Yazılı işgüzar kommunikasiya zamanı nizamnamə, vəkalətnamə, etibarnamə, əqd, ezamiyyə vərəqi, təlimat və s sənədlərin tərtibi


ZƏMANƏT “Zəmanət” ərəb sözüdür – zamin olma, öhdəsinə götürmə sənədidir. Bu sənəd keçmişdə demək olar ki, ən çox işlənən sənədlərdən biri idi



Yüklə 49,1 Kb.
səhifə9/35
tarix15.04.2022
ölçüsü49,1 Kb.
#55529
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   35
UNEC 1649913455.docx (1)

ZƏMANƏT

Zəmanət” ərəb sözüdür – zamin olma, öhdəsinə götürmə sənədidir. Bu sənəd keçmişdə demək olar ki, ən çox işlənən sənədlərdən biri idi. Çünki keçmiş Kommunist Partiyası sıralarına daxil olmaq istəyən hər bir adama partiya stajı 5 ildən yuxarı olan üç nəfər kommunist zəmanət verməli idi. İndi nə Kommunist Partiyası var, nə də onun tələb etdiyi zəmanət. İndi yalnız hüquqi sənəd olan zəmanət vardır. Həmin zəmanətlər əsasında məhkəmə, prokuror və ya müstəntiq müttəhimi azad edir. Azərbaycan Respublikası CM 37-ci maddəsində zəmanət – vəsatət əsasında zaminliyə vermə haqqında deyilir: «Zaminliyəvermə – cinayət məsuliyyətindən azadetmə formalarından biridir. Zaminliyəvermə məhkəmə, prokuror, təhqiqat orqanı (prokurorun razılığı ilə) tərəfindən ictimai təşkilatların və yə əmək kollektivinin vəsatəti olduqda və törədilmiş əməli və onu törətmiş şəxsin ictimai təhlükəsizliyi nisbətən az olduqda tətbiq edilir. Əvvəllər qəsdən cinayət etməyə görə həbs edilmiş, yaxud əvvəllər zaminə verilmiş şəxslər, habelə özünü günahsız hesab edən, günahını boynuna almayan, yaxud hər hansı səbəbdən işə məhkəmədə baxılmasını tələb edən şəxsləri zaminliyə verməyə yol verilmir:

Zəmanət əmək kollektivləri və ictimai təşkilatlar tərəfindən, məhkəmənin, prokurorun və ya müstəntiqin adına yazılır.

Nümunə
ZƏMANƏT

Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı dos.Vaqif Rəcəbova

Oğlum Rasim Əliyevin tez-tez dərs buraxması haqqında məlumat aldım. İndiyə qədər bu barədə xəbərim olmamışdır. Bir valideyn kimi oğlum Rasimin bundan sonra dərs buraxmasına yol verməyəcəyəm. Çalışacağam ki, o, fakültənin ən intizamlı tələbələrindən biri olsun.


Yüklə 49,1 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin