Yazı və onun növləri



Yüklə 416,9 Kb.
Pdf görüntüsü
səhifə3/3
tarix14.05.2023
ölçüsü416,9 Kb.
#113593
növüYazı
1   2   3
Yazı və onun növləri

Fonoqrafik yazı — Şərti işarələrlə dilin səslərini əsk etdirən yazıya fonoqrafik, 
yaxud səs yazısı deyilir. Mütəxəssislər bu yazının yaranmasını ticarətin inkişaf 
etdiyi Yaxın Şərqlə bağlayırlar. Yazının digər növlərindən fərqli olaraq, fonoqrafik 
yazıda dilin bu və ya digər səsi, ayrı-ayrı hərflərlə yanaşı, digər işarələrdən 
(apostrof, hərəkə və s.) də istifadə olunur.Hərfli yazı çox mürəkkəb proses əsasında 
yaranmışdır. Və bir neçə əsr ərzində inkişaf etmişdir. Hərfli yazı barbarlıq 
dövrünün lll pilləsində əmələ gəlmişdir. F. Engels cəmiyyətin barbarlıqdan 
mədəniyyət dövrünə keçməsində səs yazısının böyük əhəmiyyətə malik olduğunu 
qeyd edir.Bu yazı tipi xarakterlərinə görə 2 yerə bölünür: konsonant və 
vokallaşdırılmış yazı.Yalnız samit səslərin hərflərlə göstərildiyi yazı konsonant 
yazıdır. Həm sait, həm samit səslərin əks olunduğu yazı vokallaşdırılmış, yəni tam 
fonoqrafik yazıdır.V. İstrinin müəyyən etdiyinə görə müasir dövrdə dünya 
xalqlarının 50%-i bu yazıdan istifadə edir.Beləliklə dünyada 4 yazı tipinin hər 
birindən istifadə olunur.Yazı düz xətt boyunca düzülmüş vahidlərin ardıcıllığı 
olanda o fonetik prinsipə əsaslanır. Dilin hər bir foneminin yazıda öz işarəsi-
qrofemi olur. Bu gün latın, aromeik, finikiya, kiril, ərəb və brahmi şriftləri dünya 
dilləri üçün əsas götürülür.Yazı müasir insanların dünya görünüşünün 
formalaşmasında xüsusi əhəmiyyət kəsb edib və edəcək. Biz yazı vasitəsilə 
biliklərə yiyələnir, müxtəlif elmlərin sirlərini öyrənə bilirik. Ona görə də yazının 
həyatımızda nə qədər əhəmiyyətli olduğunu unutmamalıyıq.Belə bir hipoteza var 
ki, inklərin istifadə etdiyi ip düyünləri, kipu, əslində yazı nümunələridir.
Yazı 
mədəniyyətin, onun sahələrindən olan incəsənətin növlərindəndir. Çünki yazının 
yaranması insan şüurunun inkişafının ən bariz nümunələrindən hesab edilir. Yazı 
səsli dilin norma ilə qavrayışını təmin edən işarələr qrupudur. O, insanlar üçün ən 
böyük kəşflərdən biridir. Yaranmasının çox qədim tarixi var. Bəşəriyyətin ilk 
dövründə ünsiyyət yalnız şifahi formada olub. İlk yazı nümunələrinin isə artıq 7 
min ilə yaxın tarixi var. Uzun inkişaf yolu keçərək bugünkü formaya gəlib çatan 
yazının necə yarandığını tapmaq üçün əvvəlcə düşünülməlidir: yazı niyə yarandı? 


Şifahi şəkildə ünsiyyət hələ ibtidai icma dövrünün ilk çağlarından yalnız səslər 
vasitəsilə mövcud idi. Sonrakı dövrlərdə ictimai quruluş formalaşdıqca insan 
qrupları arasında siyasi, iqtisadi... əlaqələrin qurulması üçün ikinci köməkçi 
ünsiyyət vasitəsi olaraq yazı yaranmağa başladı. Demək, yazı insanların dillə, 
şifahi ünsiyyət saxlamaları mümkün olmadığı şəraitdə tələbatdan yaranıb. Dilin 
əmələ gəlməsində olduğu kimi, yazının yaranmasında da kollektiv əmək 
danılmazdır. Yəni yazı ayrı-ayrı şəxslər deyil, ümumi kollektiv tərəfindən 
yaradılıb.Son tədqiqatlara görə, yazının 4 əsas tipi var: piktoqrafik - şəkli; 
ideoqrafik - fikri; sillabik - hecalı; fonoqrafik - səs yazısı. Onların hər biri isə 
xüsusiyyətlərinə görə bir-birindən fərqlənir.Yazının ilk tipi - piktoqrafiya üsulu 
çox qədim tarixə malikdir. İnsanların çəkdiyi ibtidai şəkillər bu və ya digər 
məlumatı əks etdirdikdə şəkli yazı yaranmağa başlayıb. Tədqiqatçıların 
söylədiklərinə görə, bu yazıdan Azərbaycanda da istifadə olunması barədə tutarlı 
faktlar var. Bunlardan biri Qobustanda 720 qaya üzərində 4 mindən çox təsvirin 
olmasıdır. Həmin təsvirlərin çoxu piktoqrafiyadır. Bundan başqa, Kəlbəcərdə 
"İkinci Qobustan” adlandırılan ərazidə, Qazax və Gədəbəydə də piktoqramlar 
tapılıb.Arxeoloqların aşkar etdikləri yazılı heyvan sümükləri dəqiq olmasa da, 
təxminən eramızdan on beş əsr əvvələ aid edilir. Qədim yazı texnikası bu gün də 
saxlanmaqdadır. Heca yazısının ünsürlərinin formalaşdığı ən qədim yazılardan biri 
də şumerlərindir. Qədim heca işarələri eramızdan əvvəl üçüncü minilliyin 
əvvəlində şumer yazısında əmələ gəlib. 1938-ci ildə şumer dilini ilk dəfə türk 
dilləri ilə əlaqələndirməyə cəhd göstəriblər. Onların ilk yazısı piktoqrafik xarakterli 
olub. Bu yazı zahiri əlamətlərinə görə başqalarından fərqlənirdi: işarələri mismara 
bənzəyirdi. Azərbaycan dilində bu, "mixi yazı” adlandırılır.Beləliklə, araşdırmalar 
göstərir ki, dünyada 4 yazı tipinin hər birindən bu gün də istifadə olunur. Onu da 
deyək ki, hazırda latın, arami, finikiya, kiril, ərəb və brahmi şriftləri dünya dilləri 
üçün əsas götürülür. 


Bu gün dünya ictimaiyyətinin daha çox istifadə etdiyi "Facebook” sosial şəbəkə 
yaşından və intellektual səviyyəsindən asılı olmayaraq müəyyən dünyagörüşünə 
malik insanların virtual əlaqə yaratdığı məkan kimi ilk baxışdan maraqlıdır: burada 
ağıllı da var, savadlı da, səviyyəliyə də rast gəlmək mümkündür, əksinə də! Ona 
görə də internetdə mənəvi sərvətlərimizdən olan yazı mədəniyyətinin qorunması 
problemi yaşamaqdadır. Təəssüf ki, ilk baxışdan qarşılaşdığımız məhz dil və yazı 
mədəniyyətində yol verilən çox kobud xətalardır. Danışıq və yazı dili burada 
qarışdırıldığına görə anlamaq olmur ki, bunları yazan azərbaycanlıdır, yoxsa 
hansısa bir əcnəbi. Bunlar bəlkə də bir qədər dözüləsi haldır. Onlardan da 
dəhşətlisi mobil telefonlar (smartfonlar) vasitəsilə internetə daxil olanların 
yazışmalarındakı səhvlərdir. Burada, demək olar ki, dilimizin və yazı 
mədəniyyətimizin bütün meyarları kobudcasına pozulur. İlk baxışdan düşünmək 
olardı ki, (əslində, belə idi) həmin telefonların dili bizimki olmadığı üçün bu 
problem qaçılmazdır. Lakin mobil telefonların proqramlarındakı son yeniliklər 
imkan verdi ki, biz də ana dilimizdə yaza bilək. Hələ ki bəzi şəbəkə istifadəçiləri 
istisna olmaqla, bu halın kütləviliyi cəmiyyəti ciddi şəkildə düşündürən məsələ 
kimi öz aktuallığını saxlamaqdadır. Bunlarla yanaşı, sosial şəbəkələrdə etik norma 
gözlənilmir, sözlər qramatik, fikirlər üslub baxımdan ciddi səhvlərlə yazılır. 
Yazışmalarda Azərbaycan əlifbasına məxsus "ə” "ö”, "ü”, "ş”, "ç”, "ğ” kimi 
hərflərdən istifadə olunmaması nəinki dilimizin qayda-qanunlarının pozulmasına 
gətirib çıxarır, həm də gələcək nəsillərin dilimizin gözəlliyindən məhrum edilməsi 
deməkdir. Məsələn, "təşəkkür - tşk”, "salam - slm”, "hə - ok” "yaxşı - iyi”, "no 
problem” və s. kimi yazılan sözlərin hansı dilə və ya xalqa mənsub olması qaranlıq 
qalır. Bu problemi yaradan və yayan savadsız, intellektual baxımdan aşağı 
səviyyədəkilər olsaydı, nə vardı... Bəla burasındadır ki, həmin yazıların müəllifləri 
hətta dilçilərdir.
Bu gün sosial şəbəkələrdə müxtəlif dövlətlərin diversantları 
antimilli mövqe ortaya qoyaraq Azərbaycan əleyhinə kampaniya aparır, mənəvi 
dəyərlərimizə qarşı müxtəlif formada terror edirlər. Azərbaycan tolerant ölkədir. 
Bu, aydındır, çoxmillətli ölkələrdə dilin zənginliyi diqqət çəkir.

Yüklə 416,9 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin