Yol hərəkəti haqqında


 FƏSİL  Ümumi müddəalar



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə11/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   7   8   9   10   11   12   13   14   ...   130
yhq az

1 FƏSİL 

Ümumi müddəalar 

 

Maddə 1. Əsas anlayışlar 

Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur: 

1) yol hərəkəti — xüsusi nəzərdə tutulmuş yollarda nəqliyyat vasitələrinin köməyi ilə və ya belə kömək olmadan 

hərəkət  etmək,  habelə  sərnişin  və  yük  daşınması  üzrə  fiziki  və  hüquqi  şəxslərin  tələbatlarını  ödəmək  prosesində 

yaranan ictimai münasibətlərin məcmusudur; 

2) yol hərəkətinin təşkili — nəqliyyat vasitələrinin və ya piyadaların təhlükəsizliyini, fasiləsiz və rahat hərəkətini, 

optimal  sürətini  təmin  etmək  məqsədilə  küçə-yol  şəbəkəsində  həyata  keçirilən  və  yol  hərəkətinin  ayrılmaz  hissəsi 

olan mühəndis və təşkilati tədbirlər sistemidir; 

3)  yol  hərəkətinin  təhlükəsizliyi  —  yol  hərəkəti  iştirakçılarının  və  cəmiyyətin  yol-nəqliyyat  hadisələrindən  və 

onların nəticələrindən müdafiə olunma dərəcəsini göstərən yol hərəkəti vəziyyətidir; 

4)  beynəlxalq  yol  hərəkəti  —  bir  dövlətin  fiziki  və  ya  hüquqi  şəxsinə  məxsus olan  və  başqa  dövlətin  ərazisinə 

müvəqqəti gətirilərək və orada qeydiyyata alınmayan nəqliyyat vasitəsinin iştirak etdiyi yol hərəkətidir

5) avtomobil yolu — yol hərəkəti qaydalarına, dövlət standartlarına və digər normativ-hüquqi aktlara uyğun olan 

ölçülərə və kütləyə malik avtomobillərin, avtobusların, motosikletlərin müəyyənləşdirilmiş sürətlə təhlükəsiz və rahat 

hərəkətini təmin etmək üçün nəzərdə tutulan yoldur; 

6) avtomagistral — nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi çəkilmiş və nəzərdə tutulmuş elə bir yoldur ki: 

•  həmin  yol  boyunca  yerləşən  təsərrüfat,  istehsal  və  ya  tikinti  təyinatlı  obyektlər  digər  nəqliyyat  vasitələri 

tərəfindən istifadə edilə bilməz; 

•  ayrı-ayrı  yerləri  istisna  olmaqla  və  ya  müvəqqəti  qaydanın  müəyyənləşdirildiyi  hallarda  başqa,  əks 

istiqamətlərdə hərəkət istiqamətləri üçün ayrı-ayrı hərəkət hissələri vardır, həm də bu hissələr arasında hərəkət üçün 

nəzərdə tutulmayan ayırıcı zolağın və ya müstəsna hallarda başqa vasitələrin köməyi ilə hədd qoyulmuşdur; 

• dəmiryol, tramvay yolları və başqa yollarla, habelə piyada zolaqları ilə bir səviyyədə kəsişmələri yoxdur; 




2017v3 

 



 hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilir, hər 50 kilometrdən çox 

olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilir. 

7) yolun hərəkət hissəsi — yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq 

vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər); 

8)  yol  çiyini  —  yolun  hərəkət  hissəsində  hərəkətin  kənar  zolağı  və  ya  kənar  zolaqları,  yaxud  velosiped  zolaqları 

müəyyən  nəqliyyat  vasitələrinin  hərəkəti  üçün  nəzərdə  tutulduqda,  “yol  çiyini”  digər  yol  istifadəçiləri  üçün  yolun 

qalan hissəsinin kənarıdır; 

9)  baş  yol  —  kəsişən  (bitişən)  yola  nisbətən  müvafiq  nişanlarla işarələnmiş  yol  və  ya  torpaq  yola  nisbətən  bərk 

örtüyü olan (asfalt və ya sement-beton, daş materialları və s.) yol, yaxud bitişik ərazilərdən çıxışlara nisbətən hər 

hansı yoldur (ikinci dərəcəli yolda yolayrıcı qarşısında örtüklü sahənin olması, onu əhəmiyyətcə kəsişdiyi yola bərabər 

etmir); 


10)  piyada  keçidi  —  yolun  hərəkət  hissəsində  piyadaların  yolu  keçməsi  üçün  nəzərdə  tutulan  sahə,  yaxud 

mühəndis qurğusudur; 

11) yolayrıcı — yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ 

gətirdiyi ərazidir; 

12)  nizamlanan  yolayrıcı  —  hərəkət  növbəliliyi  svetoforun  və  ya  nizamlayıcının  siqnalları  ilə  müəyyənləşdirilən 

yolayrıcıdır; 

13)  nizamlanmayan  yolayrıcı  —  nizamlayıcının  olmadığı,  svetoforun  qurulmadığı  və  ya  söndürüldüyü,  yaxud 

yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcıdır; 

14)  ayırıcı  zolaq  —  yolun  ayrılmış  elementi  olub,  yanaşı  yerləşən  hərəkət  hissələrini  bir-birindən  ayıran,  lakin 

nəqliyyat vasitələrinin hərəkəti və ya dayanması, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulmayan hissəsidir; 

15)  hərəkət  zolağı  —  yolun  hərəkət  hissəsinin  nişanlama  xətti  vasitəsilə  bölünmüş,  eni  avtomobillərin  bir  sırada 

hərəkəti üçün kifayət edən hər hansı uzununa zolağıdır; 

16)  səki  —  yolun  hərəkət  hissəsinə  bitişik  olan  və  ya  qazon  vasitəsilə  ondan  ayrılmış,  piyadaların  hərəkəti  üçün 

nəzərdə tutulan hissəsidir; 

17) nəqliyyat vasitəsi — yolda hərəkət üçün konstruksiya imkanları olan və insan tərəfindən idarə edilən qurğu, 

habelə onun qoşqusudur (nəqliyyat vasitələri mexaniki və insanın, yaxud heyvanın əzələ enerjisi ilə hərəkətə gətirilən 

nəqliyyat vasitələrinə bölünür); 

18) mexaniki nəqliyyat vasitəsi — asma mühərrikli velosipedlər və relsli nəqliyyat vasitələri istisna olmaqla, hər 

hansı özügedən nəqliyyat vasitəsidir; 

19) avtomobil — yollarda adamların və ya yüklərin daşınması, yaxud adam və ya yük daşıyan nəqliyyat vasitələrinin 

yedəyə alınması üçün istifadə edilən mexaniki nəqliyyat vasitəsidir (bu anlayış trolleybusları, yəni elektrik naqili ilə 

birləşdirilmiş  relssiz  nəqliyyat  vasitələrini  də  əhatə  edir.  Lakin  yollarda  adamların  və  yüklərin  daşınması  və  ya  bu 

məqsədlə  istifadə  edilən  nəqliyyat  vasitələrinin  yedəyə  alınması  üçün  istifadə  edilən  və  yalnız  yardımçı  funksiya 

daşıyan kənd təsərrüfatı traktorları kimi nəqliyyat vasitələrini əhatə etmir); 

20) operativ nəqliyyat vasitələri — yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin , 

hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli 

yüklərin  daşınması,  Azərbaycan  Respublikasının  ali  vəzifəli  şəxslərinin  mühafizəsi  vəzifələrinin  icrası  üçün  nəzərdə 

tutulan, Milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən, üstündə xüsusi qrafikalı rəngli sxemlər, 

yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir;  

21) qoşqu — mexaniki nəqliyyat vasitəsi ilə yedəyə alınmaq üçün nəzərdə tutulan hər hansı nəqliyyat vasitəsidir; 

22) yarımqoşqu — avtomobillərə birləşdirilmək üçün nəzərdə tutulan, bir hissəsi avtomobilə söykənərək özünün və 

yükün kütləsinin xeyli hissəsini onun üstünə salan hər hansı qoşqudur; 

23) uzun ölçülü nəqliyyat vasitəsi — uzunluğu 24 metrdən çox olan nəqliyyat vasitəsidir; 

24) özügedən maşınlar — tırtıllı traktorlar da daxil olmaqla tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə 

istifadə üçün nəzərdə tutulan nəqliyyat vasitəsidir; 

25)  təkərli  traktor  — yollarda  qoşquları yedəyə almaq  üçün  istifadə  edilən  və konstruksiyasına  görə  maksimum 

sürəti saatda 30 kilometrdən yüksək olmayan nəqliyyat vasitəsidir

26)  motosiklet  —  mühərriki olan  ikitəkərli,  arabalı və  ya  arabasız  mexaniki  nəqliyyat  vasitəsidir  (tam ləvazimatlı 

vəziyyətdə  kütləsi  400  kiloqramdan  çox  olmayan  üç  və  dördtəkərli  mexaniki  nəqliyyat  vasitələri  də  motosikletlərə 

bərabər tutulur); 

27) moped — iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya 

sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir (asma mühərrikli velosipedlər 

və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri də mopedlərə bərabər tutulur);  

28)  velosiped  —  əlil  arabaları  istisna  olmaqla,  idarə  edən  şəxsin  əzələ  enerjisi  ilə,  xüsusən  pedalların  və  ya 

dəstəklərin köməyi ilə hərəkətə gətirilən hər hansı nəqliyyat vasitəsidir; 

29)  nəqliyyat  vasitəsinin  dayanması  —  adamların  minməsi  və  ya  düşməsi,  yaxud  yüklərin  yığılması  və  ya 

boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir; 

30) məcburi  dayanma — texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda 

maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır; 



2017v3 

 



31)  nəqliyyat  vasitəsinin  durması  —  əgər  nəqliyyat  vasitəsi  digər  yol  istifadəçisi  və  ya  hər  hansı  maneə  ilə 

toqquşmanın  qarşısını  almaq  və  ya  hərəkət  qaydalarının  göstərişlərini  yerinə  yetirmək  səbəblərindən  başqa  digər 

səbəblərə  görə  hərəkətsiz  vəziyyətə  gətirilmişdirsə  və  onun  dayanması  adamların  minməsi  və  ya  düşməsi,  yaxud 

yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir; 

32) parklanma — nəqliyyat vasitəsinin parklanma yerlərində durmasıdır; 

32-1)  parklanma  yeri  -  yaşayış  məntəqələrinin  hüdudlarında  avtomobil  yolunun  hərəkət  hissəsində  və  ya  ona 

bitişik  hissədə  nəqliyyat  vasitələrinin  durması  üçün  ayrılmış,  bu  Qanunla  müəyyən  edilmiş  qaydada  işarələnmiş və 

təchiz edilmiş yerdir;  

33)  yol  hərəkəti  iştirakçısı  —  hərəkət  prosesində  piyada,  nəqliyyat  vasitəsinin  sürücüsü,  sərnişin,  velosipedçi, 

mal-qara  ötürən  qismində  iştirak  edən,  habelə  avtomobil  yollarından,  küçələrdən,  dəmiryol  keçidlərindən  və  ya 

nəqliyyat vasitələri ilə adamların və yüklərin daşınması üçün nəzərdə tutulmuş digər yerlərdən istifadə edən şəxsdir; 

34) sürücü — hər hansı növ nəqliyyat vasitəsini idarə edən şəxsdir (sürücülüyü öyrədən avtomobil təlimatçısı da 

sürücüyə bərabər tutulur); 

35) sərnişin — nəqliyyat vasitəsində hərəkətdə olan, lakin onun idarə edilməsinə aidiyyəti olmayan şəxsdir; 

36) piyada — nəqliyyat vasitələrindən kənarda yol hərəkətində iştirak edən və yolda hər hansı iş görməyən şəxsdir 

(mühərriksiz  əlil  arabalarında  gedən,  velosiped,  moped  və  ya  motosiklet  aparan,  kirşə,  əl  arabası,  uşaq  və  ya  əlil 

arabası aparan şəxslər də piyadaya bərabər tutulur); 

37) velosipedçi — əlil arabaları istisna olmaqla, velosipedi idarə edən şəxsdir; 

38) mal-qara ötürən — mal-qaranı, yük və ya minik heyvanlarını yoldan keçirən şəxsdir; 

39) ötmə — hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir; 

40)  üstünlük  —  nəzərdə  tutulan  istiqamətdə  digər  hərəkət  iştirakçılarına  nisbətən  ilk  növbədə  hərəkət  etmək 

hüququdur; 

41)  yol  vermək  —  sürücünün  hərəkəti  davam  etdirməsi  və  ya  yenidən  hərəkətə  başlaması,  hər  hansı  manevr 

etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə 

biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir; 

42)  məhdudiyyətli  görünmə  —  duman, yağış,  qar və  başqa şəraitdə,  habelə  toranlıqda  yolun  300  metrdən  az 

məsafədə görünməsidir; 

43)  yol-nəqliyyat  hadisəsi  —  yollarda,  küçələrdə,  meydanlarda,  dəmiryol  keçidlərində  nəqliyyat  vasitələrinin 

hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və 

ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi 

zərər dəyməsinə səbəb olan hadisədir; 

44)  ümumi  istifadədə  olan  nəqliyyat  vasitəsi  -  sərnişin  daşınması  üçün  nəzərdə  tutulmuş,  müəyyən  edilmiş 

marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsidir (avtobus, trolleybus, tramvay);  

45) mütəşəkkil nəqliyyat dəstəsi - qarşıda qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə təchiz edilmiş 

operativ  nəqliyyat  vasitəsinin  müşayiəti  ilə  bir  hərəkət  zolağında  bir-birinin  ardınca  faraları  yandırılmış  vəziyyətdə 

hərəkət edən üç və ya daha artıq mexaniki nəqliyyat vasitəsindən ibarət olan dəstədir;  

46) avtoqatar - bir mexaniki nəqliyyat vasitəsinə qoşularaq birlikdə hərəkət edən bir neçə nəqliyyat vasitəsindən 

ibarət tərkibdir;  

47) icazə verilən maksimum kütlə - istehsalçı müəssisə tərəfindən müəyyən edilmiş, nəqliyyat vasitəsinin sürücü, 

sərnişin və yüklə birlikdə yol verilən kütləsinin yuxarı həddidir. Avtoqatarın icazə verilən maksimum kütləsi tərkibə 

daxil olan nəqliyyat vasitələrinin icazə verilən maksimum kütlələrinin cəmindən ibarətdir;  

48) sutkanın qaranlıq vaxtı - sutkanın günəş batandan günəş çıxanadək olan müddətidir;  

49) yaşayış məntəqəsi - giriş və çıxışları müvafiq olaraq 

 5.22, 


 5.23, 

 5.24, 


 5.25 

nişanları ilə işarələnmiş, əhalinin yığcam məskunlaşdığı ərazidir. Ağ fonu olan 

 5.22 və 

 5.23 nişanları 

yaşayış  məntəqələrində  hərəkət  qaydalarını  tənzimləyən  müvafiq  tələblərin  tətbiq  olunduğunu,  göy  fonu  olan 

 5.24 və 

 5.25 nişanları yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin 

bu yolda tətbiq olunmadığını göstərir;  

50) yaşayış zonası – yaşayış məntəqəsinin giriş və çıxışları müvafiq olaraq 

 5.51 və 

 5.52 nişanları 

ilə işarələnmiş hissəsidir; 

51) ağırçəkili nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş 

çəki və ya oxlar üzrə parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir

52)  iriqabaritli  nəqliyyat  vasitəsi  -  ümumi  istifadədə  olan  avtomobil  yolları  və  yol  qurğuları  üçün  müəyyən 

edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir; 

53)  texnoloji nəqliyyat  vasitəsi  -  küçə-yol  şəbəkəsində  istismar  üçün  nəzərdə  tutulmayan, sənaye sahələrində 

müvafiq texnoloji proseslərin həyata keçirilməsi zamanı istifadə edilən, xüsusi texnoloji qurğu və avadanlıqlarla təchiz 

edilmiş nəqliyyat vasitəsidir.  



2017v3 

 




Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin