II FƏSİL. Dəniz limanlarında konteynerləşdirilmiş yüklərin yüklənib-boşaldılmasının təşkili.
2.1. Yük konteyneri.
“Yük kanteyneri” dedikdə yük yerlərinin iriləşdirilməsi üçün istifadə edilən nəqliyyat avadanlığının elementi başa düşülür. Yük konteyneri ABŞ-da Silahlı qüvvələr komandirliyində 1950-ci ildə ilk olaraq inkişaf etdirilmişdir. Sonradan dəniz daşımalarında istifadə məqsədi ilə bir neçə şirkət tərəfindən 1956-ci ildə istifadə edilməyə başlanmışdır. Dəniz daşımalarında istifadə edilən bu yük konteynerləri müəyyən bir standart ölçüyə malik deyildilər. Hər daşıma firması öz ehtiyacına görə konteyner istehsal etdiyi üçün yükləmə, yığma və saxlama kimi proseslərdə çətinliklər meydana gətirirdi. Bu səbəblə konteyner istehsalına standart gətirmək üçün Amerikan Dənizçilik İdarəsi (MARAD) dövrəyə girdi. Konteyner istehsalında standart təmin etmək üçün bəzi araşdırmalar edərkən Amerikan Standartları İnstitutu 'da (ASA) dövrəyə girmiş və ortaq hərəkət edərək standart konteyner ölçüləri təyin olunmuşdur.
Standart ölçülərdən təyin olunduqdan sonra qanuniləşdirilmiş və beynəlxalq ölçülər olaraq qəbul görmüşdür. Bu tarixdən etibarən çıxarılan konteynerlər maksimum ölçüləri yüksəkliyi 2.89m, uzunluğu 13.71m genişliyi isə 2.43m olaraq təyin olunmuşdur. Bu ölçülər ən yüksək geniş uzunluq və yüksəkliyə sahib konteynerlərə aid olmaqla birlikdə fərqli ölçülərdə də konteyner istehsalı edilməkdədir. Konteyner istehsalı ABŞ ölçü vahidinə görə inkişaf etdirildiyi üçün beynəlxalq qanunlara da bu şəkildə yerləşmişdir. Digər konteyner ölçüləri də 20" konteyner, 40" konteyner, 40 "yüksək konteyner və 45" yüksək konteynerlərdən ibarətdir.
Dostları ilə paylaş: |