Yol hərəkəti haqqında


Maddə 511. Avtoxuliqanlıq



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə125/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   122   123   124   125   126   127   128   129   130
yhq az

Maddə 511. Avtoxuliqanlıq 

511.1.  Avtoxuliqanlıq,  yəni  nəqliyyat  vasitəsinin  sürücüsü  tərəfindən  ictimai  qaydanı  və  əhalinin  dincliyini 

nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla 

davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il 

müddətinə  məhdudlaşdırılmaqla  500  manatdan  750  manatadək  məbləğdə  cərimə  edilir  və  ya  nəqliyyat  vasitəsini 




2017v3 

95 


 

idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə 

alınmaqla, 15 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunur. 

511.2. Eyni hərəkətlərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi 

gündən  bir  il  ərzində  təkrar  törədilməsinə  görə  -  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  2  il  müddətinə 

məhdudlaşdırılmaqla, 750 manatdan 1000 manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək 

hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 

aydan 2 ayadək müddətə inzibati həbs tətbiq olunur. 

511.3.  Bu  Məcəllənin  511.1-ci  maddəsində  nəzərdə  tutulmuş  hərəkətlərin  aşkar  surətdə  iki  və  ya  daha  artıq 

nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan 

artıq aşmaqla törədilməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 2000 

manatdan  4000  manatadək  məbləğdə  cərimə  edilir  və  ya  nəqliyyat vasitəsini idarə  etmək  hüququ  2  il  müddətinə 

məhdudlaşdırılmaqla  işin  hallarına  görə,  pozuntunu  törədənin  şəxsiyyəti  nəzərə  alınmaqla,  1  aydan  2  ayadək 

müddətə inzibati həbs tətbiq olunur. 

 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin