Ədəbiyyat siyahısı
1. Buraxılış işinin mətnində istinad olunmuş mənbələr ədəbiyyat siyahısında əlifba sırası ilə yazılmalı və nömrələnməlidir. İstinad olunmuş mənbənin ədəbiyyat siyahısındakı nömrəsi mətndəki istinaddan sonra kvadrat və ya adi mötərizədə göstərilir. Məsələn: [15] və ya (15)
Üz vərəqi
Üz vərəqi buraxılış işinin birinci səhifəsidir, nömrələnmir və əlavəyə uyğun olaraq tərtib edilir.
Mündəricat
Mündəricatda bütün bəndlərin başlıqlarının buraxılış işinin hansı səhifəsindən başlandığı göstərilir.
İstifadə edilmiş ədəbiyyat
1. Buraxılış işində istifadə edilmiş mənbələr çap olunduqları dillərdə (əvvəlcə Azərbaycan, sonra türk, rus, ingilis, fransız, ərəb və s.) əlifba sırası ilə, ardıcıl nömrələnərək siyahıda göstərilir.
2. İstifadə edilmiş ədəbiyyat siyahısından son 5-10 ilin ədəbiyyatına üstünlük verilməlidir.
Akademik janra aid digər bir nümunə isə magistr dissertasiyasıdır.
Magistrlik dissertasiyası çoxpilləli təhsilin “Bakalavr” sonrası hazırlanan elmi tədqiqat işidir. Magistrlik dissertasiyasının müdafiəsi- ali təhsilin magistratura pilləsində təhsilin yekun mərhələsidir. Magistrlik dissertasiyasının müdafiəsinə tədris planında nəzərdə tutulmuş bütün fənləri tam mənimsəyən və müvəffəq qiymət alanlar buraxılırlar. Magistrlik dissertasiyası elmi rəhbərin rəhbərliyi altında magistrantın müstəqil yerinə yetirdiyi elmi- tədqiqat işidir.Ən əhəmiyyətlisi də magistrlik dissertasiyası magistrantın müvafiq ixtisaslaşma və ya sahə üzrə gətirdiyi yeniliyi əks etdirməlidir.Magistrlik dissertasiyalarının hazırlanmasının əsas məqsədi, ixtisaslaşma və ya sahə üzrə qarşılaşan nəzəri və əməli problemlərə həlledici yollar tapmaq və ya bu məsələ barəsində təkliflər verməkdir. Qərb standartlarına görə magistrlik dissertasiyaları məqsəd və səviyyələrinə görə 2 qrupa ayrılır:
1. nəzəri tədqiqatlı dissertasiyalar.
2. əməli tədqiqatlı dissertasiyalar
Nəzəri tədqiqatlı dissertasiyalar, daha çox elm adamları tərəfindən inkişaf etdirilən və ya ortaya atılan fikir və nəzəriyyələr şəklində aparılan araşdırmalardır. Əməli tədqiqatlı dissertasiyalar, müxtəlif problemlərə çözüm yolu tapmaq və təkliflər hazırlamaq məqsədilə aparılan araşdırmalardır. Ümumiyyətlə, nəzəri və əməli tədqiqat araşdırmalarını bir- birindən ayrı təsəvvür etmək yanlışdır. Məsələn, magistrantın dissertasiyası “İnflyasiyanın faiz dərəcəsinə təsiri” mövzusundadırsa, o vaxt magistrant faiz haqqında olan iqtisadi düşüncə məktəblərinin nəzəriyyələrini (Məsələn Klassik faiz nəzəriyyəsi, Viksellin borc verə bilmə fondlar nəzəriyyəsi, Keynsin faiz nəzəriyyəsi və ya nəğd tərcih nəzəriyyəsi, Huk Kansenin Neo Keynes sintezi, Fişer nəzəriyyəsində inflyasiya və faiz münasibətlərinin təhlili, Tobinin real faiz nəzəriyyəsi) mükəmməl mütaliə etməli və daha sonra da bu nəzəriyyələrin başqa- başqa ölkələrdə doğruluğunu və ya etibarsız olduğunu isbatlayan görüşləri müdafiə edə bilən statistik materialları toplamışdır.
Magistrant dissertasiyasında tədqiqatın nəzəri hissəsini incələdikdən sonra, onun əməli həyatda qarşılaşdığı problemləri və problemlərə istiqamətlənmiş çözüm yollarını göstərməlidir. Ümumiyyətlə, magistrant dissertasiyasının nəticələrini elmi və praktiki cəhətdən əsaslandırmalı, mövcud faktlarla müqayisəlı şəkildə qiymətləndirməli və onların istifadəsi üçün tövsiyələr
verməlidir. Magistrlik dissertasiyası magistrantın müvafiq ixtisaslaşma və ya sahə üzrə gətirdiyi yeniliyin əks etdirməlidir. Magistrlik dissertasiyasının məqsədi müəyyəın sahəyə aid olan məlumatları toplayaraq, bunu sistemli şəkildə təhlil etdikdən sonra, ortaya çıxan problemlərə çözüm yolları tapmaq, təklif və tövsiyyələr verməkdir. Magistrlik dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları haqqında əsasnamənin 3.2.bölməsinə görə magistrlik dissertasiyası aşağıdakı tələblərdən birinə
cavab verməlidir.
1. işdə baxılan müvafiq elmi istiqamət üçün mühüm əhəmiyyətə sahib olan hər hansı bir məsələnin həllinə
2. mühüm tətbiqi əhəmiyyəti olan iqtisadi və ya texniki işlərin təkmilləşdirilmiş elmi şərhinə. Magistrlik dissertasiyası elmi rəhbərin rəhbərliyi altında magistrantın müstəqil yerinə yetirdiyi elmi-tədqiqat (yaradıcılıq) və ya təcrübi-konstruktor işidir. Magistrlik dissertasiyası magistrantın müvafiq ixtisaslaşma və ya sahə üzrə gətirdiyi yeniliyi əks etdirməlidir. Magistrlik dissertasiyasının hazırlanması və müvəffəqiyyətlə müafiəsi magistr hazırlığı proqramının yerinə yetirilməsinin məcburi şərtdir.
. Magistrlik dissertasiyası aşağıdakı tələblərdən birinə cavab verməlidir:
- işdə baxılan müvafiq elmi istiqamət üçün mühüm əhəmiyyəti olan hər hansı məsələnin yaradıcı həllinə;
- mühüm tədbiqi əhəmiyyəti olan texniki, iqtisadi və texnoloyi işləmələrin təkmilləşdirilmiş elmi şərhinə. Magistrlik dissertasiyasında magistrantın əldə etdiyi nəticələr elmi və praktiki cəhətdən əsaslandırılmalı, mövcud faktlarla müqayisəli qiymətləndirilməli və onların istifadəsi üçün tövsiyələr verilməlidir. Magistrlik dissertasiyasının mövzusu və planı, magistrantın elmi rəhbəri onun təhkim olunduğu kafedranın elmi istiqamətləri ilə əlaqələndirilməli və kafedranın təqdimatı əsasında fakültənin elmi şurası tərəfindən birinci semestin 3 ayı ərzində təsdiq edilməlidir.
Dissertasiyanın girişində mövzuda baxılan problemin ümumi səciyyəsi və aktuallığı, mövzunun konkret məqsədini, onun nəzəri və metodoloji mənası ixtisaslaşma və sahə üzrə gətirdiyi yeniliyi əks etdirməlidir.Bundan başqa, dissertasiyanın giriş bölümündə mövzunun tədqiqatında hansı nəzəriyyələrdən istifadə edildiyini, dissertasiyanın neçə bölmədən ibarət olduğunu və hər bölmədə əsas incələnən problemlərin ümumi səciyyəsinin də yazılması məqsədəuyğundur.
Nəticə bölməsində mövzunun hansı nəzəriyyə çərçivəsi içində və ya elmi istiqamətlərin yardımı ilə incələndiyini və nə kimi nəticələrə gəlindiyini əks etdirməlidir. Xüsusilə, nəticə hissəsində təkliflər verilməli və onların reallaşdırılması üçün lazım olan tədbirlərin alınmasını göstərmək müvəffəqiyyətli bir dissertasiya olmaga namizəd ola bilər. Dissertasiyaların nəticə bölməsində dissertasiyada şərh olunan məsələlərə Azərbaycan iqtisadiyyatı aspektindən təhlil etmək və tövsiyələr hazırlamaq mütləqdir. Çünki, dissertasiya işinin nəticəsində yaranmış problemlərə cavab tapılmamışsa, onda bu tədqiqat işini dissertasiya olaraq deyil, hesabat işi olaraq qəbul etmək lazımdır. Ümumiyyətlə, dissertasiyanın giriş və nəticə bölmələrinin ən axırda hazırlanması daha faydalıdır.
5. Dissertasiyada istifadə edilən mənbənin göstərilmə qaydası
Magistrant dissertasiyasının hazırlanmasında özündən öncə yazılmış elmi işlərdən istifadə edəbilər. Ancaq yararlandığı mənbəni olduğu kimi deyil, onu müzakirə və təhlil edərək tədqiqat aparmalıdır. Dissertasiyada yararlanan əsərləri mütləq mənbə kimi göstərmək lazımdır. Dissertantın mənbəni göstərməsinin labüdlüyü aşağıdakı kimi izah edilə bilər.
1) Dissertasiyada istifadə edilən ədəbiyyatın göstərilməsinin birinci səbəbi, əxlaqi və qanuni məcburiyyətdir.
2) Mənbə göstərmənin ikinci səbəbi, tədqiqat işinin elmi dəyərinin bir təzahürü olaraq qəbul edilməkdədir. Göstərilən mənbələr ilk növbədə tədqiqatçının istifadə etdiyi əsərlərdən nə ölçüdə və nə də sıxlıqda yararlandığını göstərən bir sənəddir. Dissertasiyada nə qədər çox sayda vəqli mənbələrdən istifadə edilmışsə, bu öz növbəsində dissertasiya işinin elmi- tədqiqat tərəfinin də o dərəcədə yüksək olmasını isbat edər.
3) Magistrant dissertasiyada müdafiə və ya tənqid etdiyi görüşlərin doğruluğunu isbat etmək üçün mənbələri göstərməlidir.
4) Magistrant dissertasiyada istifadə etdiyi mənbələrə nə dərəcədə hakim olub- olmadığını müəyyən etməyə imkan verir.
5) Mənbə göstərilmənin beşinci səbəbi, eyni mövzuda və ya mövzuya yaxın tədqiqat işi aparacaq tədqiqatçılara istifadə edə biləcəkləri mənbələr mövzusunda yol göstərməsinə yardım edəcəkdir. Bir sözlə, magistrant dissertasiyada istifadə etdiyi materialları, ayrı- ayrı nəticələri mənbələrinə və müəlliflərinə uyğun qaydada istinad etməlidir.
3. İnternetdən istifadə :1969- cu ildə Amerika Birləşmiş Ştatları müdafiə məqsədi ilə kompyuter şəbəkələrinin bir-birinə bağlanması və 1973- cü ildən sonra bu fəaliyyətin genişlənməsi nəticəsində internet meydana gəlmişdir. 1997- ci ildə isə internetə 160- a yaxın ölkə daxil olmuş, şəbəkə sayı isə 6 milyona çatmışdır. İnternetin verdiyi xidmətin ən faydalı olanlardan birincisi xəbərlərin asanlıqla əldə edilməsidir.(Nef News). İkincisi, elektronik poçt xidmətlərindən istifadə (E- mail), üçüncüsü isə kitabxana kataloqlarına girərək mənbə axtarmaq imkanının asanlaşmasıdır. Xüsusilə, tədqiqatçılar üçün, internetin yuxarıda izah etdiyimiz kimi 3- cü xidmət, kitabxanaların kataloqlarına baxaraq mənbə axtarmaq imkanı böyük əhəmiyyətə malikdir. Dissertantların aparıcı ölkələrin universitetlərinə WEB ünvanlarına müraciəti aşağıdakılardır:
http: // www.blpes. ise. ac uk/ London iqtisad Məktəbinin web ünvanı
http: // www. helsinki. F:/ Helsinki Universiteti
http: // www. cup. cum. ac. uk/ Cambridge Universiteti
http: // www. intech. unu edu/ Birləşmiş Millətlər Universiteti
http: // www. ankara. edu. tr/ Ankara Universiteti
Ali təhsilin magistratura pilləsində təhsilin yekun mərhələsi magistrlik dissertasiyasının müdafiəsidir. Magistrlik dissertasiyasının müdafiəsinə tədris planında nəzərdə tutulmuş bütün fənləri tam mənimsəyən və müvəfəq qiymət alanlar buraxılırlar. Magistrlik dissertasiyasının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclasında aparılır. İxtisaslaşdırılmış şuralar magistr hazırlığı sisteminin mühüm tərkib hissələrindən biri olub, təqvim ili müddətinə yaradılır və fəaliyyət göstərir. İxtisaslaşdırılmış şuraların yaradılması haqqında vəsatəti magistr hazırlığı proqramını yerinə yetirən kafedraların təqdimatı əsasında həmin kafedraların daxil olduğu fakültə qaldırır. İxtisaslaşdırılmış şuraların yaradılması qaydası Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq əsasnamə ilə müəyyən edilir. İxtisaslaşdırılmış şuralarda magistrlik dissertasiyalarının müdafiəsi üçün qoyulan tələblərə əməl olunması və müdafiə qaydalarının pozulması halları aşkar edilərsə, ali təhsil müəssisəsinin başçısı şuranın fəaliyyəti ilə bağlı təşkilati tədbirlər ğörə bilər. İxtisaslaşdırılmış şuraların işinə təhsil müəssisəsinin təqdimatı əsasında Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş sadr rəhbərlik edir. Şuraların işinə nəzarət isə nəzdində olduqları fakültənin dekanı, eləcə də ali təhsil müəssisəsinin başçısı və tədris işləri prorektoru tərəfindən həyata keçirilir. Ali məktəbin və fakültənin rəhbərliyi ixtisaslaşdırlımış şuraların işi üçün lazımi şərait yaradılmasına məsuliyyət daşıyır.
Magistrlik dissertasiyalarının müdafiəsi ilə əlaqədar xərclərin ödənilməsi müvafiq sənədlərlətənzimlənir. Magistrlik dissertasiyalarının müdafiəsi zamanı magistrantın biliyinin qiymətləndirilməsi sadə səs çoxluğu əsasında açıq səsvermə yolu ilə aparılır. Magistrlik dissertasiyasının müdafiəsi
“qeyri-kafi”, “kafi”, “yaxşı”, “əla” qiymətlərlə qiymətləndirilir.
Magistraturada yekun attestasiya
Tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr yekun attestasiyaya buraxılırlar. Yekun attestasiya magistrlik dissertasiyasının müdafiəsi və ixtisas fənləri üzrə imtahanlardan ibarətdir. Ali təhsil müəssisələrində magistratura səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş və magistr ali elmi-ixtisas dərəcəsi almış şəxslərə müəyyən olunmuş formada dövlət nümunəli diplom verilir. Magistratura səviyyəsini bu və ya digər səbəbdən başa vurmayan şəxslərə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada arayış verilir. Arayışın forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
Dostları ilə paylaş: |