 

müxtəlifliyin,  ekosistemin,  nadir 

təbiət bitkilərinin və dünyada ye-

ganə vətəni olan Eldar şamı meşə 

massivlərinin  qorunub  mühafizə 

edilməsindən  ibarətdir.  Dünyada 

nadir sayılan şərq çinarının qoru-

nub saxlanılması məqsədilə 1974-

cü ildə Zəngilan rayonunda, Kiçik 

Qafqaz dağlarının cənub-şərq əra-

zisində,  Bəsitçay  vadisi  boyunca 

yaradılan  Bəsitçay  Dövlət  Təbiət 

Qoruğunun çinarlıq hissəsi qoruq 

ərazisinin  93,5  faizini  təşkil  edir. 

Çinar ağaclarının orta yaşı 170 il-

dir,  hətta  burada  yaşı  1200-1500 

il,  hündürlüyü  50  metr,  diametri 

4  metrədək  olan  ağaclara  da  rast 

gəlinir. Mənfur düşmənin tapdağı 

olan bu meşəliklər artıq neçə illərdir 

ki,  vəhşicəsinə  qırılıb  məhv  edilir. 

Böyük Qafqazın cənub yamacların-

da İsmayıllı Dövlət Təbiət Qoruğu 

1981-ci ildə təbii ekoloji tarazlığı qo-

rumaq məqsədilə yaradılıb və qoru-

ğun ərazisi 5,78 min hektardır.

Bir  məsələni  xüsusi  olaraq  qeyd 

etmək  lazımdır  ki,  XX  əsrin  orta-

larından  etibarən  ekosistemə  və 

bioloji  müxtəlifliyə  təhlükə  törə-

dən faktorların sayı artmış, bir çox 

nadir flora növləri və cinslər məhv 

edilmişdir. Vəziyyətin belə qorxu-

lu həddə gəlib çatması bütün döv-

lətləri ciddi narahat etməyə başla-

mışdır.


Ölkəmizdə  bu  istiqamətdə  bir  sıra 

kompleks tədbirlər görülür ki, bun-

ların  içərisində  milli  parkların  ya-

radılması  xüsusi  önəm  kəsb  edir. 

2003-cü ildən başlayaraq Ekologiya 

və Təbii Sərvətlər Nazirliyi tərəfin-

dən akademik Həsən Əliyev adına 

Ordubad,  həmçinin  Şirvan, Ağgöl, 

Hirkan, Altıağac, Şahdağ, Abşeron, 

Göygöl kimi milli parklar yaradılıb.

2008-ci  ildə  Hirkan  Milli  Parkının 

ərazisi genişləndirilərək 40350 hek-

tara çatdırılıb. 2008-ci ildə ölkə baş-

çısının sərəncamı ilə Ordubad Milli 

Parkının  ərazisi  hesabına  Şahbuz 

Milli  Parkının  ərazisi  genişləndi-

rilərək  42797,4  hektara  çatdırılıb. 

Nazirlər  Kabinetinin  2010-cu  il  8 

iyul  tarixli  sərəncamı  ilə  Şahbuz 

Milli Parkının ərazisi daha da  ge-

nişləndirilərək  130508,1  hektara 

çatdırılıb.

Azərbaycan  Respublikası  Prezi-

dentinin 2012-ci il 5 noyabr tarixli 

sərəncamı  ilə  11772,  5  hektar  əra-

zidə Samur-Yalama Milli Parkı ya-

radılıb.  Son  illər  həyata  keçirilən 

ardıcıl və sistemli tədbirlər nəticə-

sində bu gün respublika ərazisinin 

3,7 faizini milli parklar təşkil edir.

Yuxarıda qeyd edilən Hirkan Milli 

Parkı  Lənkəran  və  Astara  inziba-

ti  rayonlarının  ərazisində  yerlə-

şir  və  21435  hektar  təşkil  edir.  Bu 

park Talış dağlarının unikal təbiət 

komplekslərini  əhatə  etməklə  na-

dir  sayılan,  adı  «Qırmızı  kitaba» 

düşən tipik flora və fauna növləri-

nin  qorunub  saxlanılmasını  təmin 

edir. Həm də burada turizm və is-

tirahət üçün əlverişli şərait vardır.

Kür-Araz 

ovalığının 

Şirvan 


düzənliyinin  65580  hektar  xüsusi 

mühafizə  edilən  ərazisinin  54374 

hektarında  Şirvan  Dövlət  Mil-

li  Parkı,  6232  hektarında  Şirvan 

Dövlət  Qoruğu  və  4930  hektarın-

da isə Bəndovan Dövlət Təbiət Ya-

saqlığı yerləşir. Dünyada o cümlə-

dən Azərbaycanda təhlükədə olan 

quşların milli parkın ərazisində 34 

növünə rast gəlinir. Onlardan 14-ü 

yalnız Azərbaycanın  «Qırmızı  ki-

tab»ına daxil edilib.

Azərbaycanın  dilbər  guşələrindən 

biri də Göygöl Milli Parkı və Göygöl 

Dövlət Təbiət Qoruğudur. Bu qoruq 

1925-ci ildə yaradılıb və Azərbayca-

nın ilk milli qoruğu sayılır.

Abşeron  Dövlət  Təbiət  Yasaqlı-

ğının  bazasında  yaradılan  Abşe-

ron  Milli  Parkı  yarımadanın  cə-

nub-şərq  qurşağında  –  Şah  Dili 

ərazisində yerləşir. Parkda 50-dən 

artıq  quş  və  heyvan,  25-ə  qədər 

bitki  növü  mövcuddur.  Parkın 

Xəzər  dənizi  ərazisində  dünyada 

nadir hesab edilən Xəzər suitisinə 

rast gəlinir. Bu,  dünya okeanının 

ən  kiçik  suitisi  kimi,  «Ginnesin» 

rekordlar kitabına daxil edilib.

Ölkəmizin şimal-şərqində, Xızı və 

Siyəzən rayonları ərazisində Altıa-

ğac Milli Parkı, 1990-cı ildə Altıa-

ğac  Dövlət  Təbiət  Qoruğu  dövlət 

meşə fondu torpaqlarının bazasın-

da yaradılıb və ərazisi 11035 hek-

tar təşkil edir. 

Ərazisi  115895  hektar  təşkil  edən 

Şahdağ  Milli  Parkı  da  ölkəmizin 

ən  gözəl  turizm  məkanlarından 

biri  hesab  olunur.  Sözsüz  ki,  bu 

parkın  yaradılmasında  məqsəd 

nəsli  kəsilməkdə  olan  növlər  və 

yüksək dağlıq ərazilərdə yerləşən 

otlaqlar  ekosisteminin  bərpası  və 

idarə edilməsi, ərazi üçün xarakte-

rik olan flora və fauna növlərinin 

qorunması  və  zənginləşdirilmə-

sindən ibarətdir. Bununla bərabər, 

bütün rəngarəng çalarları ilə park 

özünə  minlərlə  turist  cəlb  edə 

bilər.

Ağcabədi  və  Beyləqan  rayonla-



rı  ərazisindəki  Ağgöl  Milli  Parkı 

əvvəllər  yaşıllıq,  sonra  isə  qoruq 

olub.  2003-cü  ildən  isə  Milli  Park 

kimi  fəaliyyət  göstərir.  Bu  gölün 

ətrafında  müxtəlif  növ  quşlar  və 

heyvanlar məskunlaşıb.

Haqqında söhbət açdığımız bütün 

qoruqlar,  milli  parklar,  yasaqlıq-

lar, meşə massivləri Azərbaycanın 

ecazkar  gözəlliklərini,  zəngin  tə-

biətini  tam  şəkildə  əks  etdirə  bil-

məz. Azərbaycanın hər bir guşəsi, 

necə  deyərlər,  cənnəti-məkandır. 

Hələ  işğal  altında  olan  torpaqla-

rımızı demirik. Tezi-geci biz o tor-

paqları mütləq qaytaracağıq, vəh-

şicəsinə  dağıdılmış,  talan  edilmiş 

ərazilərimizi bərpa edəcəyik.

Bu  gün  isə  əsas  vəzifə  mövcud 

potensialdan  səmərəli  istifadə  et-

məklə eko¬turizmi, kənd turizmi-

ni,  dağ  turizmini  yüksək  inkişaf 

və yüksəliş yoluna çıxarmaqdır.

Zülfü İLYASOV,

«İqtisadiyyat» qəzetinin 

bölgə müxbiri

AZƏRBAYCAN EKOTURİZMİN İNKİŞAFI 

SAHƏSİNDƏ BÖYÜK POTENSİALA MALİKDİR

Azərbaycan Respublikası Konstitusiyasının 109-

cu  maddəsinin  32-ci  bəndini  rəhbər  tutaraq, 

Azərbaycan  Respublikasında  pensiyaçıların  so-

sial  müdafiəsini  gücləndirmək  məqsədi  ilə  və 

“Əmək pensiyaları haqqında” Azərbaycan Res-

publikası Qanununun 29.2-ci maddəsinə uyğun 

olaraq qərara alıram:

1.  Azərbaycan  Respublikasının  Əmək  və  Əha-

linin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 

2016-cı il üzrə istehlak qiymətləri indeksinə uy-

ğun olaraq 2017-ci ilin 1 yanvar tarixinə:

1.1. bütün növ əmək pensiyalarının sığorta his-

səsinin artırılmasını təmin etsin;

1.2. fərdi uçot sistemində fərdi hesabların sığorta 

hissəsində toplanmış pensiya kapitalı məbləğlə-

rinin indeksləşdirilməsini həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 

bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 İlham Əliyev,



Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 yanvar 2017-ci il

Azərbaycan Respublikası Konstitusiyasının 109-

cu  maddəsinin  32-ci  bəndini  rəhbər  tutaraq, 

Azərbaycan Respublikasında əhalinin maddi ri-

fahını yaxşılaşdırmaq və sosial müdafiəsini güc-

ləndirmək məqsədi ilə qərara alıram:

1. Minimum aylıq əməkhaqqının məbləği 2017-

ci il yanvarın 1-dən 116 manat müəyyən edilsin.

2.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabi-

neti bu Sərəncamdan irəli gələn məsələləri həll 

etsin.


3.  “Minimum  aylıq  əməkhaqqının  artırılması 

haqqında”  Azərbaycan  Respublikası  Preziden-

tinin  2013-cü  il  31  avqust  tarixli  3112  nömrəli 

Sərəncamının (Azərbaycan Respublikasının Qa-

nunvericilik Toplusu, 2013, № 8, maddə 992) 1-ci 

hissəsi ləğv edilsin.



İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 yanvar 2017-ci il



Əmək pensiyalarının sığorta hissəsinin 

indeksləşdirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Minimum aylıq əməkhaqqının 

artırılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2016-cı ildə Azərbaycanda elekt-

rik  stansiyaları  23,07  milyard 

kilovatt/saat  elektrik  enerjisi  is-

tehsal edib. Bu, 2015-ci ilin göstə-

ricisindən 0,8 faiz çoxdur.

Bu  barədə  Dövlət  Statistika  Ko-

mitəsinin  hesabatında  məlumat 

verilir.

Hesabat  dövründə  istehsal  olu-

nan  elektrik  enerjisinin  ümumi 

həcmindən  22,05  milyard  kilo-

vatt/saatı əmtəə elektrik enerjisi-

nin payına düşüb. Bu, 2015-ci il-

dəki göstəricidən 1,1 faiz çoxdur.

2016-cı ildə istehsal olunan əmtəə 

elektrik  enerjisinin  ümumi  həc-

mindən  20,06  milyard  kilovatt/

saatı  istilik  elektrik  stansiyaları-

nın payına düşüb. Bu, 2015-ci il-

dəki göstəricidən 1 faiz azdır.

Ötən  il  su  elektrik  stansiyala-

rında  1,91  milyard  kilovatt/saat 

elektrik  enerjisi  istehsal  olunub. 

Bu da bir il əvvəlki göstəricidən 

24,1 faiz çoxdur.

2016-cı ildə Azərbaycanda külək 

enerjisi generasiyası gücləri tərə-

findən 17,8 milyon kilovatt/saat, 

günəş  enerjisi  generasiyası  güc-

ləri  tərəfindən  66  milyon  kilo-

vatt/saat elektrik enerjisi istehsal 

olunub.

Ötən il Azərbaycanda qeyri-neft sənayesində 



müasir müəssisələrin yaradılmasının dəstək-

lənməsi  davam  etdirilib,  410  sənaye  müəs-

sisəsi  açılıb,  bir  sıra  sənaye  obyektlərinin 

tikintisinə  başlanılıb,  sənaye  parklarının  və 

zonalarının təşkili işləri davam etdirilib.

Bu  barədə  İqtisadiyyat  Nazirliyinin  geniş 

kollegiya  iclasında  bildirilib.  Qeyd  olunub 

ki, Sumqayıt Kimya Sənaye Parkında (SKSP) 

ümumi  investisiyalarının  həcmi  1,1  milyard 

dollar təşkil edən 9 müəssisəyə rezident sta-

tusu  verilib.  Bunlardan  polad  və  polietilen 

boru, mexaniki və hidrotexniki avadanlıqlar 

istehsal edən “Azertexnolayn” zavodu 2013-

cü ildə fəaliyyətə başlayıb və müəssisədə 750 

nəfərdən çox işçi çalışır. Artıq müəssisədə is-

tehsal  olunan  məhsulun  yarıdan  çoxu  ixrac 

edilib.  Bundan  başqa,  2017-ci  ildə  4  müəs-

sisə - yüksək təzyiqə davamlı xortum və fi-

tinqlər istehsal edən “MST Engineering Ser-

vices”, tikinti məhsulları və qatqıları istehsal 

edən,  İsveçrənin  beynəlxalq  miqyaslı  kimya 

şirkəti  olan  “SİKA”  MMC,  yüksək  keyfiy-

yətli  sintetik  və  yarısintetik  sürtkü  yağları 

istehsal  edən  “Alco  Lubricant  Company”, 

pestisid  və  aqro-kimyəvi  məhsullar  istehsal 

edən  “Aqrokimya Azərbaycan”,  2018-ci  ildə 

isə daha 3 müəssisə - polipropilen və yüksək 

sıxlıqlı polietilen istehsal edən “SOCAR Pol-

ymer”, ferroərintilər istehsal edən “Bakı Əl-

van Metallar və Ferroərintilər Şirkəti”, Float 

texnologiyası əsasında şüşə lövhələr istehsal 

edəcək “AzerFloat” fəaliyyətə başlayacaq. Bu 

müəssisələrdə  800-ə  yaxın  yeni  iş  yerlərinin 

açılması nəzərdə tutulur.

Balaxanı  Sənaye  Parkında  infrastruktur  iş-

ləri  tamamlanmaq  üzrədir.  Sənaye  Parkın-

da  fəaliyyət  göstərən  5  rezident  tərəfindən 

işlənmiş  mühərrik  yağlarının  emalı,  plastik 

(PET)  butulkaların  təkrar  emalından  PET 

qırıntılarının,  tullantı  kağızlardan  istifadə 

etməklə çap-poliqrafiya məhsullarının isteh-

salı, təkrar emal olunmuş plastik materiallar-

dan irihəcmli müxtəlif məhsulların istehsalı, 

taxta-ağac məmulatların emalı sahələrində 5 

müəssisə yaradılacaq. 2017-ci ilin birinci ya-

rısında  fəaliyyətə  başlayacaq  müəssisələrdə 

400-ə yaxın yeni iş yeri açılacaq. Balaxanı Sə-

naye Parkına yeni rezidentlərin cəlb edilməsi 

məqsədilə maraq göstərən sahibkarlarla da-

nışıqların aparılması və təşviqat işləri davam 

etdirilir. Kollegiya iclasında bildirilib ki, ötən 

ilin  sentyabrında  dövlət  başçısı  tərəfindən 

təməli qoyulmuş Mingəçevir Sənaye Parkın-

da  yüngül  sənaye  məhsulları,  o  cümlədən 

iplik,  boyama,  toxuma,  tikiş,  corab,  ayaqqa-

bı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin 

yaradılması ilə 150-200 milyon dollar inves-

tisiya qoyuluşu və 5500-dən çox yeni iş yeri-

nin açılması nəzərdə tutulur. Parkda yerləşən 

zavodlar üçün xammal bazası yerli məhsul-

lar hesabına təmin ediləcək, xammaldan son 

məhsuladək istehsal zənciri qurulacaq.



İqtisadiyyat.- 2017.- 26 yanvar - 1 fevarl.- S. 2.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə