Cədvəl 9
Fəsilələr
Miqdarı,
ədəd
Ümumi növlərə
görə,
%
cinsi
növü
cins
növ
Asteraceae Dumont
43
95
12.3
11.9
Poaceae Barnhart
34
73
9.7
9.1
FagaceaeBumort
15
45
4.3
5.6
Caryophylaceae Cuss.
18
43
5.1
5.4
Cruciferae Cuss. Brassica-
ceae
25
44
7.1
5.5
Rosaceae Cuss.
23
35
6.6
4.4
Liliaceae Cuss.
12
27
3.4
3.4
Boraginaceae Cuss.
11
16
3.1
2.0
Apiaceae Lindi.
22
33
6.3
4.1
Lamiaceae Lind.
21
48
6.0
6.0
Cədvəldəki 10 fəsilədə 224 cins, 459 növ qeydə alınmışdır. Bu
fəsilələr ümumi müxtəlifliyin 57.4%-ni təşkil edir. Cinslərin içərisində
ən çox növ
Astraqalis cinsinə aiddir (18). Silene cinsində 12 növ,
Sedum 10 növ, Carduus 10, Cirsium 9, Hieracium 9, Trifolium 8 növ
ilə təmsil olunur.
Göstərilən növlərin daxilində bioloji müxtəlifliklə yanaşı bioekoloji
qruplar və müxtəlif həyat formaları mövcuddur. Bunlar
aşağıdakılardır:
40
Bitki növləri və bioekoloji qruplar
Növlərin sayı
Ağaclar
35
Kollar
45
Kolcuqlar və yarımkollar:
Çoxillik otlar
440
Birilliklər və ikiilliklər
22
İkiilliklər ?
35
Birilliklər?
102
Soğanaqlılar, köküyumrular
34
Regionda rast gələn formalar içərisində ot bitkiləri üstünlük təşkil
edirlər. Birillik bitkilərin həddən artıq çox olması region üçün
xarakterik haldır. Belə ki, birilliklərin əksəriyyəti efemer formada
olmaqla, erkən yazda yaranaraq tezliklə məhv olurlar. Adventik alaq
bitkilərinin bolluğu onların bir qisminin mədəni bitkilərin (tərəvəz və
bostan bitkiləri) ardınca hərəkəti ilə müşahidə olunur. Birillik
obliqativlər adlanan digər qrupa isə təbii senozların tərkibində rast
gəlinir
(Р.В.Камелин, 1973). Bunlardan Galium tricorne, G.
Pedemontanum, Filaqo arvense bitkilərini göstərmək olar. Bəzi
bitkilər ərazinin meşə qurşaqlarında xüsusilə meşə sahələrində yaz
aylarında cücərərək bütün ontropogenezini erkən payız aylarına
qədər uzadırlar.
Anthemis hyrcana, Geranium robertianum, Viola
arvense, Trifolium resupinatum, T. arvense və Trigonella-nın bəzi
növləri buna misaldır. Ərazinin rütubətliyindən və torpağın
nəmliyindən asılı olaraq bəzi birilliklərin çiçəkləmə və meyvəvermə
fazaları çoxömürlü olur. Belə bitkilərdən misal olaraq
Ranunculus,
Viola cinslərinin bəzi növlərini göstərə bilərik.
Regionda rast gəlinən meşəaltı kolcuqların əsasını həmişəyaşıl
kolcuqlar (
Buxus hyrcana, Ilex hyrcana) tutur, Tragagant gəvənləri
və
Acontilimon-un bir çox növləri yastıq formalı sərt tikanla örtülü
olur. Kolcuqların əksəriyyəti meşəsiz sahələrdə, xüsusilə dağ-kserofit
mühitdə tək-tək və ya qarışıq cəngəlliklər yaradırlar.
Ərazidə bolluq təşkil edən 27 növ fonorofitlər, yəni ağaclar Hirkan
rezervatının sanki güzgüsüdür. Xüsusilə,
Parrotia persica, Quercus
castaneifolia, Albizzia culibrissin, Fagus orientalis, Zelcowa carpinifo-
lia, Carpinus betulus, C.schuschense, Alnus barbata, Taxus baccata,
Acer laetum, A.campestre, Fraxinus excelsior və bir çox başqaları
Hirkanda geniş sahələrdə, xüsusilə dərələrdə sıx meşəlik yaradırlar.
41
Lianlardan bu ərazidə
Hedera pastuchowii, H.hyrcana meşə
komponenti kimi geniş, sıx meşə sahələrində rast gəlinir.
Regionun Üçüncü dövr relikt dendroflorasını əsasını aşağıdakı
növlər təşkil edir:
•
buasye armudu
(Pyrus Boussiriana Fed.);
•
budaqlı danaya
(Danae racemosa L.);
•
dəmir ağacı
(Parrotia persica C.A.M.);
•
giləmeyvəli qaraçöhrə
(Taxus baccata L.);
•
hirkan armudu
(P. hyrcana Fed.);
•
hirkan azatağacı
(Zelkova hyrcana Gross.);
•
hirkan ağcaqayını
(Acer hyrcanum F.ex.M.);
•
hirkan bigəvəri
(Ruscus hyrcana Poyark.);
•
hirkan şümşadı
(İlex hyrcana Poyark.);
•
qafqaz xurması
(Diospyros Lotus L.);
•
qrossheym armudu
(P. Grosheimii Fed.);
•
qanadmeyvəli yalanqoz
(Pterocarya pterocarpa Michx);
•
lənkəran akasiyası (ipək akasiya)
(Albizzia culibrissin);
•
məxməri ağcaqayın
(Acer velutinum Boiss.);
•
nar
(Punica granatum L.);
•
şabalıdyarpaq palıd
(Quercus castaneifolia C.A.M.);
•
şümşad
(Buxus hyrcana Poyark.);
•
ürəkvariyarpaq qızılağac
(Alnus subcordata C.A.Mey.);
•
vələsyarpaq azatağacı
(Zelkova carpinifolia Depp.);
•
yunan qozu
(Cuglans regia L.).
Ərazi çoxillik ot nümayəndələri ilə də zəngindir. Milli park
ərazisndə qonşu ərazinin real tiplərinin nümayəndələrinə, yəni qədim
meşə, boreal, bozqır, kserofit və adventiv tiplərinə də rast gəlinir.
Ərazidə çoxlu miqdarda xırda göl, gölməçələr, axmazlar və
bataqlıq sahələri də vardır ki, bunlarda da özünə məxsus zəngin flora
və rəngarəng bitki örtüyü inkişaf etmişdir. Çay kənarında qamış
(Phragmites australis) cəngəlliklərində tez-tez rast gəlinir. Ərazidə
Asclepiadaceae fəsiləsinin iki cinsi Cynanchum acutum L. və Periploca
graeca L. çay kənarlarında, o cümlədən taxıllardan Alopecurus
myosuroides Huds. Nəmli sucaq yerlərdə tək-tək və yaxud birgə
senoz yaradırlar. Çiyənin
(Typha) bir neçə növü (T. angustata və T.
angustifolia L.) ərazinin bataqlıq və yaxud sucaq sahələrində
cəngəlliklər yaradırlar. Burada savanna tipli hündür boylu murqus
(Erianthus purpurascens.) bitkisinə rast gəlinir. Çala tipli sahələrdə
isə çayır
(Cynodon dactylon) və bigəvər (Bolboschoenus maritimus)
42
üstünlük təşkil edir. Bigəvər cəngəlliyi quruluşuna görə qarğı
cəngəlliyini xatırladır. Ərazinin dəniz kənarı bataqlıqlarında isə su
çiçəyi
(Potamogeton pectinoides L., P. Lucens L.), saçaqotu
(Myriophyllum spicatum), su fındığı (Trapa hyrcana G. Wor.), bala
casugülü
(Lemna minor L.) və s. kimi bitkilər çoxluq təşkil etməklə
ərazinin dağətəyi sahələrində bataqlıq formasiyaları yaradırlar.
Ərazinin dəmir yolu sahələrində sarı bataqlıq süsəni
(İris
psendacorus L.) qurbağaotu (Sparqanium erectum L.), bataqlıq cili
(Schoenoplectus lacustus Polla.) və bataqlıqca (Eleocharis palustris
Ledeb.) xüsusi formasiyalar yaradırlar.
Ərazinin quruyan bataqlıqlarında qaymaqçiçəyinin bir neçə növü
(Ranunculus sceleratus L., R. hyrcanus Grossh., qafqaz endemi, R.
bulbosus L., R. arvensis L.), büsiya (Buschia laterifolia ovez.), lipniya
(Lippa nodiflora Michk.), nanə (Mentha aguatica L.), qırxbuğum
(Polygonum minus L.), yol bigəvəri (Alisma plantago L.) və s. kimi
boyu qısa alabəzək çoxillik otların yayılması çox səciyyəvidir. Su –
bataqlıq bitkiliyinə ərazinin orta və yüksək dağ qurşaqlarında da rast
gəlinir.
Son dövrlər AMEA Botanika İnstitutunun əməkdaşları tərəfindən
Talış regionlarında aparılan botaniki ekspedisiyaların nəticəsində və
dünya botanikləri tərəfindən toplanmış çox saylı herbarilərin və
ədəbiyyat siyahısında göstərilən botaniklərin yazdıqları flora və
monoqrafik əsərlərin, xüsusilə I-VIII cildlik Azərbaycan və VII cildlik
Qafqaz floralarının, o cümlədən akademik V.Hacıyevin rəhbərliyi ilə
tərtib edilmiş monoqrafik əsərin
(«Флора и растительность
Талыша», 1979) yekunu əsasında alınmış məlumatlar Hirkan Biosfer
Rezervatı ərazisinin florası və bitki örtüyünün biomüxtəlifliyinin qısa
tərtibinə imkan yaratmışdır.
Tədqiqatlar göstərir ki, Hirkan Biosfer Rezervatının ərazisində
təxminən 481-ə qədər ali sporlu və ali bitkilər vardır. Bunlar aşağıdakı
cədvəldə göstərilmişdir.
|