Modelləşdirmə - (lat. modulus – ölçü, nümunə) –
İdrak obyektlərinin onların modellləri üzərində tədqiq
edilməsi metodur. Real surətdə mövcud olan obyekt və
hadisələrin modellərinin hazırlanması və quraşdırılması;
öyrənilən obyekt və hadisələrin xarakteristikalarının yax-
şılaşdırılması; müvafiq modellərin hazırlanmasının rasio-
nal qaydalarının tapılması; səmərəli idarə olunması təbiə-
tin və sosial gerçəkliyin müəyyən fraqmentlərinin ana-
logiyalar (modellər) əsasında təhlili tədqiqat işində mo-
delləşdirmə metodunun qarşısında duran vəzifələrdir.
Pedaqogika elmində- model metodu qədim tarixə
malik olsa da, müasir dövrdə daha geniş tətbiq olunmaq-
dadır. Tədqiqat prosesində mürəkkəb və çətin obyektləri,
mürəkkəb prosesləri məhz model əsasında öyrənmək
mümkündür.
28
Təcrübənin, sınağın obyekt üzərində deyil, onun
müəyyən surətdə tərtib olunmuş əvəzedicisi üzərində apa-
rılması modelləşdirmədir.
Modelləşdirmə irimiqyaslı tədqiqatların təşkili pro-
sesində reallaşdırılır. Modelləşdirmə metodundan tədris
planının, təlim və ya istehsalat əməyinin, tərbiyə proqra-
mının təşkiilində istifadə olunur.
Pedaqoji proses mürəkkəb obyektdir və onun mode-
lini yaratmaq tədqiqatçının ən mühüm problemlərindən
biridir. Müasir dövrdə yaradılan pedaqoji modellərin
əksəriyyəti didaktik hadisələrə aiddir
Didaktikada model metodu aşağıdakı məsələlərin
uğurlu həlli üçün şərait yaradır:
1. Tədris materialının strukturunun optimallaşdırıl-
ması.
2. Tədris prosesinin planlaşdırılması.
3. Təlim-idrak fəaliyyətinin idarə olunması.
4. Təlim-tərbiyə fəaliyyətinin vəhdətinin təmin olun-
ması.
5. Təlim prosesinin diaqnozlaşdırılması, proqnozlaş-
dırması və layihələşdirməsi.
Monoqrafiya- (yun. monos-tək və grapho- yazı) Bu
və ya digər problem və ya mövzu üzrə aparılmış tədqi-
qatın yekynlarını özündə əks etdirən geniş elmi əsərdir.
Elmi konfransın materiallarını və ya müəssisənin elmi-
tədqiqat işlərini özündə cəmləşdirən böyük elmi topludur.
Monoqrafiya adını almış belə əsərlərdən tədqiqatçı dəyərli
mənbə kimi istifadə edə bilər.
29
Bununla
bərabər
tədqiqatçı-
magistr
özünün
dissertasiyasını
da
İxtisaslaşdırılmış
Elmi
Şuranın
məsləhəti ilə monoqrafiya şəklində çap edə bilər.