Abstract
Formation of cargo packages in the form of integrated cargo units has big advantage from the point of view of the organisation and realisation of their transportation. As a result cargo operations are accelerated, safety and inviolability of cargoes is provided, quantities loading - discharging are reduced.
Formation of cargo packages in the form of integrated cargo units demands respective specialisation of vehicles. Standardization of integrated cargo units makes essential impact on efficiency of functioning transport - technological systems.
Container transport - technological system the most widespread among transport - technological systems applied on sea transport. About 85 % of all general cargoes it is transported in containers.
In final work on a theme «Calculation of the required amount of tonnage in the orqanization of transportation of consolidated cargo units» are considered various transport - technological systems. Final work consists of three sections, conclusions and the list of the used literature.
In the first section of final work questions connected with a modern condition of a world merchant marine fleet, a direction of its development, volume and structure of the international sea cargo transportation are considered.
The second section of final work is devoted questions connected with the basic directions of application of achievements scientifically - technical progress on sea transport, the basic characteristics transport - technological systems, their basic elements and cause their formations.
The third section of final work is devoted studying of questions connected with scientifically - a technical and economic substantiation of a choice transport - technological system for transportation of integrated cargo units.
Giriş
Nəqliyyat yük və sərnişinlərin yerdəyişməsini həyata keçirən maddi istehsal sahəsidir. Hərəkət yollarının hansı geosferadan keçməsindən asılı olaraq nəqliyyatı yerüstü (dəmiryol,avtomobil və boru kəmərləri), su (dəniz və çay) və hava (aviasiya) kimi növlərə ayırırlar.
Nəqliyyatın məhsulu nəqliyyat xidmətlərindən ibarətdir. Buna görə də nəqliyyat istehsal sferasına deyil, xidmət sferasına aid edilir. Nəqliyyat xidməti yük və sərnişinlərin məkanca yerdəyişmə tələbatının təmin edilməsi şəklində təzahür edir.
Baxmayaraq ki, nəqliyyat yeni maddi nemətlər istehsal etmir və dövriyyə sferasında fəaliyyət göstərir, o, əmtəə məhsullarını istehlak yerinə çatdırır. Bu səbəbdən də nəqliyyatın məhsulunu toplamaq və bu məhsulun ehtiyatlarını yaratmaq mümkün deyildir. Digər tərəfdən də yüklərin və adamların müəssisə daxilində, müəssisələr arasında və eləcə də ayrı-ayrı ölkələr və qitələr arasında daşınılmasını həyata keçirməklə nəqliyyat istehsalın miqyasına və inkişaf tempinə, insanların istər milli, istərsə də beynəlxalq miqyasda rifah halına əhəmiyyətli dərəcədə təsir göstərir.
Mövcud nəqliyyat növləri içərisində dəniz nəqliyyatı özünəməxsus xüsusi yer tutur.Yüklərin daşınılmasına sərf edilən xərclər digər nəqliyyat növləri ilə müqayisədə, dəniz nəqliyyatında nisbətən aşağı miqdarda olur.Bu səbəblərdən də bir çox hallarda nəqliyyat növünün seçimi zamanı dəniz nəqliyyatına üstünlük verilir. Bundan başqa ayrı-ayrı qitələrdə yerləşən ölkələr arasında yükdaşımaların həyata keçirilməsində dəniz nəqliyyatı əvəzedilməzdir. İrihəcmli kütləvi yük partiyalarının daşınılması zamanı dəniz nəqliyyatı rəqabətdən kənardadır.
Beynəlxalq iqtisadi əlaqələr sistemində dəniz nəqliyyatı olduqca mühüm rol oynayır. Statistik məlumatlara əsasən beynəlxalq ticarət dövriyyəsində daşımalara təqdim edilən əmtəənin 93%-ə yaxını dəniz nəqliyyatının iştirakı ilə daşınılır. Beynəlxalq ticarətin həcmi, coğrafiyası və əmtəə tərkibi dəniz nəqliyyatının inkişafına,onun ixtisaslaşmasına və fəaliyyətinin təşkilinə həlledici təsir göstərir. Elmi-texniki tərəqqinin nailiyyətlərinin təsiri nəticəsində dəniz daşımalarına təqdim edilən yüklərin nəqliyyat xarakteristikaları daim dəyişir. Buna müvafiq olaraq nəqliyyat vasitələri də adekvat dəyişikliklərə məruz qalırlar.
Dəniz daşımalarına təqdim edilən quru yüklər içərisində “general yüklər” üstünlük təşkil edir. Bu qəbildən olan yüklərin əsas hissəsini hazır məhsullar təşkil edir. General yüklərin daşınılması çoxsaylı yük yerlərinin yüklənib-boşaldılması ilə bağlı olduğundan gəmilərin limanda yük əməliyyatlarını qısa müddət ərzində həyata keçirmək məsələləri çətinləşirdi. İriləşdirilmiş yük yerlərinin formalaşdırılması istiqamətində atılan addımlar bu məsələyə müsbət təsir göstərdi.
Ötən əsrin 50-ci illərindən başlayaraq yüklərin konteynerlər vasitəsilə getdikcə daha geniş yayılmağa başladı. Statistik məlumatlara əsasən daşımalara təqdim edilən general yüklərin 85%-dən çoxu konteynerlərdə daşınılıır. Mütəxəssilərin fikrincə “qapıdan-qapıya” və “tam vaxtında” prinsiplərinə istinad edən beynəlxalq daşımalar konteynerləşmənin daha geniş çeşiddə yük qruplarını əhatə edəcəkdir.
Dostları ilə paylaş: |