Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə4/34
tarix02.12.2016
ölçüsü3,51 Mb.
#622
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   34

*   *   *  

Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin ana-

dan olmasından 100 il, ölümündən 41 il keçir. Bu, əzəli, sonu 

görünməyən zamanın bir anıdır. Zaman Hüseyn Cavidi bizdən nə 

qədər uzaqlaşdırırsa, o, bizə bir o qədər yaxınlaşır, doğmalaşır, 

əzizləşir. Bu da təbiidir. Çünki Hüseyn Cavid klassik sənətkardır. 

Onun hər bir sanballı, tutumlu beyti altında bir fikir xəzinəsi yatır, 

ləl-cəvahir yatağı gizlənir. Hər bir ədəbi nəsil onun bədii irsindən 

təzə bir şey öyrədir, yeni bir inci tapır.  Şübhəsiz ki, yeni nəsil 

Hüseyn Cavidi bizdən daha yaxşı qavrayacaq, daha yaxşı sevə-

cək, daha yaxşı öyrənəcək, başqa xalqlara daha yaxşı tanıda-

caqdır. 

Azərbaycan KP MK-nın Hüseyn Cavidin anadan olmasının 

yüz illiyi haqqında qərarına uyğun olaraq dahi sənətkarın müa-

sirlərinin xatirələri, tənqidçi və  ədəbiyyatşünaslarımızın isə üç 

nəslinin məqalələri edilmiş bu kitab oxucular, cavidşünaslar, 

cavidsevərlər üçün gözəl bir hədiyyədir; bütün həyatını  və 

yaradıcılığını öz doğma xalqına, vətəninə, dünyanı  və  sənəti 

sevən insanlara, məhəbbət və gözəlliyə sərf edən, “Mənim tanrım 

gözəllikdir, sevgidir” deyən, onu özünün estetik idealına çevirən 

sənətkara böyük hörmət və ehtiramın əlamətidir. 



1980 

 

 



 

 

 



Úàâèäè õàòûðëàðêÿí 

59 


 

Abbas Zamanov 

Þí ñþç 


 

üseyn Cavid nə  sələflərinə, nə  də 

xələflərinə  bənzəyir. Onun sənət-

də öz səsi, öz nəfəsi, öz dəst-xətti vardır. 

Poeziyada da, dramaturgiyada da o, orijinal-

dır, heç kəsi təkrar etməmiş, heç kəsin təsiri-

nə qapılmamışdır. Yazıb yaratdıqlarının ha-

mısı öz istedadının məhsuludur. Nə yazmış-

dırsa öz vicdanının pıçıltısı ilə yazmışdır. 

Burada mərhum teatrşünas-tənqidçi Cəfər 

Cəfərovun aşağıdakı sözlərini xatırlamaq 

yerinə düşərdi: “Hüseyn Cavid heç bir vaxt 

sənətkar vicdanına xəyanət etməmişdir.” 

Bütün yaradıcılığı boyu Cavid nəyi tərənnüm etmiş, nəyi ax-

tarmışdır? Qoy bu suala yazıçının özü cavab versin: “Əsiri oldu-

ğum bir şey varsa, o da həqiqət və yenə həqiqətdir.” 

Şairin zəngin yaradıcılıq yolunun ümumi pafosu göstərir ki, 

bu etiraf, bu müddəa tamamilə doğrudur. Son dərəcə mürəkkəb 

bir həyat və yaradıcılıq yolu keçən Cavidin ilham pərisi daim hə-

qiqət eşqi ilə qanad çalmış, həqiqət eşqi ilə alovlanıb yanmışdır. 

Həqiqəti axtarıb tapmaq, ona qovuşmaq yollarında bəzən  şübhə-

lər, tərəddüdlər keçirən şairin ilham pərisi bəzən əngin səmalarda, 

tarixin dərinliklərində qanad çalsa da, o, heç bir vaxt öz idealın-

dan – həqiqətdən ayrılmamış, bütün yaradıcılığı boyu onu insan-

lara aşılamağa, həqiqətin çətin yollarını onlarla göstərməyə 

çalışmışdır. 

Bütün böyük sənətkarlar kimi, H.Cavid üçün də  həqiqətin 

ancaq bircə  mənası vardır ki, bu da öz doğma xalqını azad, 

xoşbəxt və mədəni görmək, ana Vətənə xidmət etmək arzusudur. 



Úàâèäè õàòûðëàðêÿí 

60 


Hələ gəncliyində dostlarından birinə

*

 göndərdiyi məktubda Cavid 



yazırdı: “... indi əsl məqsəd Vətənə xidmət, həm də layiqincə 

xidmət etməkdədir.” 

Bu cəhət əsrimizin əvvəllərində təşəkkül tapıb müstəqil ədəbi 

məktəb kimi fəaliyyət göstərən mütərəqqi romantizmin nümayən-

dələrini, o cümlədən Hüseyn Cavidi tənqidi realizmə yaxınlaşdı-

rırdı. O zaman Cavid, Hadi, Səhhət, Şaiq kimi romantiklər yara-

dıcılıqlarının əsas ruhu etibarilə tənqidi realistlərlə demək olar ki, 

bir cəbhədə dayanır, bir ideala xidmət edirdilər. Lakin bəzi tən-

qidçilər o dövrün ədəbi prosesini tədqiq edərkən bunu nəzərə 

almır, romantiklərin, o cümlədən Hüseyn Cavidin yaradıcılığını 

zamanın ümumi ədəbi axarı ilə bağlamayıb təcrid olunmuş 

şəkildə öyrənirlər. Bu kitaba daxil olan bəzi məqalələrdə  də bu 

meyl hiss edilməkdədir. 

Əlbəttə, bu, elmi-metodoloji cəhətdən yanlış yoldur. Bu və ya 

digər sənətkarın yaradıcılığı haqqındakı  tədqiqat o zaman tam 

təsir bağışlayır ki, dövrlə, zamanla, zamanın ümumi ədəbi inkişafı 

ilə sıx əlaqələndirilsin. 

Məlumdur ki, əsrimizin  əvvəllərində  tənqidi realistlərin və 

mütərəqqi romantiklərin yazıb yaratdığı dövr inqilablar dövrü idi. 

Çarizmin, kapitalist və mülkədar cəmiyyətinin siyasi, maddi-mə-

nəvi buxovundan xilas olmaq uğrunda mübarizə  də dövrün baş-

lıca xüsusiyyəti idi. Yaradıcılıq metodlarının müxtəlif olmasına 

baxmayaraq, tənqidi realistlər də, mütərəqqi romantiklər də bu 

mübarizədən kənarda dayanmamışdılar. Onların qabaqcıl nüma-

yəndələri öz qələmləri ilə bu mübarizədə fəal iştirak edirdilər. 

Buna kiçik bir misal gətirək: 



Sabir: 

Vətən uğrunda, millət eşqində 

Bəzli-can et xülusi-niyyət ilə! 

İş apar baş gedərsə qoy getsin... 

Ad qalır, bəs deyilmi, millət ilə?! 

                                                 

*

 Qurbanəli Şərifzadəyə. İ.O. 



Úàâèäè õàòûðëàðêÿí 

61 


Cavid: 

Mayeyi-iftixari həp kişinin 

Vətən uğrunda bəzli-himmətdir! 

Yuxarıdakı misralar hər iki böyük şairin yaradıcılığı üçün 

epiqraf, hətta manifest sayıla bilər. Eyni məqsəd daşıyan hər iki 

sənətkar bu arzunu bədii həqiqətə çevirib oxucunun şüuruna, his-

sinə, duyğusuna aşılamağa çalışırdı, ilhamlarını bu məqsədə 

doğru yönəltmişdilər. 

 

Ey əhli-fəqrü faqə, ver şairə səlalın, 

Dəmdir ki, şair olsun dildadeyi-kəlalın, 

Dəmdir ki, şeiri-nəğzim şərh etsin ərzi-halın 

Gözlərdə cilvələnsin insan kimi camalın, - 

 

deyə meydana atılan Sabir öz manifestini həyata keçirmək üçün, 



sadə  şəkildə desək,  əməli fəaliyyətə girişib hyatın bütün maddi-

mənəvi nemətlərinin yaradıcısı olan “əhli-fəqrü faqə”nin müda-

fiəsinə qalxışır, onun apardığı sinfi döyüşlərə qoşulur, əsrin atılan 

topları ilə birgə  səslənən kəskin ictimai satiraları ilə  “əhli-fəqrü 

faqə”nin mübarizə yollarını işıqlandırır, ona kömək edirdi. 

Cavidin də romantik qəlbi eyni nəcib  əməllərlə döyünürdü. 

Şair “ayaq altında pamal olmuş” Vətənin dərdlərinə acıyır, dəh-

şətə gəlib fəryad qoparırdı: 

 

Daha məhv etdi artıq istibdad, 

Yaxdı zülm atəşinə canımızı! 

Olub hər bir hüququmuza bərbad, 

Dinləməz kimsə əlamanımızı. 

 

Romantik Cavid də real aləmdə hökm sürən rəzalətlərlə barış-



mır, “birər zəncir olan əski adətlərə, dünyada hökmranlıq edən 

ölmüş duyğulara”, bir sözlə, istismar üzərində qurulmuş  cəmiy-

yətə qarşı çıxır, onu didməyə, yıxmağa çağırırdı: 

 


Úàâèäè õàòûðëàðêÿí 

62 


İştə bir meydan ki, istər qəhrəman, 

Hər kimin var meyli etsin imtahan! 

 

Bəs bu qəhrəman kimdir? Şair bu suala cavab verməkdə 



çətinlik çəksə  də, ümidsizliyə, bədbinliyə qapılmırdı. O, cəmiy-

yətin işıqlı  gələcəyinə inanırdı.  İnanırdı ki, gələcəkdə hansı bir 

yenilməz qüvvə isə meydana atılıb həyatda hökm sürən  ədalət-

sizliyə, rəzalətlərə son qoyacaqdır. 

Mövzusu neft fəhlələrinin həyatından alınmış “Məsud və 

Şəfiqə” adlı süjetli şeirində Cavid yaradıcılığının bu xüsusiyyəti 

çox gözəl ifadə edilmişdir. Məsud neft mədənlərində çalışan fəh-

lələrin ağır maddi şəraitdə yaşadığını, bir ovuc tüfeylinin isə on-

ların zəhməti hesabına firavan həyat sürdüyünü söylədikdə  Şəfi-

qəni dəhşət bürüyür. O: 

 

Əvət! O sərvətü saman içində zənginlər, 

Kədər nə... bilməyərək istirahət etsinlər! 

Fəqət zavallı fəqir orta yerdə qəhr olsun. 

Zərərli qazları udsun da yıpranıb solsun. 

Səbəb nə, səhhətə düşmən o nəmli yerlərdə 

Fəqir olan çürüsün! Həq və mədələt nerdə? – 

deyə soruşduqda Məsud belə cavab verir: 

Bu fikrə qarşı nə mazi cavab verdi, nə hal. 

Sənin bu fikrini kəşf eylər ancaq istiqbal... 

 

Bu sətirləri oxuyarkən, inanırsan ki, bədbinlik, inamsızlıq 



Cavid yaradıcılığı üçün tamamilə yaddır. İstiqbalın parlayacağına, 

məhkunların azad və xoşbəxt olacağına inam Cavidin romantikası 

üçün başlıca müsbət keyfiyyətdir. 

H.Cavid yerində sayan, yaşadığı cəmiyyətin inkişafına, zama-

nın hadisələrinə biganə qalan mühafizəkar sənətkarlardan deyildi. 

H.Cavidin yaradıcılıq yoluna nəzər saldıqda biz görürük ki, onun 

yaradıcılığı daim qol-budaq atmış, həmişə inkişafda olmuşdur. 

Şair zamanın ictimai-siyasi hadisələrinə, müasir qələm yoldaş-



Úàâèäè õàòûðëàðêÿí 

63 


larının səsinə həmişə öz bədii metodu, dünyagörüşü cəbhəsindən 

səs vermişdir. 

Əsrimizin

*

 onuncu illərində mütərəqqi Azərbaycan yazıçıları, 



xüsusən, inqilabi-demokratik “Molla Nəsrəddin” jurnalının  ətra-

fında birləşən yazıçılar xalqı geri çəkən feodal-patriarxal adətlərə, 

cəhalət dünyasının əxlaq normalarına qarşı ölüm-dirim mübarizə-

ləri aparırkən H.Cavid bu mübarizəyə biganə qalmadı. Realist-

lərin tənqid hədəflərinə o da romantik cəbhədən atəş açdı. “Ana” 

(1910) və “Maral” (1913) pyesləri buna ən yaxşı misaldır. 

O zaman “Ana” və “Maral” Cavid yaradıcılığında müsbət bir 

hadisə idi. Bu əsərlərin ümumi pafosu Cavidi tənqidi realistlərlə 

daha yaxından bağlayırdı. Cavid romantikasının demokratizmi 

məhz bu əsərlərdə özünü açıq göstərdi. 

Dram sahəsində Cavidin ilk qələm təcrübəsi olan mənzum 

“Ana” pyesi gərgin dramatik xarakterlərdə yaradılmış gözəl bir 

ictimai tablodur. İnsanı alçaldan və eybəcərləşdirən köhnə əxlaqi 

normaların tənqidi bu ictimai tablonun əsas məfkurə xəttidir. 

H.Cavid yaradıcılığının  ən yaxşı  tədqiqatçısı, akademik 

M.Cəfərin düzgün müəyyən etdiyi kimi “Ana” dramında “müəllif 

də  nə  qədər gözəl insani sifətlər varsa, yoxsullarda, sadə adam-

larda tapır; nə qədər mənfi əxlaqi keyfiyyətlər varsa, bunların ço-

xunu hakimlik, ağalıq, bəylik, xanlıq ehtiraslarında görürdü.” Əl-

bəttə, bu, o zaman Cavid yaradıcılığında baş verən sevindirici bir 

hal idi. 

“Ana” pyesindən sonra H.Cavid “Maral” faciəsini qələmə 

aldı. O vaxtadək Cavid yaradıcılığında rüşeym halında özünü 

büruzə verən demokratizm “Maral” əsərində artıq təkmilləşməyə, 

özünü daha aydın, daha real şəkildə göstərməyə başlayır. Bu fikir 

faciənin həm mövzusuna, həm də ideya istiqamətinə aiddir. 

“Maral” pyesində Cavid ailə-məişət münasibətlərində  dərin 

kök salmış köhnə adətlərin törətdiyi faciələri, vəhşilikləri bütün 

mənfilikləri ilə açıb göstərmiş, köhnə  cəmiyyətdə yaranmaqda 

olan işıqlı cəhətləri – qarşılıqlı sevgi, qadın azadlığı, mədəni ailə 

                                                 

*

 XX əsrin. İ.O. 



Úàâèäè õàòûðëàðêÿí 

64 


uğrunda mübarizə meyllərini özünəməxsus cizgilərlə, romantik 

boyalarla qələmə almış, mənalı bir sənət əsəri yaratmışdır. 

“Maral” faciəsinin məfkurə  əsaslarını klassik dramaturgi-

yamızda Cavidədək işlənmiş və o zaman artıq ənənə halını almış 

“atalar və  oğullar” problemi təşkil edir. Sarsılmaqda olan köhnə 

cəmiyyətdən dişləri və dırnaqları ilə bərk tutan “ataları” – Turxan 

bəy, Qazı; qaranlıq mühitdən işıqlı aləmə, mədəni həyata doğru 

qoşan “oğulları” – Cəmil bəy, Maral, Humay, Nadir bəy və 

başqaları təmsil edirlər. 

İstismar, ictimai bərabərsizlik və  cəhalət üzərində qurulmuş 

dünyanın mənfur mücəssəməsi olan Turxan bəyin belə bir fəlsə-

fəsi vardır: “Heç bir hiss, heç bir qüvvət, heç bir yer yox ki, orada 

altun, gümüş rol oynamasın... Dünyanın bütün ləzzəti, bütün səa-

dəti ancaq para ilə əldə edilə bilər. Fəzilət də paradır, insaniyyət 

də...” 

Bu fəlsəfə Turxan bəyin pozulmaz həyat qanunudur. O, hər 



addımında ancaq bu qanuna əsaslanır, hətta oğlunu evləndirmək 

istərkən belə, bu amansız qanunun çərçivəsindən kənara çıxmır. 

Turxan bəyi oğlunun səadəti, seçdiyi qızı sevib-sevməməsi ma-

raqlandırmır. Turxan bəy varlı bir adamla qohum olmaq, bu qo-

humluqdan nə isə bir şey qazanmaq istəyir. 

Turxan bəyin pul və dövlət ehtirası Hacı  Səməd ağanı 

(“Bəxtsiz cavan”) xatırlatmırmı? Vaxtilə Fərhadı təhsildən saxla-

yıb sevmədiyi bir qızla zorla evləndirmək istəyən Hacı Səməd ağa 

da eyni fəlsəfədən çıxış edirdi. 

Azad ruh, azad düşüncə, azad sevgi üçün “allahın iki ayaqlı 

bəlası” kəsilən Turxan bəy cibinin puluna, qolunun zoruna arxa-

lanıb 16 yaşlı Maralı, “maral baxışlı bir mələk” olan füsunkar bir 

qızı sevgilisindən ayırıb özünə arvad edir. Turxan bəy inanır ki, 

var-dövlət, bəzəkli saray, güllü-çiçəkli bağ Maralı  əyləndirəcək, 

onu ram edəcəkdir. Lakin belə olmur. Turxan bəyin sarayı Maral 

üçün zindan kəsilir. Zavallı qız Turxan bəyin “bürüşmüş murdar 

üzünü” görməmək, “könül bulandırıcı  səsini eşitməmək” üçün 

özünə yer tapmır. “Gözəl bahar hər kəsin könlünü açdığı halda, 



Úàâèäè õàòûðëàðêÿí 

65 


Maralı kədərləndirir, rəngarəng çiçəklərin lətif rayihələri onu bo-

ğur, bülbüllərin sevimli nəğmələri sanki ona gülür, sanki onun 

talesizliyinə ağlayır.” Nəhayət, o, cəhənnəm əzabına dözə bilmə-

yib “söz verdiyi, könül verdiyi” sevgilisi  ilə qoşulub qaçmağa ha-

zırlaşarkən vəhşi Turxan bəyin gülləsinə  hədəf olur, həyatla 

vidalaşır. 

Pyes Maralın faciəsi ilə başlayıb Maralın faciəsi ilə bitsə də, 

süjetin mühüm bir hissəsi Cəmil ilə Humayın sevgi macərasına 

həsr edilmişdir. Cəmil öz təbiəti etibari ilə  Fərhadın (“Bəxtsiz 

cavan”) və  Fəxrəddinin (“Müsibəti-Fəxrəddin”) romantik qarda-

şıdır, Humay isə onların xəyalpərvər bacısıdır. Bu gənclərin həya-

ta baxışlarında, rəftarlarında, davranışlarında nə  qədər yaxınlıq 

vardır! 

Müəllif pyesdə faciə ilə bitən Maral-Aslan xətti ilə yanaşı, 

Cəmil ilə Humayın xöşbəxtliklə nəticələnən sevgi macərasını bü-

tün əsər boyu inkişaf etdirib qabarıq planda təsvir etmiş və belə-

liklə, öz mütərəqqi görüşlərini, humanist arzu və istəklərini ifadə 

etmişdir. 

“Maral” pyesində Cavid belə bir məntiqi nəticəyə  gəlmişdir 

ki, pul, dövlət, zorakılıq insanı xoşbəxt edə bilməz. Həyatda ide-

ala qovuşmaq, xoşbəxt olmaq üçün insan öz arzu və istəklərində 

azad olmalıdır.  

Cavid “Maral” faciəsini qələmə alarkən Azərbaycan mət-

buatında “Təsəttüri-nisvan”

1

 ətrafında gedən mübahisə son dərəcə 



kəskinləşmişdi. Bu zaman qadın azadlığı məsələsində Azərbaycan 

ziyalıları bir-birinə zidd olan iki cəbhəyə - mütərəqqi və mürtəce 

cəbhələrə bölünüb mübarizə edirdilər. “Molla Nəsrəddin” jurna-

lının başçılıq etdiyi mütərəqqi cəbhə qadınların qara çadra altın-

dan çıxıb maarif və mədəniyyətə qovuşması, azad sevgi, mədəni 

ailə uğrunda, qadının şəxsiyyətini alçaldan şəriət ehkamlarına qar-

şı  çıxır, mürtəce cəbhə isə islamiyyətin köhnəlmiş  əxlaq norma-

larını inadla müdafiə edirdi. 

                                                 

1

 Qadınların çadra örtməsi. – A.Z. 



Úàâèäè õàòûðëàðêÿí 

66 


Bu zaman H.Cavidin mollanəsrəddinçilərin mövqeyinə keç-

məsi, mühüm müasir əhəmiyyəti olan bir məsələdə realist Azər-

baycan yazıçılarına yaxınlaşıb onlarla bir cəbhədə durması, heç 

şübhəsiz ki, onun yaradıcılığında yeni, mütərəqqi bir addım idi. 

Cavid yaradıcılığında “Maral” faciəsi bir də ona görə  əhə-

miyyətli idi ki, bir zaman şair “Pənbə çərşaf” adlı şeirində çadranı 

gözəllik, ismət rəmzi kimi tərənnüm etmişdi. İndi isə o, bu pyes 

ilə öz köhnə baxışlarından  əl çəkirdi ki, bu da Cavid yaradıcılı-

ğında məfkurə baxımından irəliyə doğru müsbət bir addım idi. 

H.Cavid yaradıcılığının müasir həyata, müasir ictimai hadi-

sələrə münasibətini açmaq üçün onun “Şeyda” faciəsi xüsusilə 

əhəmiyyətlidir. 

“Şeyda” faciəsinin mövzusu Bakının mətbəə  işçilərinin və 

zəhmətkeş ziyalıların həyatından alınmışdı. Cavid bu əsərində 

real həyata daha yaxın gələrək, istismarçı siniflərin vəhşi təbiətini 

sonsuz nifrət hissi ilə təsvir etmişdir. Ədibin yaradıcılığında azad-

lığa, ədalətə çağırış motivləri bu əsərdə artıq sentimental və mü-

cərrəd deyil, konkret məna daşıyır, kəskin səslənirdi. 

Əsərin baş qəhrəmanı Şeyda xəyalpərvər və ziddiyyətli olma-

sına baxmayaraq, kapitalist sinfinə intəhasız kin və nifrət bəsləyir. 

İndi Cavidin romantik qəhrəmanı artıq başa düşür ki, “ədalət, 

həqiqət, mərhəmət” deyə fəryad qoparmaqdan heç bir şey çıxmaz. 

Ədaləti ancaq və ancaq mübarizə ilə, həm də barışmaz mübarizə 

ilə  əldə etmək olar. Şeyda üzünü tətilə hazırlaşan mətbəə  fəhlə-

lərinə tutub deyir: “... insaf, mərhəmət xülyaları ilə sürünəcək 

olsanız, nəticədə zillət və  səfalətdən başqa bir şey” tapmaya-

caqsınız. 

“Şeyda” faciəsində Cavidin romantik qəhrəmanı artıq “hür-

riyyət pərisi” haqqında dumanlı, ritorik söhbətlər açmır, fəhlələrin 

inqilabi çıxışlarına kömək edir, onlar üçün mübariz marş yazır, 

əməyin kapital üzərində  qələbə çalması üçün əlindən gələni 

əsirgəmir. 

“Şeyda” faciəsinə inqilabi pafos aşılayan məziyyətlərdən biri 

də budur ki, əsərin sonunda çar istibdadının devrilməsi xəbəri qar-



Úàâèäè õàòûðëàðêÿí 

67 


lı dağları, qalın meşələri aşıb doğma Azərbaycana da çatır, zəh-

mətkeş kütlələr tərəfindən böyük sevinclə qarşılanır. Bu şad xəbər 

dəmir hasarlardan keçərək zindanlara da nüfuz edir, həbsxanalara 

atılmış inqilabçıların da üzü gülür. Məhbus inqilabçıların biri 

Romanov sülaləsinin süqutunu öz yoldaşlarına bel xəbər verir: 

“Artıq zəncirlər qırıldı. Nəhayət, istibdad heykəli devrildi. Rusiya 

çarlığı məhv oldu. Səadət günəşi parlayır, hüriyyət pərisi gülüm-

səyir. Bu gün məzlumlar üçün ən  şərəfli bir bayram, zalımlar 

üçün ən qorxunc bir intiqam günüdür.” 

Heç bir şübhə yoxdur ki, surətin dili ilə deyilən yuxarıdakı 

sözlər müəllifin inqilaba bəslədiyi şəxsi münasibətin ifadəsi idi. 

Faciədə  bəzən inqilabi pafosun zəifləməsinə baxmayaraq, 

“Şeyda” H.Cavid yaradıcılığında və eləcə də Azərbaycan ədəbiy-

yatı tarixində inqilabi məzmunlu bir dram əsəri kimi diqqəti cəlb 

edir. 

“Maral” və  “Şeyda” faciələri açıq göstərir ki, H.Cavid real 



həyata, müasir demokratik yazıçılara yaxınlaşdıqda,  əsərlərinin 

mövzusunu real həyatdan aldıqda mücərrəd fəlsəfi axtarışlardan, 

ziddiyyətlərdən uzaqlaşırdı. 

Bu əsərlər bir də onu sübut edir ki, vaxtilə “Cavid öz xalqı ilə 

bağlı olmamışdır, Azərbaycanın həyatından yazmamışdır” deyən-

lər səhv edirlər. Bu əsərlər göstərir ki, H.Cavid öz xalqı ilə bağlı 

olmuş, yaradıcılığı ilə onun mədəni inkişafına, ictimai şüur təşək-

külünə müəyyən müsbət təsir göstərmişdir. 

Hüseyn Cavidin tez-tez tarixə müraciət etməsini mənfi bir hal 

kimi qiymətləndirənlər də yanılırdılar.  Əgər H.Cavid Şərqin qə-

dimdən  əbədi dillərdə  gəzən “Şeyx Sənan”  əfsanəsini öz yaradı-

cılıq laboratoriyasının süzgəcindən keçirib, islam dininin ehkam-

larını rədd edən gözəl bir məhəbbət dastanı yaratmışdırsa, heç bir 

qəbahət iş görməmişdir. Eyni sözü müasirliklə səslənən “Knyaz”, 

“Səyavuş” və  nəcib ümumbəşəri duyğular tərənnüm edən 

“Xəyyam” pyesləri haqqında da demək olar. Bu cəhət humanist 

sənətkarın coğrafi sərhəd və milli məhdudiyyət bilməyən yara-

dıcılıq üfüqlərinin genişliyini, bədii təxəyyülünün  əhatəli və 



Úàâèäè õàòûðëàðêÿí 

68 


dərinliyini göstərir ki, biz buna ancaq sevinməliyik. Axı, Cavidi 

Cavid edən, onu böyük sənətkarlar sırasına çıxaran da “Şeyx 

Sənan”, “Səyavuş”, “Xəyyam” kimi sənət inciləridir.  Ədəbiyya-

tımızın qızıl fonduna möhkəm daxil olmuş bu əsərlərlə biz haqlı 

olaraq fəxr edirik. 

Cavidin bəzi tədqiqatçıları çox vaxt unudurdular ki, Cavid 

tarixə müraciət edərkən hadisələrə bu günün gözü ilə baxmış, 

onları müasirlik baxımından mənalandırmışdır. Kim deyə bilər ki, 

“Knyaz”, “Səyavuş”, “Xəyyam” pyeslərində tarixiliklə müasirlik 

üzvi surətdə bağlanılmamışdır? Bunların heç birində tarix kor-

koranə idealizə edilməmişdir.  Əksinə, köhnə dünyanın çürümüş 

əxlaq normaları bu günün dünyagörüşü tələbləri cəbhəsindən 

işıqlandırılıb tənqidə tutulmuşdur. 

Bu prinsipi müəyyən dərəcədə “Topal Teymiu”a da aid etmək 

olar. Bu pyesində  də müəllif köhnəliyin qarşısında kor-koranə 

boyun əyməmişdir. 

Hüseyn Cavidin yaradıcılıq taleyi elə  gətirmişdir ki, o, uzun 

müddət  ədalətsiz tənqidlərə  məruz qalmışdır. Azapçılıq, vulqar 

sosiologiya və  şəxsiyyətə  pərəstişin hökm sürdüyü illərdə Cavid 

ancaq tənqid hədəfi olmuşdur. Özü də elə tənqid ki, onu ortalığa 

çıxarmağa indi adamın üzü gəlmir. Odur ki, bu kitaba əsasən 

ədalətli tənqidi məqalələr və obyektiv elmi tədqiqat  əsərləri 

salınmışdır. Heç şübhəsiz ki, bu kitabda toplanılan əsərlər Hüseyn 

Cavid yaradıcılığının geniş oxucu kütlələri tərəfindən öyrənil-

məsinə yaxından kömək edəcəkdir. 

XX  əsrin ilk illərindən başlayaraq, 1930-cu illərin birinci 

yarısınadək davam edən dövrdə Azərbaycan  ədəbiyyatını, xüsu-

sən Azərbaycan teatrını Cavidsiz təsəvvür etmək mümkün 

deyildir. 

Cavidin Azərbaycan  ədəbiyyatı tarixində tutduğu mövqeyi 

qiymətləndirərkən, nəzərə almaq lazımdır ki, müəyyən ictimai, 

mədəni inkişaf yolu keçən hər hansı bir xalqın ədəbiyyat tarixində 

Sabirlərlə yanaşı Hadilər də olmuşdur, Cabbarlılarla yanaşı, 

Cavidlər də olmuşdur. Nəzərə almaq lazımdır ki, bədii yaradıcılıq 



Úàâèäè õàòûðëàðêÿí 

69 


asfalt döşənmiş hamar yol deyildir ki, hamı onu birbaşa keçsin. 

Bədii yaradıcılıq elə bir mürəkkəb prosesdir ki, onu hərə bir cür 

keçir.  Əgər Sabir XX əsrin mürəkkəb  şəraitindən ustalıqla baş 

çıxarıb, bu prosesi, ümumən, müstəqil yol ilə keçmişsə, yaxşını 

pisdən, gözəlliyi çirkinlikdən həssaslıqla ayırd edə bilmişdirsə, 

Hadi bu yolu dolanbac keçmiş, bəzən ziddiyyətlər içində boğula-

raq, yaxşını pisdən seçməkdə  çətinlik çəkmiş,  öz şəxsi arzula-

rından asılı olmayaraq fikri böhranlar keçirmiş, bəzən ideya 

büdrəmələrinə  məruz qalmışdır. Yaxud,  inqilabdan sonra Cəfər 

Cabbarlı sürətlə yenidən qurulub, sovet platforması tərəfinə daha 

tez keçdiyi halda, Cavid yaradıcılığının məfkurəcə yenidən-

qurulma prosesi tədriclə inkişaf etmiş, o, bu yolu Cabbarlıdan bir 

az sonra başa vurmuşdur. 

Əlbəttə, Hüseyn Cavidin yaradıcılığının müəyyən mərhələ-

lərində yazıçının məlum ziddiyyətləri də olmuşdur. Lakin bunu 

ancaq Cavidin şəxsi ziddiyyətləri kimi izah etmək səhv olardı. Bu 

ziddiyyətləri konkret ictima-siyasi şəraitin mürəkkəbliyindən 

doğan bir hal kimi qiymətləndirmək lazımdır. 

H.Cavid mənalı  həyat və yaradıcılıq yolu keçmiş, insanpər-

vərlik, həqiqət, ədalət, sədaqət, mərdlik, gözəllik kimi nəcib yük-

sək bəşəri keyfiyyətlər tərənnüm edən, istismar dünyasına, dini 

xurafata sonsuz nifrət bəsləyən görkəmli söz ustadıdır, ədəbiyya-

tımıza gözəl səhnə  əsərləri, möhtəşəm faciələr bəxş edən böyük 

humanist sənətkardır. O, inqilabdan sonrakı illərdə marksizm-

leninizm ideologiyasının təsiri altında inkişaf edərək sovet yazı-

çısı olmuşdur. H.Cavid sosializm quruculuğunu alqışlayan, bey-

nəlxalq imperializmi, faşizmi, istila məqsədi güdən müharibələri 

ifşa edən böyük şair və dramaturqdur. Azərbaycan  ədəbiyyatı, 

Azərbaycan teatrı tarixində H.Cavidin özünəməxsus fəxri yeri 

vardır.  

İndi partiya və hökumətin atalıq qayğısı  nəticəsində Hüseyn 

Cavid artıq öz həqiqi qiymətini almışdır. Vaxtilə onun haqsız 

tənqid edilən əsərləri indi böyük tirajlarla nəşr edilib yayılır, biz 

onları maraqla oxuyur, böyük sənətkarı daha dərin, daha çoşğun 

məhəbbətlə sevirik. 


Úàâèäè õàòûðëàðêÿí 

70 


 

 

Íÿøðèééàòäàí



Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin