Cədvəl 1
İnzibati ərazilər
Dövlət
mülkiyyətində
Xüsusi mülkiyyətdə
sahə,
(desyatin)
sahə,
%
sahə
(desyatin)
sahə,
%
Bakı quberniyası
278 877
73.0
103 146
27.0
Gəncə quberniyası
500 210
78.0
141 088
22.0
Zaqatala quberniyası
40 058
38.8
63 171
61.2
Naxcıvan quberniyası
29 100
97.0
0.900
3.0
Azərbaycan üzrə
cəmi
848 245
72.2
308 305
27.8
Sonralar Talış xanlarının irsi varisləri (Talışinskilər və
Talışxanovlar) Talış meşələrinin bir hissəsini milyonçu H.Z.Tağıyevə
və rus sənayeçisi A.İ.Putilova satmışlar. Mənbələr bir fransız
şirkətinin Lənkəran qəzasının Astara rayonunun meşələrindən istifadə
üçün konsessiya aldığını bildirir. Meşələrdən əsasən kibrit, taxta,
fayton-çarvadarlıq işlərində, süngü, şpal və toxucu dəzgahlar üçün
oymaq hazırlanmasında istifadə edilirdi. Bundan əlavə, Lənkəran
qəzasında Lənkəran şəhəri yaxınlığında tikinti daşı istehsal edildiyi,
qəzanın Prişib (ilıq), Alaşin (soyuq), Ərkivan (isti), Astara (isti),
Miankun, Əndəcin və İbadsuda (isti və soyuq), Qotursu (isti)
ərazilərində kükrdlü mineral su bulaqlarının olduğu bildirilir. Sonralar
20
Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 5 may tarixli dekretinə
əsasən bu torpaqlar müsadirə edilərək milliləşdirilmişdir.
Lənkəran sözünün mənası hələ də tam açılmayaraq elmi
mübahisə mənbəyi olaraq qalmaqdadır. Hal-hazırda Lənkəran
sözünün etimologiyasının iki versiyası – fars və talış versiyaları
mövcuddur. Əvvəla, onu demək lazımdır ki, öz dövrünün məşhur
ziyalılarını yetişdirən Lənkəran böyük mədəniyyət mərkəzi olmuş, çox
böyük elmi və dini xadimlər, generallar yetişdirmişdir. Dövrünün
tanınmış həkimi Ramazan ibn Şeyx Əli Lənkərani məşhur tibb əsəri
olan «Fərrux-namə Cəmali» tibb traktatının müəllifidir. «Fərrux–namə
Cəmali» əsəri müəllif tərəfindən ərəb dilində 1409-cu ildə yazılmış,
digər tanınmış həkim Məhub Əli ibn Əhməd Ləngərkərani tərəfindən
1504-cü ildə fars dilinə tərcümə edilmişdir. Əsər 3 hissədən ibarət
olub bir sıra üzvi və qeyri–üzvi maddələrin insan orqanizminə
təsirindən və bir sıra xəstəliklərin diaqnostikasından, dərman
bitkilərinin müalicəvi xüsusiyyətlərindən yazaraq bitki köklərinin
şəfaverici əhəmiyyətindən bəhs edir. Məhub Əli Ləngərkərani isə ilk
dəfə olaraq bədənin arzuolunmaz tüklərdən təmizlənməsində
auripiqment (zırnıx) metodunu tətbiq etmişdir ki, bu da sonralar tibbi
ədəbiyyata «azərbaycan palçığı» («vacibi») kimi daxil olmuşdur.
Ləngərkərani həmçinin «azərbaycan sabunu» kimi məşhur olan
gilabini bərpa etmişdir. Hər iki vasitə uzun illər boyu istifadə
edilməklə yanaşı, ölkə xaricinə da ixrac edilmişdir. Onu da qeyd
etmək lazımdır ki, aurpiqment Azərbaycanda hələ çox qədim
dövrlərdən – Atropatena dövründən məlum idi. Lakin o dövr bu
maddə gigiyenik məqsədlər üçün yox, ancaq dəriçilik və gön
istehsalında istifadə edilirdi.
Rus səyyahı və diplomatı Brexov I Şah Abbasla Qızılağacdan
Lyanqarana gəldiyini göstərir.
Lənkəran sözünün mənası haqqındakı bir versiyaya görə
«Lənkəran» sözü farsca «Ləngər-kəran» - «lövbər salan» mənasını
daşıyır. Liman şəhəri olduğundan buraya gəmilər yan alaraq, ləngər
vurur, lövbər salırmış. Digər versiyaya görə «Lənkəran» talışca
«lənəkan» sözündən yaranaraq «qamış evlər» mənasını daşıyır.
Burada yaxın dövrlərə qədər evlərin üstünün, çəpərinin, bəzən
divarlarının da qamışdan quraşdırıldığını bir sıra səyyahlar da qeyd
etmişlər
(Həsənov B.H., Talışlı M.M., 1990). Üçüncü versiyaya görə
bu yerlər bol yağıntılı yerlər olduğundan daim palçıqlı, hərəkətin
çətinləşdiyi və ləngidiyi («ləng-kəran») ərazi hesab edilirmiş və
21
«Ləngəkəran» – «ləngidən yer» deməkdir. Onu da demək lazımdır ki,
bu ərazidə «kəran» sonluqlu adlar çoxdur: Səpinəkəran, Şıxəkəran,
Gilokəran, Sufridkəran, Seydəkəran və s. Digər yerli versiya Lənkəran
sözünün «lankon» ləngimək (farsca «ləng konət», talışca «lanq
kon») mənasını daşıdığını bildirir. Bu baxımdan əsas landşaftı
qumsallıq, bataqlıq, qamışlıq və çəltiklik elementlərindən olan, isti
iqlim və dənizdən gələn ifrat rütubət ilə xarakterizə olunan Astara
adının da «asta hərəkət»dən yaranması kimi yozulmasına əsas verir.
Bəzi mütəxəssislər «talış» sözünün mənasını da ərazinin bu
xüsusiyyəti ilə bağlayırlar. Bu fikrə görə «talış» talış dilində - «toloş,
tülüş» - torpaq, zığ sözündən yaranmışdır. «Kəran» sonluğu isə çox
güman ki, «yer», «oba» mənasını daşıyır.
Bəzi qaynaqlar indiki Lənkəranın yaxınlığında Lankon adlı kəndin
olduğunu, Lənkəranın böyüdükcə həmin kəndin şəhərə qarışdığını
bildirir. İndiki Lənkəranın tarixinə gəldikdə isə Nadir Şahın
ölümündən sonra Talış Xanı Qaraxanın xanlıq mərkəzini Astaradan
Lənkərana-indiki yerə köçürməsi ilə yaranmışdır.
Lənkəran Gülüstan sülh müqaviləsi əsasında 1813-cü ildə
Rusiyaya qatılmışdır. O, 1840-cı ildən Talış uyezdinin mərkəzi kimi
Kaspi vilayətinə, 1846-cı ildən Şamaxı quberniyasına, 1859-cu ildən
isə Bakı quberniyasına daxil idi. 12 may 1843-cü ildə Kaspi vilayətinin
digər uyezdləri kimi Talış uyezdinin də gerbi təsdiq edilir. Gerbin
konturu qalxan formasında olub yuxarı hissəsinin fonu qızılı, aşağı
hissəsininki isə yaşıl rəngdədir. Qızılı fon iki hissəyə bölünərək soldakı
hissədə pələng, sağdakı hissədə isə üç ədəd alovdan ibarət yanar
torpaq təsvir edilmişdir. Yaşıl fonda gümüşü rəngli mala (tarla
dırmıxı)
Talış torpaqlarının məhsuldar olduğunu, qıvrılmış ilanlar burada
ilanların çoxluğunu göstərir (Gerb bütün vilayəti əhatə etdiyindən
ilanlar daha çox Muğan düzünə aiddir). 1876-cı ildə Lənkəran
şəhərinin yeni gerbi tərtib edildi. Qalxanın ortasında əks
istiqamətlərdə gərilmiş iki balıq təsvir edilmişdir. Qalxanın yuxarı
hissəsində Bakı quberniyasının gerbi, «müqəddəs Aleksandr» lenti ilə
bir-birinə bağlanmış qızılı rəngli iki ədəd çarpaz lövbər təsvir
edilmişdir.
Azərbaycanda yeni rus hakimiyyətinin yaranması ilə Avropanın
müxtəlif xalqlarının bu ərazilərə, o cümlədən Talışa gəlməsi prosesi
başlanmışdır. Bunlar əsasən almanlar, ruslar və ukraynalılar idilər.
Lənkəran qəzasına gələn koloniyalar əsasən ruslardan ibarət idi.
22
Bunlar «andı, kilsəni, dini mərasimi və ali hakimiyyəti qəbul
etməyən» insanlar kimi çar hökuməti tərəfindən buraya sürgün
edilmiş müxtəlif xristian təriqətçiləri (molokanlar, duxoborlar,
yəhudipərəstlər, babtistlər, subbotniklər və s.) idilər. Lənkəran
qəzasına sürgün edilənlər subbotniklər olub Andreyevka, Astraxanka,
Novoqolskoye, Pravoslavnoe, Privolnoe, Prişib, Vel və Nikolayevkada
məskunlaşdırılmışdılar. 1914-cü ildə Bakıda çap olunmuş «Очерк
сельского и лесного хозяйства Ленкоранского уезда Бакинской
губернии» əsərində burada 13 rus kəndinin olduğunu; Privolnoyenin
1838-ci ildə, Andreyevka, Petrovskoe və Prişibin 1840-cı ildə,
Nikolayevkanın 1841-ci ildə, Astraxankanın 1842-ci ildə,
Novoqolkanın 1844, Vel kəndinin 1862, Pravoslavnoyenin 1864,
Aleksyevka, Qriqoryevka və Pokrovkanın 1904, Burcalı kəndinin isə
1905-ci ildə yaradıldığını bildirir. Əsərdə ərazinin etnik
rəngarəngliyinə toxunularaq qəza əhalisinin sayının 154 443 nəfər,
onlardan 14 317 nəfərin rus, 77 066 nəfərin talış, 63 060 nəfərin isə
azəri türkü olduğu bildirilir, qəzanın başlıca torpaq sahibkarlarının
Talışinskilər və Talışxanovların olduğu qeyd edilir
(Cavadov Q.C.,
2004).
|