Yol hərəkəti haqqında


Maddə 31. Nəqliyyat vasitələrinin saxlanılması



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə41/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   37   38   39   40   41   42   43   44   ...   130
yhq az

Maddə 31. Nəqliyyat vasitələrinin saxlanılması 

I.  Nəqliyyat  vasitələrinin  sahibləri  və  ya  sürücüləri  nəqliyyat  vasitələrini  duracaqlarda  və  qarajlarda,  habelə  yol 

hərəkəti  təhlükəsizliyi,  ətraf  mühitin  mühafizəsi  və  ictimai  təhlükəsizliyin  tələblərinə  cavab  verən  yerlərdə 

saxlamalıdırlar.  “Nəqliyyat  vasitələrinin  duracaqları  və  qarajlar  haqqında”  nümunəvi  Əsasnaməni  Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanı qəbul edir. 

II. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları: 

1)  yaşayış  məntəqələrinin  layihələşdirilməsi  zamanı  nəqliyyat  vasitələri  duracaqlarının,  habelə  qarajlarının 

yollara bitişik ərazilərdə yerləşdirilməsini planlaşdırmalıdırlar; 

2) qarajların və ya duracaqların tikintisi üçün torpaq sahələrini bu barədə müraciət etmiş şəxslərin olduqları 

ərazinin və ya onların yaşadığı binaların yaxınlığında ayırmalıdırlar. 

III. Nəqliyyat vasitələri duracaqlarının, qarajlarının sahibləri nəqliyyat vasitələrinin toxunulmaz və təhlükəsiz şəraitdə 

saxlanılmasını təmin edirlər. Nəqliyyat vasitələri saxlanca qəbul edildikdən sonra onların müəyyən edilmiş qaydalara 

uyğun saxlanılmamasına görə duracaqların və dayanacaqların sahibləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə 

nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 

IV. Nəqliyyat vasitələri duracaqlarının, qarajlarının sahibləri: 

1)  nəqliyyat  vasitəsinin  sahibindən  və  ya  sürücülərindən  nəqliyyat  vasitəsinin  saxlanılma  qaydasına  əməl 

olunmasını tələb etməlidirlər; 

2) saxlanılması üçün təqdim olunan nəqliyyat vasitəsinin xarici görünüşünü və komplektliyini, zərurət olduqda 

isə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, onu idarə edənin sürücülük vəsiqəsini yoxlamalıdırlar və onları 

hökmən qeydə almalıdırlar; 

3) nəqliyyat vasitəsinin sahibinə və ya sürücüsünə nəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə xüsusi 

sənəd verməlidirlər; 

4) yol-nəqliyyat hadisəsinə dair arayışın təqdim edildiyi hallardan başqa, banın hissələri zədələnmiş nəqliyyat 

vasitəsini saxlanca qəbul etməməlidirlər; 

5)  nəqliyyat  vasitəsi  oğurlandıqda  və  ya  qaçırıldıqda,  müvafiq  icra  hakimiyyəti  orqanlarına  təcili  məlumat 

verməlidirlər. 

V.  Nəqliyyat  vasitələrinin  icazə  verilməyən  yerlərdə  saxlanılması  üçün  sürücülər  Azərbaycan  Respublikasının 

qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 

 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin