Yaziçi və ƏSƏRLƏRİ haqqinda



Yüklə 317.33 Kb.
səhifə4/6
tarix29.05.2017
ölçüsü317.33 Kb.
növüYazi
1   2   3   4   5   6

İnsanları onlara əzab gələcəyi günlə qorxut. O gün zalımlar: “Ey Rəbbimiz! Bizə bir az möhlət ver. Biz Sənin dəvətini qəbul edər və peyğəmbərlərə tabe olarıq!” -deyərlər. Bəs, əvvəlcə, sizə heç bir zaval toxunmayacağı barədə and içməmişdiniz?! (İbrahim surəsi, 44)

(Allah) buyuracaqdır: “Mənim hüzurumda mübahisə etməyin. Mən sizə bu əzabı bildirmişdim. Mənim hüzurumda söz güləşdirməyin. Mən bəndələrə zülm edən deyiləm!” O gün Biz cəhənnəmə: “Doldunmu?” – deyəcək, o isə: “Yenə varmı?” – deyə cavab verəcəkdir. (Qaf surəsi, 28-30)

Kafir olanlar dedilər: “Biz nə bu Qurana, nə də ondan əvvəlkilərə inanırıq!” Kaş sən o zalımları Rəbbinin hüzurunda saxlanılıb bir-birinə söz qaytardıqları və acizlərin özlərini yuxarı tutanlara: “Əgər siz olmasaydınız, biz mütləq mömin olardıq!” – dedikləri zaman görəydin. (Səba surəsi, 31)

Quranla xəbərdar edilmiş, lakin üz çevirmiş insanlar əzab gəldiyi zaman nə etsələr də, heç bir xilas yolu olmayacaqdır. Ölüm mələklərini gördükdə tövbə etmələri, peşman olmaları bir fayda verməyəcək. Çünki bu insanlara dünya həyatında xəbərdaredicilər gəlmişdir, lakin onlar inkar yolunu seçmişdir. Allah Quranda belə buyurur:



Onlar orada fəryad edib deyəcəklər: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki edirdik!” “Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi qədər ömür vermədikmi?! Hələ sizə qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını)! Zalımların imdadına çatan olmaz!” (Fatir surəsi, 37)

Allah’ın dünyada müəyyən etdiyi müddət ərzində vicdanına tabe olub hər anını Allah’ın rizasına və rəhmətinə uyğun şəkildə yaşayan möminlərə isə sonsuz axirət həyatında mükafat veriləcək. Ölüm mələkləri ilə qarşılaşdıqdan sonra canları gözəlliklə alınan möminlərin dəstə-dəstə cənnətə girəcəyi və cənnət gözətçiləri tərəfindən qarşılanacağı haqqında ayələrdə belə xəbər verilir:



Onlar altında çaylar axan Ədn cənnətlərinə daxil olacaqlar. Orada onların istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır! O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb: “Sizə salam olsun! Etdiyiniz əməllərə görə cənnətə daxil olun!” – deyərlər. (Nəhl surəsi, 31-32)

Allah’ın üstün və şərəfli məqama ucaltdığı möminlərin cənnətdəki söhbəti də Quranda təfərrüatlı şəkildə verilmişdir. Möminlər gözəllikdən, sevgi və hüzurdan bəhs edən söhbətlərində Allah’ın şanını ucaldarlar. Bu söhbətlərdən verilən bəzi nümunələr belədir:



Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allah’a həmd olsun. Həqiqətən, Rəbbimiz bağışlayandır, qədirbiləndir! Elə bir Rəbb ki, Öz lütfü ilə bizi (əbədi qalacağımız) iqamətgahda yerləşdirdi. Orada bizə nə bir yorğunluq üz verəcək, nə bir məşəqqət toxunacaqdır!” (Fatir surəsi, 34-35)

...Bizə verdiyi vədini yerinə yetirmiş və bizi bu yerə varis etmiş Allah’a həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. (Dünyada yaxşı) əməllər edənlərin mükafatı necə də gözəldir!.. (Zumər surəsi, 74)

...Biz bundan əvvəl ailəmiz içində olarkən qorxardıq. Artıq Allah bizə mərhəmət buyurub bizi cəhənnəm əzabından qorudu. Biz bundan əvvəl Ona ibadət edirdik. Şübhəsiz ki, O, kərəm sahibidir, rəhm edəndir! (Tur surəsi, 26-28)

Bu ayələrdən də göründüyü kimi, möminlər bu xoş aqibətin ancaq Allah’ın diləməsi və rəhməti ilə olduğunun şüurundadırlar. Əgər Allah sonsuz lütf edib qorumasaydı, asanlıqla yoldan aza biləcəklərini anlamışlar. Odur ki, bunları qavrayan möminlər eyni dünyada olduğu kimi, cənnətdə də Allah’a davamlı şükür edəcəklər.



MÖMİNLƏR QURAN ƏXLAQINI NÖQSANSIZ YAŞAYIRLAR

Möminlərin həyatda tək ölçüsü Quran ayələri və Peyğəmbərimizin (səv) sünnəsidir. Onlar həyatlarının sonuna kimi Allah’ın əmr və qadağalarına ciddi riayət edir, yalnız Allah’dan qorxur, heç kimdən mədət ummur, təlaşa, ümidsizliyə və qorxuya düşmürlər. Heç kimin qınağından qorxmurlar. Hadisələrə Quran və Peyğəmbərimizin (səv) sünnəsinə uyğun reaksiya verirlər. Bolluq zamanlarında olduğu kimi, çətin vaxtlarda da Quran əxlaqına uyğun davranırlar. Çünki bilirlər ki, Allah nemət verdiyi kimi, dilədiyində bunları xeyir və hikmətlə azalda da bilər. Hər hadisənin nəfsin tərbiyə olunması və kamilləşməsi üçün yaradılmış bir imtahan olduğunun fərqindədirlər.

Lakin Qurandan qafil yaşayan və tam iman etməyənlər bütün həyatını insanların razılığına görə qururlar. Bütün həyat fəlsəfələri, qanunları və anlayışları Qurana ziddiyyət təşkil edir. Quranı və Peyğəmbərimizin (səv) sünnəsini yol göstərici kimi qəbul etmədiklərinə görə, İslam əxlaqından uzaq bir çox batil inanc, adət və ibadət şəkilləri formalaşdırırlar.

Hz. Şüeybin qövmünə xitabından bəhs edən “...Ey qövmüm! Məgər mənim əşirətim sizə Allah’dan da əzizdir ki, Onu unudub saymırsınız?..” (Hud surəsi, 92) ayəsində olduğu kimi, bu insanlar Allah’ı unudurlar. Allah’ın hökmlərinin yerinə hər cür batil inanc və qanunlara sanki İlahi hökm kimi tabe olurlar. Qurandakı həqiqətləri görsələr də, bu batil inanclarından heç cür vaz keçmirlər. Halal və haram anlayışları yanlış düşüncələrinə, mənsub olduğu cəmiyyətin dəyər ölçülərinə və atalarından öyrəndiklərinə bağlı olaraq dəyişir. Quran hökmlərinin yerinə insanların qənaətinə dəyər verirlər.

Bu insanların həyata baxışları Quranda “...Biz atalarımızı bir din üzərində gördük və biz də onların ardınca getməkdəyik!..” (Zuxruf surəsi, 23) ayəsində bildirilir.

İnsanlar dünya və axirətdə xilas olmaq üçün atalarının və ya çevrələrinin əməllərinə deyil, Qurana üz tutmalıdırlar. Quran Allah’ın heç dəyişməmiş sözüdür. Peyğəmbərimizin (səv) həyatı boyu göstərdiyi gözəl əxlaq isə iman edənlər üçün ən gözəl nümunədir.



HZ. MUHƏMMƏDİN (SƏV) TƏK RƏHBƏRİ QURAN İDİ

Allah Peyğəmbərimiz hz. Muhəmmədi (səv) seçmiş və ona hökmü qiyamətə qədər keçən Quranı vəhy etmişdir. Hz. Muhəmməddən (səv) sonra bir peyğəmbər göndərilməyəcəyi yenə Quranda bildirilmişdir.

Peyğəmbərimiz (səv) Qurana tabe olmuş, insanlara da Quran oxumalarını və yalnız Quranın hökmlərini əsas almalarını nəsihət etmişdir. Ayələrdə belə buyurulur:

De: “Mən sizə demirəm ki, mənim yanımda Allah’ın xəzinələri vardır. Mən qeybi bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən yalnız özümə gələn vəhyə tabe oluram”. De: “Kor görənlə bir olarmı? Məgər düşünmürsünüz?” (Ənam surəsi, 50)

Sənə nə vəhy gəlirsə, ona tabe ol. Allah hökm verənə qədər səbir et. O, hökm verənlərin ən yaxşısıdır! (Yunis surəsi, 109)

Peyğəmbərimiz (səv) səhabələrinə də Quran oxumalarını və Qurandan kənar hökm verməmələrini nəsihət etmişdir:



Sənə Allah’dan qorxmağı tövsiyə edirəm. Çünki o qorxu bütün işlərin zinətidir. Sənə Quran oxumağı, Allah’ı zikr etməyi tövsiyə edirəm. Çünki o, sənin səmada anılmana səbəbdir. Yer üzündə isə sənin üçün bir nurdur. (Hz. Əbubəkr (rə) / Ramuz əl-əhadis, Əhməd Ziyaüddin, Gümüşxan evi, 1-ci cild, səh 157, 4-cü maddə)

İnsanlara nə olur ki, Allah’ın kitabında olmayan şərtləri qoşurlar. Cənabi-Haqqın kitabında olmayan şərt yüz də olsa batildir. Allah’ın hökmü əməl edilməyə daha layiq, şərti isə daha sağlamdır. Haqq azad edənindir. (Hz. Aişə (rə) / Ramuz əl-əhadis, 1-ci cild, səh. 82, no 11)

Quranı daşıyan İslamın bayrağını daşıyan kimidir. Kim ona ikram edərsə, Allah’a ikram etmiş olar. Hər kim də onlara xəyanət edərsə, Əziz və Cəlil olan Allah’ın lənəti onun üzərinə olsun. (Hz. Əbubəkr (rə) / Ramuz əl-əhadis, 1-ci cild, səh 272, no 10)

Hədislərdən göründüyü kimi, Peyğəmbərimiz (səv) möminlərin bir işi edib-etməməyini istəyərkən yalnız Quranı rəhbər tutmuşdur. Onun hər sözü Qurana əsaslanır. Necə ki, Peyğəmbərimiz (səv) haqqında ayədə “...Mən ancaq Rəbbimdən mənə vəhy edilənlərə tabe oluram. Bu, Rəbbiniz tərəfindən aşkar dəlillərdir, həm də iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir” (Əraf surəsi, 203) şəklində buyurulur. Məsələn, qövmü qadınlar haqqında Peyğəmbərimizin (səv) hökm verməsini istəmişdir. Buna qarşı ayədə “...Onlar barəsində fitvanı sizə Allah verir...” (Nisa surəsi, 127) cavabı verilir. Eyni şəkildə, ondan həmçinin mirasla bağlı hökm istəmişdirlər. Bu barədə isə “Atası və övladı olmayan şəxsin mirası haqqında Allah sizə fitva verir” (Nisa surəsi, 176) ayəsi nazil olmuşdur. Bir başqa Quran ayəsində bildirildiyi kimi, ona: “Bundan ayrı bir Quran gətir və ya onu dəyişdir” (Yunis surəsi, 15) –deyənlərə hz. Muhəmmədin (səv) belə dediyi xəbər verilir:



Mən onu özbaşına dəyişə bilmərəm. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Əgər Rəbbimə asi olsan, böyük günün əzabından qorxuram. (Yunis surəsi, 15)

Dolayısilə, Rəsulullahın (səv) sünnəsi Quranın həyatda tətbiq edilməsidir. Buna görə, Allah Peyğəmbərimizə (səv) itaəti imanın bir şərti olaraq bildirir və bir ayədə peyğəmbərə itaətin Allah’a itaət olduğunu buyurur (Nisa surəsi, 80). Peyğəmbərimizin (səv) sünnəsinə əməl edən, əslində, Quranın hökmlərini yerinə yetirmiş olur. Çünki Peyğəmbərimizin (səv) hər hərəkəti, hər qərarı və hər danışığı Qurana əsaslanmışdır. Peyğəmbərimiz (səv) bir hədisində belə buyurub:



Mənə itaət edən Allah’a itaət etmiş olur. Mənə üsyan edən də Allah’a üsyan etmiş olur. Əmrə itaət edən mənə itaət etmiş, əmrə üsyan edən də mənə üsyan etmiş deməkdir. (Ramuz əl-əhadis, Əbu Hüreyrə (rə), 2-ci cild, səh. 405, 5-ci maddə)

Peyğəmbərimiz (səv) Quranda bildirildiyi kimi, möminlərin sıxıntıya düşməsi ağırına gedən, onlara şəfqətli olan (Tövbə surəsi, 128), insanlara yaxşılığı əmr edən və onları ağır yükdən və buxovdan azad edən (Əraf surəsi, 157), Allah’dan bir lütf olan, insanları pis yoldan çəkindirən, həmçinin hikmət və kitabı öyrədən yüksək əxlaqlı insandır (Ali-İmran surəsi, 164).

Bir insan Allah’ın razı olduğu həqiqi bir müsəlman olmaq üçün Quranın hökmlərinə tabe olmalı, hz. Muhəmmədin (səv) sünnəsini anlayıb qəbul etməli və bu hökmlərə həyatının hər anında əməl etməlidir. Allah Peyğəmbərimizin (səv) həyatını Quranda ətraflı şəkildə açıqlamışdır. Buna görə də Peyğəmbərimizin (səv) həyatını incələmək, onun üstün əxlaqını örnək almaq hər bir müsəlmanın hədəfi olmalıdır. Allah Quranda peyğəmbərlərin iman edənlər üçün gözəl nümunə olduğunu belə bildirir:

Həqiqətən, Allah’ın Rəsulu Allah’a, qiyamət gününə ümid bəsləyənlər və Allah’ı çox zikr edənlər üçün gözəl örnəkdir! (Əhzab surəsi, 21)

NÜMUNƏVİ QURAN NƏSLİ YETİŞDİRMƏYİN ƏHƏMİYYƏTİ

Bir çox insanlar özlərinə başqa birisini örnək alır və ona bənzəməyə çalışırlar. Hətta danışıq və hərəkətlərinə qədər o şəxsi təqlid edir, həyat tərzinə pərəstiş edirlər. Lakin bu nümunələrin ya hamısı bir çox yöndən əksik olur, ya da tamamilə insanları yanlış yola sürükləyən əxlaq və anlayışa sahib olur. İnsanlar üçün əxlaq və davranış baxımından ən gözəl nümunə Peyğəmbərimiz hz. Muhəmmədir (səv). Peyğəmbərimizin (səv) üstün əxlaq və davranışının qaynağı isə Qurandır. Peyğəmbərimiz (səv) və ətrafındakı möminlər Quranı özlərinə rəhbər tutan, Quran əxlaqı ilə əxlaqlanan, Allah’dan şiddətlə qorxan və Onu dərin sevgi ilə sevən vicdanlı insanlardır. Allah iman edənləri “Yer üzünün varisləri” (Ənam surəsi, 165) vəsfi ilə şərəfləndirmiş, onlara həm bu dünyada, həm də axirətdə izzət və şərəf vermişdir. Peyğəmbərimizin (səv) idarəsində olan cəmiyyətlərdə hüzur, xoşbəxtlik, güvənlik, ədalət, sevgi, dostluq, qardaşlıq, şəfqət, mərhəmət və fədakarlıq kimi əxlaqi ünsürlər ən mükəmməl səviyyədə yaşanmışdır. Necə ki, bu dövr tarixdə “Səadət əsri” olaraq adlandırılmışdır. Allah ixlaslı möminlərin dünya həyatında alacağı qarşılığı belə müjdələmişdir:



Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Nəhl surəsi, 97)

Bu səbədən, Quran və Peyğəmbərimizin (səv) sünnəsi əsasında düşünən, hökm edən, danışan və qərar verən bir nəslin yetişməsi son dərəcə önəmlidir. Peyğəmbərlərin əxlaqını özünə örnək götürən, sadəcə Allah’ın rizasını hədəf alan bu saleh müsəlman cəmiyyətinin xüsusiyyətləri Quran ayələrində təfsilatı ilə açıqlanmışdır. Onların bəzi özəllikləri bunlardır:



Yalnız Allah’a qulluq edirlər (Fatihə surəsi, 5)

Allah’ı hər şeydən çox və ürəkdən sevirlər (Bəqərə surəsi, 165)

Allah’a təslim olublar (Tövbə surəsi, 51)

Allah’a qarşı aciz olduqlarını bilirlər (Cin surəsi, 22)

Allah’dan qorxurlar, Onun bəyənmədiyi əxlaqdan şiddətlə çəkinirlər (Rəd surəsi, 21)

Hər şərt və vəziyyətdə Allah’a şükür edirlər (Bəqərə surəsi, 172)

Anlayışlı, sevimli və əfvedicidirlər (Hicr surəsi, 85)

Təvazökardırlar (Furqan surəsi, 63)

Mərhəmətli və həlim xasiyyətlidirlər (Tövbə surəsi, 128)

Yaxşılığı əmr edib pislikdən çəkindirməyə çalışırlar. (Ali-İmran surəsi, 104)

Birlik və bərabərlik tərəfdarıdırlar (Səf surəsi, 4)

Günahkarlara əsla arxa çıxmır, daim haqq və ədaləti müdafiə edirlər (Nisa surəsi, 105 və 58)

Heç kimin haqqını yemirlər (Şüəra surəsi, 184)

Sözlərinə sadiqdirlər (Bəqərə surəsi, 177)

Boş şeylərdən üz çevirir, həmişə faydalı iş görürlər (Furqan surəsi, 72)

Səbirlidirlər, çətinlikdən qəti qorxmazlar (Ali-İmran surəsi, 146, Hud surəsi, 55)

Güvənilən və cəsurdurlar (Yunis surəsi, 71)

Dinlərinə bağlıdırlar (Əraf surəsi, 89)

Fikirlərini zorla qəbul etdirməzlər, qarşılıqlı danışıb izah edərlər (Nəhl surəsi, 125)

Gördükləri işlərə görə mənfəət güdmürlər (Şura surəsi, 23)

Haqqı söyləməkdən çəkinmirlər (Maidə surəsi, 54)

Sənətdən və estetikadan zövq alırlar

Təəssüb və xurafata qarşıdırlar

Yuxarıdakı vəsfləri daşıyan bir nəsil hazırda dünyanın bir çox yerində yaşanan əxlaqi degenerasiyanın, savaşların, bəlaların, hiylə və saxtakarlıqların, sıxıntıların, zülmlərin və səfalətin yox olub yerini sülh, güvənlik, ədalət, hüzur və qardaşlığın almasının təminatı olacaq. Çünki Quran əxlaqı bütün insanlığa maddi və mənəvi zənginlik, gözəllik və aydınlıq gətirir. Quran əxlaqının yayılması ilə yer üzündəki bütün problemlər qısa bir zamanda həllini tapar.

Allah Quranda “Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o, sizin açıq düşməninizdir!” (Bəqərə surəsi, 208) şəklində buyurub insanları Quran əxlaqını yaşamağa çağırır. (www.Kuranveislam.com)

Cəmiyyətlərinin batil adətlərinin və öyrəndikləri yanlış bilgilərin ardınca getməyib dinin gerçək qaynağı olan Quran və sünnəyə tabe olanlar, ayədə də bildirildiyi kimi, İslama girmiş olacaqlar. Əks təqdirdə, bir çox batil inanclara malik, öz nəfs və istəkləri ilə yaşayan, kiçik hədəflərin ardınca gedən, xurafatçı, qorxaq, özünə güvənməyən, dar düşüncəli, cahil, dinə inanmayıb mistik xəyallarla inancını qorumağa çalışan, ağılsız, bəsirətsiz, yanlış mühakiməli, din əxlaqına uyğun olmayan prinsiplərin altında əzilən, əxlaqsızlıqda hədd tanımayan cəmiyyətlər meydana gələcəkdir. Əlbəttə, belə şəxslərdən ibarət bir cəmiyyətdə anlayışlı, aydın, mədəni, hüzurlu və güvənli bir həyatın yaşanmayacağı açıq bir həqiqətdir.

Bu mövzuda Bədiüzzaman Səid Nursi belə deyir:

İslam millətinin səadəti yalnız və yalnız İslamın əsasları ilə ola bilər. Yoxsa ədalət məhv olar, əmniyyət alt-üst olar. Əxlaqsızlıq və pis duyğular üstün gələr. İş yalançı və yaltaqların əlində qalar. (Xütbeyi-Şamiyə, səh. 79)

Buna görə də doğrudan iman edən hər insan özünə səmimi bir iman nəsib etdiyi, özünü hidayətə çatdırdığı, Peyğəmbərimizi (səv) tanımaqla şərəfləndirdiyi üçün Allah’a şükür etməlidir. Bunun ən gözəl şükürünü Quranla xəbər verilən əxlaqa tam tabe olmaqla və Peyğəmbərimizin (səv) təqib etdiyi yolu izləməklə göstərməlidir. Əks halda, Allah’a qarşı nankor davranmış olar. Bunun qarşılığı isə axirətdə böyük əzab ola bilər.



HZ. MEHDİ (ƏS) AXIRZAMANDA İNSANLARIN KAMİLLƏŞMƏSİNƏ VƏ ÜSTÜN ƏXLAQLI OLMASINA VƏSİLƏ OLACAQ

APARICI: ...Bu arada Həsən bəy soruşur: “Axşamınız xeyir. Bu gün ilk dəfə oxuduğum bir hədisdə hz. Mehdinin (əs) insanların ağıl, əxlaq və şəxsiyyət olaraq kamilləşməsinə vəsilə olacağı ilə bağlı ifadə şövqümü çox artırdı. İmam Baqir (əs) belə buyurmuşdur: “Qaimimiz hz. Mehdi qiyam edincə əlini qullarının başının üzərinə qoyar, beləcə, ağıllarını bir araya toplayar, inkişaflarını kamala çatdırar. Allah düşüncə və hisslərini gücləndirər. Ta ki, özləri ilə Qaim hz. Mehdi arasında heç bir əngəl qalmaz. (Yəvmül-Xəlas, səh. 269)” Bu hədisi açıqlaya bilərsinizmi?”

ADNAN OKTAR: Bəli, hz. Mehdinin (əs) sevgisi, imanı, şövqü və səmimiyyəti insanlara yaxşı təsir edəcək. Hal alacaqlar, yəni onunla yaxın əlaqədə olan şəxslər ondan təsirlənib gözəl əxlaqı, sevgini, şəfqəti, insancıl düşünməyi tam qavrayacaqlar. Qurana, Peyğəmbərimizin (səv) sünnəsinə tabe olmağı ruhlarına yaxşıca yerləşdirəcəklər, bu məna çıxır, inşaAllah.

(Adnan Oktarın 9 yanvar, 2010 tarixli Kral Karadeniz və Kanal 9 reportajından)

NƏTİCƏ

İnsanların böyük hissəsi sual verdikdə müsəlman olduqlarını deyirlər. Ancaq bunu deyən insanların bir çoxu İslamın haqq kitabı olan Quranı bir dəfə olsun belə oxumayıblar. Halbuki, bu kitab boyu bəhs edildiyi kimi, müqəddəs kitabımız Quran Allah’ın bizə Özünü tanıtdığı, dünya həyatının gerçək məqsədini, axirəti, gözəl əxlaqın necə olduğunu açıqlayan vəhyidir.

Bir insanın Allah’ın ondan nə istədiyini bilmədən din haqqında şifahi şəkildə eşitdiyi məlumatlara qane olub yaşaması ağıl və vicdana uyğun deyildir. Allah Quranı oxumaq üçün endirdiyini “İsra” surəsində belə bildirir:

Biz (Quranı) haqq olaraq nazil etdik, o da haqq olaraq nazil oldu. Səni də yalnız müjdə verən və qorxudan sifəti ilə göndərdik. İnsanlara aramla oxuyasan deyə, Biz Quranı hissələrə ayırıb göndərdik. Biz onu tədriclə, nazil etdik. (İsra surəsi, 105-106)

Quran bütün kitablardan üstündür və içindəki məlumatlar gəlib-keçmiş bütün bilgilərin üzərindədir. Quranı səmimi niyyətlə oxuyan hər insan ayələrdə bildirilən möcüzələri, bənzərsiz hikmət və üstünlüyü görərək hidayətə çatır. İnsanlar inanıb-inanmasalar da, Quran aləmlərə öyüddür və Rəbbimizin möcüzəsidir. Ayələrdə belə buyurulur:



De: “İstər inanın, istərsə də inanmayın. Şübhə yoxdur ki, ondan əvvəl elm verilmiş kimsələr yanlarında (Quran) oxunduğu zaman üzüstə səcdəyə qapanar. Və: “Rəbbimiz pakdır, müqəddəsdir! Rəbbimizin əmri mütləq yerinə yetəcəkdir!” – deyərlər. Onlar üzüstə səcdəyə qapanıb ağlayar, onların itaətini daha da artırar. (İsra surəsi, 107-109)

Bir insan yaşından asılı olmayaraq, heç bir zaman Quranı oxuyub anlaması və içində yazılanlara əməl etməsi üçün gec qalmış sayılmaz. Buna görə də insan şeytanın “bu günə qədər etməmisən, bundan sonra etməyinin faydası yoxdur” kimi vəsvəsəsinə aldanmamalı, buna bənzər təlqinlərə qarşı da diqqətli olmalıdır. Allah hər bir insanı son halından məsul tutacaqdır. Əgər insan həqiqətləri görüb Allah’a və Qurana yönəlməklə Allah’ın rizasını, rəhmətini və cənnətini qazanmaq üçün yaşamağa başlayarsa, Allah keçmiş günahlarının tövbəsini qəbul edər.

Elə isə bir gün öləcəyini və axirətdə sonsuz həyata başlayacağını bilən, cənnət və cəhənnəmin varlığından xəbərdar olan hər insan ağıl və vicdanla düşünüb həyatını necə yaşayacağı haqqında qəti qərar verməlidir. Ağıl və vicdana uyğun olan isə insanın ömrünü Allah’ın rizasını, rəhmətini və cənnətini qazanmaq üçün keçirməsi və Onun əmrinə tabe olmasıdır. Allah Quranda belə buyurur:

Rəbbinin kitabından sənə vəhy olunanı oxu. Onun sözlərini heç kəs dəyişdirə bilməz. (Allah’dan) başqa heç bir sığınacaq tapa bilməzsən! (Kəhf surəsi, 27)

ƏLAVƏ BÖLMƏ
TƏKAMÜL YALANI

Darvinizm, yəni təkamül nəzəriyyəsi yaradılış həqiqətini inkar etmək məqsədilə irəli sürülmüş, ancaq uğursuzluqla nəticələnmiş elmdən kənar cəfəngiyatdan başqa bir şey deyil. Canlıların cansız maddələrdən təsadüfən əmələ gəldiyini iddia edən bu nəzəriyyə kainatda və canlılarda çox möcüzəvi nizam olduğunun elm tərəfindən sübut edilməsi ilə və təkamül prosesinin əsla baş vermədiyini göstərən 350 milyona yaxın fosilin tapılması ilə süqut etmişdir. Beləliklə, Allah’ın bütün kainatı və canlıları yaratdığı elm tərəfindən də sübut edilmişdir. Bu gün təkamül nəzəriyyəsini dirçəltmək üçün dünya səviyyəsində aparılan təbliğat sadəcə elmi həqiqətlərin təhrif olunmasına, tərəfli şərhinə, elm adı altında söylənilən yalan və saxtakarlıqlara əsaslanır.

Ancaq bu təbliğat həqiqəti gizlətmir. Təkamül nəzəriyyəsinin elm tarixində ən böyük xəta olması son 20-30 il ərzində elm dünyasında getdikcə daha ucadan dilə gətirilir. Xüsusilə 1980-ci illərdən sonra aparılan tədqiqatlar darvinist iddiaların tamamilə səhv olduğunu üzə çıxarmış və bu həqiqət bir çox elm adamı tərəfindən dilə gətirilmişdir. ABŞ-da biologiya, biokimya, paleontologiya kimi fərqli sahələrlə məşğul olan bir çox elm adamı darvinizmin əsassızlığını görür, canlıların mənşəyini artıq yaradılışla açıqlayırlar.

Təkamül nəzəriyyəsinin süqutundan və yaradılış dəlillərindən digər bir çox əsərimizdə bütün elmi təfərrüatları ilə bəhs etmişik və etməyə davam edirik. Ancaq əhəmiyyəti baxımından mövzudan burada da bəhs etməkdə fayda var.



Darvini məhv edən çətinliklər

Təkamül nəzəriyyəsi tarixi qədim yunanlara gedib çıxan bir təlim olmasına baxmayaraq, XIX əsrdə hərtərəfli şəkildə irəli sürüldü. Nəzəriyyəni elm dünyasının gündəminə gətirən ən mühüm irəliləyiş Çarlz Darvinin 1859-cu ildə nəşr edilən “Növlərin mənşəyi” adlı kitabı idi. Darvin bu kitabda dünyadakı müxtəlif canlı növlərini Allah’ın ayrı-ayrı yaratdığına qarşı çıxırdı. Darvinin fikrincə, bütün növlər ortaq əcdaddan törəmiş və zaman ərzində kiçik dəyişikliklərlə müxtəlifləşmişdilər.

Darvinin nəzəriyyəsi heç bir konkret elmi tapıntıya əsaslanmırdı; özünün də qəbul etdiyi kimi, sadəcə bir məntiq yeritmə idi. Hətta Darvin kitabındakı “Nəzəriyyənin qarşısında duran çətinliklər” başlıqlı uzun bölmədə etiraf etdiyi kimi, nəzəriyyə bir çox mühüm suala cavab verə bilmirdi.

Darvin nəzəriyyəsinin qarşısındakı çətinliklərə inkişaf edən elmin üstün gələcəyinə, yeni elmi kəşflərin nəzəriyyəsini gücləndirəcəyinə ümid edirdi. Bunu kitabında tez-tez bildirirdi. Ancaq inkişaf edən elm Darvinin ümidlərinin tam əksinə, nəzəriyyənin əsas iddialarını bir-bir əsassız qoydu.

Darvinizmin elm qarşısındakı məğlubiyyətini üç əsas başlıq altında təhlil etmək olar:

1) Nəzəriyyə həyatın yer üzündə ilk dəfə necə ortaya çıxdığını əsla açıqlaya bilmir.

2) Nəzəriyyənin irəli sürdüyü təkamül mexanizmlərinin, əslində, təkamül xarakterinə malik olduğunu göstərən heç bir elmi tapıntı yoxdur.

3)Fosillər təkamül nəzəriyyəsinin iddialarının tam əksini göstərir.

Bu bölmədə bu üç əsas başlığı əsaslı təhlil edəcəyik.

Keçilməz ilk pillə: həyatın mənşəyi

Təkamül nəzəriyyəsi bütün canlı növlərinin bundan təxminən 3.8 milyard il əvvəl dünyada fantastik şəkildə təsadüfən meydana gələn bircə canlı hüceyrədən törədiklərini iddia edir. Bircə hüceyrənin milyonlarla kompleks canlı növünü necə əmələ gətirməsi və əgər həqiqətən bu cür təkamül baş vermişsə, nə üçün izlərinin fosillərdə tapılmadığı nəzəriyyənin açıqlaya bilmədiyi suallardandır. Ancaq bütün bunlardan əvvəl iddia edilən təkamül prosesinin ilk pilləsi üzərində dayanmaq lazımdır. Həmin ilk hüceyrə necə ortaya çıxmışdır?

Təkamül nəzəriyyəsi cahilliklə yaradılışı inkar etdiyinə görə, həmin ilk hüceyrənin heç bir plan və nizam olmadan təbiət qanunları çərçivəsində təsadüfən meydana gəldiyini iddia edir. Yəni bu nəzəriyyəyə əsasən, cansız maddə kortəbii təsadüflər nəticəsində ortaya canlı hüceyrə çıxarmalıdır. Ancaq bu, məlum olan ən təməl biologiya qanunlarına zidd iddiadır.




Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə