Yol hərəkəti haqqında


 FƏSİL  Yol hərəkəti qaydalarının pozuntuları



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə87/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   83   84   85   86   87   88   89   90   ...   130
yhq az

6 FƏSİL 

Yol hərəkəti qaydalarının pozuntuları 

 

Maddə 81. Yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyət 

Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının 

qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.  

 

 

7 FƏSİL 

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə nəzarət 

 

 

Maddə 83. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində nəzarətin həyata keçirilməsi 

I.  Bu  Qanunun  tələblərinə  ciddi  əməl  etməklə  yollarda  hərəkət  təhlükəsizliyinə  nəzarəti  yalnız  Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları həyata keçirirlər. 

II. Yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 

orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində 

və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin 

edilməsi  qaydaları  əleyhinə  olan  inzibati  xətaların  aşkarlanmasında  istifadə  olunan,  foto  və  ya  video  qeydiyyat 

funksiyalarına  malik  xüsusi  texniki  vasitələr  müvafiq  icra  hakimiyyəti  orqanının  mərkəzi  informasiya  sisteminə 

inteqrasiya olunmalıdır.  

III. Müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və 

nəqliyyat  vasitələrinin  alkoqol  və  ya  güclü  təsir  göstərən  digər  maddələrin  istifadə  olunması  nəticəsində  sərxoş 

vəziyyətdə  idarə  edilməsi  halları  müəyyənləşdirmək  üzrə  nəzarəti  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. (narkotik sərxoşluq vəziyyətinin, 

narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət 

narkoloji-tibb  müəssisələrində  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  həyata  keçirilir).  Belə  halları 

müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir

  

Maddə 84. Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq 




Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin