Yol hərəkəti haqqında


Maddə 20. Yol-nəqliyyat hadisələrində zərər çəkənlərə tibbi yardım göstərilməsinin təşkili



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə30/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   26   27   28   29   30   31   32   33   ...   130
yhq az

Maddə 20. Yol-nəqliyyat hadisələrində zərər çəkənlərə tibbi yardım göstərilməsinin təşkili 

I.  Azərbaycan  Respublikasının  səhiyyə  müəssisələri  yol-nəqliyyat  hadisələri  nəticəsində  zərər  çəkənlərə  yardım 

göstərilməsini  təmin  edir,  nəqliyyat  vasitəsini  idarə  edən  şəxslərin  alkoqoldan,  narkotik  vasitələr,  psixotrop 

maddələrdən  və  güclü  təsir  göstərən  digər  maddələrdən  istifadə  nəticəsində  sərxoş  vəziyyətdə  olub-olmadıqlarını 

müəyyən edir, onların uçotunu aparır, nəqliyyat vasitələrini idarə etməyə yararlılıq haqqında arayış verirlər.  

II.  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanları  mütəxəssislərlə,  şöbə  və  palatalarla  təchiz 

olunmuş,  müayinə  və  müalicə  etmək  imkanına,  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının 

stasionar  postları  ilə  rabitə  əlaqəsinə  malik  olan  müalicəxanaları  yolların  konkret  sahələrinə  təhkim  edirlər.  Bu 

müalicəxanalar yol-nəqliyyat hadisəsi yerinə dərhal getmək və zərər çəkənlərə zəruri tibbi yardım göstərmək üçün 

lazımi tədbirlər görməlidirlər. 

III. Yolların yaxınlığında olan tibb müəssisələri (xəstəxanalar və müalicə-profilaktika müəssisələri) rabitə vasitələri ilə 

təchiz edilməli və tibbi yardım çağırışlarına cavab verməlidirlər. Yollara təhkim edilmiş xəstəxanalar və təcili yardım 

stansiyaları da müvafiq rabitə cihazları ilə təmin olunur. Məlumatı qəbul etməməyə, eləcə də yol-nəqliyyat hadisəsi 

yerinə vaxtında getməməyə və ya ixtisaslı tibbi yardım göstərməməyə görə, tibbi heyətin məsul şəxsləri Azərbaycan 

Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 

IV. Sürücülər idarə etdikləri nəqliyyat vasitələrində xüsusi dərman qutularının olmasını, onların komplektləşdirilməsini 

təmin etməlidirlər. 

 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin