Hyrcan biosphere reservation .................................... 116
Əlavələr .................................................................... 133
Ədəbiyyat ................................................................... 163
5
GİRİŞ
Azərbaycanın gözəl guşələrindən biri olan Lənkəran-Astara ərazisi
Talış iqtisadi coğrafi vilayətinin tərkib hissəsi kimi öz zəngin təbiəti və
təbii sərvətləri, dilbər guşələri ilə məşhur olub ölkəmizin ən əlverişli iqlim
şəraitinə malik, bol sulu və yüksək meşəlikli ərazilərindən hesab olunur.
Buranın iqlim şəraitinin valeoloji əhəmiyyətini qeyd edən görkəmli
azərbaycan tarixçisi Seyid Əli ibn Kazımbəy «Cəvahirnameyi-Lənkəran»
(«Lənkəran cəvahirinə aid kitab») əsərində yazır ki, «taun və vəba
xəstəlikləri bütün ətrafı – Ərdəbil, Rəşt, Ərşəd, Qaradağ, Şirvan və qeyri
yerləri tutduğu halda xəstəlik Talışa sirayət etmədi».
Bu ərazilərin yerli əhalisinin əksəriyyətini qədim və zəngin
mədəniyyətə malik, çox qədim yerli tayfaların nəsillərindən olan, maddi
və mənəvi mədəniyyətləri ilə azəri türklərinə çox yaxın olub, onlarla
qaynayıb-qarışmış talışlar təşkil edir. Yerli əhali arasında bu yerlərin
təbiətinin füsunkarlığı haqqında çox maraqlı bir rəvayət mövcuddur.
Əfsanəyə görə Allah xalqlara torpaq paylayarkən bu yerlərin sakinləri
gecikdiklərindən onlara torpaq çatmır. Allah onlardan gecikmələrinin
səbəbini soruşduqda, onlar - «Sənə ibadət etməklə məşğul idik» deyir-
lər. Haqq yolunda savab işlə məşğul olduqlarına görə Allah onlara
cənnətdən bir parça ayırıb verir.
Hirkan meşələri (Talış meşələri) özünün zəngin meşə sərvətləri ilə
ölkədən çox-çox uzaqlarda məşhur idi. İsveç sahibkarları Lüdviq və
Robert Nobel qardaşlarının Azərbaycana gəlməsinin əsas səbəbi neft
yox, məhz bu ərazilərdə geniş yayılmış qoz
(Cuglans regia L.) və dəmir
ağacları
(Parrotia persica C.F.Mey.) idi. Lüdviq Nobel Rusiya
İmperiyasından 500 min tüfəng süngüsü hazırlamaq haqqında çox
sərfəli bir sifariş almışdı
(Osbrink B., 2003). Burada bitən ağaclardan
hazırlanmış əşyalar şah saraylarını bəzəyirdi. Şirvanşahlar səltənətinin ali
hakimiyyətinin əsas atributlarından olan şah taxtı buna əyani misaldır.
Şirvanşah dövlətinin ən qüdrətli hökmdarlarından olan I İbrahimin
(1382-1417) taxtı Hirkan ərazisində bitən qoz və dəmir ağaclarından
hazırlanmışdı. Dövrünün məşhur zərgəri Hacı Sülhəddin Şirvani
tərəfindən hazırlanmış, hündürlüyü 1.7 m, çəkisi 60 kq olan bu taxt qızıl
və qiymətli daşlarla bəzədilmişdir. Taxtın arxa ayaqları və söykənilən
hissəsi dəmir ağacdan, qalan hissələri isə qoz ağacından hazırlanmış,
ümumilikd ə bəzək işlərinə 9 kq qızıl və 200 ədəd brilyant sərf edilmişdi.
Taxt ornament oymalar, «Allahu Əkbər» («Allah Böyükdür»)və digər
Qurani-Kərim ayələrindən götürülmüş ifadələrlə işlənmişdi. Məmurların
6
və hərbçilərin uzun-uzadı hesabatlarını və xarici qonaqları qəbul edərkən
şahın yorulmaması üçün taxtın oturacağı qu tükü ilə doldurularaq yaşıl
rəngli məxmərlə üzlənmişdir. 1501-ci ildə Şah İsmayıl Xətai I İbrahimin
nəvəsi Fərrux Yasarı məğlub edərək taxtı Təbrizə gətirmiş, Fərəhabadın
hakimi olan qardaşı Müzəffər xana hədiyyə etmişdir. Təxminən yüz il
sonra dəniz qulduru olan rus kazakı Stepan Razin (1630 – 1671)
Fərəhabadı qəfil basqınla qəsb edərək taxtı Samaraya gətirmişdir. Razin
Quldur Hərəkatı yatırıldıqdan sonra taxt əldən-ələ keçmiş, nəhayət rus
milyonçusu Savva Morozov tərəfindən alınaraq Romanovlar sülaləsinin
hakimiyy ətinin 300 illiyi münasibəti ilə rus çarı II Nikolaya hədiyyə
edilmişdir. Taxt bu minvalla çarın Qış Sarayına (Ermitac muzeyi) düşərək
hal-hazırda orada saxlanır. Çox böyük təəssüf hissi ilə qeyd edirik ki,
YUNESKO-nun dünya mədəni irsi abidələri sıyahısına salınmış Şirvanşah
sarayı öz əsas atributunun yolunu hələ də gözləyir.
Aleksandr Düma Talış meşələrində məskən salmış pələnglərin Araz
çayından keçib Qarabağa qədər gedib çıxdıqlarını, bu ərazilərdə
bəbirlərin geniş yayıldığını, insanların bəbirləri əhliləşdirərək onları
yəhərin qaşına bağlayıb ceyran ovuna çıxdığını qeyd edir
(Düma A.,
1985).
Biosfer rezervatlarla bağlı 1970-ci ildə YUNESKO-nun Baş
konfransının 16-cı sessiyasında hökumətlərarası «İnsan və Təbiət»
(«Man and Biosphere», MAB) proqramı qəbul edilmişdir. Bu proqramın
qəbul edilməsində əsas məqsəd təbii ehtiyatların idarə olunmasının və
insanla təbiət arasındakı davamlı münasibətlərin yaradılmasında əsas
problemlərini öyrənməkdən ibarət idi. MAB-ın ali orqanı Beynəlxalq
Koordinasiya Şurası (BKŞ) hesab edilir. Bu proqramın həyata keçirilməsi
məqsədi ilə
Biosfer Rezervatların Beynəlxalq Şəbəkəsi yaradıldı.
Biosfer rezervatlar insan və təbiətin qarşılıqlı əlaqələrinin optimal
modelinin
hazırlanmasında,
elmi-tədqiqat
və
maarifləndirmə
məsələlərində, ekoloji monitorinqin aparılması üçün istifadə olunur.
Biosfer rezervatlar üç funksional zonaya bölünür:
1 – qoruq recimi statusuna malik əsas zona; bu zonanın əsas
funksiyaları – ekosistemlərin və bioloji müxtəlifliyin qorunması, tədqiqi və
bərpasından ibarətdir.
2 – təbiətdən istifadəyə ciddi məhdudiyyətlər qoyulmuş
bufer zonası;
onların əsas funksiyaları isə əsas zonaya edilən təsirin nizamlanması
hesab edilir.
3 –
keçid zonası (tranzit zona) – bir növ davamlı inkişafın
mexanizmlərinin sınaq poliqonudur.
|