Yaziçi və ƏSƏRLƏRİ haqqinda


Düzgün yol yalnız Allah’ın göstərdiyi yoldur!.. (Bəqərə surəsi, 120)



Yüklə 317.33 Kb.
səhifə3/6
tarix29.05.2017
ölçüsü317.33 Kb.
növüYazi
1   2   3   4   5   6

...Düzgün yol yalnız Allah’ın göstərdiyi yoldur!.. (Bəqərə surəsi, 120)

Dolayısilə, insanların öz ağlı ilə uydurduğu, öz mənfəətlərini hesablayıb təsbit etdiyi yol və məqsədlər insanları doğru olana və qurtuluşa aparmaz. İnsan dünyadakı yaradılış məqsədini, bu məqsədlərinə çatmaq üçün etməsi gərəkənləri, hal və hərəkətlərini, hüzurlu və xoşbəxt olmağın yollarını, ölüm həqiqətini və ölümdən sonra olanları ən doğrusu ilə Quran ayələrindən öyrənə bilər.

Bir insan Qurandan istifadə edib onun rəhbərliyində hidayət tapmaq üçün Quranı gərəyi kimi oxumalıdır. Bir ayədə Allah belə buyurur:

Verdiyimiz kitabı layiqincə oxuyanlar həmin kitaba iman gətirənlərdir, onu inkar edənlər isə özlərinə zərər yetirənlərdir. (Bəqərə surəsi, 121)

Quranın gərəyi kimi oxunması isə səmimi şəkildə Allah’dan qorxub çəkinməklə və ayələrə möhkəm sarılmaqla mümkündür. Quran ayələrini yuxarıdakı ayədə tərif edildiyi kimi oxuyanlar hələ ən başdan Qurandakı hər hökmə təslim olur, Allah’ın əmr və tövsiyələrinə əməl etməyə ciddi şəkildə qərar verir.

Buna görə, Qurana tabe olan hər insan istənilən durumda və qarşılaşdığı hər hadisədə Quran hökmlərini və Peyğəmbərimizin (səv) sünnəsini rəhbər tutaraq qərar verir. Quran Furqan özəlliyi ilə möminin doğrunu yanlışdan ayırmasına və ən xeyirli qərarı verməsinə vəsilə olur. Belə ki, Allah bir ayəsində də buyurur:

...Artıq doğruluq azğınlıqdan ayırd edildi... (Bəqərə surəsi, 256)

Buna görə, iman edən hər insan Quran əxlaqı ilə cahiliyyə həyatı arasında orta yol axtarmağa çalışmaz, qəti və əmin şəkildə sadəcə Qurana, yəni doğru olana tabe olar.

Allah ayələrində möminlərə Qurandan möhkəm yapışmalarını belə buyurur:

Buna görə də sən özünə vəhy olunandan yapış. Həqiqətən, sən düz yoldasan!  Şübhəsiz ki, o (Quran) sənin üçün və sənin qövmün üçün şərəfdir. Siz (ondan) mütləq sorğu-sual olunacaqsınız! (Zuxruf surəsi, 43-44)

Allah’ın vəhyindən uzaq durub inkarı seçənlər isə həm dünyada və həm də axirətdə sıxıntı və əzabı seçmişlər. Çünki Allah’ın Quranda əmr etdiyi həyat şəkli insan fitrətinə ən uyğun olandır. Bu səbəbdən, Quran hökmlərinə tabe olmayan insanlar yaradılışlarına uyğun olan həyatı tərk etdikləri üçün heç vaxt gerçək hüzur və xoşbəxtliyi əldə edə bilməzlər. İnsanlar dünya və axirətdə qurtuluş və xoşbəxtliyi qazanmaq üçün həqiqi dini və Rəbbimizin əmrlərini Qurandan öyrənməli və Qurana tabe olmalıdırlar. Necə ki, Allah Quranda insanları belə xəbərdar edir:

Onlar cahiliyyə dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir camaat üçün Allah’dan daha yaxşı hökm verə bilən kimdir?! (Maidə surəsi, 50)

Məgər oxunmaqda olan kitabı sənə nazil etməyimiz onlara kifayət etmədimi? Həqiqətən, bunda iman gətirən bir tayfa üçün həm mərhəmət, həm də öyüd-nəsihət vardır! (Ənkəbut surəsi, 51)

Qurana tabe olan bir insanın təşxis və şərhləri, başqalarına verdiyi tövsiyələr, problemlərə tapdığı həll yolları Quran ayələri əsasında olur. Buna görə də həmişə haqq və doğru olmuş olur.

Qurana tabe olmayanların axirətdəki durumu isə ayələrdə belə xəbər verilir:

Necə ola bilər ki, onlar Allah’ın dinindən başqa bir din axtarsınlar? Halbuki, göylərdə və yerdə olanlar istər-istəməz Ona təslim olmuşlar və Onun hüzuruna qayıdacaqlar. (Ali-İmran surəsi, 83)

Kim İslamdan başqa bir din ardınca gedərsə, heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar! (Ali-İmran surəsi, 85)

Allah yanında din, əlbəttə, İslamdır. Kitab verilmiş şəxslər ancaq bildikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa başladılar. Allah’ın hökmlərini inkar edənlərlə, şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir. (Ali-İmran surəsi, 19)

Budur, bu səbəbdən dolayı, insan Qurandan xaric hər cür batil inancdan xilas olmalı və özünə sadəcə Quran ayələrini və Peyğəmbərimizin (səv) sünnəsini örnək götürməlidir. Yoxsa axirətdə çox böyük peşmançılıq çəkər və şiddətli cəhənnəm əzabı ilə qarşılıq görər.



QURANDA HƏR ŞEY AÇIQLANMIŞDIR

Allah insanların qaranlıqdan nura çıxması üçün hər mövzunun açıqlamasını və həllini Quranda bildirmişdir. “Nəhl” surəsində Rəbbimiz Quran haqqında belə buyurur:



...Biz Quranı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik! (Nəhl surəsi, 89)

“Ənam” surəsində isə “...Biz kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna cəm ediləcəklər” (Ənam surəsi, 38) şəklində bildirmişdir. Quranda hər şey ən mükəmməl və ən hikmətli şəkildə açıqlanmışdır. Bu, Allah’ın qullarına olan rəhmətinin təzahürüdür.

Allah gerçək imanın şərtlərini, insanların dünya və axirət həyatlarına aid bir çox mövzunu, imanlı insanın hansı əxlaqa sahib olmasını və bir insana ömür boyu yol göstərən mövzuları Quranda ətraflı şəkildə bildirmişdir. Ayrıca, Allah Quran vasitəsilə bizə Özünü tanıdır və bütün kainatı yoxdan var etdiyini, ehtiyacsız olduğunu, bütün nöqsanlardan münəzzəh, hər şeydən xəbərdar və eşidən olduğunu və gizlinin gizlisini bildiyini açıqlayır.

Bununla yanaşı, Quranda Allah’ın rizası üçün edilən əməllər barədə, həmçinin insanların yaradılış məqsədi, ibadət formaları, gözəl əxlaq, fiziki və mənəvi yöndən sağlam olmağın yolları, çətin anlarda alınmalı tədbirlər və müxtəlif insan xarakterləri haqqında ətraflı məlumat verilir. Bundan başqa, Quranda gündəlik həyata və sosial problemlərə dair bilgilər, elmi həqiqətlərə işarə edən ayələr vardır və qiyamət günü, cənnət və cəhənnəm mövzuları haqqında geniş məlumat verilmişdir. Yəni insanın həyatının hər anında ehtiyac duyduğu təməl bilgilərin hamısı Quranda vardır. Ayələrdə belə buyurulur:



Biz onu ərəbcə Quran olaraq nazil etdik. Biz orada təhdidləri təkrar-təkrar izah etdik ki, bəlkə, onlar pis əməllərindən çəkinsinlər, yaxud ibrət alsınlar! (Taha surəsi, 113)

Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkib onlara izah etdik. Lakin onların əksəriyyəti küfrdən başqa bir şeyə razı olmadı. (İsra surəsi, 89)

Biz bu Quranda insanlar üçün cürbəcür məsəllər çəkdik... (Kəhf surəsi, 54)

Quranda insana Allah’ın hökmlərini qeyd-şərtsiz qəbul etməsinin, yalnız Allah’ı dost və vəkil etməsinin və həyatda tək məqsədinin Allah’ın rizası, rəhməti və cənnəti olmasının gərəkdiyi bildirilir. Quran ayələri əsasında yaşayan insan üçün tək ölçü Quran, izlənməsi gərəkən tək yol da Peyğəmbərimizin (səv) yolu olmalıdır. Quranda həqiqi müsəlmanların hər dövrdə cəmiyyətlərinin batil dinindən ayrılıb Allah’a və Onun əmrlərinə yönəldiklərindən bəhs edilir. Məsələn, Quranda cəmiyyətlərinin batil dinini qəbul etmədikləri üçün qınanan və ölüm təhdidi səbəbi ilə bir mağaraya sığınan saleh gənclərin durumu “Kəhf” qissəsində xəbər verilir (Kəhf surəsi, 13-16). Quranın başqa ayələrində də hz. Yusifin (əs) Allah’a və Onun əmrlərinə yönəlməsi iman edənlərə örnək olaraq verilir:



... Mən Allah’a inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim! Mən ata-babalarım İbrahim, İshaq və Yaqubun dininə tabe oldum. Bizə heç bir şeyi Allah’a şərik qoşmaq yaraşmaz... (Yusif surəsi, 37-38)

Əlbəttə ki, cəmiyyətin batil dinindən ayrılmaq demək mənəvi olaraq bu dinin mənsublarından qopmaq mənasındadır. Digər bir ifadə ilə desək, onların Allah’ın haqq dini olan İslamdan kənar ibadət şəkillərini, inanclarını, dəyər ölçülərini, düşüncələrini, əxlaq anlayışlarını, adət və ənənələrini, davranış formalarını və danışıq üslublarını mənimsəməmələri və özlərinə əsas mənbə olaraq Allah’ın vəhyini və Elçisinin həyatını ölçü götürmələridir. www.sonpeygamberhzmuhammed.com)

Allah Özünə qulluq edənlərə din olaraq İslamı bəyənib seçmiş, üz tutacaqları rəhbər olaraq Quranı endirmiş, Peyğəmbərimizin (səv) həyatını da nümunə etmişdir. Tək doğru və haqq yol Allah’ın yoludur. Allah’ın Quranda bildirdiyi yollardan başqaları batil və yanlışdır və ancaq xurafat, bidət və zənlərə əsaslanır. Dolayısilə, insan təkcə Quranı ölçü götürdüyü, Allah’ın əmrlərinə ciddi əməl etdiyi, Onun rizası olan saleh işləri gördüyü və yalnız Peyğəmbərimizi (səv) örnək aldığı təqdirdə, uca Rəbbimizin qatından gözəl qarşılıq uma bilər. Quranda bildirildiyi kimi, Allah’ın sözü ən uyğundur və ancaq Quranın və Peyğəmbərimizin (səv) sünnəsini rəhbər tutan insan ən doğru və ən həqiqi məlumatları əldə edə bilər. Allah’dan başqa hakim olmadığı Quranda belə xəbər verilir:

Allah sizə kitabı müfəssəl surətdə nazil etdiyi halda, mən Ondan başqasınımı özümə hakim istəməliyəm?! Kitab verilmiş şəxslər Quranın sənin Rəbbindən haqq olaraq nazil edildiyini bilirlər. Sən şübhəyə düşənlərdən olma! Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu. Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur. O, eşidəndir, biləndir! (Ənam surəsi, 114-115)

Peyğəmbərimiz hz. Muhəmməd (səv) də qövmünə yeganə qaynağın Quran olduğunu söyləmişdir. Peyğəmbərimiz (səv) bəzi hədislərində müsəlmanlara bu öyüdləri vermişdir:

Qurana möhkəm sarılın və onu özünüzə rəhbər edin. Çünki o, aləmlərin Rəbbinin kəlamıdır. Ondandır və Ona dönər. (Sizi də Ona çəkər). (Ramuz əl-əhadis, 2-ci cild, səh 317 no 10)

Və yenə buyurdu: “Bu qəlblər dəmir kimi pas tutar”. “Nə ilə pası təmizlənər ya Rəsulullah?” –dedilər. Buyurdu ki: “Qurani-kərimi oxumaqla və ölümü xatırlamaqla”. (Beyhəqi)

Yenə buyurdu: “Mən gedirəm və sizə iki vaiz buraxıram, həmişə sizə nəsihət verərlər. Biri danışaraq söylər, digəri susaraq: danışan vaiz Qurani-kərimdir, susan vaiz isə ölümdür. (İmam Qəzali, Kimyayi-səadət, səh. 141)

Allah’dan başqa İlah olmadığına və mənim Onun elçisi olduğuma şəhadət edirsiniz, elə deyilmi? Elə isə müjdələr olsun. Bu Quran elə bir ipdir ki, bir ucu Allah’ın əlində, bir ucu da sizin əlinizdədir. Ondan yapışın. Ondan sonra əsla dəlalət və təhlükəyə düşməzsiniz. (Ramuz əl-əhadis, 1-ci cild, səh. 7, no 4)

QURAN ƏXLAQINI YAŞAMAQ ÇOX ASANDIR

Əvvəlki hissələrdə də deyildiyi kimi, Allah Quranı insanlara açıqlayan bir rəhbər olaraq göndərmiş, onunla ən asan və ən gözəl həyat tərzini bildirmişdir. Quran oxunduqda İslam dininə əməl etməyin çox asan olduğu görünür. Bu müjdə bizə “...Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər...” (Bəqərə surəsi, 185) ayəsi ilə xəbər verilmişdir.

Quran hər yaşa və hər mədəniyyətə malik insanın anlayacağı açıq bir öyüddür. Lakin əvvəlki hissələrdə də bəhs edildiyi kimi, bəziləri dini mənbəyindən öyrənmək əvəzinə, ətrafından eşitdiyi yanlış məlumatlara etibar edir, dini yaşamağın çətin olduğuna inanırlar. Bu əsassız qənaətin ən böyük səbəblərindən biri məlumatsızlıqdır.

Dövrümüzdə insanların bir qismi Quran ayələrində bildirilən həqiqətlərdən, axirət həyatının varlığından, sonsuz cəhənnəm əzabından, bənzərsiz cənnət nemətlərindən və Rəbbimizin müxtəlif mövzulardakı öyüd və tövsiyələrindən xəbərsiz yaşayır. Halbuki, Quran insanların oxuması, içindəki hikmətləri və həyatın əsl məqsədini öyrənməsi üçün endirilmişdir. Quranda Peyğəmbərimizə (səv) “Və mənə Quran oxumaq (buyurulmuşdur)!” (Nəml surəsi, 92) deməsi bildirilmişdir.

Quranı oxumaq və hər zaman Qurana tabe olmaq bir müsəlmanın ən önəmli vəzifələrindən biridir. Quranı qavratmaq Allah’ın əlindədir və ancaq Allah’ın hidayət verdiyi kəslər Quran ayələrini gerçək mənası ilə anlayırlar. Allah Özünə könüldən yönələn səmimi qullarına hidayət nəsib edəcəyini bildirmişdir. (www.Allahianmak.com)

İnsanların Quranı anlamayacağı yalanını söyləyənlər bir çox insanın Quranı oxuyub Allah’a yönəlməsinə və Quran əxlaqına görə yaşamasına əngəl olmağı istəyirlər. Halbuki, Allah ayələrinin son dərəcə açıq və anlaşılan olduğunu Quranın bir çox yerində bəyan edir:



Biz sənə açıq-aydın dəlillər göndərdik, onları yalnız fasiqlər inkar edərlər. (Bəqərə surəsi, 99)

Ey insanlar! Sizə Rəbbiniz tərəfindən dəlil gəlmişdir. Biz sizə aydın bir nur (Quran) endirdik. (Nisa surəsi, 174)

Allah’ın insanlara bəyənib seçdiyi Quran çox açıq və anlaşılan olmaqla yanaşı, içindəki hökmlərə əməl etmək də çox asandır. Allah ayələrdə Quran haqqında belə buyurur:



Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik! Qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq (göndərdik). (Taha surəsi, 2-3)

Quran əxlaqı insan fitrətinə uyğun olan yeganə həyat şəklidir. İnsanı yoxdan var edən Allah onun nəyə ehtiyacının olduğunu, hansı ibadətlərə gücünün çatdığını və necə sağlam, hüzurlu və xoşbəxt olacağını ən yaxşı biləndir. Bu səbəbdən, Allah bir ayəsində heç kimə gücündən artıq vəzifə vermədiyini bildirir:



Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər. Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. “Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən. Kafirlərə qələbə çalmaqda bizə kömək et!” (Bəqərə surəsi, 286)

Allah sonsuz mərhəmət və şəfqəti ilə ən rahat, ən hüzurlu və ən gözəl həyat şəklini Quranda bütün xüsusiyyətləri ilə bildirmişdir. Məsələn, insan sevgi, şəfqət və mərhəmətdən xoşlanır. Özünə həmişə belə münasibət bəslənməsini istəyir. Zülm, əxlaqsızlıq, pislik kimi neqativ davranışlardan çəkinir və bunlara məruz qalmasını istəmir və ruhən bu hissləri duyması Allah’ın diləməsi ilə olur.

Allah insanları bu fitrət üzərində yaratmışdır. Dolayısilə, İslam əxlaqına uyğun həyat insanın zövq aldığı bir həyatdır. Allah bu həqiqəti “Rum” surəsində belə bildirir:

Batildən haqqa tapınaraq üzünü Allah’ın fitri olaraq insanlara verdiyi dinə tərəf tut. Allah’ın dinini heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti bilməz. (Rum surəsi, 30)

Qurandakı dinin insan üçün hər yöndən asan olduğu digər ayələrdə belə açıqlanır:



... Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər... (Bəqərə surəsi, 185)

İman gətirib yaxşı iş görənləri isə ən gözəl mükafat gözləyir. Biz ona asan bir şey əmr edəcəyik!.. (Kəhf surəsi, 88)

And olsun ki, Biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq… (Qəmər surəsi, 17)

... O, sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız İbrahimin dini kimi... (Həcc surəsi, 78)

Bundan başqa, Peyğəmbərimizin (səv) sünnəsinin önəmli xüsusiyyətlərindən biri də son dərəcə asan əməl olunmasıdır. Quranı özünə rəhbər edən Rəsulullah (səv) qövmünə: “Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, nifrət etdirməyin”, -deyə öyüd vermişdir. (Ramuz əl-əhadis, 2-ci cild səh. 510)

Din əxlaqını yaşamağı əslən olduğu kimi asan göstərmək, insanların qəlbini Quran əxlaqına isindirmək, onlara Quranı və Peyğəmbərimizin (səv) sünnəsini öyrədib bunu tək yol göstərici halına gətirmək hər müsəlmanın önəmli vəzifəsidir.

QURANA TABE OLMAQ İNSANLARIN ÜZƏRİNDƏKİ YÜKÜ QALDIRIR

İnsan Allah’ın diləməsi ilə dünyaya gələn, Onun verdiyi səhhətlə inkişaf edib böyüyən və həyatının hər anında Onun qorumasına möhtac olan bir varlıqdır. İnsanın dünyada tək dostu və yardımçısı, yeganə yol göstərəni daima diri olan və hər şeyi yaradan Allah’dır. Dünyadakı bütün insanların Allah’a möhtac olduğu bir ayədə belə bildirilir:



Ey insanlar! Siz Allah’a möhtacsınız. Allah isə möhtac deyildir. O, şükrə layiqdir! (Fatir surəsi, 15)

Quran bütün kainatın və canlı-cansız bütün məxluqatın yaradıcısı olan Allah’dan insanlara rəhmət olaraq göndərilmişdir. Lakin bəzi insanlar Quran əxlaqını yaşamamaq üçün özlərindən bəhanə uydururlar. Bunlardan biri də din əxlaqını yaşamağın onlara məhdudiyyət gətirəcəyi və istədikləri kimi yaşaya bilməyəcəkləri qənaətidir. Halbuki, bu, çox yanlış düşüncədir. Tam əksinə, din əxlaqının yaşanmadığı mühitlərdə insanlar çətinlik, sıxıntı və məhdudiyyətlə qarşılaşdığı halda, Quran əxlaqı insanlara çox rahat və hüzur dolu həyat təqdim edir. Quran insanların bir-birlərinə zor tətbiqini, çətin qanunları və gərəksiz prinsipləri ortadan qaldırır və onları sıxıntılardan qurtarıb hüzur içində yaşamağa yönəldir.

Necə ki, Allah, Elçisinin Quranı təbliğ etməklə insanların üzərindən ağır yükü və zəncirləri götürdüyünü, onu qəbul edənlərin, ona dəstək olub yardım edənlərin və Quran ayələrində göstərilən yolu izləyənlərin xilas olacağını, yəni hüzura, xoşbəxtliyə və nemətlərə qovuşacağını belə bildirir:

O kəslər ki, əllərindəki Tövratda və İncildə yazılmış gördükləri rəsula–ümmi peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz nemətləri halal, murdar şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar. Ona iman gətirən, yardım göstərən və onunla (Quranın) ardınca gedənlər- məhz onlar nicat tapanlardır! (Əraf surəsi, 157)

Buna qarşı, Quran əxlaqını yaşamayan cəmiyyətlərdə lazımsız qanunlarla insan həyatı çətinləşdirilir və bir çox problem həllini tapmır. İnsanlar öz prinsip və düşüncələrinə görə yeni qanun və qadağalar çıxarır, insanlara lazımsız məhdudiyyətlər qoyurlar. Məsələn, halal olan bəzi qidaları qadağan edir, bəzi hərəkətlərə qadağa qoyurlar. Hər cəmiyyətin öz mədəniyyət və mənfəətləri əsasında çıxardığı dilə gətirilməyən, lakin hamının bildiyi belə qanun və qaydalar vardır.

Hər şeydən əvvəl, bu cəmiyyətlərdə hər insan özünü başqalarına üstün xüsusiyyətlərə sahib imiş kimi göstərməyə çalışır. Dolayısilə, insanlar cəmiyyətin sərt qanunları və məhdudiyyətləri üzündən rahat deyib-gülə bilmir, istədiyi kimi hərəkət edə bilmir, qınanmaqdan və dedi-qodudan qorxurlar.

Bu insanlar Allah’ı tanımadığına, Ona güvənib təslim olmadığına və Quran əxlaqını yaşamadığına görə, bir çox şeydən qorxurlar. Məsələn, gələcək həyatın təminatından, yalnız qalmaqdan, uşaqlarının xəstələnməsindən, mal itkisindən, işlərinin pis getməsindən, yaxşı təhsil ala bilməməkdən, yaxşı ailə həyatı qura bilməməkdən, yaşlanmaqdan, qəzadan, şikəst olmaqdan, ölməkdən və daha bir çox şeydən qorxurlar. Buna görə, qayğı içində əndişə edirlər. Əlbəttə, Quran əxlaqı yaşanmadığı təqdirdə, bu qorxuların yaşanması qaçılmazdır. Çünki din əxlaqından uzaq yaşayan insanlar hər şeyin Allah’ın diləməsi ilə gerçəkləşdiyini və bir qədərlə yaradıldığını bilmirlər. Yaxşı, yaxud pis görünən hər hadisənin imtahan olaraq yaradıldığını, insanlara ruzi verənin və bütün nemət və gözəlliklərin gerçək sahibinin Allah olduğunu düşünmürlər. Buna görə də belə insanların təşkil etdiyi cəmiyyətlərə gərginlik, hüzursuzluq və bədbəxtlik hakimdir.

Quran əxlaqının yaşandığı cəmiyyətdə isə belə mənfi halların olmamasının səbəbi müsəlmanların gözəl əxlaqıdır. Çünki onlar təvəkküllü, səbirli, şəfqətli, mərhəmətli, sevgi dolu, təvazökar və qənaətkar insanlardır. Allah’ın dinini yaşadıqlarına görə rahat və hüzurludurlar. Quranda əmr olunduğu kimi, Allah’dan başqasından qorxmazlar. Allah’ın rizasını hər şeydən üstün tuturlar. Verilən hər nemətin və gözəlliyin Allah’ın lütfü olduğunu və hər çatışmazlıq və yoxluğun isə bir imtahan olduğunu bilirlər. Çətin anlarda qorxmurlar və təmkinli davranırlar.

Quranda halal və haramlar açıq şəkildə bildirilmiş, Allah’ın razı olacağı əxlaq isə təfsilatı ilə açıqlanmışdır. Bu səbəbdən, möminlərin həyatında Qurandan və Peyğəmbərimizin (səv) sünnəsindən kənar heç bir qanun yoxdur. Quranda insanların yaradılışına uyğun, onlara güvənlik və hüzur verən, vicdanlarının rahat olmasına vəsilə olan hökmlər verilir. Peyğəmbərimizin (səv) həyatı da bu hökmlərin tətbiqi mövzusunda ən gözəl nümunədir. Allah insanların üzərindəki ağır yükü yüngülləşdirmək istədiyini ayədə belə açıqlayır:



Allah sizə bildirmək, sizdən əvvəlkilərin getdiyi yolları sizə göstərmək və tövbələrinizi qəbul etmək istər. Allah biləndir, hikmət sahibidir! Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Öz nəfsinə uyanlar isə sizi böyük bir əyriliklə sapdırmaq istəyirlər. Allah istər ki, üzərinizdə olanı yüngülləşdirsin, çünki insan zəif yaradılmışdır. (Nisa surəsi, 26-28)

Bədiüzzaman Səid Nursi də Qurana tabe olan və Allah’ın əmr etdiyi imanı yaşayan insanın dünyada ikən mənəvi bir cənnəti yaşayacağını belə deyir:



Budur, bu insan aləmini qaranlıqlar içində gördüyüm zaman qəlbim, ruhum və ağlımla bərabər, bütün mənəvi duyğularım, bəlkə də vücudumun bütün zərrələri fəryad ilə ağlamağa hazır ikən, birdən Qurandan gələn nur və iman qüvvəti o sapqınlıq gözlüyünü qırdı, başıma bir göz verdi. Gördüm ki: Cənabi-Haqqın Adil ismi Hakim (iş və əmrləri hikmətli və səhvsiz olan) bürcündə, Rəhman ismi Kərim (hər şeyin yaxşısı; şərəfli və izzətli; möhtərəm, comərd) bürcündə, Rəhim (mərhəmətli, rəhmli) ismi Ğafir (mərhəmət edən, günahları ən çox bağışlayan) bürcündə, yəni mənasında, Bais (göndərən, səbəb olan; yenidən yaradan; ölüləri təkrar dirildən; peyğəmbər göndərən) ismi Varis (miras sahibi) bürcündə, Mühyi (dirildən) ismi Mühsin (ehsan edən) bürcündə, Rəbb ismi Malik (sahib; malı əlində tutan) bürcündə bir günəş kimi doğdular. O qaranlıq və içində çoxlu aləm olan insan aləminin hamısını birdən aydınlatdılar, şənləndirdilər. Cəhənnəm durumlarını dağıdıb, nurani axirət aləmindən pəncərələr açıb o pərişan insan dünyasına nur saçdılar. Kainatın çox kiçik parçaları sayı qədər: “Allah’a həmd olsun, Allah’a şükürlər olsun”, -dedim. Eynəl-yəqin (göz ilə görmək dərəcəsində görüb, müşahidə edib bilmək) gördüm ki, imanda mənəvi bir cənnət və sapqınlıqda mənəvi bir cəhənnəm bu dünyada da vardır; sağlam və qəti olaraq bildim. (İman və küfr müvazinələri, səh. 9)

Allah insanları din əxlaqına uyğun olmayan bir sistemdə əsla hüzur tapmayacaqları şəkildə yaratmışdır. Axirətdə isə mömin və inkarçılar arasındakı bu fərq daha da kəskinləşir. Qurana tabe olmayan insanlar hesab günündə bədbəxt olduğu halda, iman edənlər tərifi mümkün olmayan xoşbəxtlik içində olacaqlar:



(Qiyamət) gəldiyi gün (Allah’ın) izni olmadan heç kəs danışa bilməz. (O gün) insanların bir qismi bədbəxt, bir qismi isə xoşbəxt olacaqdır! (Hud surəsi, 105)

ALLAH İNSANLARI QURANLA XƏBƏRDAR EDİB QORXUDUR

Quranın ən önəmli özəlliklərindən biri də insanları sonsuz cəhənnəm əzabına qarşı xəbərdar edən ayələr ehtiva etməsidir. Xəbərdar edilən insanlar artıq doğru və yanlışın, yaxşı və pisin nə olduğunu tam öyrənmiş olur, axirətdə də bu məlumatlardan məsuliyyət daşıyırlar. Allah Quranın bu xüsusiyyətini ayələrdə belə bildirir:



Öz dərgahından gələcək şiddətli bir əzabla qorxutmaq, yaxşı əməllər edən möminlərə isə gözəl mükafata nail olacaqları ilə müjdə vermək üçün onu doğru-düzgün olaraq endirdi. (Kəhf surəsi, 2)

Biz (Quranı) sənin dilinlə asan etdik ki, onunla ancaq Allah’dan qorxub pis əməllərdən çəkinənlərə müjdə verəsən və inadkar bir camaatı qorxudasan. (Məryəm surəsi, 97)

Peyğəmbərimiz (səv) də “...Bu Quran mənə sizi və ona yetişəcək kimsələri xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu” (Ənam surəsi, 19) ayəsində bildirildiyi kimi, yetişə bildiyi hər kəsi Quranla xəbərdar etmək vəzifəsini üzərinə götürmüşdür. Allah bir başqa ayədə Peyğəmbərimizə (səv) insanları xəbərdar etmək üçün Quranı vəhy etdiyini belə buyurur:



Şəhərlərin anası (olan Məkkə) əhlini və onun ətrafındakıları haqqında heç bir şübhə olmayan toplanış günü ilə qorxutmağın üçün, beləcə, sənə ərəbcə Quran vəhy etdik. (Axirətdə insanların) bir qismi cənnətdə, bir qismi isə cəhənnəmdə olacaqdır! (Şura surəsi, 7)

Ayələrdən də göründüyü kimi, Allah Quranda ölümü, mələklərin insanların canını necə alacağını, onların necə həşr olunacağını, qiyamət gününü, o gün insanların başına gələcək olayları, hesab gününü, sorğu-sualı və bundan sonra insanların dəstə-dəstə cənnət və cəhənnəmə necə girəcəklərini, o gün çəkilən acı və iztirabları, maddi və mənəvi olaraq yaşanan qorxulu əzabı və cənnətin sonsuz gözəllikdəki nemətlərini təfsilatı ilə izah edir və bütün bunlarla insanları axirət gününə qarşı xəbərdar edir. (www.Kurandacennet.com)

Hətta bir çox ayədə cəhənnəm əhlinin öz aralarındakı söhbəti haqqında məlumat verilir, oradakı mühit və yaşayış təsvir olunur və insanların iztiraba baxmayaraq, bir-biri ilə çəkişməyə davam etdiyi açıqlanır. Məsələn, bəzi ayələrdə cəhənnəm əhli arasında keçən danışıq belə xəbər verilir:




Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə