Yol hərəkəti haqqında


Maddə 12. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə22/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   18   19   20   21   22   23   24   25   ...   130
yhq az

Maddə 12. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi 

I. Yol hərəkəti yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər: 

1) yollarda təmir və ya abadlaşdırma işləri görüldükdə; 

2) təbii fəlakət, qəza və ya digər fövqəladə hadisə baş verdikdə; 

2-1) dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda;  

3) yol hərəkətinin təhlükəsizliyi, insanların həyatı və ya əmlakı üçün təhlükə yarandıqda; 

4) hava-iqlim şəraiti xeyli pisləşdikdə; 

5) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda kütləvi tədbirlər həyata keçirildikdə. 

II. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar, yolun mənsubiyyətindən 

asılı olaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və ya özəl yolun sahibi tərəfindən qəbul 

edilir. Yol şəraiti hərəkət üçün ciddi təhlükə yaradarsa, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata 

keçirən orqan yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərarın qəbul edilməsi 

barədə göstəriş verə bilər. Qərar olmadan, yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi, 

yalnız  fövqəladə  hadisələr,  dini  ekstremizm  əleyhinə  xüsusi  əməliyyatın  aparıldığı  hallar,  habelə  qəza  təhlükəsinin 

aradan qaldırılması ilə bağlı işlərin görülməsi zərurəti ilə əlaqədar hallarda mümkündür. 

III.  Yol  hərəkətinin  müvəqqəti  məhdudlaşdırılması  və  ya  qadağan  edilməsi  haqqında  qərarda  yol  hərəkətinin 

məhdudlaşdırılmasının  və  ya  qadağan  edilməsinin  yeri,  səbəbi,  vaxtı  və  şərtləri,  qəbul  olunan  qərar  barədə  yol 

hərəkəti iştirakçılarına məlumat verilməsi qaydası, yol hərəkətinin təhlükəsizliyi tədbirləri və işlərin yerinə yetirilməsi 

müddətləri, zəruri işlərin icrasına cavabdeh olan şəxslər göstərilir. 

IV. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar təxirəsalınmadan dövlət 

orqanlarının və əhalinin nəzərinə çatdırılmalıdır. Qərarda göstərilmiş zəruri işlərin icrasına cavabdeh olan şəxslər yol 

hərəkəti təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirən orqanla birlikdə zəruri, o cümlədən dolayı yol ilə 

yol hərəkətinin təşkil edilməsinə dair tədbirləri həyata keçirməlidirlər. 

V. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi zamanı, təhlükəsizlik tədbirlərinin həyata 

keçirilməsi şərtilə, yalnız bu Qanunda nəzərdə tutulmuş xüsusi işarələrdən, fərqləndirici nişanlardan, svetoforlardan 

və digər texniki vasitələrdən istifadə olunmalıdır. 

VI.  Yollara  xidmət  edən  yol  təsərrüfatı  müəssisələri,  fövqəladə  və  dini  ekstremizm  əleyhinə  xüsusi  əməliyyatın 

aparıldığı  hallar  istisna  olmaqla,  avtomobil  yollarında  hərəkətin  müvəqqəti  məhdudlaşdırılmasının  və  ya  qadağan 

edilməsinin  planlaşdırılması,  habelə  bunun  üçün  müəyyən  olunmuş  müddətlər  haqqında  yol  istifadəçilərinə 

qabaqcadan xəbər verməlidirlər. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılmasının və ya qadağan edilməsinin hər bir 




2017v3 

13 


 

halında yollara xidmət edən yol təsərrüfatı müəssisələri yol hərəkətinin müəyyən olunmuş müddətdə təcili bərpası 

üçün zəruri tədbirlər həyata keçirməlidirlər. 

VII.  Bu  maddənin  müddəalarını,  habelə  yol  hərəkətinin  müvəqqəti  məhdudlaşdırılması  və  ya  qadağan  edilməsi 

haqqında qəbul olunmuş qərarla müəyyənləşdirilmiş göstərişləri və ya qadağan edilməsi müddətlərini pozan və ya 

özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdıran və ya qadağan edən təqsirli şəxslər Azərbaycan Respublikasının 

qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət daşıyırlar. 

 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin