Yoluxucu xəstəliklər ixtisası üzrə yeni nümunəvi test sualları


) Qara yara zamanı bakterioloji müayinə üçün götürülür



Yüklə 344 Kb.
səhifə5/6
tarix04.01.2017
ölçüsü344 Kb.
#4434
1   2   3   4   5   6

232) Qara yara zamanı bakterioloji müayinə üçün götürülür:
A) Bəlğəm

B) Bütün sadalananlar

C) Qan

D) Qusuntu kutlələri və nəcis



E) Karbunkuldan material
Ədəbiyyat: Ədəbiyyat: Шувалова Е.П. Инфекционные болезни. М.,Медицина, 1990 – 560 с.
233) Qara yaranın müalicəsində bu antibiotiklərdən istifadə olunmur:
A) Levomisetin

B) Sefalosporinlər

C) Tetrasiklin və onun törəmələri

D) Rifampisin

E) Penisillin
Ədəbiyyat: Ədəbiyyat: Шувалова Е.П. Инфекционные болезни. М.,Медицина, 1990 – 560 с.
234) Qara yaranın dəri formasını daha çox halda differensasiya edirlər:
A) Tulyaremiyanın xoralı-bubon forması ilə

B) Taunun dəri forması ilə

C) Qızıl yellə

D) Streptodermiya ilə

E) Banal karbunkulla
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.
235) Qara yaranın dəri formasından fərqli olaraq banal karbunkul və furunkullarda müşahidə olunur, bundan başqa:
A) Qartmaq altinda irinin olması

B) İfadəli limfadenit

C) Yara nahiyyəsinin və ətraf toxumaların kəskin ağrılı olması

D) Dərinin zədələnmiş nahiyyəsinin hiperemiyası

E) Mülayim ödem
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: ГЭОТАР – Медиа, 2009.- 1056 с.
236) Qara yara üçün bu epidemioloji qanunauyğunluqlar səciyyəvidir:
A) Törədicinin xarici mühitdə yüksək davamlığı

B) Kişilər arasında yüksək xəstələnmə

C) Bütün sadalananlar

D) Xəstəliyin inkişafı əmək fəaliyyətinin xarakteri və məişət xüsusiyyətləri ilə əlaqədardır

E) Xəstəliyin yay-payız fəsilliliyi
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: ГЭОТАР – Медиа, 2009.- 1056 с.
237) Qara yara zamanı rast gələn patoloqoanatomik dəyişikliklərə aid deyil:
A) Dəridə qara yara karbunkulu

B) Hepatositlərin sitolizi

C) Hemorragik traxeit, plevrit, pnevmoniyanın olması

D) Bağırsağın seroz-hemorragik iltihabı

E) Limfadenit
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: ГЭОТАР – Медиа, 2009.- 1056 с.
238) Qara yaranın patogenezində əhəmiyyətlidir:
A) Bütün sadalananlar

B) Regionar limfa düyünlərinin zədələnməsi

C) Törədicinin limfogen və hematogen yayılması zamanı prosesin generalizasiyası

D) Törədicinin dəridən, tənəffüs yollarının və mədə-bağırsaq traktının selikli qişasından daxil olması

E) İnfeksion- toksik şokun inkişafına səbəb ola biləcək toksemiya
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М.,Медицина, 1990 – 560 с.
239) Qara yara zamanı inkubasion dövrün uzunluğu:
A) 2 həftədən çox

B) 2-14 gün

C) 5-7 gün

D) 8-10 gün

E) 8-12 saat
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: ГЭОТАР – Медиа, 2009.- 1056 с.
240) Qara yaranın aşağıdakı klinik formaları ayırd edilir:
A) Lokalizə olunmuş

B) Bütün sadalananlar

C) İkincili generalizə olunmuş

D) Sadalananlardan heç biri

E) Qara yara sepsisi
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: ГЭОТАР – Медиа, 2009.- 1056 с.
241) Qara yaranın dəri forması olan xəstələrdə ikincili septisemiyanın inkişafı bu simptomla müşayət olunmur:
A) Qanlı qusma və ishalla bağırsağın zədələnməsi

B) Meninqoensefalitlə

C) Hemorragik ağciyər ödemi ilə pnevmoniyanın inkişafı

D) Dəridə ikincili pustulların, bullyoz elementlərin, hemorragiyaların əmələ gəlməsi

E) Temperaturun 40-41°-yə təkrar yüksəlməsi, titrətmə
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: ГЭОТАР – Медиа, 2009.- 1056 с.
242) Qara yaranın ağciyər formasının və plevropnevmoniyanın ümumi simptomlarına aid deyil:
A) İfadəli fizikal məlumatlar: perkutor səsin kəskin qısalması, yaş xırıltılar

B) «Paslı» bəlğəm, qanhayxırma

C) İnfeksion-toksik şokun inkişafı

D) Döş qəfəsində güclü ağrıların əmlə gəlməsi ilə kəskin başlangıc

E) Taxipnoe
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: ГЭОТАР – Медиа, 2009.- 1056 с.
243) Qara yaradan fərqli olaraq qızıl yel üçün səciyyəvidir:
A) İltihabın periferiyasına doğru dərinin ağrılı olması

B) Limfadenitin olmaması

C) Qartmağın olmaması

D) İltihab zonasının dəqiq konturlu olması

E) Bütün sadalananlar
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: ГЭОТАР – Медиа, 2009.- 1056 с.
244) Qara yara zamanı immunoterapiya aparılması üçün istifadə olunur:
A) Qara yara əleyhinə vaksin

B) İgM ilə zənginləşdirilmiş normal insan immunoqlobulini

C) Spesifik qlobulin

D) Qara yara əleyhinə zərdab

E) Normal insan immunoqlobulini
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: ГЭОТАР – Медиа, 2009.- 1056 с.
245) Qara yaradan sağalmışların evə yazılma və müşahidə qaydalarına aiddir:
A) Xəstəliyin septik formasını keçirmış şəxslər klinik sağaldıqdan və qanın 2 dəfə bakterioloji mənfi nəticəsindən sonra evə yazılır

B) Dəri formasında qartmaq düşdükdən və çapıq formalaşdıqdan sonra

C) Xəstə ilə təmasda olmuş şəxslər 8 gün ərzində tibbi müşahidə altında olurlar

D) Qanın bakterioloji müayinəsini 5 gün intervalı ilə aparırlar

E) Bütün sadalananlar
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: ГЭОТАР – Медиа, 2009.- 1056 с.
246) Qara yara zamanı veterinar-sanitar tədbirlərə aiddir:
A) Heyvanı məhsulların buraxılışı və realizasiyasına nəzarət

B) Ocaqda dezinfeksiya və cəsədlərin basdırılması zamanı heyvan qəbiristanlığında bütün zəruri qaydalara riayyət olunması

C) Xəstə heyvanların izolyasiyası və müalicəsi

D) Heyvanların və insanların vaksinasiyası

E) Bütün sadalananlar
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: ГЭОТАР – Медиа, 2009.- 1056 с.
247) Qara yara törədicisi üçün səciyyəvidir:
A) Aerobdur, xarici mühitdə spor əmələ gətirir

B) Törədicinin virulentliyi orqanizmdə kapsul əmələ gətirməsi və ekzotoksin ifraz etməsi ilə əlaqədardır

C) Fiziki-kimyəvi təsirlərə törədicinin vegetativ formalarının davamsız olması

D) Qram müsbət bakteriyadır

E) Bütün sadalananlar .
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.
248) Qara yara zamanı patogenetik terapiya vasitələrinə aiddir:
A) Heparin

B) Steroid hormonlar

C) Dezintoksikasion məhlullar

D) Təzə dondurulmuş plazma və qan

E) Bütün sadalananlar
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.
249) Qara yaranın dəri formasında aşağıdakı fəsadlar və nəticələr mümkündür:
A) Bütün sadalananlar

B) İkincili septisemiya

C) İnfeksion- toksik şok

D) İntoksikasiya

E) Letal nəticə
Ədəbiyyat: Ədəbiyyat: Н.Д.Ющук, Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: ГЭОТАР – Медиа, 2009.- 1056 с.
250) Dabağın patogenezinin həlqələrinə aid deyil:
A) MSS-nin zədələnməsi

B) Daxil olma yerində birincili affektin formalaşması

C) Selikli qişaların və dərinin epitel hüceyrələrində törədicinin daxil olaraq çoxalması

D) İkincili aftalar və vezikulların formalaşması ilə virusemiya

E) İmmunitetin formalaşması
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М.,Медицина, 1990 – 560 с.
251) Dabaq diaqnozu bunun əsasında qoyulur:
A) Epidemioloji təhlil və epizootoloji şəraitə görə

B) Bioloji sınağın nəticəsinə görə

C) Cüt zərdablarla komplementin birləşmə reaksiyasına görə

D) Klinik məlumatlar əsasında

E) Bütün sadalananlara görə
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М.,Медицина, 1990 – 560 с.
252) Visseral leyşmaniozu keçirən həşərat hansıdır?
A) Pediculus capitis

B) Phlebotomus serqenti

C) Phlebotomus perniciosus

D) Phlebotomus pappatasii

E) Pediculus corporalis
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.
253) Antroponoz dəri leyşmaniozunun keçiricisi hansıdır?
A) Phlebotomus major

B) Phlebotomus serqenti

C) Phlebotomus perniciosus

D) Phlebotomus ariasi

E) Phlebotomus pappatasii
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.
254) Taun üçün bu ötürülmə yolu səciyyəvi deyil:
A) Hava-damla

B) Transmissiv

C) Parenteral

D) Alimentar

E) Təmas
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М.,Медицина, 1990 – 560 с.
255) Taun üçün bu epidemioloji qanunauyğunluq səciyyəvi deyil:
A) Xəstələnmə fəsli xarakter daşıyır

B) Taun epidemiyaları gəmiricilər arasında olan epizootiyalardan sonra baş verir

C) Taun xüsusi təhlükəli infeksiyalara yüksək letallığı və pandemik yayılmağa meyilli olmasına görə aid edilib

D) Taun epidemiyalarının baş verməsi nəinki bioloji, həmçinin sosial-məişət faktorları ilə əlaqədardır

E) Xəstəliyin ağırlığı taun törədicisinin ştamından asılı deyil
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.
256) Birincili ağciyər taunu üçün səciyyəvi deyil:
A) Alveolların möhtəviyyatının mikroskopiyası zamanı taun törədicisi aşkarlanmır

B) Fibrinoz və ya fibrinoz-hemorragik plevritin inkişafı

C) Hava-damla ötürülmə yolu

D) Pnevmonik ocaqlar bakteremiyadan əvvəl yaranır

E) Hemorragik septisemiya
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: ГЭОТАР – Медиа, 2009.- 1056 с.
257) ÜST təsnifatına görə taunun aşağıdakı formaları aid edilir:
A) Bubon

B) Bütün sadalananlar

C) Ağciyər

D) Dəri


E) Septik
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М.,Медицина, 1990 – 560 с.
258) Tulyaremiya xoraları qara yara xoralarından bütün sadalananlarla fərqlənir, bundan başqa:
A) Zədələnmənin mərkəzində qara qartmağın olmaması ilə

B) Periferiyaya doğru yumşaq toxumaların ödeminin olmaması

C) İfadəli limfadenitin olması

D) Palpasiya zamanı ağrılı olması

E) Səthi yerləşməsi ilə
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.
259) Taun bubonunun ən çox rast gələn fəsadı:
A) Qızıl yel iltihabı

B) Pnevmoniya

C) Meningit

D) Septisemiya

E) Fleqmona
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: ГЭОТАР – Медиа, 2009.- 1056 с.
260) Aşağıdakı hansı əlamət taunun dəri formasını qarayaranın dəri formasından fərqləndirir?
A) dəridə xoraların olması

B) yaranın ağrılı olması

C) regionar limfadenitin olması

D) hərarətin olması

E) dəri səthində iltihabi ocağın olması
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.
261) Taunun ağciyər forması üçün ən tipikdir:
A) Yüksək intoksikasiya zamanı kasıb obyektiv fizikal məlumatlar

B) Döş qəfəsində kəsici ağrıların olması, təngnəfəslik

C) Ağciyər-damar çatmamazlığının artması

D) Bəlğəm vasitəsilə çoxlu miqdarda taun çoplərinin ifrazı

E) Köpüklü- qanlı bəlğəmli öskürək
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, Ю.Я.Венгеров. Инфекционные болезни: национальное руководство. М.: ГЭОТАР – Медиа, 2009.- 1056 с.
262) Tauna şübhəli xəstələrdən bakterioloji müayinə üçün material götürülür:
A) Bubondan punktat

B) Bəlğəm, əsnəkdən selik

C) Vezikulların, pustulaların, karbunkulların, xoraların, fliktenlərin möhtəviyyatı

D) Qan, seksion material

E) Bütün sadalananlar
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М.,Медицина, 1990 – 560 с.
263) Taunun antibakterial müalicəsi üçün istifadə olunur:
A) Tetrasiklinlər

B) Gentamisin

C) Bütün sadalananlar

D) Streptomisin

E) Levomisetin
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М.,Медицина, 1990 – 560 с.
264) Taun zamanı birincili bubonun ən vacib xüsusiyyətidir:
A) Bubon üzərindəki dəri iltihablaşıb, qırmızı və ya göyümtül rənglidir

B) Birincili bubon qasıq, qoltuqaltı, boyun, qulaqətrafı nahiyyələrdə yerləşir

C) Birincili bubon çox vaxt təkdir

D) Limfa düyünlərinin və ətraf toxumanın iltihabı

E) Ödem ağrılı və bərabər yayılıb
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.
265) Taunun generalizə olunmuş formasının ən vacib əlamətidir:
A) Hemorragik septisemiya

B) İnfeksion- toksik şok

C) Bubon və ya pnevmoniya şəkilli tipik əlamətlərin olmaması

D) Toksiki limfadenitlərin olması

E) Su-elektrolit pozğunluqları
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.
266) Leyşmaniozun visseral formasının patogenezinin əsas həlqələridir:
A) Törədicinin retikuloendotelial sistemin hüceyrələrinə daxil olması və çoxalması, sistem parazitar retikuloendoteliozun inkişafı

B) Xəstə orqanizminin spesifik sensibilizasiyasının inkişafı

C) Bütün sadalananlar

D) Törədicinin metobolizm məhsullarının təsirləri nəticəsində ağır mübadilə pozğunluqlarının inkişafı

E) Orqanlarda nekrotik degenerativ proseslərin inkişafı
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М.,Медицина, 1990 – 560 с.
267) Visseral leyşmanioz zamanı ifadəli leykopeniya olan hallarda bu fəsadlar müşahidə olunur:
A) Fleqmonalar

B) Enterokolit

C) Bütün sadalananlar

D) Nekrotik tonzilit, pnevmoniya

E) Piodermiya
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М.,Медицина, 1990 – 560 с.
268) Gənə ensefalitin etiologiyası və epidemiologiyası üçün səciyyəvi deyil:
A) Virusun əsas rezervuarı və keçiricisi iksod gənələridir

B) Əsas yoluxma yolları transmissiv və çiy keçi və inək südü ilə

C) Xəstə insan ətrafdakılar üçün yoluxucu deyil

D) Gənə ensefalitin törədicisi virusdur

E) Payız- qış fəsilliyi.
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М.,Медицина, 1990 – 560 с.
269) Gənə ensefalitin kliniki mənzərəsinə aşağıdakı simptomlar səciyyəvidir:
A) Meningial

B) Qızdırmalı

C) Bütün sadalananlar

D) Ensefalitik

E) Polimielitik və poliradikulonevrotik
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М.,Медицина, 1990 – 560 с.
270) Ensefaliti törədə bilməz:
A) Omsk hemorragik qızdırma virusu

B) Mərkəzi- Avropa ensefaliti virusu

C) Ekonomo virusu

D) Yaz-yay ensefalitin virusu

E) Şotland ensefaliti virusu
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М.,Медицина, 1990 – 560 с.
271) Gənə ensefalitin proqredient gedişatına səciyyəvidir:
A) Ocaqlı simptomatika

B) Ümumi qızdırma sindromu

C) Ürək-damar sisteminin zədələnməsi

D) Kojevnikov epilepsiyasının inkişafı

E) Meningial sindrom
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М.,Медицина, 1990 – 560 с.
272) Malyariya paroksizmi nəyə qarşı yaranır:
A) Sadalananların heç birinə

B) Makroorqanizmin denaturasiya olunmuş zülallarına

C) Malyariya piqmentinə

D) Yad zülallara

E) Bütün sadalananlara
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.
273) Visseral leyşmaniozun xarakter kliniki əlaməti deyil:
A) Uzunmüddətli dalğavari hərarət

B) Proqressivləşən anemiya

C) Artralgiyalar

D) Hemorragik sindrom

E) Xəstəliyin tədricən başlanması
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М.,Медицина, 1990 – 560 с.
274) Tropik malyariya üçün bu fəsad səciyyəvi deyil:
A) Koma

B) Hemolitik anemiya

C) İnfeksion-toksik şok

D) Hemoqlobinuriyalı hərarət

E) Paralitik sindrom
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М.,Медицина, 1990 – 560 с.
275) Malyariyanın patogenezinin əsas həlqələridir:
A) Parazitemiya

B) Hemodinamik pozğunluqlar

C) Anemiya

D) Su-elektrolit pozğunluqları

E) Bütün sadalananlar
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.
276) 72 saat davam edən eritrositar şizoqoniya xarakterikdir:
A) Bütün sadalananlar üçün

B) Dördgünlük malyariya üçün

C) Üçgünlük malyariya üçün

D) Ovale-malyariya üçün

E) Tropik malyariya üçün
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М.,Медицина, 1990 – 560 с.
277) Fəsadlaşmış malyariyanın əsas kliniki formalarıdır:
A) Tifəbənzər

B) Algid


C) Serebral

D) Hemolitik

E) Bütün sadalananlar
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.
278) Səpgili yatalaq zamanı Qovorov-Qodelye simptomu nədir?
A) Udma aktının pozulması.

B) Dili qabaq aşağı dişlərdən kənara çıxarmağın mümkün olmaması

C) Dilin deviasiyası

D) Dizartriya

E) Taktil hiperesteziya
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
279) Səpkili yatalağın patogenezinin aşağıdakı fazaları ayırd edilir:
A) Spesifik səpkili yatalaq qranulomalarının və ya Popov-Davıdovski düyüncüklərinin əmələ gəlməsi

B) Rikketsiemiya

C) Bütün sadalananlar

D) Proliferativ-destruktiv endovaskulitin inkişafı

E) Toksinemiya
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М.,Медицина, 1990 – 560 с.
280) Səpkili yatalaq zamanı səpkilər üçün səciyyəvidir:
A) Bütün sadalananlar

B) Elementlərin polimorfizmi

C) Rozeolaların kənarlarının girintili-çıxıntılı olması

D) Rozeolyoz-papulyoz xarakter

E) Rozeolyoz xarakter
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М.,Медицина, 1990 – 560 с.
281) Səpkili yatalaq zamanı səpkilərin xüsusiyyətlərinə aiddir:
A) Səpki ovucda və ayaqaltında yerləşə bilər

B) Bütün sadalananlar

C) Rozeolalar papulalara çevrilə bilər

D) Səpkilərin olmaması mümkündür

E) Səpki nadir hallarda üzdə yerləşir
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М.,Медицина, 1990 – 560 с.
282) Səpkili yatalaq zamanı ürək-damar sisteminin zədələnməsi əlamətləri deyil:
A) Arterial təzyiqin artması

B) Taxikardiya

C) EKQ-də dəyişikliklər

D) Ürək kütlüyü sərhədlərinin genişlənməsi

E) Ürək tonlarının karlaşması
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М.,Медицина, 1990 – 560 с.
283) Brill xəstəliyinin qızğın dövrü bu simptomlarla xarakterizə olunmur:
A) Arterial təzyiqin azalması

B) Rozeola-papulyoz səpkilər

C) Hərarət

D) Enterokolitik sindrom

E) Mülayim hepatosplenomeqaliya
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М.,Медицина, 1990 – 560 с.
284) Leyşmaniozun dəri formasının patogenezinin əsas həlqələridir:
A) Spesifik qranulomanın əmələ gəlməsi

B) Yaraların əmələ gəlməsi və çapıqlaşması

C) Bütün sadalananlar

D) Törədicinin giriş qapılarından daxil olaraq çoxalması

E) Qranulomada nekrotik proseslərin inkişafı
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М.,Медицина, 1990 – 560 с.
285) Ku qızdırması zamanı patogenezin fazalarıdır:
A) Allergik reaksiyalar

B) Retikuloendoteliozun inkişafı

C) Toksinemiya

D) Bütün sadalananlar

E) Rikketsiemiya
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М.,Медицина, 1990 – 560 с.
286) Ku qızdırması xəstəliyi zamanı başlanğıc mərhələdə xarakterik deyil:
A) Meningizm

B) Artralgiya və mialgiya

C) Üzün hiperemiyası

D) Hərarət

E) Hematuriya
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.
287) Ku qızdırması xəstəliyi zamanı qızğın mərhələdə xarakterik deyil:
A) Ensefalopatiya

B) Polineyropatiyalar

C) Hərarət

D) Rozeolo-papulyoz səpkilər

E) Mialgiyalar
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М.,Медицина, 1990 – 560 с.
288) Brill xəstəliyi başlanğıc mərhələdə bu klinik təzahürlərlə xarakterizə olunur:
A) Bütün sadalananlarla

B) Hərarət

C) Baş ağrıları

D) Yumşaq damaqda enantema

E) Kiari-Avtsın simptomu
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev.İnfektologiya.Rəhbərlik, Bakı, 2007, 590 səh.
289) .Az yaşlı uşaqlarda infeksiya prosessinə səciyyəvi deyil:
A) Orqanizminin zəif ifadəli differensasiya olunmuş reaksiyaları

B) Generalizasiya və uzun sürən gedişata meyillilik

C) Antiisimiklərin əmələ gəlməsi qabiliyyətinin olmaması

D) Şərti patogen bakteriyaların etioloji faktor kimi çox hallarda iştirakı

E) Allergiyaya meyillik
Ədəbiyyat: Ədəbiyyat: В.Ф.Учайкин. Руководство по инфекционным болезням у детей.ГЭОТАР МЕДИЦИНА 1998-808 стр.


Yüklə 344 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin