Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə3/34
tarix02.12.2016
ölçüsü3,51 Mb.
#622
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   34

1970-ci illərdə Hüseyn Cavid irsinin daha dərindən öyrənil-

məsində  və  təbliğində, haqqında deyilmiş fikirlərin dərinləşdiril-

məsi və  dəqiqləşdirilməsində Azərbaycan tənqidçi və  ədəbiy-

yatşünasları faydalı  işlər görürlər. Görkəmli  şair və dramaturq 

haqqında yüzlərcə  məqalə, bir neçə dissertasiya və monoqrafiya 

yazılıb nəşr olunur. Onun irsinin yeni elmi aspektdə araşdırılma-

sına maraq artır. Məqalələr elmi keyfiyyətinə, professional səviy-

yəsinə  və  əhəhmiyyətinə, qaldırılan problemlərin aktuallığına, 

dramaturq haqqında deyilmiş fikirlərin tənqidi surətdə qavra-

nılması  və  şərhinə görə seçilir. Əgər 1928-ci ildə Mikayıl Rəfili 

tərəfindən irəli sürülmüş “Hüseyn Cavid yaradıcılığında böhran” 

anlayışı sonrakı illərdə, xüsusilə altmışıncı illərdə yenidən ortaya 

atılmış və hətta onun əsaslandırılmasına girişilmişdirsə, yetmişin-

ci illərdə bəzi alimlərimiz həmin fikrin əleyhinə çıxmışlar. Ədəbi 

nəslin dəyişməsi, gənc cavidşünasların yetişməsi isə öz bəhrəsini 

vermişdir. Gənc cavidşünaslar öz sələflərindən və müasirlərindən 

öyrənə-öyrənə, onların yazıb-yaratdıqlarını mənimsəyə-mənimsə-

yə püxtələşmiş, inkişaf etmiş, Cavid irsinin tədqiqində müəyyən 

xidmət göstərmişlər. Bu baxımdan Zahid Əkbərovun, Timurçin 

Əfəndiyevin, Hüseyn İsrafilovun,  Əjdər  İsmayılovun, Tamilla 

Təhmasibin və başqalarının monoqrafiya və  məqalələri diqqəti 

cəlb edir. 

“Şeyx Sənan”ın  ən yaxşı  tədqiqatçılarından biri olan Zahid 



Əkbərov faciənin tənqid və  tədqiq tarixinə  nəzər salmış, Hənəfi 

Zeynallının, Məmmədkazım  Ələkbərlinin, Cəfər Cəfərovun, 



Úàâèäè õàòûðëàðêÿí 

48 


Məmməd Cəfərin,  Əkbər Ağayevin, Abbas Zamanovun, Mirzə 

İbrahimovun, Georgi Lomidzenin, Yaşar Qarayevin, Məsud 

Vəliyevin (Əlioğlunun) və başqalarının fikirlərini  şərh etmiş  və 

haqlı olaraq yazmışdır: “Ədəbi tənqidin “Şeyx Sənan”  əsərinə 

münasibətini izlədikcə Cavid yaradıcılığını, Cavid irsini həssas 

ürəklə, dərin təhlili təfəkkürlə öyrənən və təbliğ edən tənqidçilə-

rimizin və  ədəbiyyatşünaslarımızın böyük səyini, qayğıkeşliyini 

aydın görürük. Bu yolda qızğın mübahisələr, səhvlər də olubdur. 

Lakin bunlar da həqiqətin parlamasına kömək etmiş, Cavid dra-

maturgiyasının yüksək humanist məzmununun fəlsəfi və estetik 

yüksəkliyinin təsdiqinə gətirib çıxarmışdır.”

1

 



Dünya demonizm poeziyasında  İblis bədii surəti, realizm ilə 

romantizmin sintezi olaraq, görkəmli Azərbaycan dramaturqu 

Hüseyn Caviddə yeni bir yüksək səviyyə qalxır. Hüseyn Cavidin 

İblis surəti dünya demonizm ədəbiyyatında  şər qüvvələrin kon-

kret, substantivləşdirilmiş yeni bədii həllidir – gənc cavidşünas 

Timurçin  Əfəndiyevin apardığı araşdırmaların məntiqi nəticəsi 

belədir. 

Şifahi xalq və klassik dünya ədəbiyyatında, dini kitablarda 

İblis surətinə geniş yer verilmişdir. Bu mövzuda neçə-neçə klas-

sik  əsərlər yaradılmış, dürlü-dürlü əfsanə  və  rəvayətlət uydurul-

muşdur. Belə olan tərzdə Cavidin yaratdığı  İblis surəti mifoloji 

İblisdən və dünya ədəbiyyatında yaradılmış  İblis surətlərindən 

nəyilə  fərqlənir? Cavidin bədii qüdrəti və istedadı  nədədir?.. Bu 

və buna bənzər suallar Azərbaycan filosoflarının, tənqidçi və ədə-

biyyatşünaslarının dünənki nəslini də, bugünkü nəslini düşündü-

rür. Mustafa Quliyev, Abdulla Şaiq, Əli Sultanlı, Məmməd Cəfər, 

Mehdi Məmmədov, Məsud  Əlioğlu, Yaşar Qarayev, Əbülfəz 

İbadoğlu və başqaları bu barədə müxtəlif fikirlər və konsepsiyalar 

irəli sürmüşlər. 

                                                 

1

 Zahid  Əkbərov. “Şeyx Sənan” və  ədəbi tənqid, “Azərbaycan”, 1973, № 11, 



səh. 125. 

Úàâèäè õàòûðëàðêÿí 

49 


Hüseyn Cavidin dramaturgiyası Azərbaycan teatrının reper-

tuarında özünə möhkəm yer tutmuşdur. Teatrşünaslarımız, xüsu-

sən Cəfər Cəfərov, Qulam Məmmədli, Mehdi Məmmədov, 

Tamilla Təhmasib və başqaları Cavid teatrının tədqiqində az iş 

görməmişlər. Lakin Qulam Məmmədli başqa teatrşünaslardan 

fərqli olaraq dramaturqun yalnız Azərbaycan səhnəsində deyil, 

ölkəmizin başqa  şəhərlərində  də tamaşaya qoyulduğu  əsərlər 

haqda qiymətli məlumatlar toplamış, beləliklə, onun dramlarının 

səhnə həyatını işıqlandırmaq sahəsində çox faydalı bir iş görmüş-

dür. Qulam Məmmədli araşdırmalarını dramaturqun əsərlərinin 

yalnız həyat yolunu işıqlandırmaqla məhdudlaşdırmamış, onların 

yazılma tarixini də dəqiqləşdirməyə cəhd göstərmişdir. “Maral”ın 

Bağçasaray və Simferapolda, “İblis” və  “Şeyda”nın Aşqabadda 

göstərilməsi və rolların ifaçıları haqda məlumat vermişdir. Öz 

araşdırmaları ilə kifayətlənməyən teatr tarixçisi belə bir qənaətə 

gəlmişdir ki, gələcək tədqiqatlar Hüseyn Cavid dramlarının səhnə 

və yazılma tarixini daha dəqiq izah edəcəkdir.  

Biz bununla ilgəli dramaturqun pyeslərinin yazılma tarixi 

üzərində dayanmaq istəyirik. Deməliyik ki, cavidşünaslıqda  ən 

dolaşıq və izahına ehtiyac olan məsələlərdən biri onun əsərlərinin 

yazılma tarixinin dəqiqləşdirilməsilə bağlıdır. Bu dolaşıqlıq, bir 

tərəfdən, dramaturqun özündən irəli gəlir. Dramaturqun inqilab-

dan qabaq və sovet dövründə  nəşr etdirdiyi kitabların sonunda 

əsərlərinin yazılma tarixinin siyahısı verilmişdir. Həmin siyahı-

larda onun dram əsərlərinin yazılma tarixi göstərilmişdir. Bunu 

nəzərə almadan Hüseyn Cavidin dram əsərlərinin yazılma tarixini 

dürüst müəyyənləşdirmək çətindir. Siyahıların nəşriyyata müəl-

lifin özünün tərtib edib verməsi şübhə doğurmur.  

Görkəmli teatr tarixçisi Qulam Məmmədli Cavidin bəzi 

tədqiqatçılarına haqlı irad tutur ki, “Afət” 1921-ci ildə dövri mət-

buatda hissə-hissə çap olunduğu halda, bəziləri pyesin yazılma 

tarixini 1922-ci ilə aid edirlər. Hüseyn Cavid çiy əsəri çapa ver-

məzdi. Ona görə də “Afət”in yazılma tarixi 1921-ci ildən götürül-

məlidir. Bununla belə, teatr tarixçisinin öz mülahizələrində  də 

müəyyən dolaşıqlıq vardır. Bu, “Şeyda”nın 1910-1911-ci illərdə, 

“Maral”ın 1911-ci ildə, “Şeyx Sənan”ın 1915-ci ildə, “İblis”in 



Úàâèäè õàòûðëàðêÿí 

50 


1919-cu ildə

1

 yazılmasilə  əlaqədardır. 1925-ci ildə  nəşr edilmiş 



“Şeyda” kitabında “Şeyda”nın 1916-cı ildə, “Maral”ın 1912-ci 

ildə, “Şeyx Sənan”ın 1914-cü ildə, “İblis”in 1918-ci ildə  və 

“Afət”in 1921-ci ildə, 1926-cı ildə  nəşr edilmiş  “Şeyx Sənan” 

kitabında “Şeyda”nın 1916-cı ildə, “Maral”ın 1912-ci ildə, “Şeyx 

Sənan”ın 1914-1915-ci illərdə, “İblis”in 1919-cu ildə və “Afət”in 

1921-ci ildə, yenə  həmin ildə  nəşr olunmuş “Topal Teymur” 

kitabında “Şeyda”nın 1916-cı ildə, “Maral”ın 1912-ci ildə, “Şeyx 

Sənan”ın 1914-cü ildə, “İblis”in 1918-ci ildə, “Afət”in isə 1922-ci 

ildə yazılması göstərilmişdir. Dolaşıqlıq göz önündədir. Gələcək-

də həmin məsələnin üzərinə yenidən dönmək lazım gələcəkdir...

2

 

Cavid teatrı milli teatrımızın parlaq səhifələrindən birini təşkil 



edir. Azərbaycan sovet teatrının qazandığı mühüm nailiyyətlərin 

bir qismi Cavid teatrı ilə bağlıdır. 

Azərbaycan teatrı tarixində Cavid teatrını ilk dəfə dövrüləş-

dirən teatrşünaslardan biri Tamilla Təhmasibdir. O, Cavid teat-

rının Azərbaycan teatrı tarixində tutduğu yeri, inkişafında oyna-

dığı rolu nəzərə alaraq onu üç dövrə bölmüşdür: 1920-1926, 

1926-1935, 1956-cı ildən sonrakı dövr. Görkəmli rejissor Mehdi 

Məmmədovun hazırladığı “Xəyyam” tamaşasını yüksək qiymət-

ləndirən teatrşünasın fikrincə, uzun fasilədən sonra həmin tamaşa 

ilə Cavid teatrının yenidən bərpasında irəliyə uğurlu addım atılır; 

“Xəyyam” tamaşası Azərbaycan teatrının qızıl fonduna daxil olur.  

Mehdi Məmmədovun “Xəyyam” tamaşası Cavid teatrının 

estetik prinsiplərinin səhnədə gerçəkləşdirilməsilə, bədii kamilliyi 

və mükəmməlliyilə seçilir. 

“Şeyx Sənan”, “Knyaz”, “Səyavuş” və “Xəyyam” tamaşa-

larına nəzər salan teatrşünas T.Təhmasib 1932-1933-cü il teatr 

mövsümündə  “Şeyx Sənan”ın dörd rejissor tərəfindən tamaşaya 

qoyulmasını Cavid teatrı tarixində maraqlı hadisələrdən biri sayır. 

O, Cavid teatrının müasir problemləri haqda yazır: “... Cavid 

                                                 

1

 Başqa bir yerdə 1918-1919-cu illərdə. 



2

 Ətraflı bax: Qulam Məmmədli, Cavid dramlarının həyat yolu, “Ədəbiyyat və 

incəsənət”, 12 yanvar 1974. 


Úàâèäè õàòûðëàðêÿí 

51 


irsinə qayğıkeş, həssas münasibət, onun adı ilə bağlı olan dərin 

məzmunlu tamaşaları yüksək məsuliyyət hissi ilə yaratmaq bu 

günün heç də az əhəmiyyətli olmayan problemlərindən biridir.”

1

 



Tamilla Təhmasib müasir Azərbaycan teatrında Hüseyn Cavi-

din ayrı-ayrı  əsərlərinin möhkəm yer tutmasının səbəblərini ay-

dınlaşdırır, Cavid teatrının yenidən bərpası ilə bağlı problemlərə 

toxunur. Müasir tamaşaçıların Cavid şeiri və dramaturgiyasından 

uzaq düşməsini müxtəlif bəhanələrlə izah edənlərə tutarlı cavab 

verir. Biz əminik ki, müasir Azərbaycan teatrında Cavid teatrı 

bərpa ediləcək, iyirmi-otuzuncu illərdə olduğu kimi, tamaşalar 

anşlanqla keçəcək. 

Vilyam  Şekspir və Hüseyn Cavid! Biri Qərbin, o biri isə 

Şərqin böyük dramaturqu, mütəfəkkiri, şair və filosofu. Azərbay-

can dramaturqu ingilis dramaturqunu dərin məhəbbətlə sevirdi, 

onun bədii irsindən bəhrələnmişdi. Bu bəhrələnmə,  ədəbi təsir 

necə olmuşdur?  Şər qüvvələr, insanın nəcib keyfiyyətləri və bö-

yük idealları,  şəxsiyyət və  cəmiyyət arasındakı qarşılıqlı  əlaqə, 

tarixilik və müasirlik, obrazlılıq və bədiilik, konflikt və xarakter, 

faciə  və faciəvilik haqqında onların  ədəbi konsepsiyalarında nə 

kimi oxşarlıq və özünəməxsusluq vardır? Cavidşünasların qarşı-

sında duran aktual problemlərdən biri bu və bu kimi mürəkkəb, 

ancaq vaxtı çatmış məsələlərin araşdırılması ilə ilgəlidir. 

Deməliyik ki, yetmişinci illərdə  həmin problemlər Azərbay-

can sovet ədəbiyyatşünaslarını daha çox maraqlandırmağa baş-

layır. Cavid və Şekspir, Cavid və Göte haqqında məqalələr yazı-

lır. Həmin məqalələrin müəllifi gənc cavidşünas Əjdər İsmayılo-

vun fikrincə, “Şekspirin Yaqosu və Cavidin İblisi bəşər fanta-

ziyasının ilk məhsulu olan şər qüvvənin müxtəlif dövrlərdə ayrı-

ayrı adlar altında verilmiş səhnə təcəssümüdür.” 

Sual oluna bilər: Yaqo və  İblis kimi müxtəlif fəlsəfi düşün-

cəli, müxtəlif tipli, ayrı-ayrı  sənətkar dühasının və  ədəbi epo-

                                                 

1

 Tamilla  Təhmasib. “Cavid teatrı”nın dünəni və bu günü, “Ədəbiyyat və 



incəsənət”, 1 fevral 1975. 

Úàâèäè õàòûðëàðêÿí 

52 


xaların məhsulu olan iki klassik obrazı müqayisə etmək olarmı? 

Əjdər İsmayılov sənət nöqteyi-nəzərindər bu suala müsbət cavab 

verir. “Otello”da Yaqonun, “İblis”də  İblisin – bu iki eybəcər və 

bədxah xislətin bədii  ədəbiyyatda təcəssümünü klassik ənənənin 

və dünya ədəbiyyatının inkişaf qanunauyğunluğunun təsdiqi 

hesab edir. Yaqo və  İblis surətlərinin fəlsəfi konsepsiyalarındakı 

oxşarlığı müəyyənləçdirərək yazır: “Caviddə də, Şekspirdə də şər 

qüvvənin planı insanı  fəlakətlərə salmaqdır. Lakin Yaqonun 

güddüyü niyyət mənsəb və şöhrət mənasında nə qədər kiçikdirsə, 

İblis obrazının ifadə etdiyi fəlsəfi-estetik ideal bir o qədər böyük 

və cahanşümuldur.”

1

 



Azərbaycan ədəbiyyatşünaslığında milli tarixi dramlarımızda 

müasirlik problemlərinin öyrənilməsində müəyyən iş görülmüş-

dür. Bu sahədə  Hənəfi Zeynallının,  Əli Sultanlının, Məmməd 

Arifin, Məmməd Cəfərin, Sokrat Musayevin, gənc tədqiqatçı-

lardan  Əjdər  İsmayılovun, Hüseyn İsrafilovun və başqalarının 

müəyyən xidməti vardır. Lakin bu gün bizim əlimizdə “Azərbay-

can tarixi dramları” (D.Hacıyevin tarixi dramlara aid kitabı ilk 

təşəbbüs kimi diqqəti cəlb edir) və “Azərbaycan tarixi dramla-

rında müasirlik problemi” adlı sanballı bir kitabımız yoxdur. 

Ümumiyyətlə, Azərbaycan tarixi dramlarında tarixilik və müasir-

lik problemlərinin işlənib hazırlanmasında  ədəbiyyatşünasları-

mızın önündə böyük vəzifələr durur. 



Hüseyn İsrafilov Cavidin tarixi dramlarında müasirlik prob-

lemini “Peyğəmbər” və “Topal Teymur” dramları  əsasında araş-

dırmışdır. Onun məqaləsi bir neçə cəhətdən maraqlıdır. Özündən 

əvvəlki tədqiqatçılardan fərqli olaraq, İsrafilov həmin tarixi 

dramlarının meydana gəlməsini Avropa və  Şərq romantizminin 

spesifik  ənənələri ilə bağlamışdır. Həmin  əsərlərin tədqiq, təhlil 

və qiymətləndirilməsində yol verilən nöqsanları, tətbiq edilən 

yanlış metodoloji prinsipləri nəzərə çarpdıraraq yazmışdır: “... 

                                                 

1

 Əjdər  İsmayılov. Cavid və  Şekspir (“İblis” və “Otello” faciələri), “Elm və 



həyat”, 1976, № 9, səh. 22. 

Úàâèäè õàòûðëàðêÿí 

53 


İslam dininin banisi Məhəmməd peyğəmbərin və  məşhur  Şərq 

fatehi Topal Teymurun “vahiməli” və “qorxulu” adları, xüsusilə 

vulqar sosiologizm və ondan sonrakı dövrdə bu əsərlərin huma-

nist mahiyyətini, onlarda bədii həllini tapan və  tərənnüm edilən 

ümumbəşəri idealları açmağa, araşdırmağa mane olmuşdur. Son 

vaxtlarda bu əsərlərdə islam dininin modernizə edilməsi, pey-

ğəmbərin və Topal Teymurun idealizə

1

 olunması kimi həqiqətlə 



heç bir əlaqəsi olmayan mülahizələr söyləyənlər də vardır.” 

Hüseyn İsrafilov tarixi dramlar barəsində birtərəfli, çox halda 

həqiqətə uyğun gəlməyən fikirlər söyləyən tədqiqatçılarla razılaş-

mır, Məmməd Cəfərlə polemikaya girir. 

Tədqiqatçı “Peyğəmbər” və “Topal Teymur” tarixi dramla-

rının yazılmasının başqa bir səbəbini ədəbi ənənə və dramaturqun 

fərdi yaradıcılıq üslubu ilə ilgələyir. Türk ədəbi mühitinin və 

ədəbiyyatının Hüseyn Cavidə  təsirini göstərir, onun ümumi mə-

həbbət haqqında konsepsiyası üzərində dayanır, dünya romantik-

lərinin tarixi keçmişə münasibətlərini aydınlaşdırır. Onun müla-

hizəsinə görə, tarix tarixi hadisələri yenidən canlandırmaq xatirinə 

deyil, bu günün, müasir gerçəkliyin tələblərinə örnək olması ilə 

cəlbedicidir: “... Əlbəttə, başlıca məsələ peyğəmbərin və cahan-

girlərin həyat və  fəaliyyətlərini qələmə almaqda deyil, onları 

mənalandırmaqda, dövr, zaman, yeni nəsillər üçün gərəkli, faydalı 

ola biləcək idealları hansı  cəhətdən, hansı ictimai qüvvələrin 

mövqeyindən əks etdirməkdir.” 

Hənəfi Zeynallı, xüsusən Əli Sultanlının məqalələrindən bəh-

rələnən tədqiqatçı XVI əsrdən başlayaraq Məhəmməd və Teymur-

ləngin həyat və fəaliyyətinin dünya ədəbiyyatı və tarixində diqqət 

mərkəzinə  çəkilməsi məsələsi üzərində dayanır. Avropalı Volter 

və Marlonun həmin  şəxsiyyətlər haqqında yazdıqları tarixi əsər-

ləri  şərqli Hüseyn Cavidinki ilə tutuşduraraq maraqlı  nəticələrə 

gəlir: “... Cavid sübut edir ki, Teymur kimi sərkərdələrin dövlət 

                                                 

1

 “Peyğəmbər”də islam dininin modernizə edilməsi, dramlarda Məhəmməd və 



Teymurun idealizə olunması fikri iyirminci illərdə irəli sürülmüşdür.  

Úàâèäè õàòûðëàðêÿí 

54 


idarəçiliyində, şəhərlər salmaqda, mədəniyyəti, ədəbiyyat və sənə-

ti inkişaf etdirməkdə gördükləri az-çox müsbət fəaliyyətləri dağı-

dıcı müharibələr, qırğınlar qarşısında puç olub gedir, xalqların – 

nəsillərin yaddaşında belələrindən yalnız vahimə törədən bir ad 

qalır.” 

Hüseyn İsrafilov hər iki tarixi əsərin fəlsəfi mahiyyətini, yazı-

çının mütərəqqi ideyalarını  və qayəsini açıb göstərərkən tarixi 

mənbələrə istinad edir, onlarda tarixilik və müasirlik problem-

lərinə toxunur və yazır: “Peyğəmbər mövzusunda dram yazan 

Cavid islam dinini meydana gətirən ictimai-siyasi mühiti, Mə-

həmmədi və onu əhatə edən qəbilə və əyanların həyatını dərindən 

öyrənmişdi. Odur ki, əsərdə təkcə peyğəmbərin şəxsi həyatı deyil, 

bir çox hadisələrin bədii təsviri tarixi həqiqətlərə  və  sənədlərə 

uyğun gəlir...” 

Tədqiqatçı bu nöqtədə  Əli Sultanlı ilə bir mövqedə dayanır. 

Onun Mələk və Skelet rəmzi surətlərinin  şərhi diqqəti cəlb edir. 

Məqalə müəllifinin fikrincə, Skelet insan mənəviyyatının ikiliyilə, 

xeyir və şər əməlləri ifadə edən obraz kimi İblislə birləşir. 

“Teymurun son sözü, öz dövrü üçün nə  qədər tipikdirsə, 

imperializm dövrü üçün də olduqca ibrətlidir.” Bu fikir Əli Sul-

tanlıya məxsusdur. Nədənsə dırnaq arasına alınmamışdır... 

Hüseyn  İsrafilov dramların yazılma tarixinə  də toxunur: 

“Həm “Peyğəmbər”, həm də “Topal Teymur” dramları Azərbay-

canda sosialist inqilabının qələbəsindən əvvəl qələmə alınmış və 

tamamlanmışdır. Lakin Cavid inqilabdan əvvəlki axtarışları  və 

düşüncələri

*

, xüsusilə birinci dünya müharibəsi ilə sıxı bağlı olan 



bu pyeslərini sovet hakimiyyətinin ilk illərində nəşr etdirmişdir...” 

O, sözünə davam edərək yazır ki, “Peyğəmbər” və “Topal Tey-

mur” kimi mürəkkəb fəlsəfi dramları bir-iki ilə yazıb tamamla-

maq ağılasığmaz bir işdir. Öz fərziyyələrini əsaslandırmağa çalı-

şan müəllif “Peyğəmbər”in 1922-ci ildə  mətbəəyə verilməsi

dramaturqun “Afət” və “Azər”in üzərində  işləməsi barəsində 

                                                 

*

 1917-ci ilə qədərki dönəm nəzərdə tutulur. 



Úàâèäè õàòûðëàðêÿí 

55 


Məmməd Cəfərin qeydlərini nəzərə çatdırır. Mən də bu fikirlə 

şərikəm ki, həmin  əsərlər bir-iki ilə yazılmamış, dramaturq bu 

mövzular üzərində azı on-on iki il düşünmüş, axtarışlar apar-

mışdır. Ancaq 1925-1926-cı illərdə buraxılmış üç kitabda onların 

yazılma tarixi göstərilmişdir. “Şeyda”, “Şeyx Sənan” və “Topal 

Teymur” kitablarında “Peyğəmbər”in 1923-cü ildə  qələmə alın-

ması göstərilmişdir. 1925-ci ildə çapdan çıxan “Şeyda” kitabında 

“Topal Teymur”un heç adı yoxdur. Lakin 1926-cı ildə buraxılan 

“Şeyx Sənan” kitabında pyesin 1925-ci ildə, “Topal Teymur”da 

isə 1926-cı ildə yazılması qeyd olunmuşdur.  

Hüseyn Cavid sənəti haqqında böyük ehtirasla, məhəbbətlə 

danışmaq, onun mürəkkəb həyat və yaradıcılığına yeni nəzərlə 

baxmaq, dramaturq haqqında deyilənləri ümumiləşdirməyə  cəhd 

göstərmək – bu, tənqidçi  Qulu Xəlilovun  məqaləsi üçün çox 

səciyyəvidir. Cavid sənətinin milli və beynəlmiləl xarakterindən, 

coğrafi hüdudlarından, ölməzliyindən, orijinallığından və başqa 

spesifik xüsusiyyətlərindən söz açan tənqidçi yazır: “H.Cavid 

sənəti özündə geniş, ümumbəşəri məzmun daşıyan, böyük ictimai 

və  əxlaqi problemlər qoyan, təkcə öz xalqının deyil, Şərq xalq-

larının bir çoxunun arzu və istəyini, dərdini özündə ehtiva edən 

sənətdir. Bütünlükdə Cavid sənəti insana, insanlığa, həm də təmiz, 

saf, zəhmətkeş insana dərin məhəbbət və  ləkəsiz səmimiyyətlə 

doludur. Bu sənətə  əbədi həyat nəfəsi verən də budur. İnsana 

hörmət və məhəbbət motivi Cavid sənətinin ətinə, qanına hopmuş 

elə bir ali keyfiyyətdir ki, bunsuz Cavid dünyasını təsəvvür etmək 

mümkün deyildir.” 



Úàâèäè õàòûðëàðêÿí 

56 


*   *   *  

 

üseyn Cavid Azərbaycan mədəniyyəti tarixində  fəxri 

yer tutan görkəmli sənətkarlardan biridir. Azərbaycan 

KP MK-nın “Hüseyn Cavidin anadan olmasının 100 illiyi haq-

qında” qərarında deyilir: “Hüseyn Cavidin iyirminci-otuzuncu 

illərdə tarixi, inqilabi və  aşiqanə-fəlsəfi mövzularda yazılmış  ən 

yaxşı pyesləri nəinki Azərbaycan, həm də bütün çoxmillətli sovet 

mədəniyyətinin inciləridir...”

1

 

Hüseyn Cavidin mükəmməl tərcümeyi-halı hələlik yaradılma-



mışdır. Onun həyatı və tərcümeyi-halı öz sağlığında Abdulla Şaiq, 

Hənəfi Zeynallı,  Əli Sultanlı  və başqa müəlliflər tərəfindən 

qələmə alınmışdır. 

1960-70-ci illərdə Hüseyn Cavidin nəinki irsinin, həmçinin 

həyatının öyrənilməsində, cavidşünaslığın aktual problemlərinin 

işlənib hazırlanmasında irəliyə yeni addımlar atılır. Görkəmli 

cavidşünas Məmməd Cəfər Cəfərov onun tərcümeyi-halını, 

həyatının Naxçıvan, İstanbul, Tiflis və Bakı dövrlərini daha geniş 

şəkildə qələmə alır. Sonralar isə Əziz Şərifin gündəliyi, Mişkinaz 

Cavidin xatirələri, Qulam Məmmədlinin böyük zəhmət hesabına 

başa çatdırdığı salnaməsi meydana gəlir. Beləliklə, Məmməd 

Cəfər,  Əziz  Şərif, Mişkinaz Cavid, Qulam Məmmədli və başqa-

ları Hüseyn Cavidin həyatının, mükəmməl tərcümeyi-halının 

yaradılmasında böyük və olduqca əhəmiyyətli iş görürlər. 

Son on beş-iyirmi ildə Hüseyn Cavid haqqında çoxlu xatirə 

yazılmışdır. Həmin xatirələr içərisində Mişkinaz Cavidin, Mir 

Mehdi Seyidzadənin, Vahram Alazanın, Camo Cəbrayılbəylinin 

xatirələri,  Əziz  Şərifin gündəliyi və Qulam Məmmədlinin salna-

məsi xüsusilə qiymətlidir. Bunlar şairin mənalı, ağır, məşəqqətli 

həyatı barədə oxucuların təsəvvürlərini daha da genişləndirib və 

zənginləşdirir, bir çox həqiqətin, məlumatın aydınlaşmasına, dra-

                                                 

1

 Azərbaycan KP MK-nın “Hüseyn Cavidin anadan olmasının 100 illiyi 



haqqında” qərarından. “Ədəbiyyat və incəsənət”, 24 iyul 1981. 



Úàâèäè õàòûðëàðêÿí 

57 


maturqun ayrı-ayrı əsərlərinin yazılışı və mətbuatda çap edilməsi 

tarixinin dəqiqləşdirilməsinə imkan verir.  

Hər hansı bir görkəmli  şəxsiyyətin həyatının daha dərindən 

öyrənilməsində xatirə ədəbiyyatının əhəmiyyəti böyükdür. Xatirə 

ədəbiyyatı yazıçının mükəmməl tərcümeyi-halını yaratmaqda, hə-

yatını yazmaqda əsas mənbələrdən biri sayılır. O yazıçının həyat 

və yaradıcılığını, bədii axtarışlarını öyrənməyə, başqa sözlə, mə-

nəvi aləmi və dünyagörüşü ilə daha yaxından tanış olmağa kömək 

edir. 

Azərbaycan KP MK-nın Hüseyn Cavid haqqında qərarı, res-



publikanın yaradıcı  təşkilatlarının və cavidşünasların apardıqları 

işlər müasir oxucuların, gənc nəslin görkəmli şair və dramaturqun 

həyat və yaradıcılığına marağını daha da artırır. Bu, təbiidir. 

Çünki Hüseyn Cavid klassik sənətkardır və onun bədii əsərlərində 

qaldırılan fəlsəfi və  əxlaqi-estetik problemlər bu gün müstəqil 

həyata qədəm qoyan gəncləri, ziyalıları, düşündürüb-daşındırır, 

həyatı yaxşı başa düşməkdə onlara kömək edir. 

Hüseyn Cavid haqqında yazılmış xatirələr vaxtilə dövri mət-

buatda, ayrı-ayrı kitab və jurnallarda çap edilmişdir. Lakin onlar 

pərakəndə haldadır. Həmin xatirələr oxuculara toplu şəkildə bu 

kitabda təqdim olunur. Kitaba Abdulla Şaiqin, Rza Təhmasibin, 

Mişkinaz Cavidin, Turan Cavidin, Mir Mehdi Seyidzadənin, 

Vahram Alazanın, Mehdi Məmmədovun, Camo Cəbrayılbəylinin 

və başqa maarif və mədəniyyət xadimlərinin çap edilmiş xatirələri 

ilə yanaşı, Rəsul Rzanın, Adil İsgəndərovun, Mehdi Məmmədo-

vun, Mirzə İbrahimovun, Şəmsi Bədəlbəylinin, Qulam Məmməd-

linin,  Əli Zeynalovun, Əziz  Şərifin, Kövkəb Səfərəliyevanın, 

Adilə Qasımovanın yeni xatirələri də daxil edilmişdir. Xatirələr 

götürülən kitab, qəzet və jurnalların mənbəyi göstərilir. Xatirə-

lərin sonunda onların yazıldığı tarix, əlbəttə, bizə  məlum olan 

tarixlər, qeyd edilir. 

Kitaba daxil edən xatirələrlə dramaturqun qızı Turan Cavid 

tanış olmuşdur. Biz bəzi müəlliflərin xatirələrindəki fakt və 

məlumatları dəqiqləşdirmiş, şübhəli, inandırıcı olmayan məlumat 



Úàâèäè õàòûðëàðêÿí 

58 


və fikirləri mətndən çıxarmışıq. Bəzi xatirələrin üzərində cüzi 

ixtisarlar aparmışıq. Kitaba Hüseyn Cavidin əldə olan şəkilləri, 

əlyazmalarından nümunələr daxil edilmişdir. 

 


Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin