Yemək və İÇMƏKDƏ halal və haram toplayan və TƏRTİb edən k. HÜSeyn kitabin büTÜn haqlari qorunur



Yüklə 387.44 Kb.
səhifə3/4
tarix08.12.2016
ölçüsü387.44 Kb.
1   2   3   4

BƏZİ ŞÜBHƏLƏRİN AYDINLAŞDIRILMASI

Bəzi insanlar təqva əlaməti olaraq şübhəli şeylərdən qaçmaq məqsədilə böyük günah sahiblərinin kəsdikləri heyvanların ətlərini yeməyi qadağan edirlər. Bu da dində ifrata varmaqdır ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizi bundan çəkindirmişdir. Ənəs – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Asanlaşdırın çətinləşdirməyin, sevdirin nifrət etdirməyin”. Buxari. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Dində çox ifratdan (şişirtməkdən) çəkinin. Həqiqətən sizdən əvvəlkiləri dində çox ifratçılıq (şişirtmək) məhv etdi”. Nəsəi 4/49, İbn Məcə 3/29, Əhməd 1/215, əl-Albani Səhih. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “İfrata varanlar məhv oldular”. Müslim 2670, Əbu Davud 4608.

İbn Teymiyyə rahmətullahi aleyhi - deyir ki: “Dində çox ifrat – sözləri ümumidir və özündə bütün növ ifratçılığı əhatə edir. Bu da istər etiqadda, istərsə də əməllərdə olsun”. “İqtida” 1/328. Hafiz İbn AbdulBər – rahmətullahi aleyhi - deyir ki: “Müsəlman bir imsənin kəsdiyi hər bir şeyi yemək icazəlidir və hesab etmək lazımdır ki, o Allahın adını zikr edərək kəsmişdir. Çünki müsəlman haqqında əksi sübut olunana qədər yaxşıdan başqa heç bir şey düşünmək olmaz”. “Neylul Əvtar” 4/327.

Ətin halı onu kəsənin halından aslıdır. Əgər heyvanı kəsən kimsə müsəlmandırsa və onu İslamdan çıxardacaq (açıq-aydın) bir küfr, şirk əməli yoxdursa, həmçinin onun kəsdiyi heyvanın üzərində Allahın adını zikr edib, etmədiyi bilinmirsə bütün alimlərin ittifaqı ilə belə bir əti yemək olar. “Əhkamul Zəbh” 57.

Əhli Sünnə Vəl Cəmaat əqidəsinin əsaslarından biri də budur ki, onlar cahil və təvilçi bir kimsənin küfrə aparan bir əməl etməsi halında – tərk edənin kafir olmasına səbəb təşkil edəcək olan – dəlili ona qarşı ortaya qoymadıqca İslam dinindən çıxdığını söyləməzlər. Onlar yenə də qəlbi iman ilə dolu olub onunla rahat və hüzur tapması ilə məcbur edilən bir kimsəni də küfrə aparan bir əməl etməsiylə və ya sözüylə dindən çıxdığını söyləməzlər. Çünki küfrün əsası qəstli olaraq yalanlamaq, küfrdən qəlbən razı olmaq, küfrə inanmaq, küfrdən sevinmək və rahatlıq hiss etməkdir. Necə ki, kafir imanı küfrdən üstün tutmadıqca mömin olmaz, eləcə də mömin məqsədli şəkildə küfrü imandan üstün tutmadığı halda müsəlmanların rəyinə görə kafir sayılmaz. Kitab və Sünnədən bir işin küfr olduğunu ortaya qoyan bir dəlil olmadığı müddətdə kimsənin kafir olduğuna hökm etməzlər. Bir kimsə bu hökm üzərə öləcək olarsa işi Uca Allaha qalmışdır. Dilərsə ona əzab edər, dilərsə onu bağışlayar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Allah kimə bir əməl qarşılığı savab vəd etsə Allah onu şübhəsiz ki, yerinə yetirəcəkdir. Kimə də bir əməl qarşılığında cəza vəd etsə Allah onda ixtiyar sahibidir (istəsə ona əzab verər, istəsə onu bağışlayar)”. Əbu Yəla “Musnəd” 3316, İbn Əbi Asim “Sünnə” 960, əl-Albani “Səhih Hədislər Silsiləsi” 2463. Belə bir kimsəyə qarşı haqq açıqlanmadığı müddətdə, onun haqqında belə hökm verməzlər. Haqqın açıqlanması isə ona qarşı dəlilin ortaya qoyulması və şübhəsinin aradan qaldırılması ilə olur.Müəyyən bir kimsəni də yalnız lazımı şərtlərin gerçəkləşməsindən və maneələrin ortadan qalxmasından sonra təkfir eərlər. Qəti plaraq müsəlman olduğu sabit olan kimsənin bu müsəlmanlığı şübhə ilə ortadan qalxmaz – şəkilindəki Sələfi qaydalarının işığında Sələfi Saleh hərəkət etmiş və bu baxımdan insanları təkfir etməkdə insanlar arasında ən uzaq kimsələrdir.

Şeyx Saleh Əli Şeyx – hafizahullah - deyir ki: “(Bu alim namazı tənbəllik ilə tərk edəni (buraxanı) kafir sayanlardandır) Bir kimsənin sadəcə namazı tərk etdiyinə görə Dindən çıxdığı hökmü verilməz. Lakin ümumi olaraq deyilir ki: Kim namazı tərk edərsə - Kafirdir. O, ki qaldı fərdi (müəyyən) şəxsə onu küfrdə ittiham etmək və kafirlərə tətbiq olunan qaydaları onun üzərinə tətbiq etmək üçün vacibdir ki, bu qərarı qazı versin. Çünki Qazı ondan bütün şübhələri dəf edir, onu tövbə etməyə çağırır o, namaza başlayana qədər”. “Şərh 40 Hədis” 21. Burada daha bir fayda da vardır: Qazı namaz qılmayan bir müsəlmanı namaza dəvət etməsi dəlildir ki, namaz qılmayan kafir deyildir. Çünki kafiri namaza yox, İslama dəvət edirlər. İmam Təhavi – rahmətullahi aleyhi - deyir ki: “Namazı tərk edənin (qılmayanın) kafir olmadığına dəlil odur ki, biz kafirə namaz qılmasını əmr etmirik. Əgər namazı tərk edən (qılmayan) kafir olsaydı biz ona İslamı qəbul etməsini əmr edərdik. Əgər İslamı qəbul etsə ondan sonra biz ona namaz qılmasını əmr edərik. Lakin biz belə etməyib ona namaz qılmasını əmr edirik. Çünki o, namaz əhlindən sayılır”. “Muşkukl Əsar” 4/228.

Şeyx Useymin – rahmətullahi aleyhi - deyir ki: “(Əgər söhbət müəyyən şəxsdən gedirsə) Qadağandır bir kimsəni müşrik, kafir və ya lənətlənmiş adlandırmaq bu əməllərinə görə. Çünki bunun öz şərtləri və maneələri vardır. Buna görə də müəyyən şəxsi hansı ki, qazancı rüşvətdəndir lənətləmirik. Çünki ola bilər ki, elə şeylər vardır ki, o lənətin ona gəlməsinin qarşısını alır məs: cahillik və şübhə. Həmçinin şirk də belədir. Biz müəyyən bir insanı şirk etdiyinə görə müşrik adlandırmırıq. Ola bilər ki, ona dəlilin çatmaması və ya onun ətrafında yaşayan alimlərin səhlənkarlığından dəlillər çatmayıb. Alimlərin bu məslədə biganəliyi qadağan edir müəyyən bir şəxsə kafir deməyə… Ölüdən bir şey istəmək şirkdir, lakin müəyyən bir şəxsi bu əməlinə görə müşrik adlandırmaq qadağandır ta ki, hüccətin ona çatdığı bizlərə bəlli olana qədər”. “Şərh Kitabu Tovhid” 29-30.

İbn Teymiyyə – rahmətullahi aleyhi - filan sözü deyən kafir olur – sözü barəsində deyir ki: “Həqiqətdə məsələ belədir: Ola bilər deyilən söz küfr olsun və belə bir söz deyən insanın ümumi ifadələrlə kafir olması deyilsin. Məs: Kim belə deyərsə o, kafirdir. Lakin bunu deyən fərdi insanın kafir olmasına hökm vermək olmaz. Bunun üçün hüccət çatdırılmalıdır. Elə bir hüccət ki, ona qarşı çıxan artıq kafir olar. Bu qayda Qurani Kərimin əzab vəd edən ayələrinə aiddir: Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (Qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər”. (ən-Nisa 10). Bu və digər belə əzab vəd edilən ayələr haqdır. Lakin müəyyən bir insanın belə əzaba düçar olmasını demək olmaz. Ümumiyyətlə Qiblə əhli sayılan müəyyən bir insanın Cəhənnəmlik olmasına şahidlik edilməz. Çünki ola bilər onun barəsində əzabın haqq olmasına aid şərtlər tamamlanmasın, yaxud bu əzaba mane olan səbəblər olsun. Məs: Etdiyi əməlin haram olmasını eşitməyib, tutduğu haram işdən tövbə edib, ola bilər qazandığı böyük savablar etdiyi haram işin günahını yusun, həmçinin ola bilər ki, başına gələn müsibətlər günahının bağışlanmasına səbəb olsun və ya Allahın razılıq verdiyi kimsə ona şəfaətçi olsun. Deyilən insanı kafir edən sözlər də belədir. Ola bilər kimsə haqqı bilməsi üçün şəriət dəlilləri yetişməyib, yaxud da ola bilər ona çatıb, lakin onların mötəbərliyinə əmin olmayıb, bəlkə onları başa düşmək imkanı olmayıb və ya onun qarşısına qoyulan şübhələrə görə Allah onu üzürlü saysın. Haqqı axtarmaq üçün ictihad edib səhf nəticəyə gələn hər bir müsəlmanın səhfini Allah bağışlayır. Bunun elmi və ya nəzəri məsələlərdə olmasının fərqi yoxdur. Bu Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələrinin və bütün İslam alimlərinin görüşüdür. Onlar inkar baxımından əməlləri hissələrə bölməmişlər. Əsas əməlləri inkar edənin kafir, ikinci dərəcəli əməlləri inkar edənin isə kafir olmaması görüşünü dəstəkləmşlər”. “Məcmuu Fətava” 23/345-346. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: “Mən Allahın Ərşi üzərində olmasını qəbul etməyən Hülulilərdən – Allahın hər bir insanın daxilində olmasını deyən azğın firqə - və inkarçılardan olan Cəhmilərin fitnəsi baş verən zaman onlara deyərdim. Əgər mən sizin dediklərinizi desəm mən kafir olaram. Çünki sözlərinizin küfr olduğunu bilirəm. Sizi isə kafir hesab etmirəm. Ona görə ki, cahilsiniz. Bu müraciət onların alimlərinə, qazılarına, şeyxlərinə və başçılarına ünvanlanmışdır. Onların cəhalətlərinin əsli əqli şübhələr üzərində qurulmuşdur. Buna səbəb səhih nəql və ona müvafiq olan sağlam düşüncəni dərk edə bilmədikləri olmuşdur. Ona görə də onların cəhalətlərinə və iftiralarına eyni tərzdə kafir adlandırmaqla cavab vermərik”. “Raddu aləl Bəkri” 2/493.

Muhəmməd b. AbdulVahhab – rahmətullahi aleyhi - deyir ki: “Biz AbdulQadirin qübbəsindəki bütə sitayiş edən kimsələri, həmçinin Əhməd Bədəvinin qəbrinə ibadət edən kimsələri cahillikləri və onlara bu əməllərinin səhf olmasını başa salacaq insanlar olmadığı üçün onları təkfir etmirik. Bizi təkfir etmədiyi və bizimlə savaşmadığı halda Allaha şərik qoşmayan şəxsləri bizə hicrət etmədi deyə necə kafir adlandıra bilərik? Subhənəllah! Bu bizə qarşı olan böyük iftiradır”. Dəhlan “Siyanətul İnsan” 449. Muhəmməd b. AbdulVahhab – rahmətullahi aleyhi – ondan: “Bir kimsə hansı günahdan ötrü təkfir edilir və hansı günahdan ötrü onunla döyüşlür deyə soruşan bir kimsəyə verdiyi cavabıda deyir ki: “İslamın rükunları beşdir. Bunların ilki Şəhadət Kəliməsidir. Sonra digər rükunlar gəlir. Bu rükunları bir kimsə iqraq etdiyi halda təmbəllik səbəbilə tərk edərsə, biz o, kimsə ilə rükunu tərk etdiyindən ötrü döyüşsək də, onu öldürsək də əsla təkfir etmərik. Fərziyyətini inkarsız təmbəllik səbəbilə bir rükunu tərk edənin küfründə alimlər ixtilaf etmişlər. Bütün alimlərin, küfründə icma etdikləri şeyi biz də təkfir edirik. O, da şəhadət kəliməsidir”. “əd-Durus Səniyyə” 1/70.

Müsəlman bir kimsənin kəsdiyi əti yemək olmaz demək, eynilə onu təkfir etmək deməkdir. Buna görə də bir kimsəni küfrdə ittiham etmək, müşrik, kafir, fasiq, bidətçi və s. demək təhlükəli məsələlərdəndir və bu məsələdə şübhələr aradan qaldırılmadıqca və maneələr dəf edilmədikcə bir kimsəyə hüccət qaldırmaq olmaz. Lakin hüccəti də dünənki fasiq, günahkar qaldırmamalıdır. Bunu edən Qazı olmalıdır.



Günümüzdə olan təkfir əhli sağa-sola istədiklərini kafir, münafiq, fasiq adlandırırlar. İstədiyinə münafiq adını verir, istədiyindən də münafiq adını qaldırır. Sünbhənəllah! Peyğəmbər – sallallahu aleyhi və səlləm – Allah ona xəbər vermədikcə heç kəsin münafiq olduğunu bilmirdi. Əbu Bəkr, Ömər – radıyallahu anhum - kimi səhabələr münafiqləri tanımırdılar. Ömər – radıyallahu anhu – kimi səhabə Huzeyfə b. Yəmən – radıyallahu anhu - ya deyərdi: “Ey Huzeyfə! Allah haqqı üçün söylə, Peyğəmbər – sallallahu aleyhi və səlləm – onlar arasında mənim adımı zikr edibmi?”. Huzeyfə: “Xeyr, lakin səndən sonra heç kimsəyə bu haqda bir şey söyləməyəcəyəm” deyə cavab verdi. “Fəthul Bəri” 1/109. İnsanların qəlblərinə girin oradan xəbər verməyi ilk dəfə onların babaları Zul Xuveysrə qoymuşdu. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə: “Ey Muhəmməd! Allahdan qorx, adil ol!” demişdir. Buxari, Müslim.

Həmçinin: Bəzi kimsələr şübhə salaraq deyirlər ki: “Günümüzdə olan Kitab Əhli - əvvəlki Kitab Əhli kimi deyildir. Çünki onlar heyvanı Oğul, Ata və Müqəddəs ruh naminə kəsirlər. Onda belə bir sual çıxır. Məgər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in dövründə yaşayan Kitab Əhli qeyri adi idi? Onlar da Oğul, Ata və Müqəddəs ruh deyirdilər. “Allah üçün (üç ilahinin) üçüncüsüdür!” – deyənlər, əlbəttə, kafir olmuşlar. Halbuki bir olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara, şübhəsiz ki, şiddətli bir əzab üz verəcəkdir (toxunacaqdır)”. (əl-Maidə 73). “Yəhudilər: “Üzeyr Allahın oğludur”, xaçpərəstlər də: “Məsih (İsa) Allahın oğludur”, - dedilər. Onların ağzında gəzən bu (boş) sözlər daha öncə küfr edənlərin (“mələklər Allahın qızlarıdır” - deyənlərin) sözlərinə bənzəyir. Allah onları öldürsün! (Allah onlara lənət eləsin!) Necə də (yalana uyub haqdan) döndərilirlər!”. (ət-Tövbə 30).

Həmçinin: Onlar deyirlər ki, kəsdikləri heyvanların ətlərinin yeyilməsinə icazə verilən Kitab Əhli - İsrail övladlarıdır. İmam ət-Təbəri – rahmətullahi aleyhi - deyir ki: “İmam Şafii nin bu ayənin: “Kitab Əhlinin yeməkləri sizə halal edildi” təfsirində dedikləri xətadır. O, qeyd edir ki, bu ayədə qəsd olunan Yəhudi və Xaçpərəstlər, Tövrat və İncil nazil olmuş İsrail övladlarından olan kimsələrdir. Lakin səhih odur ki, Adəm övladının nəslindən gələn istənilən Yəhudi və Xaçpərəst millətinin kəsdikləri heyvanların ətlərini yemək olar (Dinimizin icazə verdiyi heyvanlar)”. “Təfsir ət-Təbəri” Maidə 5.

Həmçinin: Əli – radıyallahu anhu – da Nəsrani olan Bəni Təqib qəbiləsinin kəsdikləri heyvanların ətlərini yeməyi qadağan edirdi. O, deyirdi: “Nəsrani olan Bəni Təqlib qəbiləsinin kəsdikləri heyvanların ətlərini yeməyin”. Təbəri 8897. Əli – radıyallahu anhu – belə hesab edirdi ki, bu qəbilə Kitab Əhlinin dininə layiqincə itaət etmirdilər. Kitab Əhlinin halal və haramımı, Halal və haram saymırdılar. Lakin buna baxmayaraq İbn Abbas, Həsənul Bəsri, İkrimə, Şabii, Zuhri, Ata, Qatadə - Allah onlardan razı olsun – Nəsrani olan Bəni Təqlib qəbiləsinin kəsdikləri əti yeməyi və qadınları ilə evlənməyi halal görürdülər. “Təfsir ət-Təbəri” 5/169. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: “Səhabələrin çoxluğu Nəsrani olan Bəni Təqlib qəbiləsinin kəsdikləri ətlərin yeyilməsini icazəli hesab ediblər və Əli – radıyallahu anhu – dan başqa bu əməli qadağan edən bir kimsə də yoxdur. Alimlər belə bir qərara gəliblər ki, bu məsələdə ən gözəl rəy Ömər və İbn Abbas – radıyallahu anhum – un, Bəni Təqlib qəbiləsinin qadınları ilə evlənmək və kəsdikər heyvanların ətlərini yemək icazəlidir. Abu əl-Asram deyir ki: “Mən Əli – radıyallahu anhu – dan başqa bu əməli qadağan edən başqa bir səhabə tanımıram”. “Məcmuu Fətava” 35/678.

Özünü Kitab Əhlinə (Yəhudi və Xaçpərəst) aid edən kimsələrin kəsdikləri heyvanların ətlərini Allah bizə halal etmişdir və heç bir fərq yoxdur istər onlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in dövründə yaşayan Kitab Əhli olsun, istərsə də ondan sonra. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in dövründə icazə verilən hər bir şey Qiyamət gününə qədər də icazəlidir. “əl-Cami” 1/663. Buna görə də bu məsələdə şübhəyə düşmək əsası olmayan bir şeydir. Dində qaranlıq bir şey olsaydı Peyğəmbər – sallallahu aleyhi və səlləm – mütləq onu bizə xəbər verərdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bu ümmətinə olan sevgi və qayğısı, hər bir kəsin dinə olan sevgi və qayğısından daha çoxdur. Buna görə də Peyğəmbər – sallallahu aleyhi və səlləm – Cəhənnəmə və Cənnətə aparan, günaha və savaba aparan bütün yolları bizə xəbər vermişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sizi Cənnətə yaxınlaşdıracaq elə bir əməl yoxdur mən onu sizə əmr etməyim və sizi Cəhənnəmə yaxınlaşdıracaq elə bir əməl yoxdur ki, mən onu sizə qadağan etməyim”. Təbərani, “Səhih Silsilə” 2866. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sizə gecəsi gündüzü kimi tərtəmiz bir yol qoyuram. Bundan sonra kimsə yolundan azmaz. Azanlar isə həlak olurlar”. İmam Əhməd “Musnəd”.



Həmçinin: Qeyd edirlər ki, günümüzdə olan Kitab Əhli və ya müsəlmanlar heyvanı kəsmirlər. Onlar elektrik cərəyanı ilə vurub öldürürlər. Allah – subhənəhu və təalə - Peyğəmbər – sallallahu aleyhi və səlləm – i ətin necə kəsildiyini, Bismilləh – deyib-demədiyini öyrənməklə mükəlləf etməmişdir. Yalnız öyrənilməsi icazə verilən kəsənin Kitab Əhli və ya müsəlman olub-olmadığıdır. Aişə - radıyallahu anhə - rəvayət edir ki, bir qrup insanlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək dedilər: “Ya Rəsulallah! Bizə ət yeməyi gətirirlər. Lakin üzərində Allahın adının zikr olunub-olunmadığını bilmirik?”. Peyğəmbər: “Bunun üçün siz Bismilləh deyib, sonra da yeyin”. Onlar İslamı yeni qəbul etmiş kimsələr idi. Buxari 2057. Ənəs – radıyallahu anhu – rəvayət edir ki: “Xeybər günü Yəhudi bir qadın Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə zəhər qatılmış qoyun budu gətirir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – həmən ətdən yeyir”. Buxari 2617, Müslim 2190. Hədisdən görünür ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – həmin Yəhudi qadından ətin nə cür və necə kəsildiyi barədə heç bir şey soruşmur. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sizlərdən bir kimsə müsəlman qardaşının (evinə) qonaq getsə, o da onun qarşısına yemək qoysa qoy onun yeməyini yesin və bu haqda heç bir şey soruşmasın. Əgər içməyə bir şey verərsə qoy içsin və heç bir şey soruşmasın”. Əhməd 8933, Darakutni 4/258, “Səhih Silsilə” 627. Allah bizlərə hər namaz vaxtı dəstəmaz almağı əmr edib. Cünub ikən qüsul almağı əmr edib və s. Lakin sənə namaz zamanı imamın dəstəmazının olub-olmadığını öyrənmək əmr olunmayıb. Daimi Fətvalar Komitəsi 22/445 deyirlər ki: “Əgər heyvan elektrik cərəyanı vurularaq (asantlıqla kəsmək üçün) yerə yıxılırsa bu cür əti yemək icazə verilir. Lakin elektirik cərəyanı zamanı heyvan ölərsə bu cür əti yemək olmaz. Çünki ölü (leş) sayılır”.
MÜASİR SƏLƏF ALİMLƏRİNİN KƏSİLMİŞ HEYVANIN HÖKMÜ BARƏSİNDƏ

1. Sual: Hörmətli Şeyx, sizə məlumdur ki, bu gün Kitab Əhli olan dövlətlərdə müxtəlif dinlərə məxsus olan bir çöx millətlər bir birinə qarışmışlar və bu səbəbdən də onların kəsdiyi heyvanlar barəsində olan şübhələr bu ölkələrdə daha çoxdur. Şəriətin onların kəsdiyi heyvanların əti barəsində hökmü nədir? Bu məsələdə (sualda) təfsilata varmağa və dəqiqləşdirməyə ehtiyac varmı? Xahiş edirik sizdən bu suala bir aydınlıq gətirəsiniz, çünki bu məsələ bizi çox çaşqınlığa salıb.

Şeyx Useymin rahmətullahi aleyhi - deyir ki: “Kəsilmiş heyvanın ətinin yeyilməsi aslıdır insanın bilməsindən və ya ehtimal etməsindən ki, heyvanı kəsən kimsə ətinin yeyilməsinə icazə verilən qrupdandır. Bunlarda Kitab Əhli (Yəhudi və Xaçpərəst) və Müsəlmanlardır. Heyvanı kəsən kimsənin Yəhudi və Xaçpərəst olmasında şübhə etsək, əgər şübhəmizin 60-70% onların Kitab Əhli olmasını ehtimal etsə onlar tərəfindən kəsilmiş heyvanın ətini yemək olar. Lakin şübhəmizin çox % onların Kitab Əhli olmadığını bizə xəbər verərsə bu zaman kəsilmiş əti yemək olmaz. Beləliklə bizdə kəsilmiş heyvanlarla bağlı beş hal var:

1. Biz bilirik ki, kəsilmiş heyvan Kitab Əhli tərəfindən kəsilib. Bu halda bu cür əti yemək halaldır.

2. Biz ehtimal edirik ki, kəsilmiş heyvan Kitab Əhli tərəfindən kəsilib. Bu halda bu cür əti yemək halaldır.

3. Biz şübhədəyik bu ətin Kitab Əhli tərəfindən kəsilib kəsilməməsində.

4. Biz şübhədəyik. Lakin şübhəmizin çox % onların Kitab Əhli olmadığını bizə xəbər verir. Bu halda bu cür əti yemək qadağandır.

5. Biz qəti olaraq bilirik ki, heyvanı kəsən kimsə Kitab Əhli deyildir. Bu halda bu cür əti yemək qadağandır.

Bu beş haldan üçü qadağan olunmuş, ikisi isə halaldı. Biz eşitmişik ki, Amerika dövlətində heyvanları elektrik cərəyanı ilə vurub (heyvan ölməmişdən) öncə qanını axıdırlar. Canı çıxmamış kəsilən heyvanların ətləri isə halaldı. “Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi”. (əl-Maidə 3). Həmçinin bu cür ölkələrə gedən bir çox cavan nəsillərdən eşitmişəm ki, hal-hazırda (kafirlər) qanı axıdılmamış heyvanların ətinin satış üçün yararlı olmadığı aydın olub və onlar qanın axıdılmasını müsəlmanlardan fərqli edirlər. Onlar boyunduruq damarını kəsir, digər boyun damarına isə aparat qoşurlar ki, üfürərək qanı çıxarsın. Həqiqətdə isə bu qanın axıdılmasıdır, sadəcə fərqli üsulla. Mümkündür ki, günlərin birində onlarda müsəlmanların etdikləri (boyun damarlarını kəsməklə qanın axıdılması) üsuluna qayıtsınlar.

Lakin məsələ nə olursa olsun (kəsilmiş heyvanın halal və ya haram olması barəsində), əgər sən şübhələrdən qaçmaq, problemlərdən uzaq olmaq istəyirsənsə bu zaman balıq yeməyin daha məsləhətlidir.

Fətava İbn Useymin” 1182.
2. Sual: Hörmətli Şeyx, elektrik cərəyanı ilə vurulmuş, lakin başının kəsilərək, qanının axıdıldığı heyvanlar barəsində bir açıqlama gətirməyinizi xahiş edirik?

Şeyx Useymin – rahmətullahi aleyhi - deyir ki: “Başı kəsildikdən sonra qanı axırsa bu onu göstərir ki, elektrik cərəyanı heyvanı yalnız zəiflətmək (keyləşdirmək) üçün istifadə edilir. Bu halda bu cür üsulla kəsilmiş heyvanın ətini yemək halaldır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Qanı axıdılmış və Allahın adı ilə zikr edilmiş heyvanın ətindən yeyin”. Buxari 2488. Əgər elektrik cərəyanı ilə heyvan öldürülmüş olsaydı ondan qan heç vaxt çıxmazdı. Çünki heyvan öldükdə artıq qanın forması dəyişir və laxtalanma baş verir ki, bu da qanın çıxmasının qarşısını alır. Lakin məsələ nə olursa-olsun, qardaşımızın dediyi kimi əgər elektrik cərəyanı ilə vurulmuş heyvanı canı çıxmamışdan qabaq kəsib qanını axıdıblarsa bu şəriətə uyğundur”. “Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi”. (əl-Maidə 3). Ayədə sadalananların hər biri haram edilmişdir, yalnız canı çıxmadan kəsdiyimiz heyvanlar müstəsnadır. Elektirik cərəyanı ilə öldürülmüş heyvan boğularaq öldürülmüş heyvanın misalındadır. Allah boğularaq öldürülmüş heyvanların ətlərini yeməyi bizə haram edib. Lakin Allah istisna edib canı çıxmadan kəsdiyimiz heyvanları. Buna görə də elektrik cərəyanı heyvanı yalnız zəiflədir və onu canı çıxmamışdan öncə kəssək halal hesab olunur. Lakin əgər elektrik cərəyanı heyvanı öldürərsə, baxmayaraq bu sual verənin sözlərinə ziddir, çünki o, qeyd etmişdir ki, qanı axıdılır, bu zaman bu cür kəsilən əti yemək olmaz.

Fətava Nuru ad-Darb”.


3. Sual: Hörmətli Şeyx, günümüzdə Xaçpərəstlər tərəfindən kəsilmiş heyvanların ətləri barəsində nə deyə bilərsiniz? Biz bilirik ki, onlar heyvanları müxtəlif üsullar aparatlar və yuxugətirici vasitələrdən istifadə edərək kəsirlər.

Şeyx İbn Baz – rahmətullahi aleyhi - deyir ki: “Bu cür heyvanların ətlərini yemək icazəlidir, əgər onların şəriətə uyğun olmayaraq kəsilməsi məlum deyilsə. Onların kəsdikləri heyvanların əsli (təməl) halal olmasıdır. Onların kəsdikləri heyvanların ətləri bizə halal edildiyi kimi, bizim kəsdiyimiz heyvanların ətləri də onlara halaldır. “Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır!...” (əl-Maidə 5).

tava İslamiyya” 3/401.


4. Sual: Hörmətli Şeyx, əgər heyvanı kəsərkən Allahın adının zikr edilib-edilməməsi məlum deyilsə, belə kafe və yeməkxanalarda verilən ətləri yemək olarmı?

Şeyx İbn Baz – rahmətullahi aleyhi - deyir ki: “Əgər bu yeməkxanalar Müsəlmanların, Kitab Əhlinin yaşadığı şəhərlərdə olarsa və ya bu yeməkxanaların sahibləri Müsəlmanlar və Əhli Kitab olarsa hansı ki, özləri bu heyvanların kəsilməsi ilə məşğul olurlar (və ya kəsilməsinə cavabdehdirlər), bu cür ətlərin yeyilməsi halaldır hətta kəsilən zaman Allahın adının zikr edilib-edilməməsi bizə məlum olmasa da belə. Çünki onların kəsdikləri heyvanların əsli (təməl) halal olmasıdır. Aişə - radıyallahu anhə - rəvayət edir ki, bir qrup insanlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək dedilər: “Ya Rəsulallah! Bizə ət yeməyi gətirirlər. Lakin üzərində Allahın adının zikr olunub-olunmadığını bilmirik?”. Peyğəmbər: “Bunun üçün siz Bismilləh deyib, sonra da yeyin”. Onlar İslamı yeni qəbul etmiş kimsələr idi. Buxari 2057.

Lakin əgər bu yeməkxanaları Müsəlmanlar və Kitab Əhli deyil, müşriklər, kafirlər və ateistlər idarə edərsə bu zaman orada verilən heyvanların ətindən yemək olmaz. Bil ki, Müsəlmanların və Kitab Əhlinin şəriətə uyğun olaraq kəsdiyi heyvanların ətləri halaldır, hətta bizə onların kəsilmə üsulu bəlli olmasa da belə. O, ki qaldı bizə məlum olan və şəriətə uyğun olmayan yollarla kəsilən heyvanlara məs: Boğularaq, elektrik cərəyanı ilə vurularaq öldürülən (qanı axıdılmayan) və s. ölü (kəsilmədən ölüb murdar olmuş) leş heyvan sayılır və bu cür ətlərin yeyilməsi haramdır. Bu cür halda heç bir fərq yoxdur bunu müsəlman kəsib, yoxsa kafir. “Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi”. (əl-Maidə 3).

Fətava İslamiyyə” 3/414.
5. Sual: Buna oxşar bir suala Şeyx Useymin – rahmətullahi aleyhi – nin dedikləri: “Kəsilmiş heyvanın üç halı vardır:

1. Biz bilirik ki, kəsilən heyvan şəriətə uyğun olaraq kəsilib. Bu halda bu əti yemək halaldır.

2. Biz bilirik ki, kəsilən heyvan şəriətə uyğun olaraq kəsilməyib. Bu halda bu əti yemək haramdır.

3. Biz şübhədəyik və bilmirik ki, bu heyvan (şəriətə) uyğun kəsilib, yoxsa yox. Bu halda bu cür heyvanın ətini yemək olar və biz mükəlləf (vacib) deyilik soruşmaq və araşdırmaq hansı üsulla bu heyvan kəsilib, kəsilərkən Allahın adı zikr olunub, yoxsa yox. Hətta, Sünnə bizə açıq-aydın göstərir ki, daha yaxşıdır bu haqda soruşmamaq və araşdırmamaq. Aişə - radıyallahu anhə - rəvayət edir ki, bir qrup insanlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək dedilər: “Ya Rəsulallah! Bizə ət yeməyi gətirirlər. Lakin üzərində Allahın adının zikr olunub-olunmadığını bilmirik?”. Peyğəmbər: “Bunun üçün siz Bismilləh deyib, sonra da yeyin”. Onlar İslamı yeni qəbul etmiş kimsələr idi. Buxari 2057. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in “Bismilləh” demək əmri heyvanı kəsməmişdən öncə deyilən Bismilləh - deyildir. Hədisdən də aydın olduğu kimi heyvan artıq kəsilmişdir. “Bismilləh” demək əmri yemək yeməmişdən öncə deyilən Bismilləhdir. Yemək yeməmişdən öncə Bismilləh demək artıq şəriətimiz tərəfdən təyin edilmişdir. Hətta yeməkdən öncə Allahın adını zikr etmək vacib əməllərdəndir. Buna da Peyğəmbər – sallallahu aleyhi və səlləm – in açıq-aydın əmri vardır. Əgər insan Allahın adını zikr etməyərək yeməyə başlayarsa şeytan mütləq onun yeməyinə şərik olar. (İbn Abbas - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “İblis dedi: “Ya Rəbbim! Yaratdıqlarının içərisində dolanacağı (ruzisi) olmayan bir kimsə yoxdur. Bəs mənim dolanacağım haradandır?”. Allah: “Mənim adım zikr olunmayan hər nə varsa sənin (dolanacağındır)” deyə buyurdu. Əbu Nuaym “Hilyə” 8/126). Əgər insan Allahdan qorxub bu cür yeməkxanalarda (ət) yeməyi yeməzsə onda heç bir günah daşımır. Həmçinin bunun əksi də belədir, kim ki, belə bir yerlərdə (ət) yeməyi yeyərsə o, da heç bir günah daşımır”.

Fətava İslamiyyə” 3/415.

Fətava Ulama Bilədil Haram” 375.


6. Sual: Hörmətli Şeyx, xarici dövlətlərdən gələn konservləşdirilmiş toyuqlar barəsində nə deyə bilərsiniz?

Şeyx İbn Baz – rahmətullahi aleyhi - deyir ki: “Xarici dövlətlərdə kəsilmiş toyuq və digər heyvanlar Kitab Əhli olan dövlətlərdən konservləşdirilmiş şəkildə bizim dövlətlərə daxil olursa Quran ayələrinə əsasən bu cür ətləri yemək halaldır əgər bizə qadağan olunma səbəbi məlum deyilsə. Məs: Allah üçün kəsilməyib, qanı axıdılmadan (boğazı kəsilmədən) öldürülüb və s. Əgər ət yeməyi kommunistlərin, ateistlərin və müşriklərin dövlətlərindən gələrsə bu cür ətləri yemək haramdır”.

Fətava İsləmiyyə” 3/16.


7. Sual: Hörmətli Şeyx, Xarici (kafir) dövlətlərdən tədarük edilən və üstündə - halal – yazılan ət məhsulları barəsində nə deyə bilərsiniz?

Şeyx Saleh əl-Fovzan – hafizahullah – deyir ki: “Mal verənlərin və həmçinin ət məhsullarının üzərində olan Halal eiketlərinə bel bağlamaq (güvənmək) olmaz. Arxayın olma ki, bütün bu ət məhsulları şəriət normalarına əsasən kəsilib. Əgər diqqət etsəniz çox vaxt bazarlarda boğazı kəsilməmiş (başı yerində) toyuqlar görmək olar. Halbuki onların da üzərində Halal etiketləri var. Mən özüm Halal etiketini görmüşəm elə bir ət məhsulunun üzərində ki, ona ehtiyac yoxdur – Balıq. Bu da ona əyani sübutdur ki, Halal etiketi yalnız alıcını cəlb etmək, malı satmaq və yalan yolla mülk əldə etməkdir”.

əl-Atima” 165-166.


8. Sual: Hörmətli Şeyx, Çin dövlətinə köçməzdən öncə eşitmişdim ki, müsəlman bir kimsəyə ateistlərin kəsdikləri heyvanların ətlərini yemək haramdır. Öxuduğum Universitetdə müsəlmanlara aid bir yeməkxana var. Orada bizə ət yeməkləri verirlər. Lakin mən arxayın deyiləm ki, bu İslam dininə uyğun olaraq kəsilib və mən bu cür ət məhsullarının yeyilməsində şübhə edirəm. Mənim dostlarım isə heç bir şübhə etməyərək bu ət məhsullarını yeyirlər. Onlar düzmü edirlər, yoxsa qadağan olunmuş əti yeyirlər? Həmçinin müsəlmanlarla, qeyri müsəlmanların qab-qacaqlarını da ayırmaq olmur. Bu məslədə mən nə edə bilərəm?

Şeyx İbn Baz – rahmətullahi aleyhi - deyir ki: “Kitab Əhli istisna olmaqla kafirlərin kəsdikləri heyvanların ətlərini yemək olmaz. Bunlar da istər atəşpərəst olsun, istərsə də bütpərəst. Onların hər biri kafirlərdir. Bu ətlərin bulyonu da haramdır, çünki Allah kafirlərin yeməklərini bizə haram etmişdir Kitab Əhlindən başqa. “Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır!...” (əl-Maidə 5). “İbn Abbas – radıyallahu anhu – nun dediyi kimi: “Yemək – onların kəsdikləri heyvanların ətləridir”.

O, ki qaldı meyvə və tərəvəzə bu kimi şeylərin istifadəsində heç bir problem yoxdur, çünki onlar qadağan olunmuş yeməklərin içərisinə daxil olmurlar. Müsəlmanların, həqiqi müsəlmanların, Allaha şərik qoşmayan, qəbirlərə ibadət etməyən, nə Peyğəmbəri, nə övliyanı heç kəsi köməyə çağırmayan müsəlmanların yeməkləri həm müsəlmanlara, həm də qeyrilərinə halaldır.

Qab-qacağa gəldikdə isə müsəlmanın ayrıca özlərinə məxsus qabları olmalıdır. Kafirlərin istifadə etdikləri, içərisində içki və yeməklərini saxladıqları qabları yox. Əgər müsəlmanlar bunu bacarmasalar bu zaman kafirlərin istifadə etdikləri qabları yumalı və sonra içərisinə yemək qoymalıdırlar. Əbu Sələbə əl-Xuşani – radıyallahu anhu - rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən: “Ya Rəsulallah! Biz Kitab Əhlinin hakimiyyəti altında olan torpaqlarda yaşayırıq. Onların qab-qacaqlarından yeməkdə istifadə edə bilərikmi?”. Peyğəmbər: “Kitab Əhlinə gəldikdə əgər başqa bir şey tapa bilərsinizsə onların qablarından istifadə etməyin. Əgər tapa bilməsəniz onların qablarını yuyub istifadə edin....”. Buxari 5478.

Məcmuu Fətava Va Məqalət” 4/435.



9. Sual: Hörmətli Şeyx, Qeyri İslam dövlətlərində istifadə etdiyimiz ət, toyuq və balıq məhsulları barəsində şəriət hökmü nədir? Bildiyimiz kimi onlar şəriətə uyğun olmayaraq heyvanları kəsirlər. Biz sadəcə yeməkdən öncə Bismilləh deyib yesək kifayət edərmi?

Şeyx AbdurRahman əl-Barrak – hafizahullah – deyir ki: “Balığa gəldikdə o, halaldır. Çünki balığın halal olması onun kəsilmə üslubundan və Allahın adının zikr olunmasından aslı deyildir. Şirkətlər və Kitab Əhli tərəfindən tədarük edilən digər ət məhsullarına gəldikdə isə onlar halaldır, əgər onların öldürülmə üslubu - elektrik cərəyanı, başından küt alətlə vurulması və s. üsullar hansıki Avropa ölkələrində məşhurdur – məlum deyilsə. “Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır!...” (əl-Maidə 5). Əgər onların yuxarıda qeyd etdiyimiz üsullarla öldürülmə üslubu bəlli olarsa bu zaman bu cür əti yemək olmaz. Artıq ölü (leş) ətdən sayılır. Həmçinin əgər ət məhsulları Kitab Əhli olmayan şirkətlər tərəfindən tədarük edilirsə bu cür əti də yemək olmaz. “Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün (çirkin fikirlər və yaramaz əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşrik olarsınız. (əl-Ənam 121).

Müsəlman bir kimsə hər bir yolla haramlardan və şübhəli şeylərdən çəkinərək öz dininin şərəfini və bədəninin təmizliyini qorumalı, haramla bədənini doldurmamalıdır.

Sual və Cavab” 10339.
10. Sual: Hörmətli şeyx, bazarlarda qeyri müsəlman dövlətlərindən gətirilmiş ət məhsulları satılır. Bu kimi ət məhsullarının hansı üsulla kəsildiyinə baxmadan yeyə bilərikmi?

Şeyx İbn Baz – rahmətullahi aleyhi - deyir ki: “Əgər gətirilən ət məhsulları Xaçpərəst və Yəhudi dövlətlərindəndirsə bunda problem yoxdur. Çünki Allah onların yeməklərini bizə halal etmişdir, onların yeməkləri isə - kəsdikləri heyvanlardır. Bizə qadağan olunma səbəbi məlum deyilsə bu cür kəsilən heyvanların ətlərini yemək qadağan deyildir. Əgər bizə heyvanın öldürülmə üsulu məlum olarsa ki, heyvan boğularaq, küt alətlə başından vurularaq, tapança, elektrik cərəyanı ilə öldürülübsə bu cür heyvanların ətlərini yemək olmaz. Bir çox dəvət əhlindən mənə çatan xəbərlərə görə Amerika və Avropa ölkələrində olan qəssabların çoxu heyvanları şəriətə uyğun olmayan üsullarla kəsirlər. Əgər müsəlman özünü qoruyaraq bu ətlərdən yeməzsə bu onun üçün daha yaxşı və hədisə də uyğun olar. Əbu Abdullah ən-Numan b. Bəşir – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim: “Hər kim bu şübhəli şeylərdən qaçarsa öz dinini və şərəfini qorumuş olar...”. Buxari 52, Müslim 1599. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Səni şübhəyə salan şeylərdən uzaq dur, səni şübhələndirməyən şeylərə tərəf isə yönəl”16. Mömin bir kimsəyə vacibdir ki, yemək və içməyində ehtiyatlı olsun. Əgər o, heyvanı alıb özü kəssə bu onun üçün daha yaxşı olar. Həmçinin heyvanı tanıdığı qəssablardan alarsa hansı ki, heyvanı şəriətə uyğun kəsirlər bu da onun üçün daha yaxşı və təhlükəsiz olar”.

Fətava Nuru ad-Darb”.


11. Sual: Hörmətli Şeyx, günlərin birində öz iş yoldaşlarımı qonaqlığa dəvət etdim. Onlar gəldikdən sonra süfrə açıldı, yeməklər içərisində qızardılmış toyuq da vardı. Qonaqlardan biri: “Bu yerli toyuqdur, yoxsa gətirilmiş”. Mən: “Gətirilmiş” dedim. Bundan sonra o, toyuğu yemədi. Mən səbəbini soruşduqda haram olduğunu dedi. Mən: “Sən bunu haradan götürmüsən ki, haramdır”. O: “Bəzi Şeyxlərdən eşitmişəm” dedi. Xahiş edirəm sizdən bu suala şəriət tərəfdən cavab verəsiniz.

Şeyx Useymin – rahmətullahi aleyhi - deyir ki: “Qeyri müsəlman dövlətlərdən idxal olunan, yəni kəsilmiş heyvanlara Yəhudi və Xaçpərəstlər cavabdehlik daşıyırlarsa bu cür heyvanların ətlərini yemək halaldır və onların necə kəsildiyini, Allahın adının zikr edilib-edilmədiyini soruşmamalıyıq necə ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Xeybərdə Yəhudi qadın tərəfindən verilən qoyun budunu yemişdir. Buxari 2617, Müslim 2190. Həmçinin Peyğəmbər – sallallahu aleyhi və səlləm – Yəhudinin verdiyi yeməyi də yemişdir. Halbuki orada qaxsımış yağ vardı. Yağ isə - öz halını dəyişmiş piydir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onun necə kəsildiyini və Allahın adının zikr olunub-olunmadığını heç soruşmadı. Aişə - radıyallahu anhə - rəvayət edir ki, bir qrup insanlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək dedilər: “Ya Rəsulallah! Bizə ət yeməyi gətirirlər. Lakin üzərində Allahın adının zikr olunub-olunmadığını bilmirik?”. Peyğəmbər: “Bunun üçün siz Bismilləh deyib, sonra da yeyin”. Onlar İslamı yeni qəbul etmiş kimsələr idi. Buxari 2057. Bu hədislərin hər biri dəlildir ki, heyvanın necə kəsildiyi barədə soruşmaq lazım deyil. Bu da şəriətin hikmətindən və asanlığındandır. O, ki qaldı qeyri müsəlman dövlətlərindən idxal edilən, kəsilməsində cavabdehdir məcusilər, bütbərəstlər və s. bu cür ətləri yemək haramdır. Çünki Allah bizlərə kafirlərin yeməklərini yeməyi haram etmişdir, Kitab Əhli istisna olmaqla.

Əgər biz kəsilən heyvanın Müsəlman, Kitab Əhli tərəfindən kəsildiyində ehtmal etsək bu cür əti yeməkdə heç bir problem yoxdur. Fəqihlər deyirlər: “Əgər bizə ət verilsə elə bir yerdə ki, əhalisinin çox hissəsi ətinin yeyilməsinə icazə verilən qrupdandırsa (Kitab Əhli və Müsəlmanlar) bu cür ət halaldır”. Əgər ətin mənşəi və kim tərəfindən kəsildiyi bilinməzsə daha yaxşı olar bu cür əti yeməkdən çəkinəsən.

Fətava Uləma Bilədil Haram” 378-379.
12. Sual: Hörmətli Şeyx, əgər bir kimsə şübhəli şeydən çəkinərək ət yemir, lakin valideyinləri onu yeməyi əmr edirlər. O, kimsə valideyinlərinə itaət etməlidir, yoxsa şübhəli şeydən çəkinməlidir?

Şeyx əl-Albani – rahmətullahi aleyhi – deyir ki: “Vacibdir, valideyinlərə itaət edilsin. İtaət yalnız haram olan şeydə olmaz. Burda isə söhbət yalnız şübhəli olandan gedir”.

Fətava əl-Albani” 371.


13. Sual: Hörmətli Şeyx, haradan gəldiyi və kəsilməsi barəsində heç bir məlumatımız olmayan dondurulmuş ət məhsulları barəsində hökm nədir? Xahiş edirik bu sul barəsində bizi maarifləndirəsiniz.

Şeyx Useymin – rahmətullahi aleyhi - deyir ki: “Əgər Müsəlman, Kitab Əhli tərəfindən kəsilməsi məlum olana qədər ət məhsullarını yemək olmaz. “Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır!...” (əl-Maidə 5). İbn Abbas – radıyallahu anhu – nun dediyi kimi: “Yemək – onların kəsdikləri heyvanların ətləridir”. Həmçinin Peyğəmbər – sallallahu aleyhi və səlləm – Yəhudi qadının gətirdiyi əti də qəbul etmişdir. Əgər kəsilən heyvan Müsəlman, Kitab Əhli tərəfindən gətirilərsə bizim üzərimizə vacib deyil öyrənmək şəriətə uyğun olaraq kəsilib, yoxsa yox və ya Allahın adını zikr ediblər, yoxsa yox. Aişə - radıyallahu anhə - rəvayət edir ki, bir qrup insanlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək dedilər: “Ya Rəsulallah! Bizə ət yeməyi gətirirlər. Lakin üzərində Allahın adının zikr olunub-olunmadığını bilmirik?”. Peyğəmbər: “Bunun üçün siz Bismilləh deyib, sonra da yeyin”. Onlar İslamı yeni qəbul etmiş kimsələr idi. Buxari 2057.

Əgər siz ətin haradan gəldiyini bilmirsinizsə və ehtimal var ki, bu elə bir ölkələrdən gətirilib ki, onların kəsdikləri heyvanların ətləri bizim üçün qadağandır yemək və ya bizə yeyilməsi icazə verilən ölkələrdən gəlib ət məhsulları bu cür ətləri yemək olmaz”.


14. Sual: Hörmətli Şeyx, sualımız şəriətə uyğun olmyaraq kəsilən və Yəhudi və Xaçpərəstlər tərəfindən Allahın adının zikr edilmədən kəsilən ət məhsulları barəsindədir. Belə əti yemək olarmı?

Şeyx İbn Baz – rahmətullahi aleyhi - deyir ki:“Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır!...” (əl-Maidə 5). Bu ayə onu göstərir ki, Kitab Əhlinin yeməkləri bizə halaldır. Əgər bizə bəlli olarsa ki, onlar heyvanları şəriətə uyğun olmayan üsullarla kəsirlər: Boğmaq yolu ilə, elektrik cərəyanı, küt alətlə vuraraq və s. üsullarla bu cür heyvan kəsilmiş sayılmır və yeyilməsi qadağandır. Həttə bu cür üsulla müsəlman belə heyvanı kəssə yemək haramdır. Lakin əgər bizə kəsilmə üslubu bəlli olmazsa bu zaman ayəyə əsasən bizə yemək halaldır. Biz artıq bu suallara cavab vermişik, götürüb faydalana bilərsiniz.

O, ki qaldı onların Allahın adını zikr etməmələrinə bu da onların cahilliyindən (elmsiz olmalarından) irəli gəlir, bu faktda onların kəsdikləri heyvanların ətlərini qadağan etmir. Müs: Müsəlman bir kimsə unudaraq (heyvanı kəsərkən) Allahın adını zikr etməzsə və ya bu haqda heç bir şey bilmirdisə bu da kəsilən heyvanı haram etmir. Allah buyurur: “Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma!”. (əl-Bəqərə 286). Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu ayəni oxuduqdan sonra Allah: “Mən artıq belə etdim” deyə buyurdu. “...Etdiyiniz səhvlərə (məsələn, birinin atasını bilmədən səhv saldığınıza) görə sizə günah yoxdur. Lakin (qadağan olunduqdan sonra) qəsdən etdiyiniz işlərdən ötrü günah vardır. Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir! (əl-Əhzab 5). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Allah mənə görə ümmətimin səhfən, unutqanlıqdan və ya məcburiyyət qarşısında qalaraq etdiyi günahları bağışlayıb”.

Məcəllətul Cəmiatil İslamiya”.
15. Sual: Hörmətli Şeyx, namaz qılmayan müsəlman Allahın adını zikr edərək heyvanı kəsərsə bu cür əti yemək olarmı? Həmçinin əhalisinin çox hissəsi namaz qılmayanlardan ibarət olan bir ölkədə olsam bu zaman onların bazarlarında satılan ət məhsullarının hökmü nədir?

Şeyx Useymin – rahmətullahi aleyhi - deyir ki: “Namaz qılmayan (müsəlman) bir kimsə tərəfindən kəsilmiş əti yemək halaldır, əgər o Allahın adını zikr edibsə. Bu da namazı (tənbəllik və s.) səbəblərdən tərk edənin (qılmayanın) dindən çıxmadığını deyənlərin rəyidir. Lakin namazı qılmayanın dindən çıxdığını söyləyənlərin rəyinə görə isə bu cür ət məhsullarını yemək olmaz”.
16. Sual: Hörmətli Şeyx, əqidəsi bəlli olmayan bir kimsənin kəsdiyi heyvanının ətini yemək olarmı? Həmçinin günahın haram olduğunu bildiyi halda ona izn verən kimsənin necə?

Şeyx İbn Baz – rahmətullahi aleyhi - deyir ki: “Bir kimsənin şirki bəlli olmadıqca onun kəsdiyi heyvanın ətini yemək olar. Əgər müsəlman bir kimsə şəhadət etsə ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur və Mühəmməd onun qulu və Rəsuludur, ondan küfrə aparacaq bir əməl (söz) məlum olmazsa kəsdiyi heyvan halaldır. Lakin bizə məlum olsa ki, həmən şəxs şirkə aparacaq əməl edir: Cinlərə və Ölülərə dua etmək, çətin anlarda onlara dua edib kömək diləmək, bütün bunlar böyük şirkdən sayılır və onun kəsdiyi heyvanı yemək olmaz.

Günahlar günah edən kimsənin kəsdiyi heyvanın ətinin haram olması üçün səbəb deyildir bir şərtlə ki, insan etdiyi günahın halal olmasına etiqad etməsin. Belə bir kimsənin kəsdiyi heyvanların ətləri halaldır əgər şəriətə uyğun kəsilibsə. O, kimsə ki, (müsəlmanların haramlığında ittifaq etdikləri: Zina, içki, sələm) günahların halal olmasına etiqad edir (və ya edilməsinə izn verirsə) belə bir kimsə kafirdir”. (Fayda: Müsəlman bir kimsə onu İslam dairəsindən çıxaracaq bir əməli edərsə, Qazı tərəfindən onun şübhələri aradan qaldırılmadıqca, maneləri dəff edilmədikcə və ona kafir hökmü verilənə qədər müsəlmana tətbiq edilən bütün əhkamlar ona da tətbiq edilir”. “Usulu Va Davabit Fit Takfir” 15,17, “Muğni” 10/85,86, “Umdatul Qari” 19/369).

tava İslamiyya” 3/417.
17. Sual: Hörmətli Şeyx, Siqaretin hökmü nədir, müxtəlif növ siqaretlərlə İslam cəmiyyətlərini zəhərləyən kimsələrə nə məsləhət görərdiniz? Sulu qəlyan barədə nə deyə bilərsiniz?

Şeyx İbn Baz – rahmətullahi aleyhi - deyir ki: “Siqaret çəkmək haramdır. Çünki onda bir çox zərərlər vardır və bütün növləri də haramdır. Hər bir müsəlman siqaret çəkməyi tərk etməlidir və siqaret çəkənlərlə birlikdə məclisdə oturmaq da qadağandır”.

Macallatul Dauva” 1667.


18. Sual: Bir çox insanlar çiy ət yeyməyə aludə olublar. İstərdim bunun şəriətdə halal və haram olmaq hökmünü öyrənim.

Şeyx Munaccid – hafizahullah – deyir ki: “Bəzi alimlər qeyd edirlər ki, çiy əti yemək məkruhdur (bəyənilmir). Lakin səhih rəy çiy ətin halal olmasıdır, çünki əsli halal olmasıdır və onun yeyməkdə qadağan olunmasına heç bir dəlil yoxdur. Lakin bir şərt var ki, çiy ət yeyən kimsənin sağlamlığına pis təsir etməsin. Əgər pis təsir edərsə bu zaman yeyilməsi qadağan olur. Çünki bədənə zərərli olan hər bir şeyin haram olmasıdır. “Özünüz özünüzü təhlükəyə atmayın”. (əl-Bəqərə 195).

Sual Va Cavab” 1924.


19. Sual: Hörmətli Şeyx, mən Yaponiya Universitetlərindən birində oxuyuram və bizim Universitetdə müxtəlif yığıncaqlar, forumlar keçirilir. Bütün bu məclislərdə içki də olur. Mən içki içməsəmdə belə bu cür yığıncaqlarda iştirak etməyimdə günah varmı?

Şeyx İbn Baz – rahmətullahi aleyhi - deyir ki: “İçki içən kimsələrlə oturmaq qadağandır və sən onları bu əməlinə görə məzəmmət etməlisən. Əgər onlar sənə qulaq asmasalar onları tər etməlisən bu da Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sözlərinə uyğun olanıdır: “Kim Allaha və Axirət gününə iman edirsə içki içilən bir məclisdə (stol arxasında) oturmasın”. İmam Əhməd, Tirmizi. Onlarla oturmaq – onların bu əxlaqsız əməlindən razı qalmaq və onlarla olmaq deməkdir. (Ya Rəsulum!) Ayələrimizi istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər Şeytan (bu qadağan əmrini) sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə bərabər oturma”. (əl-Ənam 68). “Allah Kitabda (Quranda) sizə nazil etmişdir (bildirmişdir) ki, Allahın ayələrini inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla bir yerdə əyləşməyin! Çünki o vaxt siz də onların tayı olarsınız. Həqiqətən, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır!”. (ən-Nisa 140).

Fətava İslamiyya” 3/447.


20. Sual: İnsanın ölümünün 40-cı günü Allah bağışlasın və rəhm etsin deyə (yaxınlarının Ehsan olaraq) heyvan kəsib ətini paylamaları, insanları yedirtmələrinin şəriət ilə hökmü nədir?

Daimi Fətvalar Komitəsi 1981 deyirlər ki: “İnsanın ölümünün 40-cı günü Allaha yaxınlaşmaq məqsədilə heyvan kəsmək, ümüd edərək ki, bu ölən üçün bir bağışlanma və rəhmət olar çirkin bir bidətdir. Nə Peyğəmbər – sallallahu aleyhi və səlləm –, nə Xəlifələr, nə də səhabələr – Allah onlardan razı olsun – bu əməli etməyiblər. Həmçinin ümmətin imamları da bunu etməyiblər. Ümmətin alimlər İcma ediblər bu əməlin dində əslinin olmamasına. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim bizim bu işimizdə (dinimizdə) ondan olmayan bir yenilik edərsə o, rədd olunandır”. “Kim bizim işimizə uyğun olmayan bir əməl edərsə o (əməl) rədd olunandır”. Buxari 2697, Müslim 1718. Lakin ölən kimsənin adından müəyyən bir vaxt təyin etmədən sədəqə vermək (pul və s.) ilə heç bir problem yoxdur.
21. Sual: Halal və Haram satılan dükanlardan ət məhsulları almaq olarmı? Lakin bir şeyidə nəzərinizə çatdırım ki, hər bir ət məhsulu özünə məxsus bağlamada və soyuducuda saxlanılır. Həmçinin içki satılan mağazalardan ərzaq məhsulları almaq olarmı hansı ki, içki mağazanın müəyyən bölümlərində satılır. Bu mağazaların sahibləri müsəlman deyildir.

Daimi Fətvalar Komitəsi 13/173 deyirlər ki: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!”. (əl-Maidə 2). Müsəlman bir kimsəyə qadağandır günah olan işlərdə və Allahın qanunlarının tapdalanmasında bir kimsəyə köməklik göstərməsi. Əgər müsəlmanın seçim etmək imkanı varsa və o, bilsə ki, kimsə yalnız halal olan ilə ticarət edib haram satmaqdan çəkinirsə (donuz, içki və s.) onunla alış-veriş etməsi lazımdır. Əgər bu cür seçim etmək imkanı yoxdursa bu zaman halal və haram qatışmış mağazalardan alış-veriş etməsi icazəlidir, aldığı məhsulun halal olduğunda arxayındırsa”. “Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun”. (ət-Təğabun 16).
22. Sual: Kitab Əhlinin və müşriklərin bayramları münasibətilə hədiyyə olaraq müsəlmana verdikləri yeməkləri yeməsi icazəlidirmi?

Daimi Fətvalar Komitəsi 22/398 deyirlər ki: Müsəlman bir kimsəyə qadağandır Kitab Əhlinin və müşriklərin bayramları münasibətilə hazırladıqları yeməkləri yeməsi və bayramları münasibətilə onlardan hədiyyə alması da qadağandır. Bu onunla bağlıdır ki, bayramları münasibətilə onlardan yemək və hədiyyə almaq onların bu adətlərinə hörmət, etimad və onlarla bu bayramda iştirak etməyə dəlalət edir. Bu da dinə fitnələrin və bidətin salınmasına aiddir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim bizim bu işimizdə (dinimizdə) ondan olmayan bir yenilik edərsə o, rədd olunandır”. “Kim bizim işimizə uyğun olmayan bir əməl edərsə o (əməl) rədd olunandır”. Buxari 2697, Müslim 1718. Həmçinin onların əməlinə qarşılıq olaraq bayramları münasibətilə onlara da hədiyyə vermək olmaz”17.
23. Sual: Hörmətli Şeyx, Böyük Britaniyada yaşayan bəzi müsəlmanlar var-dövlətlərini haram və halal yolla qazanırlar. Onlar içki və donuz əti ilə ticarət edirlər. Onların içərisində elələri var ki, onun mülkünün çox hissəsi haram ilə əldə edilmişdir. Bizə icazə verilirmi onlarla ünsiyyətdə olmaq, onların yeməklərini yemək və onların dəvətlərini qəbul etmək? Onların məscidin təmiri üçün verdikləri sədəqəni də qəbul etmək olarmı?

Daimi Fətvalar Komitəsi 16/181 deyirlər ki: İlk öncə onları dəvət edib, pis sonluqla nəticələnən haram yolla mal yeməkdən (toplamaqdan) çəkindirməlisiniz. Onlara və digər qardaşlara xatırla ki, Allah Qiyamət günü onun sərhədlərini aşaraq haram işlərlə məşğul olanları cəzalandıracaqdır. Onları başlarına gələcək kasıblıqla xəbərdar et! Xatırla ki, dünya nemətləri əbədi deyildir, Axirət isə daha gözəldir. Onlar cavab versələr sizin dində qardaşlarınızdır. Allaha həmd olsun. Onlara tövbə etmələrini və pis əməldən sonra dərhal yaxşı iş görmələrini nəsihət et! Ola bilər ki, Allah onların tövbələrini qəbul edib pis əməllərini yaxşı işlərlə əvəz edər. Bundan sonra sizlər onlarla ünsiyyət qura bilər, onların yeməklərini yeyə bilər və onların sədəqələrini qəbul edib yaxşı işlərdə sərf edə bilərsiniz. Məscid və s. işlər. Çünki onlar tövbə edib, səhflərini başa düşüblər. “Sələm (müamilə, faiz) yeyənlər (Qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!”. (əl-Bəqərə 275).

İkincisi: Əgər onlar bu qədər xəbərdarlıq və nəsihətdən özləri üçün bir fayda və ibrət götürməyib haram etməyə davam edərlərsə o, zaman sizə vacibdir onları Allah üçün tərk etmək. Onların dəvətlərini qəbul etməyin, sədəqələrini də götürməyin. Bununla siz onların etdiklərinə nifrət və qəzəbli olduğunuzu bildirir, ümüd edərək ki, onlar bundan bir fayda götürüb doğru yola qayıdarlar”18.
23. Sual: Hörmətli Şeyx, istehsal zamanı alkoqol qatılan şokoladın hökmü nədir? Lakin bu alkoqol istehsal zamanı buxarlanır. Bunun halı qursağ qatılmış pendirin hökmünə bənzəyirmi?

Şeyx əl-Albani – rahmətullahi aleyhi – deyir ki: “Bu sualı dəqiqləşdirməyə ehtiyac vardır. 1) Alkoqolun qatılma miqdarı nə qədərdir, az miqdarda qatılır, yoxsa çox. 2) Doğrudurmu ki, istehsal zamanı bu alkoqol buxarlanır?

Sual verən: Bəli, Az miqdarda alkoqol qatılır və istehsal zamanı alkoqol buxarlanır.

Şeyx əl-Albani – rahmətullahi aleyhi – deyir ki: “Bu suala əsaslanaraq mən deyirəm ki, biz bu suala dərmanlarla bağlı suala cavab verdiyimiz kimi verəcəyik. Hər birimiz bilirik ki, (günümüzdə) dərmanların əksəriyyətinə spirt qatılır, həmçinin odekolonlar da belədir. Həm dərmanla, həm də şokoladla bağlı suala biz belə cavab veririk: Əgər vəziyyət sənin dediyin kimidirsə bu cür dərman və şokoladları istifadə etmək, satmaq və kafirlərin məmləkətindən gətirmək olar. Lakin İslam dövlətlərində belə şeyləri istehsal etmək qadağandır. Nə üçün belə ayırma? Şübhəsiz dərman şokoladdan daha əhəmiyyətli və mühüm bir şeydir. Çünki şokolad - artıq, dərman isə - birinci yardımdır. Lakin bütün bunlara baxmayaraq biz İslam dövlətlərində spirtli dərmanların istehsalını etməməliyik. Nə üçün? Çünki dərman, istehsal edən kimsədən spirt hazırlamağı, spirti isə üzümü sıxmaqla Xamr hazırlamağı tələb edəcək. Bütün bunlar qadağandır necə ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Allah lənət edib içki içəni, süzəni, satanı, alanı, sıxanı, qarışdıranı, paylayanı, saxlayanı və ondan gələn gəliri xərcləyəni”. Əbu Davud, Həkim, “Səhihul Cəmi” 72,1802,5091. Buna görə də spirtli dərmanları hazırlamaq üçün bizlər istehsal etməliyik, istehsal edən kimsə isə lənətlənmişdir. O, ki qaldı kafirlərin dövlətlərindən gətirilən spirtli dərmanlara: Əgər dərmanı çox miqdarda qəbul etmək və ya içmək insanı sərxoş etmirsə icazəlidir. Burada biz sokoladla bağlı suala qayıdırıq. Əgər sual, sənə sual verənin dediyi kimidirsə (yəni: spirt istehsal zamanı şokoladın içərisində) buxarlanaraq yoxa çıxırsa bu zaman şokolad öz halında sərxoş etmir. Lakin mən bir daha xatırladıram: Onları İslam dövlətində istehsal etmək olmaz”.

Silsila Huda vən Nur” 491.


Şeyx Useymin – rahmətullahi aleyhi - deyir ki: “Əgər alkoqol hər hansı bir məhsulla qarışaraq öz izini itirirsə həmin məhsul icazəlidir. Odekalon və digər məhsullarda az miqdarda olan alkoqol sərxoş edici olmadığı halda çox istifadə edilsə də belə Xamr sayılmır. Bu məhsul sərxoş edici deyildir. Necə ki, suya bir damcı sidik düşdüyü zaman, su öz halını dəyişmir. Su təmiz olaraq qalır. Həmçinin hər hansı bir məhsula bir damcı alkoqol düşdüyü zaman həmən məhsul halını dəyişmədiyi halda Xamr sayılmır. Bütün alimlər bu məsələni başlıq olaraq: “Sərxoşluğun sərhəddi” adlandırmışlar. Həmçinin sizin nəzərinizə bir çox tələbələrə qaranlıq qalmış bir suala yönəltmək istəyirəm: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Çox miqdarda sərxoş edən şey, az miqdarda da qadağandır”. Əbu Davud 3681, Tirmizi 1865, İbn Məcə 3393. Onlar deyirlər ki: “Az miqdarda olan alkoqol çox miqdarda olan bir şeylə qarışarsa o, da qadağan sayılır”. Lakin hədisin mənası buna dəlalət etmir. Mənası: Əgər çox miqdar da olan şey sərxoş edirsə, onun az miqdarı da qadağandır hətta az miqdarda olan sərxoş etməsə də belə. Təsəvvür edin ki, bizdə içki var. Ondan on şüşə butılka içdikdə insanı sərxoş hala gətirir. Lakin bir şüşə butılka içdikdə sərxoş etmir. Bax bu bir şüşə butılka da qadağandır hətta sərxoş etməsə də belə. Bu da hədisin mənasıdır. O, izah deyil ki: “Sərxoş edici başqa bir şeylə qarışarsa o, da qadağan olunur”. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Çox miqdarda sərxoş edən şey, az miqdarda da qadağandır”. Əbu Davud 3681, Tirmizi 1865, İbn Məcə 339319.
1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə