Yazır ki, sa «fəqirlərə müjdəni bildirmək üçün»



Yüklə 0.74 Mb.
Pdf просмотр
səhifə1/9
tarix19.06.2017
ölçüsü0.74 Mb.
növüYazı
  1   2   3   4   5   6   7   8   9

LUKANIN  

NƏQL ETD Y  MÜJDƏ  

G R Ş  

«Lukanın nəql etdiyi Müjdə»

  sa Məsihi həm  srailin, həm də bütün 

bəşəriyyətin vəd olunmuş Xilaskarı olaraq təqdim edir. Luka yazır ki,  sa 

«fəqirlərə müjdəni bildirmək üçün» göndərilmişdi. Bu Müjdə insan 

ehtiyaclarını aradan qaldırma yollarını göstərən və insanların qayğısına 

qalan fikirlərlə doludur. Lukanın nəql etdiyi Müjdənin xüsusi 

keyfiyyətlərindən biri də burada olan sevinc əhval-ruhiyyəsidir. Bu, 

xüsusilə, Müjdənin başlanğıcında  sanın gəlişini və sonda  sanın göyə 

qaldırılmasını bəyan edən fəsillərdə təsvir olunur.  sanın göyə 

qaldırılmasından sonra məsihçi imanının artıb-yayılması həmin müəllif 

tərəfindən «Həvarilərin  şləri» kitabında yazılmışdır.  

Buraya daxil olan iki hissə (1-2 və 9-19-cu fəsillər) yalnız bu kitabda təsvir 

olunur. Onlardan biri mələklərin nəğməsi və  sa anadan olanda çobanların 

Onun yanına gəlməsidir. Bu hissələrə həmçinin yeniyetmə  sanın məbəddə 

olması, xeyirxah Samariyalı və itmiş oğul məsəlləri də daxildir.  

Bu Müjdədə dua, Müqəddəs Ruhun fəaliyyəti,  sanın xidmətində 

qadınların rolu və Allahın günahları bağışlaması xüsusilə vurğulanır.  

Kitabın məzmunu:  

1:1-4 Kitabın Teofilə həsr olunması  

1:5-2:52 Vəftizçi Yəhyanın və  sa Məsihin doğulması  

3:1-20 Vəftizçi Yəhyanın xidməti  

3:21-4:13  sanın vəftizi və sınağa çəkilməsi  

4:14-9:50  sanın Qalileyada ictimai xidməti  

9:51-19:27 Qalileyadan Yerusəlimə  

19:28-23:56 Yerusəlimdəki son günlər  

24:1-53 Rəbbin dirilməsi, görünməsi və göyə qaldırılması  

 



Kitabın Teofilə həsr olunması  

Hörmətli Teofil, çoxları aramızda baş vermiş hadisələrin tarixçəsini 



yazmağa cəhd göstərib. 

Ə



vvəldən bəri Kəlamı öz gözləri ilə görənlər və 

Ona xidmət edənlər bu hadisələri bizə nəql etdiyi kimi 

mən də əvvəlcədən 



hər şeyi diqqətlə araşdırıb bunları sənə ardıcıllıqla yazmağı münasib bildim. 

 



Belə ki sən öyrəndiyin şeylərin doğru olduğunu biləsən.  

Vəftizçi Yəhyanın doğulması əvvəlcədən bildirilir  

Yəhudeya padşahı Hirodun dövründə Aviya bölüyündən



a

 olan Zəkəriyyə 

adlı bir kahin var idi. Arvadı da Harun nəslindən idi, adı Elizavet idi. 

Onların hər ikisi Allahın gözündə saleh idi və Rəbbin qoyduğu əmr və 



qaydaların hamısına nöqsansız əməl edirdilər. 

Amma Elizavet sonsuz 



olduğuna görə onların övladı yox idi. Hər ikisinin yaşı çox idi.  

Bir gün Zəkəriyyə öz bölüyünün növbəsində Allahın önündə kahinlik 



xidmətini icra edirdi. 

Rəbbin məbədinə daxil olub buxur yandırmaq üçün 



kahinlik adətinə görə atılan püşk ona düşdü. 

10 


Buxur yandırma zamanı 

bütün camaat məbəddən kənarda dua edirdi. 

11 

Bu vaxt Rəbbin bir mələyi 



buxur qurbangahının sağında durub Zəkəriyyəyə göründü. 

12 


Zəkəriyyə bunu 

görüb təlaşa düşdü və çox qorxdu. 

13 

Mələk isə ona dedi: «Qorxma, 



Zəkəriyyə! Sənin duan eşidildi. Arvadın Elizavet sənə bir oğul doğacaq. Sən 

də onun adını Yəhya

b

 qoy. 


14 

Sən sevinib şadlanacaqsan. Çox adam onun 

dünyaya gəlməsinə görə sevinəcək. 

15 *


Çünki o, Rəbbin gözündə böyük 

olacaq. O, şərab və başqa kefləndirici içki içməyəcək; hələ ana bətnində 

olarkən Müqəddəs Ruhla dolu olacaq. 

16 


O,  srail övladlarının çoxunu Allahı 

Rəbb tərəfə döndərəcək. 

17 *

Ataların ürəklərini övladlarına, itaətsiz adamları 



salehlərin düşüncə tərzinə yönəltmək və Rəbbə hazırlanmış xalqı 

yetişdirmək üçün  lyasın ruhu və qüvvəti ilə Rəbbin önündə gedəcək». 

18 

Zəkəriyyə mələyə dedi: «Mən bunu necə bilərəm? Axı mən çox yaşlıyam, 



elə arvadımın da yaşı ötüb». 

19 *


Mələk ona cavab verdi: «Mən Allahın 

önündə dayanan Cəbrayılam və səninlə danışıb bu müjdəni sənə çatdırmaq 

üçün göndərilmişəm. 

20 


Budur, vaxtında həyata keçəcək sözlərimə 

inanmadığına görə bu yerinə yetən günədək sən lal olub danışa 

bilməyəcəksən».  

21 


Bu vaxt camaat Zəkəriyyəni gözləyirdi və onun məbəddə ləngiməsinə 

heyrət edirdi. 

22 

O isə məbəddən çıxıb xalqla danışa bilmədi. Onlar da 



Zəkəriyyənin məbəddə görüntü gördüyünü başa düşdülər. Zəkəriyyə xalqa 

işarə edirdi və lal olaraq qaldı.  

23 

Zəkəriyyə xidmət vaxtı qurtaranda evinə qayıtdı. 



24 

Bu vaxtdan sonra 

                                                 

 

a



1:5 Aviya bölüyü – məbəd ibadətində xidmət edən kahinlərin 24 

bölüyündən biri idi. Bax: 1Saln. 24:10. 

 

b

1:13 Yəhya – ibrani dilində Rəbb lütf edir. 



 

*

1:15 Say. 6:3 

 

*

1:17 Mal. 4:5-6 



 

*

1:19 Dan. 8:16; 9:21 



 

arvadı Elizavet uşağa qaldı və beş ay evindən çıxmadı. 



25 

O deyirdi: «Bunu 

mənim üçün Rəbb etdi. Bu vaxt O mənə nəzər salıb məni el arasında 

xəcalətdən qurtardı».  



sanın doğulması əvvəlcədən bildirilir  

26 *


Elizavetin hamiləliyinin altıncı ayında mələk Cəbrayıl Allah tərəfindən 

Qalileyadakı Nazaret adlanan şəhərə, 

27 

Davudun nəslindən olan Yusif adlı 



bir kişiyə nişanlanan bakirə qızın yanına göndərildi. Həmin qızın adı 

Məryəm idi. 

28 

Mələk onun yanına gəlib dedi: «Salam, ey lütfə nail olmuş 



qız! Rəbb səninlədir».

c

 



29 

Məryəm bu sözlərdən tam lərzəyə gəldi və 

ürəyində bu salamın nə demək olduğu barədə düşünməyə başladı. 

30 


Mələk 

ona dedi: «Qorxma, Məryəm, çünki sən Allahın lütfünə nail oldun. 

31 *

Sən 


hamilə olub bir Oğul doğacaqsan. Onun adını  sa qoy. 

32 *


O, böyük olacaq və 

Haqq-Taalanın Oğlu adlanacaq. Rəbb Allah Ona atası Davudun taxtını 

verəcək. 

33 


O, Yaqub nəslinin üzərində əbədi olaraq Padşah olacaq və Onun 

Padşahlığının sonu olmayacaq». 

34 

Məryəm mələyə dedi: «Bu necə olacaq? 



Mən heç kişi üzü görməmişəm». 

35 


Mələk cavabında ona dedi: «Müqəddəs 

Ruh sənin üzərinə enəcək, Haqq-Taalanın qüdrəti üstünə kölgə salacaq. 

Buna görə də doğulacaq müqəddəs Övlad Allahın Oğlu adlanacaq. 

36 


Bax 

qohumun Elizavetin də yaşlı vaxtında bətninə oğlan uşağı düşüb. Onu 

sonsuz adlandırırdılar, amma o artıq altı aydır ki, hamilədir. 

37 *


Çünki Allah 

üçün mümkün olmayan şey yoxdur». 

38 

Onda Məryəm dedi: «Mən Rəbbin 



quluyam, qoy mənə sənin dediyin kimi olsun». Mələk onu tərk edib getdi.  

Məryəmlə Elizavetin görüşü  

39 


O vaxt Məryəm tələsik qalxıb Yəhudanın dağlıq bölgəsindəki bir şəhərə 

yollandı. 

40 

O, Zəkəriyyənin evinə girib Elizaveti salamladı. 



41 

Elizavet 

Məryəmin salamını eşidəndə bətnindəki körpə tərpəndi. Elizavet də 

Müqəddəs Ruhla dolub 

42 

uca səslə çığırdı: «Sən qadınlar arasında xeyir-



dualısan, sənin bətninin bəhrəsi də xeyir-dualıdır! 

43 


Bu necə oldu ki, 

Rəbbimin anası yanıma gəlib? 

44 

Bax sənin salamının səsi qulağıma çatanda 



bətnimdəki körpə sevinclə tərpəndi. 

45 


Rəbbin ona dediyi sözlərin yerinə 

yetəcəyinə inanan qadın nə bəxtiyardır!».  

                                                 

 

*



1:26-27 Mat. 1:18 

 

c



1:28 Rəbb səninlədir – bəzi əlyazmalarda Rəbb səninlədir. Sən qadınlar 

arasında xeyir-dualısan 

(Luka 1:42). 

 

*

1:31 Mat. 1:21 



 

*

1:32-33 2Şam. 7:12-16; Yeş. 9:7 

 

*

1:37 Yar. 18:14 



 



Məryəmin həmd ilahisi  

46 *

Məryəm isə dedi:  



47 

«Qəlbim Rəbbi ucaldır,  

Ruhum Xilaskarım Allaha görə şadlanır,  

48 


Çünki O Öz qulunun yazıq halını gördü.  

Bundan sonra bütün nəsillər məni bəxtiyar sayacaq,  

49 

Çünki Qadir Olan mənim üçün böyük işlər etdi,  



Onun adı müqəddəsdir!  

50 


Onun mərhəməti də nəsildən-nəslə  

Ondan qorxanlara göstərilər.  

51 

O, qolu ilə qüdrətli işlər gördü,  



Ürəklərində qürurla düşünənləri pərən-pərən saldı.  

52 


Hökmdarları taxtlarından endirdi,  

Məzlumları yüksəltdi.  

53 

Acları nemətlərlə doydurdu,  



Varlıları isə əliboş yola saldı.  

54-55 *


Rəbb Qulu  srailin imdadına çatdı,  

Ata-babalarımıza əbədi vəd etdiyi kimi  

brahimə və onun nəslinə əbədilik  

Mərhəmət göstərməyi yada saldı».  

56 

Məryəm Elizavetin yanında üç aya yaxın qalıb evinə qayıtdı.  



Vəftizçi Yəhyanın doğulması  

57 


Elizavetin doğmaq vaxtı çatdı. O, bir oğlan doğdu. 

58 


Onun qohum-

qonşuları Rəbbin ona böyük mərhəmət göstərdiyini eşidəndə onunla birgə 

sevindilər. 

59 *


Səkkizinci gün körpəni sünnət etməyə gəldilər. Ona atası 

Zəkəriyyənin adını qoymaq istədilər. 

60 

Körpənin anası isə dedi: «Yox, onun 



adı Yəhya olacaq». 

61 


Ona dedilər: «Axı qohumların arasında belə adı olan 

bir kəs yoxdur». 

62 

Körpənin atasından körpəyə nə ad qoyulmasını işarə ilə 



soruşdular. 

63 


O, bir yazı lövhəciyi istəyib yazdı: «Onun adı Yəhyadır». 

Hamı heyrətə gəldi. 

64 

Həmin o anda Zəkəriyyənin dili açıldı. O, Allaha alqış 



etməyə başladı. 

65 


Qonşuların hamısı qorxuya düşdü. Bütün bu hadisələr 

haqqında Yəhudeyanın dağlıq bölgəsinin hər yerində danışırdılar. 

66 

Bu 


barədə eşidən hər bir kəs fikrə gedib deyərdi: «Bu körpə böyüyüb nə 

olacaq?» Çünki Rəbbin əli onun üzərində idi.  

                                                 

 

*



1:46-55 1Şam. 2:1-10 

 

*



1:54-55 Yar. 17:7 

 

*



1:59 Lev. 12:3 

 



Zəkəriyyənin peyğəmbərliyi  

67 

Körpənin atası Zəkəriyyə Müqəddəs Ruhla dolub belə peyğəmbərlik 



etdi:  

68 


«Alqış olsun  srailin Allahı Rəbbə!  

Çünki Öz xalqına nəzər salıb onları satın aldı.  

69 

O, qulu Davudun nəslindən  



Bizə qüdrətli Xilaskar yetirdi.

d

  



70 

Qədimdən bəri Öz müqəddəs peyğəmbərlərinin vasitəsilə bildirdiyi 

kimi  

71 


Düşmənlərimizdən və bizə nifrət edənlərin əlindən bizi xilas etdi.  

72 


Beləcə ata-babalarımıza mərhəmət göstərib  

Öz müqəddəs Əhdini xatırladı.  

73 

Atamız  brahimə and içdiyi kimi  



Bizə elə güc verdi ki,  

74-75 


Düşmənlərimizin əlindən qurtulub  

Həyatımız boyu qorxmadan Rəbbin önündə  

Müqəddəslik və salehliklə Ona ibadət edək.  

76 *


Ey körpə, sən Haqq-Taalanın peyğəmbəri adlanacaqsan,  

Çünki Rəbbin önündə gedəcəksən,  

Onun yolunu hazırlayacaqsan.  

77 


Onun xalqına günahlarının bağışlanması ilə  

Xilas olunmaları barədə bildirəcəksən.  

78 *

Axı Allahımızın ürəyi mərhəmətlidir,  



Onun bu mərhəmətinə görə  

Ucalarda bizim üçün Günəş

e

 doğacaq ki,  



79 

Zülmətdə və ölüm kölgəsində oturanların üzərinə nur saçsın,  

Ayaqlarımızı sülh yoluna yönəltsin».  

80 


Körpə isə böyüyüb ruhən qüvvətlənirdi və  srail xalqına görünən 

günədək çöldə qaldı.  





sanın doğulması  

(Mat. 1:18-25)  

                                                 

 

d

1:69 Bizə qüdrətli Xilaskar yetirdi – hərfi tərcümədə Bizə xilas buynuzunu 



qaldırdı.

 

 



*

1:59 Lev. 12:3 

 

*



1:78-79 Yeş. 9:2 

 

e



1:78 Günəş – yəni Məsih. 

 



O günlərdə qeysər Avqust bütün Roma ölkəsi üçün siyahıyaalma 

keçirmək barəsində fərman verdi. 

Bu ilk siyahıyaalma Kirini Suriyanın 



valisi olanda keçirilmişdi. 

Hamı siyahıya alınmaq üçün öz şəhərinə 



yollandı.  

Yusif də Davudun əsil-nəslindən olduğuna görə Qalileyanın Nazaret 



şə

hərindən çıxıb Yəhudeyaya, Davudun şəhəri olan Bet-Lexemə yollandı. 

O oraya hamilə olan nişanlısı Məryəmlə birlikdə siyahıya alınmaq üçün 



getdi. 

Onlar orada olarkən Məryəmin doğuş vaxtı çatdı. 



O, ilk Oğlunu 

doğdu. Körpəni bələyib axura qoydu, çünki qonaq evində onlara yer 

tapılmadı.  



Mələklər çobanlara xoş xəbər verir  

O ərazidə sürülərinin yanında gecə növbəsini çəkən çobanlar var idi. 



Onlar çöldə gecələyirdi. 

Birdən Rəbbin bir mələyi onların qarşısında zühur 



etdi və Rəbbin ehtişamı onların üzərinə nur saçdı. Çobanları böyük qorxu 

bürüdü. 


10 

Mələk onlara dedi: «Qorxmayın! Mən sizə bütün xalqı çox 

sevindirəcək bir Müjdə gətirmişəm. 

11 


Bu gün Davudun şəhərində sizin üçün 

Xilaskar doğuldu. Bu, Rəbb Məsihdir. 

12 

Sizə əlamət bu olacaq: axurda yatan 



bələnmiş Körpə tapacaqsınız». 

13 


Qəflətən mələyin yanında Allaha həmd 

edən çoxsaylı səmavi ordu göründü. Onlar belə deyirdi:  

14 

«Ən ucalarda Allaha izzət,  



Yer üzündə Onun razı olduğu insanlara sülh olsun!»  

15 


Mələklər çobanları tərk edib göyə qalxandan sonra onlar bir-birinə dedi: 

«Gəlin Bet-Lexemə gedək və Rəbbin bizə bildirdiyi bu baş vermiş hadisəni 

görək». 

16 


Onlar tələsik getdilər. Məryəmi, Yusifi və axurda yatan Körpəni 

tapdılar. 

17 

Çobanlar Körpəni görəndə Onun haqqında onlara nəql edilənləri 



bildirdilər. 

18 


Bunu eşidənlərin hamısı çobanların sözlərindən heyrətə gəldi. 

19 


Məryəm isə bütün bu şeyləri dərin düşünərək öz ürəyində saxlayırdı. 

20 


Çobanlar bütün gördükləri və eşitdiklərinə görə Allahı izzətləndirib həmd 

edərək geri qayıtdılar. Çünki hər şey onlara söylənən kimi baş vermişdi.  



sanın sünnəti və Allaha həsr edilməsi  

21 *


Səkkizinci gün Körpənin sünnət olunması vaxtı gələndə Onun adını  sa 

qoydular. Bu ad ona ana bətninə düşməzdən əvvəl mələk tərəfindən 

verilmişdi.  

22 *


Musanın Qanununa görə paklanma dövrü tamamlanandan sonra Yusiflə 

                                                 

 

*

2:21 Lev. 12:3; Luka 1:31 



 

*

2:22-24 Lev. 12:6-8 



 

Məryəm Körpəni Rəbbə həsr etmək üçün Yerusəlimə gətirdilər, 



23 *

necə ki 


Rəbbin Qanununda yazılıb: «Bətndən ilk doğulan bütün oğlanlar Rəbb üçün 

müqəddəs sayılsın». 

24 

Həmçinin onlar qurban təqdim etdi, necə ki Rəbbin 



Qanununda əmr olunub: « ki qumru quşu yaxud iki göyərçin balası».  

Ş

imeonun Allaha alqış duası  

25 

O vaxt Yerusəlimdə Şimeon adlı bir adam var idi. O, saleh və mömin idi. 



srailə təsəlli veriləcəyini gözləyirdi və Müqəddəs Ruh onun üzərində idi. 

26 


Müqəddəs Ruh ona əvvəlcədən açıqlamışdı ki, o, Rəbbin Məsihini 

görməyincə ölməyəcək. 

27 

Beləliklə, Şimeon Ruhdan ilham alıb məbədə 



gəldi. Körpənin ata-anası Qanunda qoyulan adətə əməl etmək üçün Körpə 

sanı məbədə gətirəndə 

28 

Ş

imeon Körpəni qucağına götürdü və Allaha alqış 



edərək belə dedi:  

29 


«Ey Pərvərdigar, indi Sənin sözünə görə  

Mən – Sənin qulun arxayın ölə bilərəm.  

30-32 *

Çünki bütün xalqların gözləri önündə hazırladığın xilası,  



Millətlərə aşkar edən nuru,  

Xalqın  srail üçün də izzəti  

Öz gözlərimlə gördüm».  

33 


Körpənin ata-anası Onun barəsində deyilən sözlərə görə heyrətə gəldi. 

34 


Ş

imeon onlara xeyir-dua verib Körpənin anası Məryəmə belə dedi: «Bu 

Körpə  sraildə bir çox adamın yıxılmasının ya ucalmasının səbəbkarı və 

insanların rədd etdiyi bir əlamət olmaq üçün təyin olunub. 

35 

Sənin köksünə 



isə sanki qılınc saplanacaq. Bütün bunlar bir çoxlarının qəlbindəki fikirlərin 

aşkara çıxması üçün olacaq».  



Xannanın peyğəmbərliyi  

36 


Orada Aşer qəbiləsindən olan Penuel qızı Xanna adlı qadın peyğəmbər 

də var idi. O, çox yaşlı idi. Gənc yaşında ərə getmiş, əri ilə yeddi il yaşayıb 

dul qalmışdı. 

37 


Bu, səksən dörd yaşında dul qadın idi. O, məbədi tərk 

etmirdi və oruc tutub dua edərək gecə-gündüz Rəbbə ibadət edirdi. 

38 

Xanna 


da bu zaman yaxınlaşdı və Allaha şükür edərək Yerusəlimin satın alınmasını 

gözləyən bütün adamlara Körpə  sa barədə nəql etməyə başladı.  



Nazaretə qayıtma  

39 *


Yusiflə Məryəm Rəbbin Qanununa əsasən hər şeyi icra edib 

qurtardıqdan sonra Qalileyaya – öz şəhərləri olan Nazaretə qayıtdı. 

40 

Uşaq 


                                                 

 

*



2:23 Çıx. 13:1-2,12 

 

*



2:30-32 Yeş. 42:6-7; 49:6; 52:10 

 

*



2:39 Mat. 2:23 

 

böyüyür, qüvvətlənir və hikmətdə yetkinləşirdi. Allahın lütfü də Onun 



üzərində idi.  

Yeniyetmə  sa məbəddə  

41 *


Hər il  sanın ata-anası Pasxa bayramında Yerusəlimə gedərdi. 

42 


sanın 

on iki yaşı tamam olanda onlar bayram adətinə görə yenə ora getdilər. 

43 

Bayram qurtarandan sonra onlar evə yollandı. Amma yeniyetmə  sa 



Yerusəlimdə qaldı, onun ata-anasının isə bundan xəbəri yox idi. 

44 


Onlar 

sanın səyyahlar dəstəsi içində getdiyini düşünürdülər. Amma bir günlük 

yolu gedəndən sonra Onu dostların və qohumların arasında axtarmağa 

başladılar. 

45 

Onu tapmadılar və axtara-axtara Yerusəlimə qayıtdılar. 



46 

Üç 


gündən sonra Onu məbəddə tapdılar.  sa müəllimlər arasında oturmuşdu və 

onlara qulaq asır, suallar verirdi. 

47 

Onu dinləyən hər kəs Onun zəkasına və 



verdiyi cavablara mat qalırdı. 

48 


Ata-anası Onu görüb təəccübləndi.  sanın 

anası Ona dedi: «Oğlum, bu nədir başımıza gətirdin? Atanla mən nigaran 

qalıb səni axtarırdıq». 

49 


sa onlara cavab verdi: «Məni nə üçün axtarırdınız? 

Məgər bilmirdiniz ki, Mən Atamın evində olmalıyam?» 

50 

Amma onlar Onun 



nə demək istədiyini başa düşmədilər. 

51 


Sonra  sa ata-anası ilə Nazaretə 

qayıtdı. O, ata-anasına itaətli idi. Onun anası isə bütün bu şeyləri öz ürəyində 

saxlayırdı. 

52 *


sa böyüyürdü və hikmətdə artırdı. O, Allahın və insanların 

qarşısında lütf qazanırdı.  





Vəftizçi Yəhyanın gəlişi  

(Mat. 3:1-12; Mark 1:1-8; Yəh. 1:19-28)  

Qeysər Tiberinin hakimiyyətinin on beşinci ili idi. O dövrdə Ponti Pilat 



Yəhudeyanın valisi idi. Hirod

f

 Qalileyada, qardaşı Filip  tureya və Traxonitis 



bölgəsində, Lisaniya Abileniyada hökmranlıq edirdi. 

Xananla Qayafa baş 



kahin idi. O vaxt çöldə Zəkəriyyənin oğlu Yəhyaya Allahın kəlamı nazil 

oldu. 


O da  ordan çayının ətrafındakı bütün bölgəni dolaşaraq insanların öz 

günahlarının bağışlanması üçün tövbə edib vəftiz olunmasını vəz edirdi. 

4 *


Necə ki Yeşaya peyğəmbərin kitabında yazılıb:  

«Səhrada nida edənin səsi gəlir:  

                                                 

 

*



2:41 Çıx. 12:1-27; Qanun. 16:1-8 

 

*



2:52 1Şam. 2:26; Sül. 3:4 

 

f



3:1 Hirod – bu Hirod  sanın anadan olan vaxtında hökmranlıq edən padşah 

Hirodun oğludur. 

 

*

3:4-6 Yeş. 40:3-5 



 

“Rəbbin yolunu hazırlayın,  



Onun keçəcəyi yerləri düz edin.  

Hər dərə yüksəldiləcək,  



Hər dağ və təpə aşağı endiriləcək,  

Yoldakı əyriliklər düzələcək,  

Kələ-kötür yerlər hamar ediləcək.  

Bütün bəşər Allahın xilasını görəcək”».  



7 *

Yəhya vəftiz olunmaq üçün yanına gələn camaata deyirdi: «Ey gürzələr 

nəsli! Üzərinizə gələcək qəzəbdən canınızı qurtarmağı sizin beyninizə kim 

yeridib? 

8 *

ndi isə tövbəyə layiq bəhrələr verin. Ürəyinizdə “atamız 



brahimdir” deməyə başlamayın. Mən sizə deyirəm ki, Allah bu daşlardan 

brahimə övlad yaratmağa qadirdir. 

9 *

Artıq balta ağacların dibində yatır. 



Beləliklə, yaxşı bəhrə verməyən hər ağac kəsilir və oda atılır».  

10 


Camaat ondan soruşurdu: «Bəs biz nə edək?» 

11 


Yəhya onlara belə cavab 

verdi: « ki köynəyi olan birini köynəyi olmayana versin. Həmçinin yeməyi 

olan adam da olmayanla bölüşsün». 

12 *


Vergiyığanlar da vəftiz olunmaq 

üçün onun yanına gəlib soruşdular: «Müəllim, biz nə edək?» 

13 

Yəhya onlara 



dedi: «Sizə tapşırılan məbləğdən artıq vergi yığmayın». 

14 


Bəzi əsgərlər də 

gəlib ondan soruşdular: «Bəs biz nə etməliyik?» Yəhya da onlara cavab 

verdi: «Heç kimdən zorla pul almayın, nahaq yerə ittiham etməyin, aldığınız 

maaşla kifayətlənin».  

15 

Xalq ümidlə gözləyirdi və hamı ürəyində Yəhya haqqında öz-özündən 



soruşurdu: «Görəsən bu, Məsihdirmi?» 

16 


Yəhya onların hamısına belə cavab 

verdi: «Mən sizi su ilə vəftiz edirəm, amma məndən daha Qüdrətlisi gəlir. 

Mən Onun çarıqlarının bağını açmağa belə, layiq deyiləm. O sizi Müqəddəs 

Ruhla və odla vəftiz edəcək. 

17 

Öz xırmanını sovurmaq və taxılı anbarına 



toplamaq üçün kürəyi əlində hazırdır. Küləşi isə sönməz odda yandıracaq».  

18 


Yəhya çoxlu başqa öyüd-nəsihət verərək xalqa Müjdəni vəz edirdi. 

19 *


Amma Yəhya hökmdar Hirodu qardaşı arvadı Hirodiyanı aldığına və 

etdiyi hər cür pis işlərə görə məzəmmət etdikdə 

20 

Hirod etdiyi bütün pis 



işlərə bunu da əlavə edərək Yəhyanı zindana saldırdı.  


: text -> ntnorth
text -> Законные основания и моральные нормы пересадки внутренних органов в современной России
text -> In advanced industrial countries prenatal testing in order to
text -> Infectious diseases and pediatrics
text -> Defensive & competitive bidding overcalls (Style; Responses; 1/2 level; Reopening) Style
text -> History of Mosquito-Borne Disease Modeling, 1897-1969
text -> The patient can be very anxious and fearful of their condition and of death
text -> O’zbekiston respublikasi sog’liqni saqlash vazirligi toshkent tibbiyot akademiyasi «Teri va tanosil kasalliklari»
text -> Tarım ve Köyişleri Bakanlığından : Organik Tarımın Esasları ve Uygulanmasına İlişkin Yönetmelik
ntnorth -> Mattanin nəql etd y müJDƏ g r ş «Mattanın nəql etdiyi Müjdə»
ntnorth -> Peter n k nc məktubu g r


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə