Yol hərəkəti haqqında


Maddə 49. Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə59/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   55   56   57   58   59   60   61   62   ...   130
yhq az

Maddə 49. Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi 

I.  Normal  hərəkət  zamanı  nəqliyyat  vasitələrinin  sürücüləri  vəziyyətdən  asılı  olaraq,  yolun  hərəkət  hissəsinin  sağ 

kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 

 5.1 və ya 

 5.3 nişanları ilə işarələnmiş  yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol 

zolaqlarla hərəkət etmək qadağandır. 

II. Hər istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında qarşıdan hərəkət üçün nəzərdə tutulmuş 

tərəfə keçmək qadağandır. 

III.  Üç  hərəkət  zolağı  olan  ikitərəfli  hərəkət  yollarında  nəqliyyat  vasitələri  yolun  hərəkət  hissəsinin  mərkəzində 

yerləşən və hər iki istiqamət üçün sol kənar hesab olunan orta zolağa keçməməlidirlər. Orta zolağa keçməyə yalnız 

ötmə, yandan keçmə və sola, yaxud geriyə dönmə üçün icazə verilir. 

IV. Eyni istiqamətdə azı iki hərəkət zolağı olan yolda tramvay yolları olduqda, tramvay yollarına çıxmaq qadağandır. 

Başqa  yollarda  nəqliyyat  vasitələrinin  sürücüləri  tramvay  yaxınlaşarkən,  imkan  olan  kimi  tramvay  xəttini 

boşaltmalıdırlar. 




2017v3 

34 


 

V.  Eyni  istiqamətdə  üç  və  daha  çox  hərəkət  zolağı  olan  yolda  nəqliyyat  vasitələrinin  bütün  hərəkət  zolaqlarını 

tutduqları intensiv hərəkət vaxtı asta gedən nəqliyyat vasitələri yalnız sağ kənar zolaqla hərəkət etməli, tam kütləsi 

3,5  tondan  çox  olan  nəqliyyat  vasitələri  isə  həmin  istiqamətdə  sol  kənar  hərəkət  zolağını  tutmamalıdır;  hərəkət 

istiqamətini sola dəyişmək və ya dönmə halları istisna təşkil edir.  

VI.  Nəqliyyat  vasitələrinin  sürücüləri  intensiv  hərəkət  vaxtı  yalnız  sola  və  ya  sağa  dönmək,  ötməyə  hazırlaşmaq, 

hərəkəti düzünə istiqamətdə davam etdirmək, dayanacağa və ya duracağa çıxmaq üçün olduqları hərəkət zolağını 

qaydalara əməl etməklə dəyişə bilərlər. 




Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin