Yaziçi və ƏSƏRLƏRİ haqqinda



Yüklə 317.33 Kb.
səhifə1/6
tarix29.05.2017
ölçüsü317.33 Kb.
  1   2   3   4   5   6


QURANI RƏHBƏR TUTMAQ

Harun Yəhya (Adnan Oktar)

YAZIÇI VƏ ƏSƏRLƏRİ HAQQINDA

Harun Yəhya təxəllüsündən Harun Yəhya (Adnan Oktar) istifadə edən yazıçı Adnan Oktar 1956-cı ildə Ankarada anadan olmuşdur. İbtidai və orta təhsilini Ankarada almışdır. Daha sonra İstanbul Memar Sinan Universitetinin İncəsənət fakültəsində və İstanbul Universitetinin Fəlsəfə bölməsində təhsil almışdır. 1980-ci illərdən bu yana imani, elmi və siyasi mövzularda bir çox əsər hazırlamışdır. Bununla yanaşı, yazıçının təkamülçülərin saxtakarlıqlarını, iddialarının əsassızlığını və darvinizmin qanlı ideologiyalarla olan qaranlıq əlaqələrini ortaya qoyan çox əhəmiyyətli əsərləri vardır.

Harun Yəhyanın əsərləri təxminən 30.000 şəklin olduğu cəmi 45.000 səhifəlik külliyyatdır və bu külliyyat 73 fərqli dilə tərcümə edilmişdir.

Yazıçının təxəllüsü inkarçı düşüncəyə qarşı mübarizə aparan iki peyğəmbərin xatirəsinə hörmət olaraq adlarını yad etmək üçün Harun və Yəhya adlarından götürülmüşdür. Yazıçı tərəfindən kitabların üz qabığında Rəsulullahın (s.ə.v) möhürünün olmasının simvolik mənası isə kitabların məzmunu ilə əlaqədardır. Bu möhür Qurani-kərimin Allah’ın son kitabı və son sözü, Peyğəmbərimizin (s.ə.v) xatəmül-ənbiya olduğunun rəmzidir. Yazıçı bütün yayımlarında Quranı və Rəsulullahın sünnəsini özünə rəhbər etmişdir. Bu surətlə, inkarçı düşüncə sistemlərinin bütün təməl iddialarını bir-bir ortadan qaldırmağı və dinə qarşı yönələn etirazları tam susduracaq son sözü söyləməyi əsas almışdır. Böyük hikmət və kamal sahibi olan Rəsulullahın möhüründən bu son sözü söyləmək niyyətinin duası olaraq istifadə edilmişdir.

Yazıçının bütün işlərindəki ortaq hədəf Quranın təbliğini dünyaya çatdırmaq, beləliklə, insanları Allah’ın varlığı, birliyi və axirət kimi təməl imani mövzular üzərində düşünməyə sövq etmək və inkarçı sistemlərin əsassız təməllərini və azğın tətbiqlərini gözlər önünə çəkməkdir.

Necə ki, Harun Yəhyanın əsərləri Hindistandan Amerikaya, İngiltərədən İndoneziyaya, Polşadan Bosniya-herseqovinaya, İspaniyadan Braziliyaya, Malayziyadan İtaliyaya, Fransadan Bolqarıstana və Rusiyaya qədər dünyanın əlavə bir çox ölkəsində sevilərək oxunur. İngilis, fransız, alman, italyan, ispan, portuqal, urdu, ərəb, alban, rus, boşnaq, uyğur, İndoneziya, Malay, benqal, serb, bolqar, Çin, Danimarka və İsveç dili kimi bir çox dilə tərcümə edilən əsərlər xaricdə geniş oxucu kütləsi tərəfindən izlənilir.

Dünyanın dörd tərəfində fövqəladə təqdir toplayan bu əsərlər bir çox insanın iman etməsinə, bir çoxunun da imanında dərinləşməsinə vəsilə olur. Kitabları oxuyub araşdıran hər kəs bu əsərlərdəki hikmətli, dolğun, asan aydın olan və səmimi üslubun, ağıllı və elmi yanaşmanın fərqində olar. Bu əsərlər sürətli təsir etmə, qəti nəticə vermə, etiraz və təkzib edilə bilinməyən xüsusiyyətləri daşıyır. Bu əsərləri oxuyan və üzərində ciddi şəkildə düşünən insanların artıq materialist fəlsəfəni, ateizmi və digər azğın görüş və fəlsəfələrin heç birini səmimi olaraq müdafiə etmələri mümkün deyil. Bundan sonra müdafiə etsələr də, ancaq romantik inadla müdafiə edəcəklər. Çünki fikri dayaqları aradan götürülmüşdür. Dövrümüzdəki bütün inkarçı cərəyanlar Harun Yəhya külliyyatı qarşısında fikirlə məğlub olmuşlar.

Şübhəsiz, bu xüsusiyyətlər Quranın hikmət və ifadə təsirliliyindən qaynaqlanır. Yazıçı bu əsərlərə görə öyünmür, yalnız Allah’ın hidayətinə vəsilə olmağa niyyət etmişdir. Bundan başqa, bu əsərlərin çap və nəşrində hər hansı bir maddi qazanc güdülmür.

Bu həqiqətlər göz önünə gətirildikdə insanların görmədiklərini görmələrini təmin edən, hidayətlərinə vəsilə olan bu əsərlərin oxunmasını təşviq etməyin də çox əhəmiyyətli xidmət olduğu ortaya çıxır.

Bu qiymətli əsərləri tanıtmağın yerinə insanların zehinlərini bulandıran, fikri qarışıqlıq meydana gətirən, şübhə və tərəddüdləri aparmaq və imanı qurtarmaq üçün güclü və iti təsiri olmadığı ümumi təcrübə ilə sabit olan kitabları yaymaq isə əmək və zaman itkisinə səbəb olar. İmanı qurtarmaq məqsədindən çox, yazıçının ədəbi gücünü vurğulamağa yönələn əsərlərdə bu təsirin əldə edilə bilməyəcəyi məlumdur. Bu mövzuda şübhəsi olanlar varsa, Harun Yəhyanın əsərlərinin tək məqsədinin dinsizliyi yox etmək və Quran əxlaqını yaymaq olduğunu, bu xidmətdəki təsir, müvəffəqiyyət və səmimiyyətin açıq şəkildə göründüyünü oxucuların ümumi qənaətindən anlaya bilərlər.

Bilmək lazımdır ki, dünyadakı zülm və qarışıqlıqların, müsəlmanların çəkdiyi əziyyətlərin təməl səbəbi dinsizliyin fikri hakimiyyətidir. Bunlardan xilas olmağın yolu isə dinsizliyin fikirlə məğlub edilməsi, iman həqiqətlərinin ortaya qoyulması və Quran əxlaqının insanların qavrayıb yaşaya biləcəkləri şəkildə izah edilməsidir. Dünyanın gündən-günə daha çox büründüyü zülm, fəsad və qarışıqlıq mühiti diqqətə alındığında bu xidmətin mümkün qədər sürətli və təsirli şəkildə edilməsinin lazım olduğu aydındır. Əks halda, çox gec ola bilər.

Bu əhəmiyyətli xidmətdə öndərliyi üzərinə götürən Harun Yəhya külliyyatı Allah’ın izni ilə 21-ci əsrdə dünya insanlarını Quranda təsvir edilən hüzur, sülh, düzgünlük, ədalət, gözəllik və xoşbəxtliyə daşımağa vəsilə olacaq.



OXUCUYA

Bu kitabda və digər fəaliyyətlərimizdə təkamül nəzəriyyəsinin süqutuna xüsusi yer ayrılmasının səbəbi bu nəzəriyyənin hər cür din əleyhinə fəlsəfənin əsasını təşkil etməsidir. Yaradılışı və dolayısilə Allah’ın varlığını inkar edən darvinizm 150 ildir ki, bir çox insanın imanını itirməsinə və ya şübhəyə düşməsinə səbəb olmuşdur. Ona görə bu nəzəriyyənin yalan olduğunu insanlara göstərmək çox mühüm imani vəzifədir. Bu mühüm xidmətin bütün insanlara çatdırılması isə vacibdir. Bəzi oxucularımızın bəlkə bircə kitabımızı da oxuma imkanı yoxdur. Bu səbəbdən hər kitabımızda bu mövzuya xülasə şəklində də olsa bir bölmə ayrılmışdır.

Kitabların məzmunu ilə bağlı digər cəhəti də nəzərə çatdırmaq lazımdır. Müəllifin bütün kitablarında imani mövzular, Quran ayələri işığında izah edilir, insanlar Allah’ın ayələrini öyrənməyə və yaşamağa dəvət olunurlar. Allah’ın ayələri ilə bağlı bütün mövzular oxuyanın ağlında heç bir şübhə və ya sual doğurmayacaq şəkildə açıqlanır.

Buradakı izahlarda istifadə edilən səmimi, sadə və axıcı üslub isə kitabların hər kəs tərəfindən asanlıqla başa düşülməsini təmin edir. Bu təsirli və sadə izah sayəsində kitablar “bir nəfəsdə oxunan kitablar” ifadəsinə tamamilə uyğun gəlir. Dini qətiyyətlə rədd edən insanlar belə bu kitablarda izah edilən həqiqətlərdən təsirlənir və izah edilənlərin doğruluğunu inkar etmirlər.

Bu kitab və müəllifin digər əsərləri oxucular tərəfindən fərdi şəkildə olduğu kimi, qarşılıqlı söhbət mühitində də oxuna bilər. Bu kitablardan istifadə etmək istəyən bir qrup oxucunun kitabları birlikdə oxumaları, mövzu ilə bağlı öz fikir və təcrübələrini bir-birləri ilə paylaşmaları baxımından faydalı olar.

Bununla yanaşı sadəcə Allah rizası üçün yazılmış bu kitabların tanınmasına və oxunmasına kömək etmək də böyük xidmət olar. Çünki müəllifin bütün kitablarında sübut və inandırma çox güclüdür. Bu səbəbdən dini izah etmək istəyənlər üçün ən təsirli üsul bu kitabların digər insanlar tərəfindən də oxunmasına sövq etməkdir.

Kitabların arxasına müəllifin digər əsərlərinin təqdimatının əlavə edilməsinin isə mühüm səbəbləri var. Bu sayədə kitabı əlinə alan şəxs yuxarıda bəhs etdiyimiz xüsusiyyətləri daşıyan və oxumaqdan zövq aldığını ümid etdiyimiz bu kitabla eyni vəsflərə malik olan daha bir çox əsər olduğunu görəcəkdir. İmani və siyasi mövzularda faydalanacağı zəngin mənbə toplusunun mövcud olduğuna şahid olacaqdır.

Bu əsərlərdə digər bəzi əsərlərdə görünən, müəllifin şəxsi qənaətlərinə, şübhəli mənbələrə əsaslanan izahlara, müqəddəs şeylərə qarşı ədəbə və hörmətə diqqət verilməyən üslublara, narahatlıq verən şübhəli və ümidsizliyə sürükləyən izahlara rast gələ bilməzsiniz.

Bu kitabda istifadə edilən ayələr Ə. Musayevin tərcümə etdiyi


Qurani-kərim kitabından götürülmüşdür.

www.harunyahya.org - www.harunyahya.net - www.harunyahya.az

İÇİNDƏKİLƏR

Giriş 8


Quranı Allah qoruyur 11

Tək hökm verən Allah’dır 16

Allah adına hökm verənlər 21

Quranı rəhbər tutmaq 26

Quran aləmlərə öyüddür 29

Quran Furqandır; doğrunu yanlışdan ayırır 32

Quranda hər şey açıqlanmışdır 35

Quran əxlaqını yaşamaq çox asandır 39

Qurana tabe olmaq insanların üzərindəki yükü qaldırır 42

Allah insanları Quranla xəbərdar edib qorxudur 46

Möminlər Quran əxlaqını nöqsansız yaşayırlar 50

Hz. Muhəmmədin (səv) tək rəhbəri Quran idi 52

Nümunəvi Quran nəsli yetişdirməyin əhəmiyyəti 55

Nəticə 59

Təkamül yalanı 61

GİRİŞ

Din əxlaqından uzaq yaşayan cəmiyyətlərdə yanlış bir din anlayışı hakimdir. Belə cəmiyyətlərdə yetişən insanlar dini sadəcə şifahi məlumatlarla öyrənir, Allah’ı və Allah’ın əmr etdiyi gözəl əxlaqı tanımırlar. Buna görə, hər kəsin din adına fərqli tətbiqləri, qanunları və bir-birinə bənzəməyən doğru və yanlışları olur. Halbuki, gerçək dinin öyrənilməsinin əsas qaynağı Quran və Peyğəmbərimizin (səv) sünnəsidir. Quran bütün kainatı yoxdan var edən, hər şeyin ən doğrusunu bilən Allah’ın sözüdür.

Quran hər insanın başa düşəcəyi sadə və anlaşılan üsluba, bənzərsiz hikmətə sahibdir. Buna baxmayaraq, Allah’a və dinə qarşı səmimiyyətsiz olan, hətta düşmən kimi yanaşan bəzi insanlar Qurana ön mühakimə ilə yanaşır, yanlış məntiq səbəbi ilə ayələri doğru şərh etmirlər. Bəziləri də dini qəsdən çətin göstərmək üçün özlərindən bir çox batil inanc, bidət və xurafat çıxarırlar. Quranı bilən və Peyğəmbərimizin (səv) həyatını tanıyan iman sahibləri isə bunların xurafat olduğunu anlayır və heç birinə etibar etmirlər. Lakin Allah’ı və Quranı tanımayanlar cahillikləri üzündən bu xurafatların təsirində qalır, Qurana əsaslanmayan bu batil dini yanlış olaraq gerçək din zənn edirlər. Quran və hədisləri oxumadıqlarına görə də Allah’ın bəyənib seçdiyi dinin gözəlliklərini görmürlər.

Allah’ın bütün insanlara hidayət olaraq endirdiyi Qurandakı yazılar bu xətalı yolu izləyənlərin böyük qismini heç maraqlandırmır. Dinlə əlaqədar hər hansı bir mövzunu öyrənmək istədikdə Allah’ın qiyamətə qədər etibarlı etdiyi Qurandan kənar bir çox yanlış qaynağa baş vurur, lakin Quranı oxumurlar. Bu vəziyyət Quranda “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etmişdi!” (Furqan surəsi, 30) ayəsi ilə ifadə edilir. Halbuki, dinin mənbəyi Quran ayələri və Quranda əmr edilənləri ən gözəl şəkildə tətbiq edən Peyğəmbərimizin (səv) sünnəsi, yəni sözləri, davranışları və hər cür işləridir. Allah Quranı insanların oxuyub anlaması, içində yazılanları öyrənməsi, bütün kainatı yoxdan var edən Rəbbimizi tanıması və Ona necə qulluq edəcəyini bilib çəkinməsi üçün göndərmişdir. Ayələrini hər növ örnək və qissələrlə bir-bir və müxtəlif cür açıqlamışdır. Allah’ın “...Biz kitabda heç bir şeyi nəzərdən qaçırmadıq...” (Ənam surəsi, 38) ayəsində bildirdiyi kimi, Quran nöqsansızdır. İstər dünya həyatı, istərsə də ölümdən sonrakı həyatla əlaqədar bir çox şey Quranda ən hikmətli şəkildə açıqlanmışdır. Allah “Sizə sizləri xatırladan bir kitab nazil etdik. Məgər başa düşmürsünüz?” (Ənbiya surəsi, 10) ayəsi ilə bizlərə bu həqiqəti bildirir.

Bu kitab Quranın Allah’ın sözü və insanlar üçün hidayət rəhbəri olduğunu, dünyadakı hər insana xitab etdiyini, hökmlərinin endirildiyi zamandan bu yana bütün dövrləri əhatə etdiyini, dolayısilə, hər insanın üz tutması gərəkən ən əhəmiyyətli qaynaq olduğunu açıqlamaq məqsədilə hazırlanmışdır.

İslam dininin doğru öyrənilməsi və Quran ayələrinin lazımi şəkildə qavranılması insanların düz yolu tapmaları üçün çox zəruridir. Bu mövzunun bütün insanlara çatdırılması isə ağıllı, vicdanlı və sağlam düşüncəli hər müsəlmanın ən önəmli vəzifələrindən biridir.



QURANİ-KƏRİM HAQQ KİTABDIR

Adnan Oktar: Üç din yaradıb cənabi-Allah. Musəvilik, İsəvilik və Muhəmmədilik. Muhəmmədi din, yəni İslam dini haqq dindir. Bu da imtahanın bir şərtidir. Bu quruluş içində bu da görünür. İncil, yəni səmimi deyirəm, baxan kimi təhrif olduğu görünür. Təslis inancı, yəni bir insana Allah deyilməsi çox böyük zülmdür. Böyük zülmdür və xristianlara qarşı oyun oynanılmışdır. Musəvilikdə də axirət inancı çox çıxarılmışdır. Buna baxmayaraq, bir az qalıb, amma çox çıxarılıb.

Aparıcı: Kitablar dəyişdirilibmi?

Adnan Oktar: Çox dəyişdiriblər. Yəni onsuz da inkar etmirlər. “Bəli”, -deyirlər. Lakin haqq olan qisimlər var təbii ki, onlar pozulmadan qalıblar. Onsuz da biz o qalanları kitab halına saldıq. Toplu şəkildə bir araya gətiririk, yəni Quranla uyğun olan yerləri. Quran açıq şəkildə həqiqətdir. İndi burada bunun o qədər uzatmağa yönü yoxdur. Hər vicdan, hər səmimi vicdan Quranı o dəqiqə anlar. Başa düşülməyən yönü yoxdur. Bu, çox böyük nemətdir, Allah’a şükür. Məsələn, baxın, axirəti biz bilməyəcəkdik və incəliklərindən xəbərimiz olmayacaqdı. Tövrata görə bilməyəcəkdik, İncildə də axirətin incəlikləri çox az vardır. Çox az. Çox zəif izahlar var. Quran son dərəcə səhhətli və düzgündür. Cənabi-Allah Quranda lap gözəl anlatmışdır. Allah’ın varlığı və Quran çox dəqiqdir, yəni o mövzuda insanların qərarsız olacağı kimi deyil. (Adnan Oktarın 13 mart, 2010 tarixli www.harunyahya.tv reportajından)

QURANI ALLAH QORUYUR

Quranın ən önəmli xüsusiyyətlərindən biri dövrümüzə qədər heç bir dəyişikliyə məruz qalmadan, Peyğəmbərimizə (səv) vəhy edildiyi halı ilə bizə çatmasıdır. Allah bunu Quranda “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!” (Hicr surəsi, 9) ayəsi ilə vəd etmişdir.

Bilindiyi kimi, Qurandan əvvəlki haqq kitabların orijinal halı qorunmamışdır, bəzi yerlərdə məqsədli şəkildə və ya cahilliklə təhrif edilmişdir. Bu kitablara bəzi əlavələr edilmiş, bəzi yerləri dəyişdirilmiş və ya tamamilə çıxarılmışdır. Peyğəmbərimiz (səv) isə özünə hər vəhy gəldiyində onu Allah’ın köməyi ilə əzbərləmiş və həmin an güvəndiyi şəxslərə yazdırmışdır. Beləcə, Quran yazılı halda qorunmuşdur. Hz. Əbubəkr (rə) dövründə Quran tək bir nüsxə halına salınmış, hz. Osman (rə) dövründə isə Quran nüsxələri çoxaldılıb əhəmiyyətli İslam bölgələrinə göndərilmişdir.

Peyğəmbərimiz (səv) vəhy gəldikdə Quran ayələrini yadda saxlamaq üçün necə çalışdığı və buna görə Allah’ın ona necə kömək etdiyi ayələrdə belə açıqlanır:



Onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir. Biz onu oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə. Sonra onu bəyan etmək də Bizə aiddir! (Qiyamət surəsi 16-19)

Ayələrdən də göründüyü kimi, Peyğəmbərimizin (səv) Quranı yadda saxlaması hər hansı bir mövzunu əzbərləmək kimi olmamış, Allah xüsusi şəkildə Quran ayələrini Peyğəmbərimizin (səv) hafizəsinə yerləşdirmişdir. Bundan sonra, Peyğəmbərimiz (səv) yadda saxladığı ayələri güvəndiyi şəxslərə yazdırmışdır. Beləliklə, 1400 ildir ki, Allah’ın vədinə uyğun olaraq Quranın tək bir hərfi belə dəyişməmiş və Allah’ın vəhyi günümüzə qədər qorunaraq gəlmişdir. (www.Allahinsonsuzgucu.com)

Quranın Allah’ın vəhyi olduğunun və buna insanın heç bir şey əlavə etmədiyinin dəlillərindən biri Quranda heç bir ziddiyyətin olmamasıdır. Quran həm öz daxilində, həm də tarixi inkişaf və elmi tapıntılarla tam uyğunluq təşkil edir. Quranın bu xüsusiyyəti o qədər dəqiq və açıqdır ki, Rəbbimiz bir ayəsində belə buyurmuşdur:

Onlar Quran barəsində düşünməzlərmi? Əgər o, Allah’dan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar. (Nisa surəsi, 82)

İnsanların yazdığı kitablarda bir çox ziddiyyətlər tapmaq mümkündür. Məsələn, elmi bir kitabda əvvəldə verilən bir məlumat sonda verilən məlumatla uyğun olmaya bilər. Quranın isə hər sözü bir-birinə uyğundur və ayələrdə kiçik də olsa ziddiyyət yoxdur. Bundan başqa, Quranda cəmiyyətlər, idarə üsulu, hərbi strategiya kimi bir çox mövzuda məlumat verilir, sadəcə keçmişdən deyil, gələcəkdəki hadisələrdən də xəbər verilir. Bu məlumatların hamısı tarixi həqiqətlərlə və eyni zamanda, Quranın vəhyindən sonra meydana gələn hadisələrlə tam uyğunluq təşkil edir. Məsələn, Quranda gələcəklə bağlı verilən xəbərlərdən biri “Rum” surəsinin ilk ayələrində yer almışdır. Bu ayələrdə Bizans İmperiyasının məğlub olduğu, lakin qısa bir vaxtda təkrar qalib gələcəyi belə bildirilmişdir:



Əlif, Lam, Mim! Rumlular məğlub oldular. Ən aşağı bir yerdə. Lakin onlar məğlubiyyətlərindən sonra qalib gələcəklər. Bir neçə ilin içində (üç illə doqquz, yaxud on il arasında). Əvvəl də, sonra da hökm Allah’ındır. O gün möminlər sevinəcəklər. (Rum surəsi, 1-4)

Bu ayələr xristian bizanslıların bütpərəst farslar tərəfindən ağır məğlubiyyətə uğramasından təqribən 7 il sonra (miladi 620) endirilmişdir. Ayələrdə Rum olaraq keçən Bizansın çox yaxında qalib gələcəyi xəbər verilmişdir. Halbuki, həmin vaxtlar Bizans o qədər gücdən düşmüşdü ki, qalib gəlməsi bir yana, mövcudluğunu qoruması belə imkansız görünürdü.

Qısası, hamının Bizansın yox olmasının gözlədiyi bir zamanda “Rum” surəsinin ilk ayələri vəhy edilmiş və Bizansın 9 il keçmədən yenidən qalib gələcəyi xəbər verilmişdir.

“Rum” surəsinin ilk ayələrinin endirilməsindən təxminən 7 il sonra, miladi 627-ci ilin dekabr ayında Bizans və Fars imperiyaları arasında Ninova xarabalıqları yaxınlığında böyük döyüş baş verdi. Bu dəfə Bizans ordusu farsları məğlub etdi. Bir neçə ay sonra farslar işğal etdiyi yerləri Bizansa geri qaytarmaq haqqında saziş bağlamağa məcbur oldular.

Beləliklə, Quranda gələcəyə dair verilən bu xəbər gerçəkləşdi. Burada verilən təkcə bu misal belə, Quranın Allah’ın sözü olduğunun və insan əli ilə yazılmadığının bir sübutudur.

Quranın bir başqa xüsusiyyəti də astronomik və bioloji mövzularda verdiyi məlumatların o dövrün zəif elmi anlayışından və batil inanclarından tamamilə fərqli olmasıdır. Məsələn, Quranın vəhy edildiyi dövrdə ərəb cəmiyyətində göy üzünü dağların tutub saxladığına inanırdılar. Dünyanın düz olduğunu və yer üzünün hər iki ucunda yer aldığı qəbul edilən yüksək dağların göy üzünə bünövrə təşkil etdiyini zənn edirdilər. Halbuki, Allah Quranda insanlara bu batil inancların gerçək olmadığını bildirmiş və belə buyurmuşdur:



Gördüyünüz göyləri dirəksiz olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan... (Rəd surəsi, 2)

Bundan başqa, Quranın əlavə bir çox ayəsində xəbər verilən elmi həqiqətlər 20 və 21-ci əsr elmi tərəfindən yeni bilinən məlumatlarla paralellik təşkil edir. Bunlar Quranın Allah’ın sözü olduğunu göstərən dəlillərdən bəziləridir.

Quranın ədəbi yönü də son dərəcə üstünlüyə malikdir. Quran endirildiyi dövrdə ərəb şairləri bir-biri ilə yarışıb gözəl sözlər deyir, ortaya təsirli ədəbi əsərlər çıxarırdılar. Ancaq onlar da Quranın üslubunun gözəlliyinə heyran olmuşdular və bu müqəddəs kitabın ədəbi ehtişamını qəbul etmişdilər.

Bununla yanaşı, Quranda qüsursuz riyazi şifrə sistemi də vardır. Məsələn, bəzi kəlmələr Quranda mənaları ilə əlaqəli sayılar qədər təkrarlanır. “Gün” kəlməsi bütün Quranda 365 dəfə keçir. “Günlər” 30, “ay” kəlməsi isə 12 dəfə keçir. “Şeytan” və “mələk” kəlmələri 88 dəfə, “dünya” və “axirət” kəlmələri 115 dəfə, “yay-isti” və “qış-soyuq” kəlmələri 5 dəfə təkrarlanır. “Cəzalandırmaq” 117 dəfə, “əfv etmək” isə 234 (117x2) dəfə keçir. “Günəş (şəms)” və “işıq (nur)” kəlmələri Quranda 33 dəfə keçir. (Ətraflı məlumat üçün baxın: Harun Yəhya, “Quran möcüzələri”)

Burada qısa xülasəsini verdiyimiz bütün bu həqiqətlər Quranın insan sözü olmadığını qəti olaraq təsdiq edən dəlillərdəndir. Quran Allah’ın, Rəsulu hz. Muhəmmədə (səv) endirdiyi vəhyidir və endiyi gündən etibarən heç dəyişmədən bizlərə gəlib çatmışdır. (www.Kurandancevaplar.com)

Allah Quranın bu üstün xüsusiyyətini ayələrində belə bildirir:



Əgər bəndəmizə nazil etdiyimizə şəkkiniz varsa, siz də ona bənzər bir surə gətirin və əgər doğru deyirsinizsə, onda Allah’dan savayı şahidlərinizi çağırın! Madam ki, belə bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda, kafirlər üçün hazırlanmış, yanacağı insanlardan və kibrit daşlarından ibarət olan oddan həzər edin! (Bəqərə surəsi, 23-24)

De: “Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər. (İsra surəsi, 88)

QURANIN NURU ZEHİNLƏRİ HƏR CÜR PİSLİKDƏN TƏMİZLƏR

Adnan Oktar: Doğrudur, mən gənclərin beynini yuyuram. Yəni bütün millətimin beynini yumağa çalışıram, çünki Quranın bir xüsusiyyətidir, yəni tahir edər insanları, pislikdən təmizlər. Quran yuyucudur, gözəl ətirli sabun kimidir bir yönü ilə. Onun dəydiyi yerdə kir qalmaz, kiri aparar Quran, tər-təmiz edər. Həm də büllur kimi sudur; insanın üzərinə tökdüyündə onda heç bir kir qalmaz, heç bir şey qalmaz. QURANIN İŞIĞI BİR SU KİMİDİR, NURANİ BİR SU KİMİDİR. İnsanı yuyub tər-təmiz edər. Təbii ki, beyinlər yuyulacaq, çünki beyinlər axırzamanda kirləniblər, qəflət və dəlalət kirinə bulaşıblar, bir qismi də küfrə bulaşıb. Darvinizm, materializm, kommunizm, satanizm kimi kirli zehniyyətlər insanların beynini kirlədib. Təbii ki, bunlar yuyulmalıdır. Beyin yuyulanda tər-təmiz olur, nur saçmağa başlar. Quranın nurani suyu ilə insanlar həmişə yuyunar və tər-təmiz olarlar. O nur kiri bir anda kənara atar, yox edər. Eyni zamanda, bir işıqdır Quran. (Adnan Oktarın Tempo TV reportajından, 10 mart, 2009)

Adnan Oktar: Mən Quranın nuru ilə insanların beynini yuyuram. Beynindəki kirləri, pislik və rəzillikləri. Gözəl ətirli sabun kimidir Quran. Ənbər qoxulu sabun kimidir. Bununla beyindəki bütün pislər, qaralar, kirlər və s. tökülüb gedər. Mən beyin yuyanam. Peyğəmbərimiz (səv) də beyin yuyurdu. Bütün peyğəmbərlər beyin yudular.

Quran birbaşa özü yuyucudur, təmizləyicidir, tahirdir. Bizim vəzifəmiz onsuz da tahirlikdir. Təmizləməkdir. Beyindəki kirləri, pislikləri təmizləməklə mükəlləfik. Allah’ın o əmri bizədir, bu, bizim üçün şərəfdir. Haqq və həqiqəti beyinlərə yerləşdiririk. Gözəlliyi, sevgini, mərhəməti, şəfqəti, ədaləti, hörməti, dərin düşünməyi, şiddətli Allah qorxusunu, şiddətli Allah sevgisini, Quran eşqini, Allah eşqini, səhabə eşqini, axirətə olan sevgimizi, cənnətə olan sevgimizi, cəhənnəmdən qorxumuzu artırırıq, bunları bildiririk. Kommunist pisliklərini, faşist pisliklərini, materialist-darvinist pislikləri, nə qədər rəzillik varsa... Nur kimi bir sabundur, eyni zamanda, Quran təmizləyicidir. O ətirli sabunla tərtəmiz yuyuruq, inşaAllah. (Adnan Oktarın Destan TV reportajından, 8 mart, 2009)

TƏK HÖKM VERƏN ALLAH’DIR

İman edənlər üçün tək yol göstərici Allah’ın elçiləri və Allah’ın sözü olan Qurandır. Quranda inananların: “Allah hər şeyin Rəbbi olduğu halda, heç mən Ondan başqa Rəbmi istərəm?” (Ənam surəsi, 164) –dedikləri bildirilir.

İnkar edənlər isə özlərinə Allah’dan başqa səhv yol göstəricilər tapıb, fərqli şəxsləri nümunə götürüb və batil fikirləri izləyib çox yanlış düşüncə içində yaşayırlar. Lakin ölümdən sonra sonsuz cəhənnəm əzabını gördüklərində bu böyük xətalarını ayədə xəbər verildiyi kimi: “...Ey Rəbbimiz! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar...” (Əhzab surəsi, 67) –deyərək etiraf edəcək və peşman olduqlarını bildirəcəklər.

Axirətdə görəcəkləri bu həqiqəti dünyada görməzlikdən gələnlərin bir çoxunun hərəkətlərini müəyyən edən amil yaşadıqları cəmiyyətin haqqa əsaslanmayan ümumi mühakimələri və bəzi batil adət-ənənələridir. Bu insanlar babalarının, çevrələrinin və cəmiyyətin bəzi öndərlərinin yanlış əməllərini örnək alıb yuxarıdakı ayədə də bildirildiyi kimi, yoldan azırlar. Halbuki, Qurana uyğun olmayan hər düşüncə və hər hərəkət yanlışdır.

İman edənlər isə həmişə və hər yerdə Allah’ın əmrinə görə hərəkət edir, Quranda qadağan edilən hər düşüncədən və hər əməldən uzaq dururlar. Hər hansı bir işi görərkən və ya qərar verərkən o mövzuda Allah’ın əmrini düşünür, dərhal Qurana və Peyğəmbərimizin (səv) sünnəsinə baş vururlar. Öz istəklərinə, cəmiyyətin batil ənənələrinə və ya babalarının haqqa əsaslanmayan adətlərinə görə deyil, yalnız Allah’ın əmrinə görə hərəkət edirlər. Necə ki, Allah Quranda inananlara belə əmr edir:

  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə