Yaşıl Kitab. Keçən əsrin yetmişinci illərindən başlayaraq «Qırmızı
Kitab»larda olduğu kimi ölkələrin qiymətli landşaft komplekslərinin də
xüsusiyyətlərini özündə əks etdirən xüsusi «Təbiət Kitab»larının
yaradılması zərurəti meydana gəldi, status və növündən asılı
olmayaraq hal-hazırda mövcud olan və perspektivli sayılan xüsusi
mühafizə olunan təbiət ərazilərinin vahid və tam kadastrını əhatə
edən «Yaşıl Kitab»ların yaradılması təklifi irəli sürüldü. Həmçinin,
burada nadir və məhv olmaq təhlükəsi altında olan landşaftların
xüsusi «yaşıl xəritə»də qeyd edilməsi də nəzərə alınır. «Yaşıl Kitab»ın
yaradılmasında əsas məqsəd təsərrüfatın gələcək inkişafı və landşaft
ekosistemlərinin antropgen deqradasiyası ilə onların mühafizəsi
arasındakı ziddiyyətin həllinə köməkdən ibarətdir. Başqa sözlə, «Yaşıl
Kitab»ın əsas vəzifəsi –landşaftların mühafizəsi və istismarının
kompleks
yanaşması
əsasında
təbiətdən
istifadənin
optimallaşdırılmasıdır. Bəzi ölkələrin (məsələn Ukrayna Respublikası)
«Yaşıl Kitab»ı fitosenoz-zooloji xarakter daşıyaraq ancaq nadir və
məhv olmaq təhlükəsi altında olan fitosenozların mühafizəsi xarakteri
daşıyır. Rusiya alimlərinin fikrincə isə «Yaşıl Kitab» torpaq sahələrinin
bütün landşaft-qoruq fondunu əhatə edir. Antropgen landşaft
nümunələri olan mədəni meşə sahələri, süni su hövzələri və
rekreasiya əraziləri, tarixi-landşaft obyektləri (süni mağaralar və s.)
«Yaşıl Kitab» obyektlərinin xüsusi qrupu hesab edilir.
Hər-hansı bir obyektin «Yaşıl Kitab»a salınmasının əsas şərtləri
aşağıdakılardır:
•
təbii landşaftın və ya şəraitin öz ilkin vəziyyətini (ilkinliyini)
saxlama dərəcəsi;
•
obyektin və ya təbii təbii hadisənin region üçün tipikliyi və
xarakteriklik dərəcəsi;
•
obyektin unikallığı və yoxolma təhlükəsinin dərəcəsi;
•
nadir flora və fauna nümayəndələrinin genofondunun
mühafizəsində obyektin rolu və əhəmiyyəti.
Deyilənləri ümumiləşdirsək unikallıq, özünəməxsusluq, elmi və
estetik dəyərlər ərazinin təbii mühitinin keyfiyyət göstəricisi olmaqla
onun xüsusi siyahıya düşməsinə zəmin yaradır.
54
Fikrimizcə, tipik, xarakterik, nadir (relikt və endemik) və yoxolma
təhlükəsi altında olan fasiyalar, təbii sərhədlər, təbii mərzlər, çaylar,
meşələr, yarğanlar və s., eləcə də ətraf mühitdən fərqlənən ərazilər –
çöllüklər, bataqlıqlar da «Yaşıl Kitab» obyektləri olmalıdır. Nadir
bioloji və geoloji-morfoloji obyektlərdən ibarət olan fasiyalar və
mərzlər də bu qəbildən olan obyektlərdir.
Respublikamız endemik və nadir heyvan və bitki növləri, onların
«qəbiristanlıqları», göllər, bulaqlar, şəlalələr, buzlaqlar, təbiət
mənzərələri ilə yanaşı geoloji-geomorfoloji abidələr olan faydalı
qazıntı yataqları, minerallar, süxur kütlələri, prizmavari bazalt
sütunlar, lava axınları, palçıq və maqmatik vulkanlar, ekstruziv
günbəzlər, vulkan konusları, kraterlər və kalderlər (vulkan mənşəli
oval və ya dairəvi çuxurlar), möhtəşəm qayalıq və dağ massivləri,
uçqun qaymalar, «daş şəlalələri», stratotipik kəsilişlər, tektonik
strukturlar, ofiolit zolaqlar (intruziv, effuziv və çökmə süxurları),
antisedent və kanyonvari dərələr, karst (klastokarst, psevdo-karst)
mağaraları və formaları, ekzotik eol aşınma qaya və torpaq
piramidaları və oymaları kimi relyef abidələri ilə də zəngindir.
Hal-hazırda bizim tərəfimizdən «Azərbaycanın Yaşıl Kitabı»nın
tərtib edilməsi məsələsi planlaşdırılır.
Azərbaycanın Qırmızı Kitabı
Azərbaycanın «Qırmızı Kitabı» Azərbaycan Respublikasının
«Heyvanlar aləmi haqqında», «Ətraf mühitin mühafizəsi haqqında»
və «Bitki mühafizəsi haqqında»kı qanunları əsasında tərtib edilmişdir.
Azərbaycanın ilk «Qırmızı Kitabı» - nadir və nəsli kəsilmək təhlükəsi
olan heyvanları və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi
məlumat kitabı olaraq 1989-cu ildə çapdan çıxmışdır. Altı hissədən
ibarət olan “Kitab”da məməlilərin, quşların, amfibiyaların, reptililərin,
onurğasız heyvanların və ali bitkilərin biologiyası, arealının vəziyyəti
və miqdarı haqqında məlumatlar, mühafizəsi üçün qəbul edilmiş və
qəbul edilməsi zəruri olan tədbirlər haqqında informasiyalar verilir. Bu
kitabda respublika alimlərinin, mütəxəssislərinin çoxillik əməyi
nəticəsində Azərbaycanın nadir və yoxa çıxmaqda olan bitki və
heyvan növləri haqqında məlumatlar toplanmışdır. “Qırmızı Kitaba”
məməlilərdən 14 növ, amfibiya və reptiliyalardan 13 növ, balıqlardan
55
5 növ, həşəratlardan 40 növ, quşlardan 36 növ daxil edilmişdir.
Botanika alimləri Azərbaycanın zəngin florasından mühafizəsi tələb
olunan 400 nadir və yoxa çıxmaq təhlükəsi olan bitki təyin etmişlər.
Adı çəkilən nəşrə qorunması təxirə salınmadan tələb olunan 140 növ
daxil edilmişdir. Aşağıdakı cədvəllərdə bunlar haqqında daha
müfəssəl məlumatları ala bilərsiniz.
|