Yerüstü sinoptik hava xəritələrinin işlənmə prinsipləri və nümunə Hava şəraitinin təhlil edərkən ilk növbədə yerüstü analiz xəritəsi “qaldırılmalıdır”. Yerüstü xəritələrin təhlili onların “aydınlaşdırılmasından” başlayır. Bu prosesə “yerüstü hava qaldırılması “ da deyilir. Bunun üçün atmosfer hadisələrinin, sinoptik terminlərin şərti işarələrini bilmək qarşıya qoyulan ən vacib məsələlərdən biridir.
Sinoptik xəritələr əsas müddətlər üçün tərtib edilməklə, böyük əraziləri əhatə edirlər. meteoroloji bölmələrdə əsas sinoptik xəritələr meteoroloji prosesləri analiz etmək və hava proqnozları tərtib etmək üçün istifadə edilir.
Yerüstü sinoptik hava xəritələrinin işlənməsi öz növbəsində aşağıdakı ardıcıllıqla aparılır:
İzobarların çəkilməsi, yüksək və alçaq təzyiq sahələrinin mərkəzlərinin aşkar edilməsi;
Siklon və antisiklonların inkişaf etdiyi mərkəzlərin əvvəlki vəziyyətlərə görə yer dəyişməsi;
1. İzobarların çəkilməsi, yüksək və alçaq təzyiq sahələrinin mərkəzlərinin aşkar edilməsi Qara karandaşla bütöv xətlərlə əsas hava xəritələində hər 5hPa-dan bir, dairəvi xəritələrdə isə hər 2,5 hPa-dan bir çəkilirlər. izobarların çəkilməsi üçün qonşu mətəqələrdəki atmosfer təzyiqinin qiymətləri interpolyasiya edilir və bu məntəqələrdə küləyin istiqaməti, sürəti nəzərə alınır. Bütün izobarların başlanğıc və son uclarında tam hektopaskallarla atmosfer təzyiqi qeyd olunur. Bu zaman təzyiqin qiymətləri açıq izobarlardan iki tərəfdən , qapalı izobarlarda isə onların birləşdiyi yerlərdə yazılır. Alçaq təzyiq sahələrinin mərkəzlərində qara karandaşla A hərfi, yüksək təzyiq sahələrinin mərkəzlərində isə Y hərfi yazılır.
2.Barik tendensiya izoxətlərin (izotendensiyaların) çəkilməsi:
Qara qələmlə nazik, qırıq-qırıq xətlər şəklində bir hPa-dan bir çəkilirlər. Təzyiqin artma və azalma sahələrini ayıran sıfır hektopaskal izotendensiyası böyük sahələrdə təzyiqin yalnız zəif dəyişmələrində (1 hPa/3saat az ) çəkilir.
3.Yağıntı, duman və digər hava hadisələrinin xüsusi rəng çalarları ilə ayrılması:
Atmosfer yağıntıları:
a. yağış, çiskin yağış, leysan, adi qar, leysan qar-yaşıl rənglə:
b. dolu, ildırım, ümumiyyətlə covğunun və burulğanın bütün növləri,yəni təhlükəli atmosfer hadisələri-qırmızı rənglə:
c. duman, çən, sis- sarı rənglə rənglənir.
4.Cəbhə xətlərinin çəkilməsi: Yerüstü sinoptik hava xəritələrində göy əyri səlis xətlər vasitəsilə soyuq , qırmızı xətlər vasitəsilə isə isti atmosfer cəbhələri təsvir olunur. Cəbhə xətləri xəritələrinə yerüstü hava xəritlərindən köçürülür.
5.Siklon və antisiklonların inkişaf etdiyi mərkəzlərin əvvəlki vəziyyətlərə görə yer dəyişməsi Adı çəkilən xəritə üzərində siklon göy (H-kimi işarələnir), antisiklon isə qırmızı (B-kimi işarələnir) rəngli karandaşla təsvir olunur.
Bütün bu deyilənlər Yerüstü hava xəritəsinin bir nümunəsi kimi aşağıdakı şəkildə təsvir olunmuşdur:
Verilmiş təsvirdə göy rənglə soyuq atmosfer cəbhələri, qırmızı rənglə isti cəbhələr, bənövşəyi rənglə isə müvafiq olaraq okklyuziya cəbhələri çəkilmişdir. Həmçinin yaşıl rənglə yağıntı zonaları, sarı rənglə isə duman və çən zonaları müvafiq olaraq fərqləndirilmişdir.