Yol hərəkəti haqqında


Maddə 22. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi proqramları



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə32/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   28   29   30   31   32   33   34   35   ...   130
yhq az

Maddə 22. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi proqramları 


2017v3 

15 


 

I.  Yol  hərəkəti  təhlükəsizliyinin  təmin  edilməsi  sahəsində  dövlət  siyasətinin  həyata  keçirilməsi  məqsədilə  və  yol-

nəqliyyat  hadisələrinin  sayının,  bu  hadisələr  nəticəsində  dəyən  zərərin  azaldılmasına  yönəldilmiş  dövlət  və  yerli 

əhəmiyyətli proqramlar işlənib hazırlanır. 

II. Bu proqramlar ərazi və sahə planlaşdırılmasının səmərəli əlaqələndirilməsi, bir-birinə bağlı olan balanslaşdırılmış 

göstəricilərin  formalaşdırılması  əsasında,  konkret  regionun  sosial-iqtisadi  və  ekoloji  şəraiti,  yol  şəbəkəsinin  inkişaf 

səviyyəsi, qəza vəziyyəti və yol hərəkətinin vahid uçotu sisteminin digər göstəriciləri nəzərə alınmaqla hazırlanır. 

III. Yol hərəkəti təhlükəsizliyinin təmin olunması proqramına aşağıdakılar daxil edilməlidir: 

1) yolların inkişafı və genişləndirilməsi; 

2) yol hərəkətinin təşkilinin təkmilləşdirilməsi; 

3)  yol  hərəkətinin  təhlükəsizliyi  vəziyyətinin  təhlili  və  yol-nəqliyyat  hadisələrinin,  onların  nəticələrinin 

azaldılması üzrə tədbirlər; 

4) müəyyən dövr üçün proqnozlar; 

5) əsaslandırılmış konkret məqsədlər; 

6) həyata keçirilməsi nəzərdə tutulan məqsədlərə çatmağa imkan verəcək tədbirlər; 

7) proqramın dəyəri və onun maliyyələşdirilmə mənbələri, yol fondlarının yaradılması; 

8) proqramın yerinə yetirilməsinə nəzarətin formaları və mütəmadiliyi. 

 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin