Yaziçi və ƏSƏRLƏRİ haqqinda


Bu nazil etdiyimiz mübarək bir kitabdır. Ona tabe olun və Allah’dan qorxun ki, bəlkə, sizə rəhm edilsin! (Ənam surəsi, 155)



Yüklə 317.33 Kb.
səhifə2/6
tarix29.05.2017
ölçüsü317.33 Kb.
növüYazi
1   2   3   4   5   6

Bu nazil etdiyimiz mübarək bir kitabdır. Ona tabe olun və Allah’dan qorxun ki, bəlkə, sizə rəhm edilsin! (Ənam surəsi, 155)

Allah’ı tək hökm verici olaraq qəbul etməyən, Allah’ın hökmlərinə qarşı çıxan və ya Onun əmrlərindən kənar hökm çıxaran insanlar yoldan azmış olurlar. Bu insanlar böyük cəhalətlə cəmiyyətdə geniş yayılmış qayda və qanunları Allah’ın hökmlərindən üstün tuturlar. Üstəlik, bu mövzuda çox inadcıl olurlar. Doğru olanı vicdanları qəbul etsə də, kibirli və xurafatçı olduqlarına görə, ən gözəl və ən doğru olan hökmü qəbul etmirlər. Allah Quranda bu insanlar haqqında belə buyurur:



Onlara: “Allah’ın göndərdiyinə tabe olun!” –deyildiyi zaman, onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!” –deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? (Bəqərə surəsi, 170) 

Biz səndən əvvəl hər hansı bir məmləkətə qorxudan bir peyğəmbər göndərdiksə, onun naz-nemət içində yaşayan böyükləri sadəcə olaraq: “Biz atalarımızı bir din üzərində gördük və biz də onların ardınca getməkdəyik!” – dedilər. (Hər peyğəmbər öz ümmətinə) belə dedi: “Əgər sizə atalarınızın sitayiş etdiyini gördüyünüz dindən daha doğrusunu gətirmiş olsam necə?!” Onlar: “Biz sizinlə göndərilənləri inkar edirik!” – deyə cavab verdilər. (Zuxruf surəsi, 23-24)

Bəzi insanların sahib olduğu bu yanlış düşüncə Allah’ın dinini qəbul etmələrinə və iman etmələrinə əngəl olmuşdur. Məsələn, hz. Musa (əs) və qardaşı hz. Harun (əs) qövmlərini bir olan Allah’a ibadət və qulluq etməyə çağırdıqlarında firon və öndə gələnləri ayədə xəbər verildiyi kimi: “Bizi atalarımızın tapındığı dindən döndərmək, özünüz də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik!” (Yunis surəsi, 78) –deyə cavab vermişdir.

Hz. Şueybə (əs) də xalqının: “Ey Şüeyb! Atalarımızın tapındığı bütləri tərk etməyimizi, mallarımızla istədiyimiz kimi hərəkət etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir?” (Hud surəsi, 87) –deyərək ağılsızlıqla üsyan etdiyi ayədə bildirilir. Bu ayələrdən göründüyü kimi, peyğəmbərlər Allah’ın hökmlərini bildirdikdə həmin insanlardan həmişə “sənin dediklərin atalarımızın və babalarımızın yoluna ziddir, ona görə də onu qəbul etmərik” kimi cavablar almışlar. İnsanlar elçilərin təbliğinə hər dövrdə inkar və düşmənliklə qarşılıq vermiş, tutduqları yolu tərk etməmişlər. Halbuki, bütün peyğəmbərlər insanları dini yalnız Allah’a həsr edib ibadət etməyə dəvət etmişdir.

Peyğəmbərimiz hz. Muhəmməd (səv) də insanları tam olaraq Allah’a yönəlməyə və Onun hökmlərinə əməl etməyə dəvət etmişdir. Quran ayələrində insanların axirətdə Allah’ın hökmləri əsasında sorğu-sual ediləcəyi bildirilmişdir. Allah Quranda Özünə şərik qoşanları və onların hökmləri əsasında özlərinə yeni və azğın bir din çıxaranları belə xəbərdar edir:



Yoxsa Allah’ın dində izin vermədiyi bir şeyi onlar üçün qanuni edən şərikləri vardır. Əgər qəti söz olmasaydı, aralarında hökm artıq icra edilmiş olardı. Şübhəsiz ki, zalımları şiddətli bir əzab gözləyir! (Şura surəsi, 21)

Rəbbimiz başqa bir ayədə belə buyurur:



Məgər oxunmaqda olan kitabı sənə nazil etməyimiz onlara kifayət etmədimi? Həqiqətən, bunda iman gətirən bir tayfa üçün həm mərhəmət, həm də öyüd-nəsihət vardır! (Ənkəbut surəsi, 51)

Yuxarıdakı ayələrdən də göründüyü kimi, elçilərin dəvətinə tabe olmayanların bir qismi öz batil dinləri adına ortaya çıxır və kəmağıllıqları ucbatından peyğəmbərləri dinlərini pozmaqda ittiham edirlər. Yaxud daha da ağılsızlıq edib Allah’ın və elçisinin dediklərini əsaslı görməyib başqa din uydururlar. Şübhəsiz ki, bu, böyük bir zülm və çox çirkin bir davranışdır. Halbuki, “Ənkəbut” surəsində də bildirildiyi kimi, Allah’ın endirdiyi kitab insanlara kifayətdir.

İman edən bir insana bütün insanların necə bir inanca malik olması və ya dinlərinə necə əməl etməsi əhəmiyyətli deyildir. Önəmli olan Allah’ın Quranda insanlara bildirdikləri və Peyğəmbərimizin (səv) sünnəsidir. Quran endirildiyi dövrdə Allah insanların bir çoxunun batil inanc və əməllərini ortadan qaldırmışdır. Peyğəmbərimiz də (səv) insanların söylədiklərinə, iftiralarına və düşmən rəftarlarına əhəmiyyət verməmiş, Allah’a və Qurana bağlı qalmışdır. (www.Kuranahlaki.com)

Dövrümüzdə də iman edənlər Allah’a, Qurana və Peyğəmbərimizin (səv) sünnəsinə bağlanmalı, Allah’ın Quranda bildirdiklərindən ayrı bir yol axtarmamalıdır.



Əksəriyyətin əməlləri çox vaxt yanlış olur

Allah’ın hökmlərini görməzlikdən gələn və cəmiyyətin çoxluğunu təşkil edən din əxlaqından uzaq çevrəyə bağlı insanların ən böyük səhvlərindən biri əksəriyyətin həmişə doğru olanları təmsil etdiyini zənn etməsidir. Halbuki, Allah insanların bir çoxunun doğru yolda olmayacağını Quranda bildirmişdir. Allah Quranda “Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allah’ın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar!” (Ənam surəsi, 116) şəklində buyurur. Yəni əksəriyyətin gəldiyi qərarlar əgər Qurana uyğun deyilsə, heç bir şəkildə doğruların inikası ola bilməz. Minlərlə, yüz minlərlə, hətta yüz milyonlarla insan eyni düşünsələr də, bu, o düşüncənin doğru olduğunu göstərməz. Yuxarıdakı ayədə də Allah insanların çoxunun hökm verərkən yalnız zənn və təxminlərə əsaslandığını və bir çox insanı doğru yoldan azdırdığını büruzə verir.

Əksəriyyətin aldığı qərarlara güvənib Allah’ın əmrini tərk etmək insanları dünya və axirətdə böyük itkiyə sürükləyir. Bu insanlar Allah’ın “...Onlar özlərinə ziyan etdilər. Uyduqları (şeylər də) onlardan uzaqlaşıb qeyb oldu” (Əraf surəsi, 53) ayəsində bildirdiyi kimi, tək-tənha qalmışlar. Allah’ın endirdiyini öz uydurduqları ilə dəyişdirənlərin axirətdə hüsrana uğrayacağı ayələrdə belə bildirilir:

Allah’a iftira yaxandan daha zalım kim ola bilər? Onlar Allah’ın hüzuruna gətirilər, şahidlər belə deyərlər: “Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!” Bilin ki, zalımlar Allah’ın lənətinə gələcəklər! (Hud surəsi, 18)

Allah’a qarşı yalan uydurub düzəldən, özünə haqq gəldikdə onu təkzib edən kəsdən daha zalım kim ola bilər?! Məgər kafirlər üçün cəhənnəmdə yer yoxdur? (Ənkəbut surəsi, 68)

Möminlər isə Allah’ın hökmlərinə qəlbən təslim olurlar. Onların bu gözəl əxlaqı ayələrdə belə açıqlanmışdır:



...Rəbbimiz elm ilə hər şeyi ehtiva etmişdir. Biz yalnız Allah’a təvəkkül etmişik. Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et. Axı Sən hökm verənlərin ən yaxşısısan! (Əraf surəsi, 89)

...Mən Allah’ın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allah’ındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər! (Yusif surəsi, 67)

De: “Ey göyləri və yeri yoxdan yaradan, ey gizlini və aşkarı bilən Allah! Bəndələrin arasında ixtilafda olduqları barəsində Sən hökm edəcəksən! (Zumər surəsi, 46)

ALLAH ADINA HÖKM VERƏNLƏR

Əvvəlki hissələrdə də üzərində dayandığımız kimi, bir qrup insanlar özlərindən dində olmayan batil hökmlər, halal və haramlar çıxarır, Allah’ın Quranda halal buyurduğuna haram, haram dediyinə də halal deyirlər. Peyğəmbərimizin (səv) sünnəsini isə tamamilə görməzlikdən gəlirlər. Bunu etməklə dini əslindən döndərməyə çalışır, özünə xas inanc və əməlləri olan batil bir din meydana gətirirlər. Allah’ın endirdiyi haqq dini bilməyən, Quran ayələrindən və Peyğəmbərimiz hz. Muhəmmədin həyatından xəbərdar olmayan insanlar isə bunun batil bir din olduğunun fərqində olmurlar. Bu şəxslərin təlqinlərinə aldanır və düşünmədən onların ardınca gedirlər. Beləliklə, Allah adına hökm verənlər özləri ilə yanaşı, böyük kütləni də günah və üsyana sürükləmiş olurlar. Allah bu şəxslərin durumunu “Ali-İmran” surəsində bu şəkildə bildirir:



Onlardan bir zümrə də vardır ki, siz onların oxuduqlarını hesab edəsiniz deyə, kitab oxuyan zaman dillərini o tərəf-bu tərəfə əyirlər. Halbuki, onların bu oxuduqları kitabdan deyildir. Onlar isə: “Bunlar Allah tərəfindəndir”, -dedilər. Bunlar isə heç də Allah tərəfindən deyildir. Söylədikləri Allah dərgahından olmadığı halda: “Bu, Allah dərgahındandır”, - deyirlər. Onlar bilə-bilə Allah’a qarşı yalan söyləyirlər.

Quranda bütün xüsusiyyətləri ilə açıqlanan haqq dini özlərinə ölçü götürməyən və atalarından qalma batil inancları israrla sürdürmək istəyən bəzi cəmiyyətlər daha da irəli gedib Allah’a qarşı çirkin iftiralar atırlar. Belə kimsələr ağıl və vicdanlarını bir kənara qoyub Allah’ı gərəyi kimi təqdir etmədiklərinə görə, doğru olanı tapacaq anlayışa da sahib olmurlar. Bu səbəbdən, Quran əxlaqına uyğun olmayan bir çox batil inanc çıxarır və təkcə özlərini deyil, cahil kütlələri də batil əməllərə yönəldirlər. Halalı haram, haramı da halal edir, yalan yerə iftira yaxırlar. Bu mövzu ilə əlaqədar bəzi ayələr bunlardır:



Öz iddialarına əsasən: “Bu davarlar və əkinlər haramdır, onları bizim istədiklərimizdən başqa heç kəs yeyə bilməz. Bunlar da minilməsi qadağan edilmiş heyvanlardır” dedilər. Elə heyvanlar da vardır ki, (kəsərkən) Allah’ın adını çəkməzlər. Bütün bunları Allah’a iftira yaxaraq edərlər. Yaxdıqları iftiraya görə (Allah) onların cəzalarını verəcəkdir. Həmçinin: “Bu heyvanların qarınlarındakı balalar yalnız kişilərə məxsusdur, onlar qadınlarımıza haram edilmişdir”, - dedilər. Əgər ölü doğularsa, ona ortaqdırlar. (Allah) onlara vəsflərinin cəzasını verəcəkdir. Şübhəsiz ki, O, hikmət, elm sahibidir! (Ənam surəsi, 138-139)

...Allah’ın onlara verdiyi ruzini Allah’a iftira yaxaraq haram edənlər, şübhəsiz ki, ziyana uğramışlar. Həqiqətən, onlar azmış, doğru yolu tapa bilməmişlər. (Ənam surəsi, 140)

Yuxarıdakı ayələrdə də bildirildiyi kimi, insanların bir qismi halal və haram uydurub bu minvalla Allah’a qarşı böyük iftira atırlar. Halbuki, Allah insanlara həddi aşmamağı və gözəl olan təmiz şeyləri haram etməməyi əmr etmişdir:



Ey iman gətirənlər! Allah’ın sizə halal buyurduğu pak nemətləri haram etməyin və həddi aşmayın. Doğrudan da, Allah həddi aşanları sevməz! (Maidə surəsi 87)

Lakin onların etdiklərinin qarşılığı da ayədə açıq şəkildə bildirilmiş, cəzalarını mütləq çəkəcəkləri xəbər verilmişdir. “Ənam” surəsində həmin şəxslərin heç bir məlumata əsaslanmadan etdikləri bu böyük zülm haqqında belə nümunə verilir:



Bir cüt dəvə və bir cüt inək. De: “İki erkəyi, yoxsa iki dişini, yaxud da iki dişinin qarınlarındakı balaları haram buyurdu? Yoxsa Allah bunu sizə tövsiyə etdiyi zaman şahid idiniz? Heç bir biliyi olmadan insanları azdırmaq üçün Allah’a qarşı yalan uyduran şəxsdən daha zalım kim ola bilər? Həqiqətən, Allah zalım tayfanı doğru yola salmaz! (Ənam surəsi, 144)

Ayələrdə də göründüyü kimi, insanların bir çoxu Allah adına hökm verməyə və bilmədikləri şeyləri dinə aid etməyə meyillidirlər. Bu səbəbdən, insan fitrətini ən yaxşı bilən Allah Quranda “Diliniz yalana vərdiş etdiyi üçün: “Bu, halaldır, o, haramdır!” – deməyin, çünki Allah’a iftira yaxmış olursunuz” (Nəhl surəsi, 116) ayəsi ilə insanları xəbərdar etmişdir. Bir başqa ayədə Allah belə buyurur:



Sizə nə olmuşdur, necə mühakimə yürüdürsünüz? Heç düşünürsünüz?! Yoxsa sizin açıq-aşkar bir dəliliniz vardır?! Əgər doğru danışırsınızsa, kitabınızı gətirin (Saffat surəsi, 154-157)

Tək hökm verən Allah’dır və Allah’ın hökmləri ayələrdə son dərəcə açıq və başa düşülən şəkildə verilmişdir. Peyğəmbərimizin (səv) sünnəsi də göz qabağındadır. Halal və haramlar bir-birindən açıq-aydın şəkildə ayrılmış və insanların tərəddüd etməsinə səbəb olan heç bir xüsusa da yol verilməmişdir. İnsanlar hər bir hökmün doğru olub-olmadığını Quran və Peyğəmbərimizin (səv) sünnəsinə baxıb anlaya bilərlər. Bu, Allah’ın insanlara verdiyi asanlıq və böyük rəhmətdir. Necə ki, Peyğəmbərimiz (səv) bir hədisində tək rəhbər və mənbə olaraq Qurana tabe olmağı belə ifadə etmişdir:



Sizə üz tutduğunuz zaman əsla dəlalətə düşməyəcəyiniz şeyi buraxdım: Allah’ın kitabı Quran və Əhli-beytim. (Ramuz əl-əhadis 1-ci cild, səh. 250, no. 8)

Quran endirildiyi gündən etibarən bütün dövr və zamanlara xitab edən bir kitabdır. Buna görə, Allah’ın tək hökm verici olduğunu və Allah adına hökm verənlərin aqibətindən bəhs edən ayələrin dövrümüzə baxan hikmətlərini diqqətlə düşünmək lazımdır. Quranda keçmiş cəmiyyətlərin malik olduğu düşüncələr, batil din və inancları ətraflı olaraq xəbər verilir. Lakin bu gün belə, Quranı və Peyğəmbərimizin (səv) sünnəsini tək mənbə olaraq qəbul etmədiyi üçün din adına yanlış hökm və zidd məntiqlər ortaya çıxaran insanlar vardır. Xüsusilə bəzi cəmiyyətlərdə yayılmış batil din anlayışından dolayı, insanlar Quranın və Peyğəmbərimizin (səv) sünnəsinin əvəzinə, ömrü boyu eşidib gördüklərini ölçü götürürlər. Bu batil anlayışı insanların gündəlik söhbətlərində belə görmək mümkündür. Məsələn, insanların bir çoxu yalan danışmaqdan çəkinmir, yalan dediklərində bunun Allah qatında cəzasının olacağını düşünmürlər və “bu qədəri günah deyildir” məntiqi ilə hərəkət edirlər. Yaxud da “şirin yalan” deyə ad uydurub bunun günah olmadığını deyirlər. Halbuki, bu, dinləri haqqında yanıldıqlarından sadəcə biridir. Çünki Allah Quranda yalan danışmağın haram olduğunu açıq şəkildə bildirmişdir. (www.Kurandanbilgiler.com)

Bundan başqa, yanındakı birisinə Allah’ın xoşlanmadığı bir işi gördürmək istəyən adam “sən et, günahı mənim boynuma” kimi ifadə işlədir. Ancaq Allah “...Heç bir günahkar başqasının günahını daşımaz...” (Fatir surəsi, 18) ayəsi ilə bu mövzudakı hökmünü bildirmişdir. Dolayısilə, Qurana tabe olan, Peyğəmbərimizin (səv) yolunu izləyən və Allah’ın ayələrinə iman edən insan Allahın bu hökmlərinə uyğun davranmalı, Quran və Peyğəmbərimizin (səv) sünnəsinə zidd olan heç bir söz və hərəkətə yol verməməlidir.

Ayrıca, Quranda öz uydurduğu batil dini yaşayan bu insanların elçiləri dini dəyişdirib yalan danışmaqla günahlandırdığı xəbər verilir. Ayələrdə belə buyurulur:



Onlar öz içərilərindən özlərinə qorxudan bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: “Bu, yalançı bir sehrbazdır! Əcaba, o, tanrıların hamısını bir tanrımı edir? Bu, doğrudan da, çox təəccüblü bir şeydir”. Onların əyanları çıxıb gedərək belə dedilər: “Gedin öz tanrılarınıza möhkəm olun. İstənilən şey budur. Biz bunu sonuncu dində də eşitməmişik. Bu, ancaq bir uydurmadır. Məgər Quran aramızdan onamı nazil olmuşdur?!” Doğrusu, onlar Mənim Quranım barədə şəkk-şübhə içindədirlər. Doğrusu, onlar hələ Mənim əzabımı dadmamışlar! (Sad surəsi, 4-8)

Ayələrdə bəhsi keçən kəslər dinə bağlılıqlarından dolayı belə etdiklərini iddia edirlər. Bunun səbəbi Allah’ın Quranda bildirdiyi gerçək dini bilməmələridir. Allah’ın hökmlərini görməzlikdən gələn və ya şəxsi mənfəətlərinə zidd olduğu üçün bu hökmlərdən xoşlanmayıb yenisini çıxaranlar Allah’ı və endirdiyi kitabı tanımayan insanlardır. Onlar bütün kainatı yoxdan var edən Rəbbimizin hər şeyə qadir olduğunu, elmi ilə hər yeri əhatə etdiyini, gizlinin gizlisini bildiyini təqdir etmirlər. Onların bildiyi sadəcə bir neçə xurafə və ön mühakimədən ibarətdir.

Halbuki, Allah insanlara belə buyurur:

Rəbbindən sənə vəhy edilənə tabe ol. Ondan başqa heç bir tanrı yoxdur. Müşriklərdən isə üz çevir! (Ənam surəsi, 106)

QURANI RƏHBƏR TUTMAQ

Quran qəti həqiqətlərdən ibarət bir hidayət rəhbəridir. Hər mövzu haqqında Allah’ın hz. Muhəmmədə (səv) vəhy etdiyi ən doğru bilgiləri ehtiva edir. Bu səbəbdən, həyatda sadəcə Quranı və Peyğəmbərimizin (səv) sünnəsini ölçü götürən insanlar Allah’ın rəhmətinə və hidayətə qovuşurlar. Quranın bu xüsusiyyəti bir ayədə belə xəbər verilir:



Həqiqətən, bu Quran ən doğru yola yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir! (İsra surəsi, 9)

Bu (Quran) insanlar üçün bəsirət gözü, tam yəqinliklə inanan bir qövm üçün də hidayət və mərhəmətdir! (Casiyə surəsi, 20)

Özünə rəhbər olaraq Quranı və Peyğəmbərimizin (səv) yolunu seçən bir insanın həyatı digər insanlardan çox fərqli olur. Məsələn, bu insan daxilən heç bir zaman sıxıntı, qorxu, əndişə və s. hiss etməz və ya çətinliyə düşərkən təlaş etməz. Çünki onun yol göstəricisi həmişə Allah’ın ayələri və Peyğəmbərimizin (səv) sünnəsidir. Allah’ın yaratdığı qədərə tabe olduğunu unutmadan Ona təslim olub güvənir. Rastına çıxan hər hadisəyə mütləq Allah’ın hökmləri ilə qarşılıq verir. Aldığı hər qərar, işlətdiyi hər kəlmə, yazdığı hər söz Quran əxlaqını yaşadığını əks etdirir. Bu səbəbdən də vicdanı həmişə təmiz olur və bunun verdiyi mənəvi hüzurla yaşayır. Allah Quran haqqında “Yunis” surəsində belə buyurur:



Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana bir şəfa, möminlərə hidayət və mərhəmət gəlmişdir! (Yunis surəsi, 57)

Allah Quranda doğru olanlarla yanlış olanları açıq şəkildə müəyyən etmişdir. Buna görə, nəfsi istəklərindən uzaq duran, Allah’ın hökmlərinə əməl edən vicdanlı insanlar doğru olanı asanlıqla tapırlar. Quran hər yaşda, hər səviyyədə olan insanın rahat anlayıb qavrayacağı hikmətli bir kitabdır. Quran hökmləri və ayələrdə keçən gözəl əxlaq son dərəcə aydın, başa düşülən və asandır. Allah’ın hidayət verdiyi hər bir səmimi insan Quranda yazılanları asan başa düşür və oxuduqlarını gözəl şəkildə tətbiq edir. Allah Quranın bu özəlliyini “Bəqərə” surəsində belə bildirir:



İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran)... (Bəqərə surəsi, 185)

Lakin təkcə Allah’dan qorxub çəkinənlər, Ona könüldən təslim olanlar və axirət həyatını dünya həyatına tərcih edənlər Qurandan öyüd alıb düşünürlər. Allah bir başqa ayədə belə buyurur:



Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik! Qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq (göndərdik). (Taha surəsi, 2-3)

Bu mövzu, eyni zamanda, Quranın önəmli bir sirridir. Quranı anlamaq üçün böyük zəkaya və ya qabiliyyətə malik olmaq lazım deyil. Bunun üçün səmimi niyyətə, dərin imana və ixlasa sahib olmaq lazımdır. Çünki Allah səmimi qullarına doğru yolu göstərir və onların Qurandan faydalanmasını və xilas olmasını təmin edir. Quran bütün insanlara göndərilmiş bir kitabdır, lakin təkcə Allah’dan qorxan, axirətə iman edən möminlər üçün hidayət vəsiləsidir. Bununla bağlı ayələrdən bəziləri belədir:



Qiyamət günü hər ümmətə özlərindən bir şahid göndərəcəyik. Səni də bunlara şahid gətirəcəyik. Biz Quranı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik! (Nəhl surəsi, 89)

De: “Ruhül-qüds onu sənin Rəbbindən iman gətirənlərə səbat vermək, müsəlmanları isə doğru yola yönəltmək və müjdə vermək üçün haqq olaraq nazil etmişdir!” (Nəhl surəsi, 102)

Bu hikmətli kitabın ayələridir. Yaxşı əməllər edənlərə bir hidayət və rəhmətdir. (Loğman surəsi, 2-3)

Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana bir şəfa, möminlərə hidayət və mərhəmət gəlmişdir! (Yunis surəsi, 57)

Ayələrdə də bildirildiyi kimi, Quran bütün insanlara bir öyüd, çəkinən və mühsin olan müsəlmanlara da bir hidayət rəhbəridir. Böyük İslam mütəfəkkiri Bədiüzzaman Səid Nursi “Qurani-Hakim şüurlu insanlara imamdır, cin və insanlara mürşiddir, əhli-kamalə rəhbərdir, əhli-həqiqətə müəllimdir...” (Sözlər, səh. 185) sözləri ilə Quranın saleh qullara doğruluq rəhbəri olduğunu ifadə etmişdir.



QURAN ALƏMLƏRƏ ÖYÜDDÜR

Quran Allah’ın bütün aləmlərə öyüd olaraq endirdiyi və hökmü qiyamətə qədər keçən, bənzərsiz hikmətə sahib bir kitabdır. Lakin səmimi olmayan və Qurana tabe olmamaq üçün bəhanə axtaran bəzi insanlar Quranın sadəcə müəyyən bir dövr üçün əsaslı olduğunu və yalnız ərəb cəmiyyətinə endirildiyini iddia edirlər. Buna görə, dayaz düşüncələri ilə Quranın bəzi hökmlərinin tətbiq edilməsinin lazım olmadığını düşünürlər.

Halbuki, Quranın hökmləri nazil olduğu gündən etibarən bütün dövrlər və bütün insanlar üçün etibarlıdır və bu hökmlərin əsaslılığı qiyamətə qədər davam edəcək. Quran insanlara öyüd verən, sonsuz axirət üçün onları xəbərdar edən və doğru yolu göstərən bir zikrdir. Allah’ın Quranın “Şübhəsiz ki, o (Quran) sənin üçün və sənin qövmün üçün şərəfdir. Siz (ondan) mütləq sorğu-sual olunacaqsınız!” (Zuxruf surəsi, 44) ayəsində bildirdiyi kimi, insanlar axirətdə Quranda yazılanlardan sorğu-sual ediləcəklər.

Quran ehtiva etdiyi hikmətləri ilə, keçmiş və gələcəyə dair verdiyi gerçək xəbərləri ilə, həmçinin qəfləti yox edən və insanlardan adət pərdəsini qaldıran üslubu ilə bənzərsiz bir kitabdır. Quranın bu təsiri vəhy edildiyi gündən qiyamətə qədər yaradılmış və yaradılacaq bütün insanlar üçün etibarlıdır. (www.pismanolmadanonce.com)

Bədiüzzaman Səid Nursi Qurandakı hikmətlərin etibarını heç bir zaman itirməyəcəyini belə ifadə edir:

Min üç yüz əlli ildir ki, Qurani-Hakim bütün gerçəklərini kainat çarşısında açıb sərgilədiyi halda, hər kəs, hər millət, hər ölkə onun cövhər və həqiqətlərindən almışdır və almağa davam edir. Halbuki, o vərdişlər, o bolluq, o böyük dəyişikliklər və zaman onun qiymətli həqiqətlərinə, gözəl üslubuna zərər verməmiş, qocaltmamış, qurutmamış, dəyərdən salmamış, gözəlliyini söndürməmişdir. Bu durum tək başına bir möcüzədir. (Sözlər, səh. 433)

Quranın insanlara təsirindən də bəhs edən Bədiüzzaman digər sözlərində bunu belə bildirir:



Quranın ən böyük möcüzələrindən biri də gəncliyini və təzəliyini qorumasıdır. Və o əsrdə endirilmiş kimi, hər əsrin ehtiyacını qarşılayan bir yönünün olmasıdır. (Sözlər, səh. 750)

Qurani-Hakim gerçək elmləri əhatə edən müqəddəs kitabdır və bütün əsrlərdə insanların bütün təbəqələrinə xitab edən, əzəli bir xütbədir. (Konfrans, səh. 11)

Quran haqq və həqiqət, doğruluq və hidayət və möhtəşəm fəsahət olduğuna görə, usandırmır, daima gəncliyini mühafizə etdiyi kimi, təzəliyini və səfasını da qoruyur. (Sözlər, səh. 378)

Bədiüzzaman Quranın bənzərsiz bir kitab olduğunu və başqa heç bir mənbənin Quranın yerini almadığını da belə ifadə edir:



Çünki bu həqiqət nöqtəsində, qətiyyən, Quranın misli yoxdur və ola bilməz. Heç bir şey bu böyük möcüzənin yerini tuta bilməz. (İman və küfr müvazinələri, səh. 67-68)

... O üslub hər kəsin xoşuna gəldiyi halda, heç kim təqlid edə bilmir. Keçən zaman o üslubu qocaltmır, həmişə gənc və təzədir. Elə bir müntəzəm nəsr və mənsur olan nəzmdir ki, həm uca və həm də lətifdir. Həm kahin, həm də qeybdən xəbər verənlərə qarşı gələcəkdən verdiyi xəbərlərlə möcüzəvi yönünü göstərir. Quran içindəki xəbərləri ilə, həmçinin keçmiş ümmətlərin irəlidəki durumuna və qəbir və axirətə dair bilgisi ilə əhli-tarixə və insanlıq tarixinin alimlərinə qarşı möcüzə olduğunu göstərir. Quranın müqəddəs prinsipləri sosial elmləri alimlərinə və siyasət əhlinə qarşı az sözlə çox şey izah edir. Bəli, o Qurandan çıxan ən böyük nur o az sözlə çox şey izah etməyin sirridir. Çox mənaya gələn qısa cümlənin halı göstərir. Həm də İlahi elm və həqiqətlərin var olmasında məşğul olan təbəqəyə qarşı Qurandakı İlahi və müqəddəs həqiqətlərdəki sənəti göstərir və ya sənətin vücudunu hiss etdirir. Quran əhli-təriqətə və vəlilərə qarşı dəniz kimi daima dalğalanan ayələrinin əsrarındakı möcüzəsini göstərir və bunun kimi... Qırx təbəqədən hər təbəqəyə qarşı bir pəncərə açır və ecazını göstərir. Hətta yalnızca qulağı olan və bir dərəcə məna anlayan avam təbəqəyə qarşı, Quranın oxunması ilə başqa kitaba bənzəmədiyini qulaq sahibi təsdiq edir. (Məktubat, səh.181)

Dünyadakı hər insanın ən birinci vəzifəsi Allah’a qarşı qulluq vəzifəsini yerinə yetirməkdir. Bu isə ancaq Allah’a səmimi qəlblə iman edib Quranı rəhbər tutmaqla mümkündür. Hər insan bu məsuliyyəti üzərinə almalı və qiyamətə qədər əsaslı olan Qurana bərk sarılmalıdır. Allah “Həşr” surəsində Quranın nə qədər üstün bir kitab olduğunu və onu rəhbər tutmağın nə qədər böyük məsuliyyət olduğunu bu örnəklə ifadə edir:



Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allah’ın qorxusundan parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr. (Həşr surəsi, 21)

QURAN FURQANDIR; DOĞRUNU YANLIŞDAN AYIRIR

Allah Quran ayələri ilə insanlara öyüd verir və onlara ən doğru olan hidayət yolunu göstərir. Quran bir insanın Allah’ı və İslam əxlaqını tanımaq və Allah’ın razı olacağı həyatı yaşamağın yollarını öyrənmək üçün üz tutacağı ən önəmli mənbə, doğru ilə yanlışı bir-birindən ayıran mütləq ölçüdür. Bu səbəbdən, Quranın bir adı da Furqan, yəni doğrunu yanlışdan ayırandır.

Dünyada hər insanın özünə xas inancı, məqsədi, baxış yönü, düşüncə və dəyərləri vardır. Demək olar ki, hər insanın doğru və yanlışları fərqlidir. Bunların bir çoxu insanların şəxsi mənfəətlərinə görə müəyyən edilmiş, ağıl və vicdana zidd inanc, mühakimə və dəyərlərdir. Halbuki, haqq və doğru olan sadəcə Allah’ın insanlar üçün bildirdiyi Quranın hökmləridir. Necə ki, Allah “Bəqərə” surəsində buyurur:




1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə