Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə110/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   106   107   108   109   110   111   112   113   ...   274
ERMƏNİ MƏTBUATINDAN 

 

 Azərbaycan  ziyalılarının  təşkil  etdikləri  nümayiş  barədə  Anar  nə  deyə  bilər? 



Sumqayıtdakı qanlı günlərdə,eləcə də ondan sonra nə Anar,nə də azerbaycanlı ziyalılardan 

başqa birisi özünə qalib gələrək Ermənistana heç olmasa bir teleqram göndərib başsağlığı 

vermədi. 

Amma  Anar  hadisəlrin  əvvəlində  əsas  səbəbin  Sumqayıt  olduğunu  nəzərə 

almadan,dəhşətdən Ermənistana qaçan minlərlə ermənini xatırlamadan elan edir ki, hər gün 

Ermənistandan  qaçmış  azərbaycanlılar  Yazıçılar  İttifaqına  gəlir  və  orada  başlarına 

gələnlərdən  danışırlar.Soruşmaq  lazım  gəlir  ki,  həqiqəti  onlara  yazıçı  deməyəndə  kim 

deyəcək?  Bəlkə  Anar  Sumqayıt  faciəsindən  xəbərsizdir?  Başsağlığı,  üzr  istəmək,  sükuta 

dalmaq  bir  yana  dursun,bizim  ürəyimizi  ağrıdan  bir  faktla  necə  barışaq?  Sumqayıt 

hadisəsindən  sonra  Anar  böyük  bir  dəstə  ilə  Türkiyəyə  səfərə  çıxmış,bəlkə  də  orda 

kefcillərlə,əyyaşlarla  görüşmüşdür?  (!-A.)Bu  səfər  əvvəlcədən  planlaşdırılımış  olsa  belə 

ondan imtina etmək cəsarət tələb edirdi. Özü də hara? Türkiyyəyə… O Türkiyəyə ki, onun 

sakini  Orxan  Qarakazım  son  vaxtlar  belə  demişdir:  «Allah  erməni  xalqının  taleyini  türk 

xalqının əllərinə tapşırıb.Yaxşı bilin ki, sizi heç bir «Xristos», nə də digər bir xalq bizim 

əlimizdən xilas edə bilməz». 

Anar  Türkiyədə  olarkən  axtarıb  Orxanı,  orxanları  tapıb  bu  sözlər  üçün  onları 

qınayıbmı? Əlbəttə yox . 

(«Qrakan tert»(«Ədəbiyyat qəzeti»),  

Ermənistan Yazıçılar İtttifaqının orqanı  

3 may 1988) 

 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin