Yol hərəkəti haqqında


 FƏSİL  Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə edilməsi



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə16/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   12   13   14   15   16   17   18   19   ...   130
yhq az

2 FƏSİL 

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə edilməsi 

 

Maddə 7. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin başlıca prinsipləri və əsas istiqamətləri 

I. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin başlıca prinsipləri aşağıdakılardır: 

1)  yol  hərəkətində  iştirak  edən  insanların  həyatının  və  sağlamlığının  təsərrüfat  fəaliyyətinin  iqtisadi 

nəticələrindən üstünlüyü; 

2)  yol  hərəkəti  təhlükəsizliyinin  təmin  edilməsinə  görə  dövlətin  məsuliyyətinin  yol  hərəkətində  iştirak  edən 

insanların məsuliyyətindən üstünlüyü; 

3)  yol  hərəkəti  təhlükəsizliyinin  təmin  edilməsi zamanı  insanların,  cəmiyyətin  və  dövlətin  mənafelərinə  əməl 

olunması; 

4) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyətə məqsədyönlü və kompleks yanaşma. 

II. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirilir: 

1) yol hərəkətinin təşkilində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi; 

2)  yol  hərəkəti  təhlükəsizliyi  sahəsində  Azərbaycan  Respublikası  müvafiq  icra  hakimiyyəti  orqanlarının 

səlahiyyətlərinin və məsuliyyətlərinin müəyyən edilməsi; 

3) yol hərəkəti təhlükəsizliyinə dair qaydaların, standartların, texniki normaların və digər normativ sənədlərin 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  qaydada  işlənib  hazırlanması  və  onların  təsdiq 

edilməsi; 

4) avtomobil yollarında yol hərəkəti üçün sərfəli və rahat şəraitin yaradılması; 

5) avtomobil, şəhər yerüstü elektrik nəqliyyatının və yol təsərrüfatı fəaliyyətinin nizama salınması; 

6) nəqliyyat vasitələrinin yol hərəkətinə buraxılması; 

7) yol hərəkətinin nizama salınması; 

8) nəqliyyat vasitələri sürücülərinin hazırlanmasının və ixtisasının artırılmasının təşkili; 

9) yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi; 

10) yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi; 

11) ətraf mühitin mühafizəsi; 

12) yol hərəkəti təhlükəsizliyi tədbirlərinin maddi və maliyyə təminatı; 

13)  yol-nəqliyyat  hadisələrinin  qarşısının  alınması  və  onların  nəticələrinin  ağırlığını  azaltmaq  məqsədilə 

Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi; 

14)  yol  hərəkəti  təhlükəsizliyinin  təmin  edilməsi  sahəsində  Azərbaycan  Respublikası  qanunvericiliyinin  və 

müvafiq  qaydaların,  standartların,  texniki  normaların və  digər  normativ  sənədlərin  tələblərinin  yerinə  yetirilməsinə 

dövlət nəzarətinin həyata keçirilməsi. 



2017v3 

 




Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin