Psixopatiyaların diaqnozu P.B.Qannuşkin təklif etdiyi üç başlıca əlamətə əsaslanır.
1. Xarakterioloji pozuntuların həcmli (total) olması;
2. Həyat boyu onların az dəyişkən və davamlılğı;
3. İctimai uyğunlaşmanın dəyişməsi.
Kliniki əlamətləri
Diaqnostik səhvə yol verməmək üçün bəzən illərlə müşahidə aparmaq, şəxsin həyatını
öyrənərək hərtərəfli psixoloji təhlil etmək tələb olunur.
Psixopatiyaların inkişafının dinamikasında “pubertat böhran” dövrünün olmasına böyük
əhəmiyyət verilməlidir. Məhz həmin yaş dövründə meydana çıxan parlaq psixopatik əlamətlər
düzgün diaqnoz qoymağa imkan verir.Yetginlik yaşına çatmış adamlarda, ələxüsus ahıl yaşlarda
psixopatik xüsusiyyətlər tədricən yumşalır, hətta mühitə tam uyğunlaşma ilə əvəz olunur.
Bəzən isə əksinə geriyə inkişaf dövründə kəskinləşə bilir.
Hazırda şəxsiyyətin disharmoniyasının bütün formalarını 4 böyük qrupa bölmək qəbul
olunmuşdur:
Birinci qrupa təfəkkür sferasına məxsus dəyişikliklər qeyd olunan psixopatlar aid edilirlər.
Onları birləşdirən ümumi cəhət hadisələri düzgün qiymətləndirə bilməmək və ya onlaratənqidi
yanaşmamaq qabiliyyətinin olmasıdır.
İkinci qrupa təəssürat sferasına məxsus pozuntuları olan psixopatlar daxildir. Bu qrupa aid
edilən şəxslərin başlıca xüsusiyyətləri tez-tez ziddiyyətli affektiv reaksiyalar nümayiş
etdirmələridir.
Üçüncü qrupa iradi pozuntuları olanlar aid edilir.
Dördüncü qrup qarışıq forma psixopatları birləşdirir. Bu qrupa aid edilən psixopatlarda
polimorf əlamətlərin dəyişkənliyi əsas sindromu təyin etməyə imkan vermir.
Bu tipə mənsub olan psixopatların başlıca cəhətləri:
uşaqlıqdan ümumi zəiflik,yorğunluq, neyrovegetativ dəyişkənliyə meyillik
emosional zəiflik, sadəlövhlük, hissiyata qapılmaq
diqqətin zəifləməsi
süstlük, əzginlik,tez-tez ağlamaq meylinin yaranması
ipoxondrik şikayətlərə meyillilik
Özlərinə qarşı inamsız, təəssüratlarının kövrək, daima aciz və köməksiz olmalarını hiss
etmələridir. Belə psixopatları şərti olaraq iki tipə bölmək mümkündür.
Astenik tip
Psixastenik (anankastik) tip
Birinci tipə mənsub olanlar həyəcanlı, şübhəli, qətiyyətsiz və müstəqil ola bilməmələri ilə
fərqlənənlərdir.
İkinci tipinə mənsub olan şəxslər xasiyyətlərindəki şübhəliliyin sarışan xarakterli olmasını
başa düşmələri ilə fərqlənirlər. Onlar əvvəlcədən planlaşdırılmış göstərişlər əsasında
fəaliyyət göstərərək dəqiq və səlis olmağa çalışır, icra etdikləri işi dəfələrlə yoxlamaqla
özlərini gərginlikdən azad edirlər. . Bunlarla yanaşı heç bir vaxt gördükləri işlərin məzmunundan
razı qala bilmirlər, şübhə daima onları boğur, ümidsizlik hissi yaradır
Bu tip psixopatların başlıca cəhəti autistik təfəkkürə malik olmaları və bununla da
başqalarından asanlıqla fərqlənmələridir. Belə şəxslərin cəmiyyətdə özlərini aparmaları,
geyimləri, mimikaları, jestləri və s. müstəsna xüsusiyyətə malikdir. Nitqləri kasad, bir neçə
standart ifadələrdən ibarət olub, eyni tipli hərəkətlər və jestlər müşayiət edilir.
Şizoid psixopatlar sensitiv və ekspansiv qruplara bölünür:
Sensitivlər hissiyyata qapılan, xəyalpərvər, lakin istəklərinə heç vaxt nail ola bilməyən
şəxslərdir. Real varlığı olduğu kimi qəbul edə bilmir, tez incidiklərindən (dəymə-düşər) öz
məqsədinə çatmaq üçün mübarizə aparmağa qadir olmurlar.
Ekspansiv qrupa daxil olan şizoid psixopatlar, adətən, öz peşəsini yaxşı bilən, başladığı işi
axıra çatdırmaq üçün mümkün olan hər şeyi etməyə hazır adamlardır. Lakin başqaları ilə
razılaşmadıqları və dikbaş olduqları üçün onları sevmirlər.
Yüksək qiymətli ideyalarla yaşayan bu qrup psixopatlar öz şəxsi keyfiyyətlərini, bilik və
bacarıqlarını həmişə nümayiş etdirməyə səy göstərirlər. Eqoistlik və başqalarının fikri ilə
razılaşmamaq meyli də bu xüsusiyyətlə əlaqədardır. Paranoyal psixopat öz məqsədinə nail
olmaq üçün illərlə mübarizə aparmaqdan, müxtəlif idarə və təşkilatlara şikayətlər etməkdən
yorulmur. Bu qrupa aid olan sutyaq-kverulyant (şikayətçi-ərizəbaz) adlanan psixopatlar daha
çox ictimai təhlükəli subyektlərdir.
Qannuşkin fanatiklər adlandırdığı digər qrup paranoidlər bir sıra xüsusiyyətləri ilə fərqlənirlər.Bu
da irəli sürdükləri ideyaları şəxsi maraqlarından daha üstün tutmalarıdır. Onlar maddi maraq,
şəxsi xoşbəxtlik xatirinə deyil, qarşıya qoyduqları məqsəd uğrunda mübarizə aparırlar. Həmin
məqsəd xatirinə onlar hər şeydən (vəzifəsindən, var-dövlətindən, sağlamlığından) keçməyə
hazırdırlar. Adətən, din xadimləri, alimlər və ictimaiətçilər arasında rast gəlinən belə şəxslər
fədailik nümunəsi göstərməyə qabil adamlardır.
Şizoid tip.
Paranoid (paranoyal) tip.
Bu tip psixopatlar məktəbəqədər yaş dövründən başlayaraq bir sıra xüsusiyyətləri ilə
fərqlənirlər. Onlar tez əsəbləşən, aqressiv, sözə baxmayan və tərs olmaları ilə diqqəti cəlb
edirlər. Məktəb yaşı dövründən onlar kollektivdə lider kimi çıxış edir, müstəqil, hər şeyi bacaran
adam kimi tanınırlar. Tez-tez müşahidə olunan və 2-3 gün çəkən disforiya halının qeyd edilməsi,
qaraqabaq və güclü affektiv reaksiyalara malik olmaları təcrübəli psixiatr üçün diaqnostik
əhəmiyyət kəsb edir. Tutma zamanı belə psixopatlar bəzi amansız və gərgin olduqlarından
kobud hərəkətlər edir, şikarına işgəncə verirlər.
Bu tip psixopatların başlıca xüsusiyyətləri əhvali-ruhiyyələrinin biri-birinə zidd qütüblər arasında
(distimiya və hipertimiya) tez-tez dəyişməsidir.
Qannuşkinin fikrincə “anadangəlmə pessimistlərdir”. Belə şəxslərin əhvali-ruhiyyəsi daima aşağı
olub hər an, nə isə pis hadisənin olacağını gözləyirlər. Belələrini heç nə ruhlandırmır, həyatlarında
baş verən müsbət hadisələrə, qazandıqları müvəffəqiyyətlərə görə sevinmək hissi sanki onlara
yaddır. Bu tipə mənsub olan psixopatlar adi həyatda sakit, həmişə bikef görünən, ləng hərəkətli
adamlar olub eyni zamanda öz vəzifə borclarını vicdanla yerinə yetirən, buna görə də hamının
hörmət bəslədiyi şəxslərdir.
isə distimiklərin tam əksinə təşkil edən psixopatlardır. İlk növbədə nəzəri cəlb edən onların
əhvali-ruhiyyəsinin həmişə yüksək olması, şən və xoşbəxt görünmələridir. Başqaları ilə olduqca
tez ünsiyyət və dostluq yaratmağı bacarır, optimist və cəld olmaları onları kollektivin sevimlisi
edir. Lakin yaxından tanıdıqda məlum olur ki, onlar bu qədər yüngültəbiət, daha çox vədlər
verən, axıradək dostluq etməyi bacarmayan adamlardır. Bu psixopatların qeyri-ciddi təbiətə
malik olmaları yaxın adamların yanında onların əsl simasını müəyyən edir. Belə ki, onlar haqqında
tez-tez “bel bağlayısı adam deyil” sözlərini eşitmək mümkündür.
Oyanıqlı (dissosial-antisosial) tip.
Affektiv tip (emosional davamsız)
Distimiklər
Hipertimiklər
Tsikloidlər
Distimiklərlə hipertimiklər keçid təşkil edən digər tip psixopatlar tsikloidlər adlanırlar. Bunların
başlıca xüsusiyyətləri əhvali-ruhiyyələrinin dəyişkənliyidir. Emosiyalarının dövrü olaraq yüksək və
aşağı olması, eyni zamanda iş qabiliyyətinin, yaxın adamlara münasibətin də dəyişməsi ilə
müşayiət edilir. Əhvalın yüksək olduğu dövrdə tsiklondlər olduqca fəal, şən, optimist görünürlər.
Sanki heç bir çətinlikdən qorxmayan belə şəxslər bu dövrdə başladıqları işi axıra çatdırırlar.
Lakin əhvalı pis olduğu dövrdə hər şey əksinə cərəyan edir. Xarici görkəmləri dəyişir, zəif və
bikef görünür, başladıqları işi yarımçıq qoyur, heç kəslə ünsiyyətdə olmaq istəmirlər.
Öz fəaliyyəti ilə hamının diqqətini cəlb etməyə çalışan, hadisələrin gedişində aparıcı rol
oynamağa can atan, bu məqsədlə müxtəlif hərəkətlər (bəzən artistlik məharəti) nümayiş
etdirən şəxslər olub çox tez tanınırlar. Emosional cəhətcə zəngin görünmək üçün canfəşanlıq
etmələrinə baxmayaraq, isteroid psixopatlar mənəviyyatca heç də zəngin olmayan, başqalarının
iztirabına biganə qalmağı bacaran şəxslərdir. Onlar üçün ən başlıcası öz təəssüratlarını nümayiş
etdirmək, diqqət mərkəzində olmağa səy göstərmələridir.
Kreçmer isteroid psixopatların xüsusi bir formasını fərqləndirməyi təklif etmiş və onlara
yalançılar, gopçular (psevdoloqlar) adı vermişdir.
Öz təbii xüsusiyyətlərindən məharətlə istifadə edən belə adamlar emosional boyalarla zəngin
ifadələrlə başqalarını inandırmaq, onları yoldan çıxarmaq qabiliyyətinə malik olurlar. Söylədikləri
yalan fikirlərə nəinki başqaları, hətta özləri də inanırlar.
Bu tipə mənsub psixopatları bir sıra xarakterioloji xüsusiyyətlərinə, məsələn, dözümsüz
olmaları, cüzi bir səbəbdən əsəbləşmələri, diqqətlərinin davamsızlığı, ərköyün və dəcəl
olmalarına görə uşaq yaşlarından fərqləndirmək mümkündür. Başqalarına tez inanan və etibar
edən belə şəxslər hamı ilə yoldaşlıq etməyə, hər bir toplanış və məclislərin iştirakçısı olmağa
çalışır, liderliyə can atırlar. Lakin iradələrinin zəifliyi tez bir zamanda onların yumşaq xasiyyət və
təşəbbüssüzlüyünü büruzə verir, etimad göstərilməsi şəxs olmadıqlarını aşkar edir.
Bu və ya digər psixopatik xüsusiyyətlərə malik şəxslərdə başlıca xasiyyət anomaliyasını
(sindromu) təyin etmək mümkün olmadıqda mozaik psixopatiya terminindən istifadə edilir. Hər
İsterik tip.
Davamsız tip (asılı)
Mozaik tip.
|